Allah böyük hadisələrlə dünyaya bir şeyi xatırlatmaq istəyir. Hadisələrin hikmətlərini araşdırarkən ən son gəldiyimiz nöqtə yenə Mehdiyyətdir.
Allaha olan sevgi Onun uğrunda əziyyət, ağrı-acı çəkəndə daha da gözəl olar.
İman, səhər oyananda ilk qarşılaşdığımız ən böyük həqiqət, həyatımızda da dayanmadan həyəcanını yaşadığımız ən böyük həqiqətdir.
Heç kimin təhqir etmək azadlığı yoxdur.
Təhqir edənə qanuni lazım olan cəza veriləndə bir daha təhqir edə bilmir. Danışığını düzəldir. Deməli, düz danışmağı bilir. Hüququn, qanunların belə tərbiyə edici, gözəl tərəfləri vardır.
Başqalarını təhqir edənlər və buna qarşılıq olaraq məhkəməyə veriləndə buna reaksiya göstərənlər eyni təhqiredici sözlər özlərinə qaytarılanda, bu dəfə də özləri təhqirlərə görə məhkəməyə verirlər. Bu, səmimiyyətsizliklərinin açıq sübutudur.
Hal-hazırda təhqir edənə qanuni hüquqla lazım olan cavab verilir. Əvvəllər isə ağlasığmaz təhqir edirdilər və onların cəzası da verilmirdi. Artıq kiminsə təhqir edə bilməməsi bu hökumətin bir gözəlliyidir.
Bir millət olaraq bizi küfrə, təhqirə öyrəşdirməyə çalışanlar var. Bunu qəbul etmərik. Biz küfr, təhqir istəmirik.
Söymək, təhqir etmək hansı inanca mənsub olan insana edilirsə edilsin, çox çirkin bir davranışdır. Hər kimə edilsə biz bunu tənqid edərik.
Qanun qarşısında bütün vətəndaşlar bərabərdir, kiminsə təhqir etmək hüququ və ya toxunulmazlığı yoxdur.
Heç kim təhqiri qəbul etməz, hər kəs həddini bilməlidir.
Təhqir edən özünü hörmətdən salar.
Təhqir etmək qanunla cinayətdir. Söyəni, təhqir edəni bütün dünyada məhkəməyə verirlər. Burda qəribə bir şey yoxdur.
Müsəlmanları təhqir etmələrinə icazə vermərik. Hüquq, qanun var.
Özləri təhqir ediləndə təhqiri qəbul etmirlər. Amma inananlara küfr etməyi normal göstərməyə çalışırlar.
Əsəd mənim söylədiyim mövzularda gözəl danışıqlar aparsın. Danışığına "Bismillahir-rəhmanir-rəhim" deyərək başlasın. "Qarşılıqlı mənfəət qanunları"ından bəhs etməsin. Mənfəət əsas götürüləndə, yoldaşlıq, dostluq qalmır. Bu üslubdan çəkinsin.
Əsəd Mehdi (ə.s)-ı sevdiyini, Mehdi (ə.s)-ı gözlədiyini söyləsin. İslam Birliyini müdafiə etdiyini söyləsin. "Şiə, sünni hamısı qardaşdır", "qatı dinçiliyə, xurafata qarşıyam" desin. Söz bir Allah birdir, üstündən bəlanı qaldıracağıq, inşaAllah.
Sol bütün dünyada çox mütəşəkkildir, dolaşıq əlaqələri vardır. Solun maraqlarına uyğun gəlməyən bir şey olanda dərhal ittifaq edərlər.
Darvinist- materialist təhsil sevgisiz, yırtıcı insanlar meydana gətirir.
Millət olaraq dövlətə dəstək olmağımız lazımdır. Hökumətə qarşı tənqid edilə bilər, amma müxalifət olmaq lazımsızdır. Bəziləri hökuməti süni mövzularla gözdən salmağa çalışırlar. Bu cür qurma oyunlara qarşı oyaq olmaq lazımdır.
Biz danışdıqca dəccaliyyət mənəvi cəhətdən, duzun suda əriməsi kimi əriyir.