AK Partiya bal kimi rəhbərlikdir. Millətimizi sevgi ilə qucaqlayır, millətimiz nə istəsə edir.
Bəşər Əsəd Allahsız, kitabsız kommunist şəbəkənin əlinə düşmüş vəziyyətdədir. Putin cavandır, mərddir, Əsədi gizlincə Suriyadan çıxarsın. Rusların başına Putin kimi birisi asanlıqla gəlməz. Onun varlığını lazımınca qiymətləndirmək lazımdır.
Əsədi ordan qurtaraq, Türkiyəyə gətirək. Suriyada ələvi qardaşlarımız iqtidar olsun. Ələvi Mehdi aşiqi deməkdir. Ələvilərə Mehdi (ə.s) aşiqi deyiləndə sevincdən dəliyə dönərlər.
Bəşər Əsəd Türkiyəyə də gələ bilər. Gəlsin, qonağımız olsun. Biz ömür boyu xidmət edərik. Türkiyədə başından bir tük belə əksik olmaz, söz veririk, söz bir, Allah bir.
Bəşər Əsəd özünü sünni kimi göstərir, amma sünni də deyil, ələvi də deyil. Məhv olmuş, çox çətin vəziyyətdədir. ABŞ-la Rusiya razılaşıb Əsədi götürüb qaçırsınlar, onu ordan qurtarsınlar.
Suriyada kommunist, Allahsız, kitabsız bir iqtidar vardır. Kaş ki, ələvi iqtidarı olsaydı. Ələvilər iqtidara gəlsin, fəxr edərik.
Ayrılıq dövründə deyil, birləşmə dövründəyik. Armageddon və s. da olmayacaq. Artıq döyüşlər bitdi. Döyüşü unutsunlar.
Bizim millətimizin aslanlıq cəhəti vardır. Qalmaqaldan, qışqır-bağırdan qorxan bir millət deyilik.
Bölünmə təhlükəsinə qarşı millət olaraq demokratik zəmində aslan kimi kükrəyək. Bu baş nazirin əlini gücləndirər.
Baş nazirimizi təbrik edirik, çox ağıllı manevrlərlə ölkəni idarə edir.
Hz. İsa Məsihdə Allahın “Hayy” adı təcəlli edər (diri, diriltmə). Allah “Hayy” adı ilə təcəlli edir. İsa Məsih (ə.s) "Qum biiznillah" deyir, ölü ayağa qalxır, inşaAllah. Palçıqdan quş formasında bir şey düzəldir. Allah "Üfür" deyir. “Hayy” adıyla təcəlli edincə uçur, maşAllah.
Kürd, türk, ərəb olmağa biz yox, Allah qərar verir, qədərdə bizi o şəkildə yaradır. Bundan ötrü bir insanı alçaltmağa cəhd göstərmək, zərər vermək, əzab vermək çox böyük bir əxlaqsızlıqdır. Din qardaşıyıq, bizi birləşdirən İslamdır. Eyni ümmətdənik: Məhəmməd (s.ə.v) ümmətiyik.
Allah sevgisi insanda adrenalin yaradar, ruhunu gözəlləşdirər.
Azadlıq, sülh və sevinc insanın beynini açar.
Biz- sülhü müdafiə edənlər çox iradəli olmalıyıq. Çətinliklərə qarşı müqavimətli olacaq, çətinliklər bizim sevincimiz olacaqdır. Doğru yolda olmayan insanları da daim şəfqətlə düzəltməyə çalışacağıq.
Amerikalılar, türklər, Yaxın Şərq üçün xoşbəxt günlər başlayacaq... Allahın vəd etdiyi günlər gəldi.
Türkiyə sevgini əsas götürən, nifrətdən çəkinən bir millətdir.
Şiddət, mərhəmətsizlik, terror müsəlmanın xüsusiyyəti deyil. Həqiqi müsəlmanın mərhəmət və sevgidən əlavə bir yolu olmaz.
Sevgini və barışı müdafiə edənlər hər dövrdə qalib gəlmişlər. Allahı sevən insan mütləq üstün gəlir. Şiddəti müdafiə edənlər, dəccallar da hər dövrdə məğlub olmuşlar.
Əsərlərimdə əsas mövzu Allah sevgisi və Allah qorxusudur. Məqsədim isə yaxşı və gözəl olan hər şeyin dünyaya hakim olmasıdır.
İnsanların bir qismi, zəlzələ də daxil olmaqla, hər şeyi Amerikanın işi olduğunu deyirlər. Bu həqiqi deyil, daha ağıllı düşünməlidirlər.