Türkiyə sevgini əsas götürən, nifrətdən çəkinən bir millətdir.
Şiddət, mərhəmətsizlik, terror müsəlmanın xüsusiyyəti deyil. Həqiqi müsəlmanın mərhəmət və sevgidən əlavə bir yolu olmaz.
Sevgini və barışı müdafiə edənlər hər dövrdə qalib gəlmişlər. Allahı sevən insan mütləq üstün gəlir. Şiddəti müdafiə edənlər, dəccallar da hər dövrdə məğlub olmuşlar.
Əsərlərimdə əsas mövzu Allah sevgisi və Allah qorxusudur. Məqsədim isə yaxşı və gözəl olan hər şeyin dünyaya hakim olmasıdır.
İnsanların bir qismi, zəlzələ də daxil olmaqla, hər şeyi Amerikanın işi olduğunu deyirlər. Bu həqiqi deyil, daha ağıllı düşünməlidirlər.
Çəkilən PKK-ya kitab verək, getdikləri yerdə oxusunlar. Çünki, gedən PKK-lıların sağlam düşüncələri yoxdur. Fikirlərinin düzgün olması və dəyişməsi əhəmiyyətlidir.
Baş nazirimizin Qəzza səfərinin əvvəlində və ya qayıdarkən İsrailə də baş çəksə, yaxşı olar. Orada da yəhudi uşaqları sevməsi, ravvinlərlə görüşüb söhbət etməsi bir gözəllik olardı.
Ödənişsiz və limitsiz internet tətbiq ediləndə bütün Türkiyə universitet halına gələr. Hətta dövlətimizin imkanı olmayanlara kompyuter verməsi çox yaxşı olar. Hər kəsin kompyuteri olmalıdır.
İnternetdə limit, ədalətli istifadə kimi bütün məhdudlaşdırmalar qaldırılsın. Türkiyənin hər yerində havadan, naqilsiz internetə giriş imkanı olsun.
Mələklər Allah yolunda cəhd göstərilən yerlərə toplaşarlar. Ən sevdikləri yerlər Quran söhbətlərinin edildiyi zikr məclisləridir. Böyük mələklər də Mehdi (ə.s)-ın yanından heç ayrılmazlar.
Mütləq "təhqir etmək istəyirəm" düşüncəsində olanlar var. Millət olaraq biz təhqirə alışmayacağıq, siz təhqir etdiyiniz müddət ərzində də cəzalanmağa alışacaqsınız.
Biz fikirə qarşı deyilik, təhqirə və söyməyə qarşıyıq. Bizi təhqirə, küfrə alışdıra bilməyəcəklər.
Kommunistlərin bir qismi haşa özünü ilah sayarlar. Çox eqoistdirlər. Onlarla bir yerdə yaşamaq çətin və darıxdırıcıdır.
Həqiqi sənətçi sevgi insanıdır, təvazökardır, üslubu çox sadədir.
Hörmətli Destici səmimi bir müsəlmandır, Allah yolunu açıq etsin. Mücahidləri də Allah nur etsin, onların şövqünü artırsın.
Qadını gözündə ucaldacaqsan, dəyər verəcəksən. Bir çox yerdə qadına dəyər vermirlər. Belə olanda qadını itirmiş olarsan. Allah əlindən neməti alar. Sənin üçün bəlaya çevrilər. Üzün qaralar, çox pis olar.
Qardaşlarımız kommunistlərə qarşı çox şəfqətli olsunlar. Onsuz da bir fəlakətin içinə düşüblər, yəni mərhəmətsiz davranmaq, nifrət etmək olmaz. Mərhəmətlə, şəfqətlə yaxınlaşmaq lazımdır. Xilas olmaları üçün dua edib, mehriban tərzdə İslamı, Quranı sevmələri üçün cəhd göstərmək lazımdır.
Eşqin, bağlanmağın dərin cəhəti budur; bağışlayıcı, mərhəmətli, qoruyucu olmaq, dərin düşünmək, gözəllikləri, hikmətləri təfsilatı ilə görmək və səbir. Səbir çox əhəmiyyətlidir.
Allah uğrunda əziyyət çəkirsən, sevgini göstərmiş olursan. Əziyyət çəkməsən, doymazsan. Sevirəm, amma əziyyət çəkməmişəm, bu olmaz. Leyli ilə Məcnun hadisəsində də əziyyət çəkdiyi üçün o sevgi bizim gözümüzdə gözəl olur. Allah uğrunda da əziyyət, ağrı-acı çəkiləndə gözəldir. Yoxsa, cəhd göstərmədən hər kəs sevər.
Allah nə gözəl imtahan mühiti yaradıb. Zəif insanlara Allah Özünü örtür, güclü insanlara da Özünü daha da açır, göstərir. İman onda qiymətli, daha gözəl olur. Çünki axtararaq tapırsan, əziyyət çəkirsən.
Dünyanın heç bir yerində, heç kimi söyə bilməzsən. Söymək haqqı yoxdur. Sən söymək haqqını versən, daha sonra döymək, öldürmək haqqı da verərsən.