Ən böyük çöküş imandakı çöküşdür. Bir insanın imanı çökdüsə, Allah qorusun hər şeyini itirmiş deməkdir.
Ağlın mənbəyi Qurandır. Qurana uyğun gələn zəkaya ağıl deyilər.
Elm, Allahın sənətini anlama elmidir. Allahın sənətini anlamaq çox zövqlü və ürəkaçandır. Buna görə də, elm çox dəyərlidir.
Allah bizi dərin düşündüyümüz zaman, rahat yaşayacaq şəkildə yaratmışdır. Düşünülmədiyi zaman Allah insanı hər tərəfdən sıxıntıya salar.
Düşünmədikləri zaman rahat yaşayacaqlarını zənn edənlər yanılırlar. Düşünülmədikdə, dünya daha boğucu, daha narahatedici olar.
İnsana ən çox əzab verən, çökdürən sevgisizlikdir.
Ön mühakimə bəsit, ağlı zəif insanların xüsusiyyətidir. Keyfiyyətli insan ön mühakiməli olmaz.
Təhsilin nəzəri deyil, praktik olması lazımdır, praktikaya əsaslanan təhsil yaddaqalan və öyrədici olar.
Məni ən çox Allahı sevmək və iman xoşbəxt edər.
Allah dünyanı yaradarkən necə istifadə edəcəyimizə dair rəhbəri ilə yaradıb. Bu rəhbər Qurandır. Quranla hərəkət edildiyi zaman ağılsız insan ağıllı, qeyri-sabit insan sabit hala gələr. Döyüşlər, anlaşmazlıqlar tamamilə aradan qalxar.
Marks ictimai ədalət düşüncəsini dindən və Tövratdan öyrənmişdir. Quranda izah edilən əxlaq tam yaşandığı zaman ictimai ədalət təmin olunar.
Böyük İslam alimlərinin hamısı hz. Mehdinin bu illərdə vəzifə başında olacağını və İstanbuldan çıxacağını söyləmişdir.
Axırzaman Tövratda, İncildə və hədislərdə bildirilən hal-hazırda yaşadığımız dövrdür.
Axirətdə tamamilə yeni bir aləmdə, dünyadakı fizika qanunlarının olmadığı bir mühitdə yenidən yaradılacağıq.
Bir insanın baxışlarından, səs tonundan, sözləri işlətmə formasından, vurğulamalarından duyğu halı çox rahat anlaşılar.
Allah sevgisi, Allah qorxusu öyrədilmədiyi zaman, insanlara; “sən təsadüfün məhsulusan” deyildiyi zaman cinayət işləmə göstəricilərində azalma olmur.
Pirsinq də, döymə də qadınlara çox yaraşır. Qadınların istədikləri kimi baxımlı, gözəl olduqları bir dünya olacaq inşaAllah.
Sevgi olmadan gəzən insan üçün gəzdiyi hər yer ürküdücü, narahatedici olar. Dostluq və sevgi yoxdursa insan hara getsə rahat ola bilməz.
Mən dini təhsil almamışam, hoca deyiləm, alim deyiləm. Sadəcə səmimi insanam, səmimi düşüncələrimi izah edirəm.
İnsanların çoxu bir-birinə lağlağı yanaşdıqları üçün səmimi dostluq qurmaları mümkün olmur. Allahı sevən, Allahdan qorxan, səbirli, bağışlayıcı, nəzakətli insanlar çox olsa o, zaman o insanların içində hər kəs xoşbəxt yaşayar. Tənhalığa məcbur qalmaq mənəvi fəlakətdir.
Mən qız dostlarımı Allah sevgisi ilə böyük ehtirasla sevirəm. Onları Allahın təcəllisi olaraq gördüyüm üçün dərin sevgi ilə bağlıyam.