Ağıl və Quran bir-biri ilə əlaqəlidir. Ağıllı olmaq üçün Quranı gözəl şəkildə bilmək lazımdır. Buna görə də Qurana əsasən düşünmək lazımdır.
Allahın vəlisinə qarşı çıxılarsa Allaha xoş gəlməz. Allahın vəlisinə qarşı tələ qurulsa Allaha xoş gəlməz. Allahın sevdiyinə qarşı oyun oynamaq ən təhlükəli işlərdən biridir.
Mütləq Təhsil Nazirliyi tərəfindən "Milli Şüur" dərsi bütün gənclərə keçirilsin. "Kommunizm nədir? Necə qorunmaq lazımdır? Darvinizm, materializm kommunizmin mənşəyini necə yaradır? Materializm insanları necə məhv edər?" Bu dərs keçirilməzsə terror da olar.
Uydurma hədis var: "Dünya müsəlmanın cəhənnəmidir" deyir. Niyə cəhənnəm olsun? İmanın nuru ilə dünya cənnət kimi olar.
Mehdi (ə.s)-ın xüsusiyyəti sevgi insanı olmasıdır. Sülhü, ədaləti, sevgini kim təmin edirsə o Mehdi (ə.s)-dır. Kim döyüşdən bəhs edirsə, kim qanı tövsiyə edirsə ondan uzaq dayanacaqsan.
Küfr əhli müsəlman üçün "ağılsızdır" deyər bəzən, haşa. Halbuki, ən ağıllı hərəkəti o edir. Ömrünə bərəkət gəlir, içi gözəlləşir, xarici görünüşü gözəlləşir. Bədən orqanları belə bayram edər, daxili, zahiri bayram edər. Gözü, üzü məna qazanar, ağılı, bəsirəti açılır, danışığı gözəlləşir.
Allahı unutmuş insanlarda, zövq gücü Allah tərəfindən qısa müddətdə əlindən alınar. "Əvvəlki kimi əylənə bilmirəm" deyir. "Əvvəlki kimi musiqidən zövq ala bilmirəm. Mənə bir şey oldu" deyir. Səndə bir möcüzə oldu əslində. "Bezdim yəqin ondandır" deyir. Sevgidən, gözəllikdən bezmək olmaz. Sənə bəla gəldi. Allaha sığın.
Çox böyük bir kütlə bəzən Allahı unutmuş ola bilər. Onları həqiqiymiş kimi görüb ondan təsirlənməyəcəksən. Allah onu sənə elə göstərə bilər. Məsələn, diskotekaya, klublara getsən Allahdan heç bir söz bəhs etməyənlər çıxa bilər. Deməli, "insanlar belədir. Dünya belədir. Məndə də bir qəribə hal varmı" deməyəcəksən. Sən doğru yoldasan, onlar səhv yoldadırlar.
Öz üzərində daha çox çalış. Elmini daha da artır. Quranı əzbərlə. Hər bir Quran ayəsini həyata keçirməyə çalış. Səbrini, iradəni gücləndir. İmanını gücləndir. Təvəkkülünü genişləndir, artır. Dünya sevgisini ürəyindən çıxart. Cahil cəmiyyətin Allahı unutmasından təsirlənmə.
İslam sevgidir, mərhəmətdir, şəfqətdir, amma dəccaliyyət olmadan mehdiyyət olmur. Əvvəl mərhəmətsizlik daha sonra mərhəmət, əvvəl şəfqətsizlik daha sonra şəfqət, əvvəl sevgisizlik daha sonra sevgi, Allah qiymətini bilsinlər deyə yaradır.
Mehdi (ə.s) tələbələri Allahın hifzi altındadır.
Mehdi (ə.s)-ın dövründə kəsib-biçmək yoxdur. Qan yoxdur. İslam gəldiyi vaxt nur gələcək, sevgi gələcək.
Mehdi (ə.s) çıxdıqdan, İslam Birliyi qurulduqdan sonra savabın təsiri milyondan üçə düşər. Çünki ondan sonrası asandır. Çətinlik aradan qalxmışdır. Dəccal ölmüşdür. Nəfsin hücumları qalmır, yəni hər şey yolunda olur.
Mehdi (ə.s)-ı gözləyənlərin könülləri çox pak olsun. Tələsməsinlər. Vaxt uzandıqca savab artır. Ovuc-ovuc qızıl yığdığını düşün. Allah bir 24 saat daha vaxt verdiyində insan daha çox toplayar.
Mehdi (ə.s)-ın ən aşkar xüsusiyyətlərindən biri heç bir insanın mənfəəti ilə zidd düşməməsidir. Nə kommunistin, nə dinsizin, nə xristianın, nə yəhudinin mənfəəti ilə zidd düşməz. Hər kəs rahat olar.
Kürd qardaşlarımızın səsverməsində bərəkət var, amma PKK səsverməsində bərəkət olmaz. PKK səsini istəməkdə bərəkət olmaz. Bu yalnız uğursuzluq gətirər. Xalqın səsində bərəkət vardır, amma PKK səsində mənfurluq və uğursuzluq vardır.
Gənclərimizə siyasi şüur verəcəksən. Məsələn, PKK niyə dağlarda günlərlə, aylarla, illərlə təhsil verir? Alıb gətirər Diyarbakırdan. Amma elə etmir. Təhsil verir. Ta uşaq yaşlarında öyrədirlər. Siyasi şüur çox əhəmiyyətlidir. Siyasi təhsil çox əhəmiyyətlidir, inşaAllah.
Oturduğu yerdə insan imanlı olmur. Öyrədilsə imanlı olur. Din təlqinlə qaimdir.
Süleymançılara da, nurçulara da sahib çıxmaq lazımdır. Nəqşibəndilərə də, qadirilərə də sahib çıxmaq lazımdır. Kimisə uzaqlaşdırmadan öyrədərək, ağıllı, vətənin, millətin mənfəətləri istiqamətində, şövqlü siyasi şüura sahib geniş quruluş yaratmalıyıq.
Hökumət mənəvi inkişafa çox əhəmiyyət verməlidir. Hansı cür hoca olursa olsun, hansı cür alim olursa olsun hamısını öyrədərək, istiqamətləndirərək, şüurlandıraraq vətənə, millətə xeyirli hala gətirməliyik.
PKK az bir qüvvə ilə Cənub-Şərq bölgəsini ala biləcəyini düşünür ki, kommunizmin xüsusiyyəti budur.