Mehdi (ə.s)-ı gözləyənlərin könülləri çox pak olsun. Tələsməsinlər. Vaxt uzandıqca savab artır. Ovuc-ovuc qızıl yığdığını düşün. Allah bir 24 saat daha vaxt verdiyində insan daha çox toplayar.
Mehdi (ə.s)-ın ən aşkar xüsusiyyətlərindən biri heç bir insanın mənfəəti ilə zidd düşməməsidir. Nə kommunistin, nə dinsizin, nə xristianın, nə yəhudinin mənfəəti ilə zidd düşməz. Hər kəs rahat olar.
Kürd qardaşlarımızın səsverməsində bərəkət var, amma PKK səsverməsində bərəkət olmaz. PKK səsini istəməkdə bərəkət olmaz. Bu yalnız uğursuzluq gətirər. Xalqın səsində bərəkət vardır, amma PKK səsində mənfurluq və uğursuzluq vardır.
Gənclərimizə siyasi şüur verəcəksən. Məsələn, PKK niyə dağlarda günlərlə, aylarla, illərlə təhsil verir? Alıb gətirər Diyarbakırdan. Amma elə etmir. Təhsil verir. Ta uşaq yaşlarında öyrədirlər. Siyasi şüur çox əhəmiyyətlidir. Siyasi təhsil çox əhəmiyyətlidir, inşaAllah.
Oturduğu yerdə insan imanlı olmur. Öyrədilsə imanlı olur. Din təlqinlə qaimdir.
Süleymançılara da, nurçulara da sahib çıxmaq lazımdır. Nəqşibəndilərə də, qadirilərə də sahib çıxmaq lazımdır. Kimisə uzaqlaşdırmadan öyrədərək, ağıllı, vətənin, millətin mənfəətləri istiqamətində, şövqlü siyasi şüura sahib geniş quruluş yaratmalıyıq.
Hökumət mənəvi inkişafa çox əhəmiyyət verməlidir. Hansı cür hoca olursa olsun, hansı cür alim olursa olsun hamısını öyrədərək, istiqamətləndirərək, şüurlandıraraq vətənə, millətə xeyirli hala gətirməliyik.
PKK az bir qüvvə ilə Cənub-Şərq bölgəsini ala biləcəyini düşünür ki, kommunizmin xüsusiyyəti budur.
PKK özündən çıxmış vəziyyətdədir. Biz milli şüurla bir və tam olsaq o zaman PKK-nın gücü olmaz. Amma PKK milli şüurun geniş yayılmadığını bildiyi və öz gəncliyində də şüurlanmış, siyasiləşmiş gənclik olduğunu bildiyi üçün o gəncliyə güvənir.
PKK bütün bölgənin başına bəladır. Xalq hal-hazırda Cənub-Şərq bölgəsində dinc yaşamır, mafiya idarəsi altında yaşayır. Mafiya idarəsi altında bir insan necə rahat yaşaya bilər? Bir banda idarəsində necə rahat yaşaya bilər? Bu da mehdiyyətlə təmizlənəcək.
Hökumətə "yanındayıq" mesajı verilməsi lazımdır. PKK-ya qarşı hökumətin yanında birlik, 80 milyonluq birlik almağımız lazımdır.
Ediləcək ən gözəl şey insanların iman şüurunu artırmaq: iman həqiqətlərini, Quran möcüzələrini izah etmək, düşüncələrinə, ruhlarına, ürəklərinə Allah sevgisini daha yaxşı aşılamaqdır.
Gənclərə Milli Təhlükəsizlik dərsi kimi “Milli Şüur” dərsi verilməlidir. Bölünmənin təhlükəsi, milli birliyin, Türk-İslam Birliyinin, qardaşlığın, sevginin əhəmiyyəti, bunlar izah edilməlidir.
Türkiyəni bölmək istəyirlər. Hökumət elmi səfərbərliyə başlamalıdır. Bütün dövlət məktəblərində gəncliyi PKK təhlükəsinə qarşı dərs keçilməlidir. Kommunizmə qarşı, materialist fəlsəfəyə qarşı, bölünmə təhlükəsinə qarşı; orta məktəb, lisey, universitet bütün məktəblərdə təhsil verilməli, müzakirələr təşkil edilməlidir.
Sən əmr-i bil maruf və nəhy-i anil münkər ilə məsuliyyət daşıyırsan. Təsiri Allah yaradar.
Çin Avropa kimi olmalıdır. Edam cəzasını ləğv etməlidir. Əks halda müasir ola bilməz. Qorxu ölkəsi olar. İnsanlar Çinə güvənməz.
PKK problemini kökündən həll edəcək yol İslam Birliyidir. İslam Birliyi ilə PKK bacara bilməz. O zaman PKK aslanın üstünə qonan ağcaqanada bənzəyər.
Kommunist sistemdə onsuz da ailə yoxdur. Uşaq dövlətindir. Darvinist-materialist təhsilə son qoyulmadıqca, kommunizmin səhvləri izah edilmədikcə, milli şüur gənclərimizə ətraflı şəkildə tədris edilmədikcə bu bəlaların ardı-arası kəsilməz.
Cənub-Şərqdə PKK-ın istifadə etdiyi həmyerlilik siyasətinə qarşı, İslam siyasətinin yeridilməsi lazımdır. Çünki İslam çox yüksəkdir. Həmyerlilik damarı onunla müqayisədə çox aşağı səviyyədə durur. Xalq da çox dindar olduğu üçün Cənub-Şərqdə bu yolla müvəffəqiyyət qazanmaq olar. Əks təqdirdə uğurlu olmaz.
PKK ilk öncə qorxudurdu, dəhşət və şiddətlə özünə zəmin yaratdı, amma hal-hazırda kürdlərə sevgi və şəfqət, həmyerlilik ruhu ilə yaxınlaşır. Eyni şəkildə dövlətimizin də imanla, Quranla, Quran əxlaqı ilə, mehribanlıqla və mömin qardaşlığı mövzusunu ətraflı şəkildə istifadə edərək kürd qardaşlarımıza yaxınlaşmalıdır.
PKK-ın dağda verdiyi təhsilə əvəz olaraq gənclərimizə də mütləq siyasi təhsil verilməli, vətən, millət sevgisinin möhkəmləndiyi, bölünməyə qarşı qərarlı, darvinizmə, materializmə qarşı, kommunist təhlükəni dərk edən, kommunizmə necə cavab verəcəyini bilən, PKK-ın Stalinist nəzəriyyəsini yerlə-yeksan edən təchizata sahib, bölünməyə qarşı bütün informasiya ilə təmin edilmiş, siyasi mədəniyyəti yüksək səviyyəli gənclər kimi yetişdirilməlidir.