30 ildən bəri ancaq bir şey deyilir: “Məhv olsun PKK!”. "Məhv olsun PKK!" demək əvəzinə, Darvinizmlə əlaqədar kitab hədiyyə etsinlər, Darvinizmlə əlaqədar nəyisə öyrənib onu izah etsinlər, materializmi məhv edən söhbət etsinlər.
Təkcə bir an olduğuna görə o anın içində Allahın diləməsi ilə gəzə bilərsən. Peyğəmbərimiz (s.ə.v) də zaman içində gəzdiyi üçün Mehdi (ə.s)-ı görüb. Məsələn, hz. Xızır (ə.s) da zaman içində gəzir, buna alışıb. Hz. Musa (ə.s)-ı da gəzdirib, amma əqli pərdənin qalxmaması üçün yekazə halında.
Mehdi (ə.s) hal-hazırda fəaliyyət göstərir, amma həmçinin Peyğəmbərimiz (s.ə.v) də səhabələrlə söhbət edir. Hz. Musa (ə.s) da tələbələri ilə dənizdən keçir, hz. İbrahim (ə.s) da indi o buzovu qızardıb qonaqlarıyla yeyir, hz. Adəm (ə.s) hələ indi cənnətdən endirildi. Çünki Allah Qatında tək bir an var.
Allah Qatında zaman olmadığı və tək bir an olduğu üçün Peyğəmbərimiz (s.ə.v) bəzən zaman içində Allah tərəfindən yuxu aləmində gəzdirilir. Yuxu ilə oyaqlıq arasında, zamandan kənara çıxarılır, Mehdi (ə.s)-ı görür.
"Mehdi (ə.s)-ın zühuru Məhərrəm ayında olacaq" , Məhərrəm ayında görünəcək. Məhərrəm ayı çox əhəmiyyətlidir.
Türk-İslam Birliyində Rusiyaya çox əhəmiyyət vermək lazımdır, çünki Rusiya və İsrail əhəmiyyətlidir.
İnsanlarla və yaradılmışlarla oynadıqları bir dövrdə, hər şeyi korladıqları bir gələcəkdə, o dövrdə dünya çölə dönəcək. Yağış yağmasındakı nizam pozulacaq, məsələn, bir yerdə sel olsa, digər bir yerdə kəskin quraqlıq olacaq. Müharibələr artıq banda vuruşmalarına dönəcək, insanlar dünyanın hər tərəfində bir-birlərinə hücum edəcək. ELƏ AZĞIN BİR DÖVRDƏ QİYAMƏT QOPACAQ.
Genetika elə irəliləyəcək ki, bunu da görəcəksiniz, insanları şəkilləndirəcəklər, insan və heyvan qarışığı heyvana bənzər məxluqlar əldə etməyə çalışacaqlar. Məsələn, heyvan ilə bitkini qarışdırıb qəribə qarışıq əldə etməyə çalışacaqlar.
Elmdə və texnologiyada qeyri-adi irəliləyişlər olacaq, Allahualəm. Genləri dəyişdirib qeyri-adi şeylər yaradacaqlar. Hətta insanlar "biz də insan yaradırıq" deməyə başlayacaqlar.
Lazımsız vəsvəsələrə düşməmək üçün vicdanı, ağılı həmişə təmiz saxlamaq lazımdır.
Bizim millətimiz şəfqəti, sevgini dərk edir. SEVGİ CƏNUB-ŞƏRQİ MƏNƏVİ CƏHƏTDƏN FƏTH EDƏR. CANLARIMIZI O BƏLADAN QURTARMIŞ OLARIQ. SEVGİ, ELM, AĞIL, FƏLSƏFƏ PROBLEMİ HƏLL EDƏR.
NİFRƏT ÇOX ÇƏTİN, SIXICI, YORUCU, ÇİRKİNLƏŞDİRİCİ HİSSDİR. Nifrət dolu insanlara baxarkən,görürəm ki, murdar sifətli, ağızlarından nifrətlə dolu sözlər yağır. Sözlər nifrətlə bəzənib. Ətlərində niftrət əks olunub. Halbuki, sevsələr çox gözəl olar.
Çəyirtkələr də , quşlar da, yarpaqlar da gözəldir. Ən çox da insanlar, qadınlar, uşaqlar gözəldir.
Sevginin əleyhinə olmalarını mən heyrətlə qarşılayıram. SEVGİ ÇOX LƏZZƏTLİ, ÇOX GÖZƏLDİR, DÜNYADAKI ƏN BÖYÜK NEMƏTDİR. ALLAH DÜNYANI SEVGİ ÜÇÜN YARADIB.
Sevgi olmasa, İslam Birliyinin mənası da olmaz. Birləşsə də, birləşməsə də, sərhədləri açsan da, açmasan da fərqi yoxdur. SEVGİ OLMASA HEÇ NƏYİN MƏNASI OLMAZ. HƏR ŞEY YOX OLAR, YIXILAR, MƏHV OLAR.
Birlik sevmək deməkdir. İSLAM BİRLİYİNİN MƏNASI MÜSƏLMANLARIN BİR-BİRİNİ SEVMƏSİNİN DİGƏR ADIDIR. YƏNİ ÜMUMİLİKDƏ SEVGİNİN, DÜNYA MİQYASINDAKI SEVGİNİN DİGƏR ADI İSLAM BİRLİYİDİR.
Biz Suriyanın bütövlüyünü istəyirik, parçalanmasını istəmirik. Qardaş olmaq istəyirik.
Darvinizmə qarşı anti-Darvinizm, materializmə qarşı anti-materializm, ateistliyə qarşı dindarlıq, xurafatçılığa qarşı müasir dindarlıq təbliğ edilməlidir. Atatürkün fikirləri mükəmməldir, çox ağıllı bir insan olub.
Təhlükəli bölgə zirehsiz, müdafiəsiz olmaz. Məsələn, əsgərlər çöldə gəzərkən, paltarlarının altından zirehli geyim geyinir, başlarına da kaska qoya bilərlər. O formada gəzsinlər.
Quranda zirehə diqqət çəkilib. Həmişə mənim canlarım (sevimli Mehmetlərimiz), ürəyindən, ciyərindan, alnından mərmi yarası alır. Məsələn, alınlarını qoruyan polad sarıqlar olsun. Ürəklərini, qaraciyərlərini, həyati orqanlarını qoruyan qalın zireh olsun.
İctimai ədalət istəyirsinizsə, ən yaxşı forması İslamda, Mehdiyyətdə vardır.