Genetika elə irəliləyəcək ki, bunu da görəcəksiniz, insanları şəkilləndirəcəklər, insan və heyvan qarışığı heyvana bənzər məxluqlar əldə etməyə çalışacaqlar. Məsələn, heyvan ilə bitkini qarışdırıb qəribə qarışıq əldə etməyə çalışacaqlar.
Elmdə və texnologiyada qeyri-adi irəliləyişlər olacaq, Allahualəm. Genləri dəyişdirib qeyri-adi şeylər yaradacaqlar. Hətta insanlar "biz də insan yaradırıq" deməyə başlayacaqlar.
Lazımsız vəsvəsələrə düşməmək üçün vicdanı, ağılı həmişə təmiz saxlamaq lazımdır.
Bizim millətimiz şəfqəti, sevgini dərk edir. SEVGİ CƏNUB-ŞƏRQİ MƏNƏVİ CƏHƏTDƏN FƏTH EDƏR. CANLARIMIZI O BƏLADAN QURTARMIŞ OLARIQ. SEVGİ, ELM, AĞIL, FƏLSƏFƏ PROBLEMİ HƏLL EDƏR.
NİFRƏT ÇOX ÇƏTİN, SIXICI, YORUCU, ÇİRKİNLƏŞDİRİCİ HİSSDİR. Nifrət dolu insanlara baxarkən,görürəm ki, murdar sifətli, ağızlarından nifrətlə dolu sözlər yağır. Sözlər nifrətlə bəzənib. Ətlərində niftrət əks olunub. Halbuki, sevsələr çox gözəl olar.
Çəyirtkələr də , quşlar da, yarpaqlar da gözəldir. Ən çox da insanlar, qadınlar, uşaqlar gözəldir.
Sevginin əleyhinə olmalarını mən heyrətlə qarşılayıram. SEVGİ ÇOX LƏZZƏTLİ, ÇOX GÖZƏLDİR, DÜNYADAKI ƏN BÖYÜK NEMƏTDİR. ALLAH DÜNYANI SEVGİ ÜÇÜN YARADIB.
Sevgi olmasa, İslam Birliyinin mənası da olmaz. Birləşsə də, birləşməsə də, sərhədləri açsan da, açmasan da fərqi yoxdur. SEVGİ OLMASA HEÇ NƏYİN MƏNASI OLMAZ. HƏR ŞEY YOX OLAR, YIXILAR, MƏHV OLAR.
Birlik sevmək deməkdir. İSLAM BİRLİYİNİN MƏNASI MÜSƏLMANLARIN BİR-BİRİNİ SEVMƏSİNİN DİGƏR ADIDIR. YƏNİ ÜMUMİLİKDƏ SEVGİNİN, DÜNYA MİQYASINDAKI SEVGİNİN DİGƏR ADI İSLAM BİRLİYİDİR.
Biz Suriyanın bütövlüyünü istəyirik, parçalanmasını istəmirik. Qardaş olmaq istəyirik.
Darvinizmə qarşı anti-Darvinizm, materializmə qarşı anti-materializm, ateistliyə qarşı dindarlıq, xurafatçılığa qarşı müasir dindarlıq təbliğ edilməlidir. Atatürkün fikirləri mükəmməldir, çox ağıllı bir insan olub.
Təhlükəli bölgə zirehsiz, müdafiəsiz olmaz. Məsələn, əsgərlər çöldə gəzərkən, paltarlarının altından zirehli geyim geyinir, başlarına da kaska qoya bilərlər. O formada gəzsinlər.
Quranda zirehə diqqət çəkilib. Həmişə mənim canlarım (sevimli Mehmetlərimiz), ürəyindən, ciyərindan, alnından mərmi yarası alır. Məsələn, alınlarını qoruyan polad sarıqlar olsun. Ürəklərini, qaraciyərlərini, həyati orqanlarını qoruyan qalın zireh olsun.
İctimai ədalət istəyirsinizsə, ən yaxşı forması İslamda, Mehdiyyətdə vardır.
Marksizmin Darvinizmin üstünə inşa edilib. Darvinizmi altından çəksək Marksizm çökər.
Marksizm və Leninizmin mənşəyində şiddət və qürur dayanır.
Xarakteri, hərəkətləri sadə olan qadın qəribədir. Mən ona qadın deyə bilmərəm. Qadın olması üçün mədəni, alicənab xarakterli olmalıdır. Allaha qarşı sevgisini hiss etdirən o nəzakəti, o incəliyi bütün həyatına hakim olmalıdır.
Qadın keyfiyyətli, nəzakətli olanda gözəl olur. Kobud qadın gözəl olmur. Mədəniyyətsiz qadın gözəl olmur. Nəzakətli, gözəl əxlaqlı qadın gözəl olur. Mənə çox təsirli gəlir. Adi qadın qəribə gəlir, yazığım gəlir sadəcə.
Suriyayla dost, qardaş olaq. Səudiyyə Ərəbistanın, hər yerin sərhədlərini sonuna qədər açaq. Pasportu, vizanı da götürək. Qiyamət yaxındır . Çox az bir vaxt var. 70 illik müddətdən sonra İslam pozulmağa başlayacaq.
PKK əgər bir qurtuluş istəyirsə, İslam Birliyinə daxil olsun. Əgər ürəklərində bir parça yaxşılıq qaldısa tövbə edərək İslam Birliyinə daxil olsun,Türk-İslam Birliyi üçün cəhd göstərsinlər.
Bu vətən bizimdir. Vətənin kommunist olmasına icazə vermərik. Vətənin əlimizdən getməsinə icazə vermərik. Dinin, imanın əlimizdən getməsinə icazə vermərik.