HARUN YƏHYA ƏSƏRLƏRİ VASİTƏSİ İLƏ İMAN EDƏNLƏR VƏ İMANINI GÜCLƏNDİRƏNLƏR

 

 

Harun Yəhya əsərlərinin dünya miqyasındakı təsirini göz önünə gətirən ən vacib tərəflərindən biri bu əsərlər vasitəsi ilə iman edən və imanı güclənən çoxlu sayda insan olmasıdır. Bununla əlaqədar çoxlu oxucu məktubu və mesajı gəlir. Burada sadəcə az bir qisminə yer verəcəyimiz bu mesajlar Harun Yəhyanın əsərlərinin təsirinə bir neçə nümunədir.


 

Sizin rusca hər kitabınızı oxuyuram. Sibirdə yaşayıram. Həyat yoldaşım rusdur. Sizin kitablarınız və Quran vasitəsi ilə o, din olaraq özünə Müsəlmanlığı seçdi. Dinimizi Quran ayələri ilə açıqlayıb, bizə doğru yolu göstərən belə gözəl bir insan olduğuna görə xoşbəxtəm. Allah cəhdlərinizi artırsın və cəmiyyətə daha xeyirli etsin.

Məhəmməd Arif – Riyad

 

Müsəlman olaraq imanım həmişə sizin kitablarınız sayəsində gücləndi. Allah sizi mükafatlandırsın. Öyrəndiklərimi milyonlarla ingilis dilini bilməyən Müsəlman bacı və qardaşlarımla bölüşmək istəyirəm. Buna görə də sizin işlərinizi Hausa dilinə tərcümə etmək üçün icazə istəyirəm. Mən hüquqşünasam və icazənizə ehtiyacım var. Salamlar.

Nurəddin Ayaqi – Nigeriya

 

Salam. Mən Kosovadan bir müsəlmanam. Əvvəlki həyatımın necə olduğu vacib deyil, amma, Harun Yəhyanın kitabları sayəsində özümü daha da güclü bir müsəlman olaraq hiss edirəm. Müntəzəm şəkildə namaz qılmağa başladım. Əvvəl daimi namaz qılmırdım. Zülmət içində ikən, kitabların təsirindən artıq özümü doğru yola yönələn görürəm. Harun Yəhyanın kitabları vasitəsi ilə artıq dünyanı fərqli görürəm. Allahın köməyi ilə kitabını ingilis dilindən alban dilinə tərcümə edirəm. Sizə göndərəcəyəm, beləliklə, Albaniyada oxucular istifadə edə bilərlər. Sizə hər şeyin ən yaxşısını arzu edirəm.

Əli Avdiu – Kosova

 

Harun Yəhyanın bəzi kitablarının tərcüməsini tamamladıqdan sonra imanımın qüvvətləndiyini hiss etdim və özümü Harun Yəhya kimi Allaha həsr etmək üçün söz verdim. İnşaAllah bir neçə il içində Türkiyədə cəmiyyətdə nə dəyişiklik olubsa, Harun Yəhya əsərləri Tailandda da eyni dəyişiklikləri edəcək.

Zəki – Tailand

 

Salamlar! İslam dininə yeni gəldim, Allaha çox şükür. Bunda Harun Yəhya əsərlərinin rolu böyükdür. Bu səbəblə minnətdarlığımı bildirmək istəyirəm. Harun Yəhyanın açıqladığı mövzular vasitəsi ilə qazandığım dəqiqliyə görə təəccüb içindəyəm. Halbuki, bu mövzuda milyardlarla insan çaş-baş qalmış vəziyyətdədir... Zamanınız üçün təşəkkür edirəm.

Tom Malies

 

İndi Təkamül Nəzəriyyəsinin İflasını oxudum, bu bir möcüzədir. Düşündüyüm hər sual (liseydə biologiya dərsində oxuduğum mövzularla əlaqədar fikrimdə qalan) və cavabını tapa bilmədiklərim cavablandı. Ən diqqət çəkən bakteriyaların antibiotiklərə qarşı immunitet qazanmasıdır. Bu kitabı bu qədər aydın yazdığınız və ödənişsiz etdiyiniz üçün çox təşəkkürlər. Bu əsər sayəsində Allaha olan inancım daha çox qüvvətləndi.

Xristofer

 

Bu gözəl bir internet saytıdır. MaşaAllah. Əsərləriniz mənə çox faydalı oldu. Xüsusilə də Dünya Həyatının Həqiqətləri adlı kitabınız. Mənə, Allaha bağlanmaq üçün ilham verdi. Məncə, videolar, kasetlər və kitablar hazırlayıb bunları ödənişsiz olaraq verməyiniz çox alicənab bir davranışdır. Bir çox insan Allaha daha çox yaxınlaşmaq istəyir, amma bu məlumatları əldə etməyə pulları çatmırdı. Allah sizi etdiklərinizə qarşılıq olaraq daha çox mükafatlandırsın. Sizə, İslamı dünyanın hər yerinə yaymaq üçün güc və qabiliyyət verməyi davam etdirsin.

Sr. Rahmah – Nigeriya

 

Əsərlərinizin böyük bir qismini oxudum və bunlara şahid oldum. İllərdir doğrunu axtarırdım, amma tapmamışdım... Bir çox insan bir çox şey söylədi, amma heç biri bir məna ifadə etmədi. Amma sizin kitablarınız və məqalələriniz çox şey ifadə etdi... Sizə və sizinlə birlikdə çalışan insanlara təşəkkür etmək istəyirəm... Bizə görmədiyimiz, amma əslində mövcud olan şeyləri göstərdikləri üçün... Dinimiz üçün etdiyiniz hər şeyə görə təşəkkürlər. Allah sizi qorusun, sizi və hamımızı sadiqlərdən etsin. Hamımız Quranın nurunu görək və İslam dünyaya hakim olsun!

Sərdar Umair Əli Xan Saddozai – Pakistan

 

Salam, sizə ilk dəfə yazmaqdan  və hər mövzuda kömək etmək istədiyimi bildirməkdən məmnunam. Bunu etmək istəməyimin səbəbi isə şəxsən Harun Yəhyanın əsərlərindən çox istifadə etmiş olmağımdır. Bu vaxta qədər 30-dan çox kitabınızı kompüterimə yükləmişəm. Onları daimi olaraq və sevərək oxuyuram. Mənim Allaha olan imanımın artmağına çox böyük təsiri oldu. Quran və sünnə haqqında çox məlumatım olmasına, İslami xalq söhbətlərində iştirak etməyimə baxmayaraq, beş dəfə namazımı etdiyim şeyə inandığım üçün qılmırdım. Amma, Allahın mənə bir gün gerçəkləri göstərəcəyini ümid edirdim. Darvinistlərin ortaya atdığı iddialar məni çox çaşdırdı və şübhəyə düşdüm. İndi isə, Allahın rəhməti sayəsində, Harun Yəhyanın kitabları ilə Allaha olan güclü və tam imanımı geri qazanmağa başladım. Bundan sonra ağlımdakı boş, bir-biri ilə zidd iddiaları bir kənara atdım. Artıq mənim əxlaqi vəzifəm, başqalarının da bunlardan istifadə etmələrinə şərait yaratmaq və onların Yaradıcımız olan Allah ilə mənəvi bir əlaqə qurmalarına vəsilə olmaqdır. İlk təşəbbüs olaraq Nigeriya Tələbələr Birliyi Sədri ilə əlaqə yaradıb və bu kitabları ölkə daxilindəki liseylərdə tələbələrə tanıtdırma və eşitdirmə məsələsində mənə necə kömək edə biləcəklərinə baxacağam. Məncə, bu yaxşı bir başlanğıc olacaqdır. Bundan əlavə Nigeriyada bir çox dilə tərcümə edə biləcək çox sayda dostlarım var. Bunda bir problemim olmayacaqdır.

Musa Dayyib Harun – Nigeriya

 

Salam, saytınız kainatın Yaradıcısı Allahla olan mənəvi bağımın qurulmasına kömək oldu, imanımı artırdı və həyatın həqiqətini anlamağıma vəsilə oldu. Uca Allah sizi bu fəaliyyətlərinizə görə nemətləndirsin!

Adam Elder – ABŞ

 

Dostlarım da daxil olmaqla biz 2 ay əvvələ qədər çox günahkar insanlar idik. Həmişə nəfslərimizə məğlub olurduq. Amma bir gün Harun Yəhyanın saytına rast gəldim və araşdırdım, hətta, Türkiyədən DVD-lərini də sifariş etdim və dostlarımla birlikdə izlədik. Hamımız səhv etdiyimizi başa düşdük və nəticədə Cənabı Allah ürəklərimizə nur saçdı. Biz də, hər şeyə tövbə edib, bundan sonra yalnız Allaha qul ola bilmək üçün yaşayacağımıza söz verdik.

İsveçrə

 

Salam Sevimli Harun Yəhya. Xahiş edirəm bu mesajımızı qardaşım Harun Yəhyaya çatdırın. Təşəkkürlər. Fəaliyyətinizi və əsərlərinizi həqiqətən təqdir edirəm (bəyənirəm) və pulsuz  olaraq yükləmə fürsəti verdiyiniz filmləri seyr etməyi çox sevirəm. Allah bütün cəhdləriniz üçün sizi mükafatlandırsın və sizi cənnətinə daxil etsin. Yalnız sizin üçün deyil, əsərlərinizi yazmaqda sizə kömək edən hər kəs üçün dua edirəm. Gördüyünüz kimi mən onsuz da bir Müsəlmanam və əsərlərinizin mənim üzərimdə çox təsiri oldu. Allahın Böyüklüyünə və Dünyanın yaradılışındakı qüsursuzluğa olan imanımı gücləndirdi. Kitablarınız çox əsaslı və anlaşıla bilən məlumatlar ilə doludur. MaşaAllah.

Bilal Chbib – Almaniya

 

Allahın rəhməti üzərinizə olsun. Albaniyada yaşayıram. İnternet saytınız sayəsində əsərlərinizlə tanış oldum. Bu əsərlər mənim dünyamı dəyişdirir. Həqiqətən çox maraqlı və doğrudurlar. Mənə təsir edən Quranın nuru ilə ilham tapan həyatın fərqli istiqamətlərinə olan münasibətinizdir. Bizə indiyə qədər bilmədiyimiz çox şeyi öyrətdiniz və həqiqi imanı daha yaxşı anlamağımıza şərait yaratdınız. Quranı yaşamağımıza kömək oldunuz. Fəaliyyətiniz həqiqətən möhtəşəmdir və sizi bu mövzuda təşviq etmək istəyirəm. Allah sizə bütün nemətlərini bağışlasın və doğru yola yönləndirsin.

Sizin əsərləriniz indiyə qədər rast gəldiyim qaynaqlar içərisində mənə və bütün Albaniyadakı insanlara Allahı tanımaq və Onun böyüklüyünü qavramaq üçün ən böyük kömək oldu. Bəlkə bilərsiniz Albaniyada media və televiziya degenerasiya olmuş əxlaqi təlim verir və bu da ən çox uşaqlara təsir edir. Bu sahədə məncə, sizin materiallarınız ola bildikcə ən uyğun çarədir. Bu günlərdə internetdən yüklədiyim uşaqlara aid əsərlərinizi oxuyacağam. Bunları tərcümə etmək istəyirəm.

Altın – Albaniya

 

Salam Aleykum! Harun Yəhyanın əsərlərindən bir hissə oxuduqdan və bir neçə videosunu izlədikdən sonra uzun müddət axtardığım həqiqəti tapdığımı başa düşdüm və iman etdim. Daha əvvəl Türklər haqqında səhv fikirlərə sahib idim və onların İslamı yaxşı təmsil etmədiklərinə inanırdım. Harun Yəhyanı tanıyana qədər… Harun Yəhya imanlı bir türkdür. Ümid edirəm ki, Allah daha bir çox insanı sizin yolunuza sövq edər. Allah, Harun Yəhyaya və köməkçilərinə güc-qüvvət versin. Allah, inananları qorusun. Allahın salamı üzərinizə olsun.

Redouan – Almaniya

 

Sizin əsərlərinizdən çox ilham alıram. Mənim Allaha olan inancımı böyük miqyasda artırdılar. Əsərlərinizin İngiliscə olanlarının hamısını almaq istəyirəm. Bunun üçün mənə yol göstərə bilərsinizmi?

Şamil Xan – İngiltərə

 

Bütün Müsəlman bacı qardaşlarıma salamlar. Bura mənim fərqli düşünməyimə və həqiqəti görməyimə səbəb olan heyrətamiz bir səhifədir. Müəllifə belə bir internet saytı hazırladığı və insanların həyatlarını dəyişdirdiyi üçün təşəkkürlər. İnşaAllah daha çox insan həqiqəti qavrayacaqdır. Allahdan başqa İlah yoxdur və Hz. Məhəmməd (s.ə.v.) Onun Elçisidir.

Noor-nahar Hoque – İngiltərə

 

Qardaşımız  Harun Yəhyanı tanımağın mənə nə qədər xoşbəxtlik verdiyini sizlərə izah edə bilmərəm. Mən Katolik bir ailədən idim. Əlhəmdülillah 7 il əvvəl Müsəlman oldum. Mənim həqiqəti tapmağımda Harun Yəhyanın məqalələrinin çox böyük köməyi oldu.

Cəlil Əl Biriyəni – Peru

 

Salam. Adım Əmir Afrididir. Pakistanlıyam. Əsərinizi gördüm və inanın ki, həyatımda ilk dəfə belə bir əsər gördüyüm üçün gözlərimə inana bilmədim. Televizora baxarkən, Indus Vision kanalında sizin proqramınıza rast gəldim. Belə bir fəaliyyətin İslam üçün edilə biləcəyini təxmin edə bilməzdim. Çünki, bu gün gördüklərimiz yalnız bəzi sıxıcı proqramlar və oxumayacağımız kitablardır... İyirmi iki yaşındayam və oxuduqlarıma görə iki problemim var idi, artıq Hz. İsanın yer üzünə bir daha geri gəlməyəcəyinə və hər canlının təkamül prosesindən keçdiyinə inanmağa başlamışdım. Ancaq, proqramda sizin internet saytınızı qeyd etdim və mənim mövqeyim ilə əlaqədar bəzi kitabları kompüterimə yüklədim. Harun Yəhyaya necə təşəkkür edəcəyimi bilmirəm. Hz. İsa və Darvinizm mövzusunda kitablarını oxudum. Məni tamamilə dəyişdirdiklərini deyə bilərəm. Əsərləri mükəmməldir. İlk olaraq sizə və arxanızdakı qrupa təşəkkür edirəm. Xahiş edirəm mənə İslam üçün nə edə biləcəyimi söyləyin və son xahişim də Harun Yəhyaya məndən bəhs edin. Əsərləri ilə necə bir insanı Müsəlman etdiyindən danışın. Bir insan etdiklərinizin qarşılığını verə bilməz, yalnız Allah verə bilər. Allah sizi qorusun. Heyranınız və köləniz Əmir Afridi.

Əmir Afridi – Pakistan

 

Möhtərəm mömin bacı qardaşlarımız. Rusiyada yaşayan Müsəlman qardaşlar adına sizə ürək dolusu salamlar göndəririk.

Yetmiş illik kommunizm zülmündən xilas olduqdan sonra Rusiyada yaşayan Müsəlmanlar öz şəxsiyyətlərini tapdılar. İslamın və Müsəlman kimi yaşamağın nə olduğunu anladılar. Amma imanı qüvvətləndirmək üçün kafi məlumatlar və müdrik insanlar olmadığı üçün Rusiya Müsəlmanları çox əziyyətli günlər yaşadı. Allaha həmd olsun ki, sizin kitablar Rus dilinə tərcümə edildikdən sonra insanlar imanlarını elmi dəlillər vasitəsi ilə qüvvətləndirməyə başladılar. Müsəlman olmayan insanlar kitablarınızı oxuduqdan sonra İslamı qəbul edir, İslam haqqında səhv fikirləri olan (etnik) Müsəlmanlar isə fikirlərinin nə qədər yanlış olduğunu başa düşürlər... Allah Cəllə-Cəlaluhu sizi bu insanlara bir hidayət vəsiləsi olaraq göndərib, kitablarınızın Rus dilinə tərcüməsi də insanlar üçün aydınlanma və hidayətə gəlmə vəsiləsi olmuşdur. Əsərlərinizdəki ixlas və səmimiyyət ürəkləri təmizləyir, illərdir toplanmış çirkləri silib atır və nurlandırır. Rusiyada İslamı özünə həyat tərzi seçmiş insanların sayı gündən-günə artır, bundan əlavə İslamı öz məqsəd və riyakarlıqları üçün istifadə edən insanlar da az deyil. Bu yazdıqlarımız şikayət mahiyyətində deyil, yalnız, İslam ictimaiyyətini aydınlatmaq məqsədi güdür. Rusiyada yaşayan Müsəlmanlar olaraq bizim İslami ədəbiyyata ehtiyacımız bəlkə də digər ölkələrdən daha artıqdır. Rusca əlimizdə olan ədəbiyyat ya çox az məlumat verir ya da tərcümə səhvləri vardır. İndi Ərəb ölkələrində təhsil görmüş dostlar maddi imkanlarının məhdudiyyətinə görə böyük şəhərlərə köçür, orada məscidlərdə və mədrəsələrdə dərs keçirlər. Başkırdıstan təbiəti ilə zəngin ancaq kasıb bir respublikadır. Müsəlman ictimaiyyətlər maddi sıxıntıya görə İslami təhsil verə bilmirlər və ya yüklənən ağır vergilərə görə qısa bir müddət içində bağlanılır. Əlimizdə olan ədəbiyyatı dəyərləndirərək insanları aydınlığa çıxartmağa çalışırıq. Ancaq xidmətlərimizi daha da canlandırmaq və daha geniş kütlələrə yaymaq üçün sizdən kömək etməyinizi xahiş edirik. Mümkünsə bizə Rusca tərcümə edilmiş əsərlərinizdən, video və səs kasetlərinizdən göndərməyinizi xahiş edirik. Burada Türkiyədə təhsil alan Azərbaycanlı din qardaşımız var və onun sayəsində bəzi türkcə əsərləri oxuyub başa düşürük. Rus dilinə tərcümə edilməmiş türkcə əsərlərinizi də göndərsəniz məmnun olarıq. Sizdən bir daha xahiş edirik ki, bizi səhv başa düşməyin, bizi anlayışla qarşılayın.

İndidən hər şey üçün sizə dərin təşəkkürlərimizi və hörmətlərimizi bildiririk. Allahın rəhməti və bərəkəti üzərinizə olsun.

Biktaşev İlqız (Abdulhakk) – Rusiya

 

Burnley, İngiltərədən bu mesajı yazıram. Harun Yəhyanın əsərləri mənə ilham verir. Bir müddət əvvəl doğru yoldan ayrılmışdım. Harun Yəhya qardaşımızın internet saytı sayəsində yenidən doğru yola yönəldim. Özünü şəxsən tanımağı və ona təşəkkür etməyi çox istəyirəm. Allah razı olsun.

Sami – İngiltərə

 

İslam dinini qəbul edən biri olaraq mənə bu sayt tövsiyə edildi. Bu həqiqətən möcüzə bir saytdır və möcüzə məlumatlarla doludur. Harun Yəhya İslama dönüş müddətimi çox asanlaşdırdı.

Joshua Wilson – İngiltərə

 

Adnan Oktarın öz sözləri ilə Psixi xəstəliklər dispanserindəki dövrü

 

 

Maraş Ağsu TV, 20 noyabr 2008

 

ADNAN OKTAR: Psixi xəstəliklər dispanserinə belə düşdü; “Yəhudilik və Masonluq” adlı kitabını nəşr etdiyim zaman mətbuat mənə təzyiq göstərməyə başladı və “Türk Qövmündənəm, İslam Millətindənəm” cümləsinə görə məni həbs etdilər. Türk Qövmündənəm, İslam Millətindənəm başqa bir səbəbi yox idi, buna görə həbs olundum. 9 ay həbsdə qaldım, sonra Psixi xəstəliklər dispanserinə köçürüldüm. 10 ay da, Psixi xəstəliklər dispanserində saxlanıldım. Əbdülhəmid dövründən qalmış köhnə bir binada 300 nəfər cinayət işləmiş ruhi xəstə ilə birlikdə saxlanılırdım. Binanın həyətinə çıxmaq, telefonla zəng vurmaq qadağan idi, cinayət işləmiş ruhi xəstələrə belə çöldə gəzməyə icazə verilirdi, amma mənə bu qadağan idi. Hətta tibb bacıları və həkimlər ilə də görüşməyim qadağan olunmuşdu yəni orada belə bir vəziyyət var idi. Mənim orada olduğum müddətdə ruhi xəstələr 7 nəfəri öldürdülər yəni çox dəhşətli bir vəziyyət idi, çox təhlükəli dəlilərin olduğu bir yer idi. 10 ay sonra Allah mənə imkan yaratdı oradan çıxdım. Üst qurumda dördüncü ixtisas pozuldu, dəlilik kağızı ləğv olundu lakin, illərlə mətbuat, ruhi xəstə olduğumu iddia etdi yəni kitablarını niyə oxuyursunuz, bu ruhi xəstədir, bunun kitablarını oxumaq olmaz deyirdilər. Hərbi xəstəxana “Ruhi və fiziki cəhətdən tam sağlamdır” deyə sağlamlıq kağızı verdi, ondan sonra mətbuat susdu, yəni, bu mövzu bağlanmış oldu. O hadisə nə üçün oldu? Bunu Türk Millətinin təqdirinə verirəm, yəni mən nə olduğunu bilirəm  amma, mühakiməni millətimizə həvalə edirəm.

 

Çay TV, 23 iyul 2008

 

ADNAN OKTAR: Bəli, xəstəxananın başında O var idi, baş həkim idi. Əvvəl həkimlər vasitəsi ilə mənə xəbərdarlıq etmişdi. Olduğum bölmədəki həkimlərə də xəbərdarlıq etmişdi. Mən təbliğat aparanda məni qapalı bölməsinə götürürdülər, yəni təcavüzkar, hələ müalicə olunmamış təhlükəli xəstələrin olduğu yerə aparırdılar. Orada bir müddət saxlanıldıqdan sonra, mənim yəqin bir az çəkinəcəyimi, əl çəkəcəyimi fikirləşirdilər, orada 10-15 gün saxlanıldıqdan sonra yenidən çıxarırdılar. Xroniki bölməyə gətirirdilər. Xroniki bölmədə mən yenə fəaliyyətlərimə davam edirdim, yenə təbliğat aparmağa davam edirdim. Yenə qapalı bölməyə aparırdılar, gördülər bu nəticə vermir, bu dəfə cinayət işləmiş dəlilərin olduğu yerə apardılar. Yəni, ən təhlükəli dəlilərin olduğu hissəyə köçürdülər. Gördülər bu da bir nəticə vermədi , başqa səfər tamamilə qapalı bölməyə apardılar. O bağçası olan bir bölmə idi. Osmanlı sultanı Əbdülhəmid dövründən qalan köhnə bir bina var idi. 300 cinayət işləmiş ruhi xəstənin olduğu ayrı bir daş binadan ibarət idi, məni oraya həbs etdilər. Oraya həbs edəndə “burdan çıxa bilməyəcəksən” dedilər. “zəng də vura bilməyəcəksən” kiçik bir otaq verdilər, “burada yatacaqsan” dedilər. Mən oradakı fəaliyyətlərimdə tibb bacıları və həkimlər ilə söhbət edirdim. Oraya gələn tibb tələbələri olurdu, onlara təbliğ edirdim. Təbliğ etdiklərimin içindən təsirlənənlər oldu, bu dəfə də həkim, tələbə və tibb bacıları ilə görüşməyimi qadağan etdilər. İldırım Aktunanın xəstəxanada bizim hissəmizə gələcəyi deyildi, hazırlıqlar edildi. Hər kəs sıraya düzüldü, mən də sıraya düzüldüm, tibb bacıları, həkimlər də eyni ilə. Rəhmətlik İldırım Aktuna bəy gəldi hamımıza baxdıqdan sonra mənim etməməli olduğum şeyləri mənə söylədi. “Qapalı qızlar bura gəlməyəcək” dedi. “Qapalı qız dostların qəti gəlməyəcəklər” dedi. “Burada hər hansı bir təbliğat işi aparmayacaqsan” dedi. “Tələbələr ilə danışmayacaqsan, həkimlər və tibb bacıları ilə də görüşməyəcəksən” dedi. “Yaxşı, kimlərlə görüşüm?” dedim. “Ruhi xəstələr ilə görüş. Oradakı xəstələrlə görüş” dedi. “Onlar heç nə başa düşmür” dedim. Yəni danışa bilməyəcək vəziyyətdə olan dəlilər idi, bəzisi başını divara vurur, bəzisi ağlayır, bəzisi də özünü yerə atırdı, “onlarla nə danışım mən?” dedim. “O zaman gir otağına, düşün təfəkkür et” dedi. “Buraya niyə gəldin? nə səbəbə gəldin?, düşün tap. Ele et onda” dedi. Gördüm başa salmalı deyil.

ÇAY TV: Sizdən nə istənilirdi? Bu Yəhudilik və Masonluq haqqında yazı fəaliyyətinizi dayandırmağınızı istəyirdilər?

ADNAN OKTAR: Bəli o dövrdə mənə, xəstəxanaya xəbər göndərmişdilər ki, həm məhkəmə məsələsini həll edək, həm də, müəyyən bir ödəniş verək, bu mövzunu bağla. Bu dövrün pulu ilə təxminən 300 milyard lirə təklif etdilər. Təbii ki, mən mənfi cavab verdim, “elə bir şey olmaz, təklif də çox çirkin idi, belə bir şey ola da bilməz” dedim. Sonra vəziyyət daha da pisləşdi. Bir dəli Hüseyn var idi, qapıda dayanırdı. Məni çölə çıxarırdı. Belə daimi bağırardı, çağırardı, böhranlar keçirərdi. Polad qapı var idi, orada vəzifəli idi o. Bütün xəstələrin çıxmağına icazə verirdi. Mənə icazə vermirdi. Onu tənbeh etmişdilər. Onu çıxmağa qoyma demişdilər. Həqiqətən çıxmağa qoymurdu. Çox nadir hallarda, bəzən, anam ilə çıxmağıma icazə verirdilər. Çölə çıxanda isə zəng vurmağa icazə vermirdilər, dostlarım ilə görüşə bilməyim deyə.

 

Kaçkar TV, 2 fevral 2008

 

ADNAN OKTAR: Bəli, o “Yəhudilik Masonluq” kitabım çıxanda ilk dəfə Yəhudilik Masonluq haqqında bu qədər ətraflı, faktlara əsaslanan, inandırıcı ilk əsər oldu. Ondan əvvəlki əsərlər inandırıcı və əsaslı olmayan əsərlər idi. Amma, mənim əsərlərimdə, Yəhudilik Masonluq kitabımda, şəkil altında orijinal sənədlər var idi, inanılmayacaq deyildi yəni qəti inandırıcı idi. Gördülər ki, son dərəcə təhlükəli bir təşəbbüsdür, tez Psixi xəstəliklər dispanseri məsələsi başladı. 10 ay tamamilə şüursuz yəni heç bir ehtiyacını bilməyən, danışmağı bacarmayan, düzgün yeriyə bilməyən, başını divarlara vuran, ağlayan, yerdə yatan ruhi xəstələrin içərisinə apararaq məni orada 10 ay saxladılar. Ağlı başında bir insanı ...

KAÇKAR TV: Bu müddətdə yemək-içməyiniz necə olurdu?

ADNAN OKTAR: Anam gətirirdi yemək, dəlilər də qaçaraq gəlib anamın əlindən yeməkləri alırdılar. Yəni dəli olduqları üçün, ağılları başlarında deyildi, özlərini idarə edə bilmirdilər. Anam təbii ki, yaşlı qadın olduğu üçün heç nə edə bilmirdi, yəni mənim qədər müqavimət göstərə bilmirdi. Bir ana olduğu üçün təbii, bir az rəngi solurdu, məsələn mən görürdüm ki, dəliləri görəndə rəngi sapsarı olurdu. Amma buna baxmayaraq məcburi onların içərisindən keçərək yanıma gətirirdilər. Yaşlı qadın tək başına dəlilərin içərisindən keçərək yanıma gəlirdi. Bu da bir işgəncə idi yəni, mənəvi işgəncə. Mənə qarşı nə edirdilərsə nəysə, mən bir şey demirəm. Amma, o yaşlı qadına qarşı belə bir işgəncənin səbəbi nə idi? Dəlilərin içindən keçirərək izdihamlı kameralardan keçərək mənim yanıma gəlirdi. İzah ediləcək daha bir çox şey var, lakin, biz bir qismini deyirik. Mənim bunlara görə əl çəkəcəyimi düşünürdülər ancaq, mən bunlardan qorxmuram. Nə işgəncədən, nə həbsdən qorxaram, nə öldürülmə təhdidlərdən, nə ondan, nə də bundan. Rəsulullahın dövründə necə idisə indi də elədir. Yəni, Müsəlman belə şeylərdən qorxmaz. Əgər qorxsa Müsəlman olmasının mənası olmaz. Müsəlman mütləq imtahan ediləcək, belə çətinliklərlə, sıxıntılarla imtahan olunacaq. Cənnətə düşməyin asan olmadığını hamımız bilirik inşaAllah. Allahın rizası asan deyildir, Allahın rizasını qazanmağı məqsəd qoymuşuq. Allahın rizası, Allahın sevgisi ancaq bunlarla mümkündür, yəni çətinliklərə girməklə mümkündür. Çünki hamısını yaradan Allahdır, hər şeyi yaradan Allahdır. Müsəlmanın bunu təvəkküllə qarşılayıb gözəl bir imtahan kimi qiymətləndirməlidir.

KAÇKAR TV: Sizi Bakırköydən alıb birbaşa həbsxanaya apardılar yoxsa?

ADNAN OKTAR: Əvvəl həbs olundum, həbsxanaya apardılar, həbsxanada bir müddət qaldıqdan sonra, təxminən 9 ay kamera həbsində saxladılar, tək kiçik bir otağın içinə qoydular, orada da cinayət işləmiş məhkumların olduğu kameraya saldılar məni və tək deyilən kamerada cinayət işləyənlər qalırdılar, həbsxanada cinayət etmiş kəslər çox kiçik yəni təqribən bu otaq boyda bir otaqda qalırdılar. O otaqda mən 9 ay qaldım, oradan ruhi xəstəxanaya apardılar, xəstəxanada da 10 ay qaldım. Gördülər ki, əl çəkməyəcəyəm, hətta, məni bir müddətlik xəstəxanaya ötürdülər. Gördülər ki, eyni fəaliyyətlər yenə davam edir. Ondan sonra əl çəkdilər artıq, çünki, dostlarım, ətrafım daha da genişləndi. Xəstəxana dövründə sevənlərim, simpatiya duyanlar daha da artdı. Bunun da bir həll yolu olmadığını, hər halda başa düşdülər və o dövrdə təzyiqi üzərimdən qaldırdılar.

KAÇKAR TV: Yaxşı, bu fəaliyyətlərinizə davam edərkən, bu mövzuyla əlaqədar siz kimlərə, hansı insanlara təsir edəcəyinizi və müvəffəqiyyətli ola biləcəyinizi hədəflədiniz? Çünki, ətrafınız getdikcə artır.

ADNAN OKTAR: Bəli, vicdanı, könlü açıq olan hər kəsə. Müəyyən bir şey yoxdur. Bizdə belə bir düşüncə var ki, biz ancaq varlı, diqqət çəkən, yaxşı təhsilli insanlarla görüşürük kimi bir inanc var, belə bir şey yoxdur. Mən səmimi insan olduqdan sonra, səmimi mömin olduqdan sonra hər kəslə görüşərəm. Mənim elə daimi rahatlıq içində, bir əli yağda, bir əli balda yaşadığımı düşünənlər ola bilər. Amma, sırf mənim ruhi xəstəxanada yaşadığım 10 ayın 10 gününü bir insan yaşaya bilməz, yəni 10 gününü mən yaşaya bilərəm deyən bir insan varsa gəlsin. 10 gün belə yaşaya bilməz. Bir insanın dözə biləcəyi bir şey deyildi bu. Mənim mübarizəm ümumiyyətlə bu tərzdə davam etmişdir, bu dövrə qədər də belə olub. Yəni çətinliklər, mübarizələr dayanmadan davam edir. Mən bundan da çox məmnunam. Allaha şükür edirəm. Amma zahirən görünən şeylər təbii ki, belə deyil. Mən onsuz da elə bir istiqamət götürmərəm. Olsa da göstərmərəm

 

Malatya TV, 26 dekabr 2008

 

ADNAN OKTAR: Həbsxana ilə əlaqədar bəzi detallar verə bilərəm. Mənim olduğum kamera tək nəfərlik deyilən kamera idi. Lakin, ruhi xəstəxanada olan məhkumların olduğu kamera idi eyni zamanda, yəni işin maraqlı tərəfi belə idi. Məsələn, Əbdülkərim var idi. Xəstə idi. O biri otaqda Hüseyn var idi. O da elə xəstə idi. Gecə yarısı fəryad edən, bağıran, narahat olan xəstələr idi bunlar; yəni çox şiddətli reaksiyalar göstərirdilər xəstəliyin təsiri ilə. Mən də elə kiçik bir kameranın içində qalmışdım. Doqquz aya qədər qaldım. Sonra bilirsiniz yenidən bir kamerada yox, həbsdə qaldım. Təxminən 9-10 aya qədər yenə qaldım. Amma əsasən ruhi xəstəxana dövrü mənim üçün çox ağır idi. Çünki, ayağımdan zəncirlənirdim. Namaz qılarkən ayağım yuxarıda qalırdı, çünki zəncir qısa idi. Sonra zəncir əlavəsi oldu. Ondan sonra rahatladıq, bir 50-60 sm daha zəncir əlavə etdilər. Elə qəribə bir vəziyyət var idi ki, yəni zəncirləməyə nə üçün ehtiyac var idi? Mən bunu başa düşmədim. Hələ də bunu düşünürəm. Çünki, mən çox sülhsevər, humanist bir insanam, mərhəmətli bir insanam. Yəni, zəncirləmə hücum etmə ehtimalı olan birinə mümkündür. Çünki, elə ruhi xəstələrə belə bir şey edilmirdi. Rahat evlərinə də gedirdilər. Zəng də vururdular. Mənə zəng etmək qadağan idi. Çölə çıxmaq qadağan idi, həyətə çıxmaq da. İşin maraqlı tərəfi həkimlər, tibb bacıları, təcrübəçilər, yaxud, oraya təhsil üçün gələn həkimlər var idi. Onlarla belə görüşməyim qadağan idi. Elə maraqlı bir vəziyyət var idi o dövrdə.

 

Nevşehir TV, 20 iyul 2008

 

ADNAN OKTAR: Mənə Respublika tarixində görülməmiş şeylər edildi, mən bunlara özüm şahid olduğum üçün çox böyük bir təəccüblə izlədim. Məsələn, o ruhi xəstəxana dövrü. Mən bir yazaram, kitab yazıram və görürsünüz ki, ağlı başında bir insanam. Yəni kimsəyə hücum edən, dəli kimi sözünü bilməyən bir ruhi xəstə deyiləm. Amma məni cinayət işləmiş, anasını atasını öldürmüş, həyat yoldaşını öldürmüş ruhi xəstələrin olduğu Əbdülhəmid dövründən qalan bir daş binanın içərisinə həbs etdilər. Çölə çıxmağım da qadağan idi. Ruhi xəstələr çıxırdı amma, mən çıxa bilmirdim. 10 ay qışqıran, özünü yerə atan dəlilər içində, ruhi xəstəxananın vəziyyəti sizə məlumdur. Oranın şiddətindən və qorxusundan insanlar ora ziyarətə də gələ bilmirdilər. Ora mənim yanıma ziyarətə gələnlərə də dəlilər hücum edirdilər. Vəkilim də içəriyə girə bilmirdi. Mən araya girib onları ayırırdım. Məsələn, qardaşım, anam gəlirdi, onlara belə hücum etməyə çalışırdılar, mən onlara mane olurdum. Yəni könüllərini alaraq, söhbət edərək, əsəbiləşdirməməyə çalışaraq mane olmağa çalışırdım. Ağlı başında bir insanı 10 ay cinayət işləmiş ruhi xəstələrin içərisində tutmaq mənə çox qəribə gəlirdi. Çox qəribə bir hadisə idi. Bir də mənim orada olduğum müddətdə yeddi nəfər öldürüldü, mən olduğum kamerada. Çuqun nimçələrlə bir-birlərinə hücum edirdilər və yaxud orada tapdıqları hər hansı bir şeyi atırdılar, başlarını divara vururdular, elə cinayət işləyirdilər və o cinayətlərin də dərhal üstü örtülürdü. Elə bir şəraitdə 10 ay saxlandıqdan sonra dördüncü İxtisas dairəsinə göndərdilər məni. Orada sağlamlıq kağızı verildi. Sonra da hərbi xəstəxanaya getdim, hərbi xəstəxanada da həm ruhi, həm də fiziki cəhətdən sağlamdır, əsgərliyə getməyə də tam əlverişlidir deyə bir sənəd aldım.

 

Tempo TV, 24 dekabr 2008

 

ADNAN OKTAR: İlk həbs olunduğumda avtobusda olmuşdum. Allaha həmd etmişdim və açıq-aşkar eşidilmişdi. Bu çox xoşu gəlmişdi, qandal yaxşı oturdu əlimin üstünə. Allah yolunda aparılan mübarizədə bir müsəlmanın çəkdiyi acı və sıxıntılar ona savab olaraq geri dönər. Yəni, Allahın rizasını qazanmış olar. Nə qədər çətinlik olsa o qədər yaxşı olar. Məsələn, mən məhkəmə tibb yoxlanılmasından geri həbsxanaya qayıdanda bir film səhnəsi kimi idi sanki. Yerə içi tökülmüş o yastıqları parçalamışdılar, mənim ruhi xəstəxanada olduğum dövrdə də ruhi xəstələrlə birlikdə saxlanıldım, işin maraqlı tərəfi həbsxanada qaldığım tək nəfərlik kameralar da ruhi xəstələrin saxlandığı kameralar idi. Yəni, orada da ruhi xəstələrin içində tək nəfərlik deyilən hücrələrdə saxlanıldım. Məndən yandakı otaqda ruhi xəstə var idi. Bir az yaxınlıqda da bir başqası var idi. Bir meşə yandıran uşaq gətirdilər, o da ruhi xəstə idi. Səhərə qədər qışqırırdı, bir ruhi xəstə daha var idi o da elə həmin vəziyyətdə idi. Təbii ki, çox çətin şərait idi. Çölə də çıxmağıma icazə verilmirdi. Mən orada təxminən 9 ay qaldım, sonra da 10 aya qədər Əbdülhəmid dövründən qalan o köhnə binanın içində 300 ruhi xəstə ilə qaldım, amma bu ruhi xəstələr bildiyiniz ruhi xəstələrə oxşamırdılar. Çox təcavüzkar, nəzarət edilməsi çox çətin olan, adam öldürən xəstələr idilər. Olduğum dövrdə 7 nəfəri öldürdülər. Tez-tez qanlı döyüşlərin olduğu bir vəziyyət idi. Elə bir mühitdə mən 10 ay qaldım. Hətta, mənim çölə çıxmağım da, zəng etməyim də qadağan idi. Bir gün rəhmətlik İldırım Aktuna bizləri sıraya düzdü, hamımız hazır olduq, tibb bacıları, həkimlər, mən. Mən başda durmuşdum. İldırım Aktuna bəy mənim dostlarımla qəti görüşməməyimi istədi. Hətta, həkimlər, tibb bacıları və tələbələrlə də görüşməyəcəksən dedi. Yaxşı, kimlərlə görüşüm dedim. Ruhi xəstələrlə görüşəcəksən, yalnız xəstələrlə. Mən, axı onlar heç nə başa düşmürlər dedim. Onda get otağına dedi. Mənim hamama oxşayan, pis və qaranlıq bir otağım var idi. Get orada düşün dedi, öz-özünə fikirləş ki, niyə buradasan? Mənim olduğum mühit elə çətin idi ki. Hətta, məni bir müddət ayağımdan zəncirlə çarpayıya bağladılar. Mən onu başa düşmədim. İlk dövrdə, məhkəmə tibb yoxlanılışı dövründə ayağımdan qısa bir zəncirlə bağladılar, zəncir namaz qılarkən ayağımı çəkirdi. Mən bildirdim ki, belə namaz qılmaq çox çətindir mənim üçün, bir az uzatmaq mümkündür? Sonralar əlavə bir zəncir daha gətirdilər. 50-60 sm qədər uzadıldı, ondan sonra daha rahat namaz qılmağa başladım. Daha rahat hərəkət edirdim və mənim üçün bir nemət oldu bu. Amma zəncir hadisəsini başa düşmədim. Çox təəccüblü bir şey idi, çünki ruhi xəstələr də seyr edirdi ki, görəsən niyə zəncirləyiblər. Təəccüblənmişdilər ki, qandal kimi bir şey ayağımda. Ayağımda onlarla gəzirdim. Yəni bu qədər tədbir alınmasını, bu qədər hadisənin yaşanmasını hələ də təəccüblə xatırlayıram. Səbəb nə oldu, nə üçün oldu anlamadım. Təbii ki, bir xeyir hikmət vardır, savabı da çox böyükdür. Allahın rizasını qazandıracaq  çətinliklərdir bunlar, amma yenə də heyrətamiz idi.

 

HÖRMƏTLİ ADNAN OKTAR ONA VERİLƏN MƏHKUMİYYƏT QƏRARI İLƏ ƏLAQƏDAR NƏ DÜŞÜNÜR?

 

 

Amasiya TV, 21 iyul 2008

 

ADNAN OKTAR: 3 il həbs cəzası verildi, şəbəkə lideri olaraq hökm verildi. Təbii ki, bizim məhkəməyə da hörmətimiz var, hökmə də. Amma, buna Türkiyədə inanan bir nəfər də yoxdur. Mühüm olan mənim xalqımın, millətimin buna inanıb inanmamağıdır. Könüllərdə bəraət edib etmədiyim əhəmiyyətlidir, çünki, sənədlərə baxanda heç bir cinayət dəlili yoxdur. Məhkəmə əvvəl bəraət etdirmişdi məni. Yəni dostlarımızı, hamımızı şəbəkə cinayəti iddiasından bəraət etdirmişdi. Sonrakı hökmü bu istiqamətdə oldu. Sağ olsunlar. Yəni, o hökmü verən də Allahdır. Bunda da bir xeyir, bir hikmət vardır. Xüsusilə haqsız yerə günahlandırılmaq çox məqbuldur. Hz. Yusifin sünnətidir bu. Fəxrlə gedib cəzamızı çəkərik. Həbsxanalar da bizim yurdumuzdur. Oranın suyu da bu vətənin suyudur. Oranın torpağı da bu vətənin torpağıdır. Heç fərqi yoxdur ya bura, ya ora. Onu münasib hesab etdilərsə biz də edərik.

 

Milli Qəzet, 19 may 2008

 

ADNAN OKTAR: Təbii ki, bunun normal qarşılığı bəraətdir. Çünki, Respublika Prokuroru bunu açıqladı. Sənəddə cinayət ünsürü yoxdur deyir. Əvvəl də siz bəraət verdiniz deyir eyni iddialara. Yenə, guya imam mövqeyində olan biri kimi ittiham olunan o insana bəraət verdiniz sənəddəki dəlillərə əsasən. Bunu hakim deyir. İkinci dəfə prokuror mütaliə verdi, onda da yenə həm 313-ə görə zaman aşımıdır (yəni zaman mərhələsidir), həm də, bəraətdir dedi. Bu açıqlamalar çox dəqiqdir, amma, buna baxmayaraq cəza verildi. Hətta endirimsiz cəza verildi, 1 il əlavə edilərək normalda 2 il cəza verilir, lakin 3 il cəza verildi. Bu nədir? Təbii ki, xeyirdir. Bu Allahın yaratma sənətindəki incəliklərdən biridir. Bir hikmət üzərinə bu belə yaradılmışdır. Bunu sonrakı illərdə, aylarda və günlərdə görərik. Məsələn, Hz. Yusifin 7 il cəza alacağı bir günahı yox idi. Heç bir günahı yox idi. Əksinə məzlum idi, lakin, ona cəza vermə qərarı ağır gəldi deyir Allah. Bunu edən kimdir? Allahdır. Normalda elə bir şey heç olmazdı. Onu meydana gətirən Allahdır. Allah möminləri belə tərbiyə edir, sevdirir, gücləndirir, daha təqvalı hala gətirir, üfüqünü daha açır, onun gözəl taleyini, müsəlmanların gözəl taleyini (alın yazısını) daha da gözəlləşdirir. Biz buna xeyir, hikmət gözü ilə baxırıq. Məhkəməyə mən haqqımı halal edirəm, halal olsun. Həmişə söyləyirəm. Şikayətçi də deyiləm, çünki, xeyir olaraq görürəm. Lakin, biz hüquqi haqlarımızdan istifadə edərək yenə də şikayət edəcəyik. Amma, hər hadisənin bir qərar yeri vardır. Yəni, hər şey Allahın təqdir etdiyi bir nöqtəyə doğru gəlir və o nöqtədə də xeyir vardır. Məsələn, biz bəraət edərik, onu biz xeyir zənn edərik, ancaq şər ola bilər. Şər zənn edərsiniz xeyir olar, xeyir zənn edərsiniz şər olar, onun üçün, Biz Allahdan daimi xeyri istəməliyik. Xeyir istəyirik Allahdan, deməli xeyirlisi budur ki, Allah bunu meydana gətirdi.

 

Konya Sun TV, 14 sentyabr 2008

 

ADNAN OKTAR: Tez-tez məni həbs edirdilər, yəni 40-50 dəfə bəlkə saxlanılmışam. Səbəbsiz yerə evə gəlirdilər ki, səni aparırıq. 3 gün saxlayırdılar, sonra azadlığa buraxırdılar. Nəyə görə olduğu məlum deyildi. Bəzən protokol yazırdılar, bəzən cırıb atırdılar, bəzən də heç protokol da yazmırdılar. Belə qəribə bir vəziyyət var idi. Ondan sonra bilirsiniz bizə qarşı bir əməliyyat həyata keçirtdilər. Şöbəyə apardılar məni. Bir çox iddia irəli sürdülər, onu etmisən, bunu etmisən. Mən bunların heç birini etməmişəm dedim. “Əgər bunları qəbul etməsən, ayağınla yer arasında nə qədər məsafə varsa, yaşam və ölümün arasında da o qədər məsafə var sənin üçün” dedilər. Orada çoxlu qız uşaqları, dostlarım, qardaşlarım və mən var idim. İndi hər kəsin həyatı təhlükəyə girəcək. İmzalayım bitsin dedim. Yəni jurnalistlərin hazırladığı film tərzində bir çox xəyali ssenari idi, heç bir əsası olmayan, şahidi olmayan xəyali hadisələr, ortada şantajı sübut edəcək heç bir sübut yox idi. İmzaladım, mən zənn etdim ki, çıxaram prokurorun ya da hakimin qarşısında mövzunu rədd etsəm bitər. Amma, elə deyilmiş. Mənim atdığım o imza hər şeyin olmadığını isbat etməklə mükəlləfmiş. Yəni, çox qəribə bir vəziyyət idi, hər şeyi isbat etmək lazım idi, ancaq, isbat etmək üçün də bir şey yox idi. Bir də bu ifadə vəkil yanında alınmadı. Vəkil yanında alınmadığı üçün də etibarlı deyildi. Yəni bunun vəkil yanında yazılması qanuni cəhətdən şərtdir. Məhkəmənin də bu mövzuda qərarı var. Bundan əlavə qanunlarımızda CM-də maddəsi var. Amma, buna baxmayaraq məhkəmə mənə 3 il həbs cəzası verdi və şəbəkə lideri olduğum istiqamətdə hökm verdi. Ümumilikdə qəbul edirəm, çünki dövlətin məhkəməsinin verdiyi qərara mənim bir etirazım ola bilməz, hörmətlə yanaşıram. Amma, mənim şəbəkə lideri olmadığımı bütün Türkiyə bilir, hər kəs bilir. Buna heç kim də inanmaz, çünki, şəbəkə lideri adam öldürər, qətlə yetirər, incidər və bunların da konkret dəlilləri olar. Mən buna şəbəkə lideri deyərəm, amma ortada heç bir dəlil yox ikən mən belə bir ittihamı təbii ki qəbul edə bilmərəm. Çünki, sənəddə heç bir dəlil yox idi, lakin məhkəmənin hökmünə hörmət edirəm. Heç nə demirəm. Lazım olsa da gedərəm cəzamı çəkərəm həbsdə. O mövzuda da mənim dövlətə bir gileyim olmaz. Bu cəzanı verənlərə də mən haqqımı halal edirəm, halal olsun dəfələrlə də söylədim.

Lakin məsələ Ebru Şimşək hadisəsi məhkəmədəki əsas dəlillərdən biri idi. Ebru Şimşəyin yaşadığı ev, Allaha şükür ki, o hadisənin lent yazısı var, yəni o qadının iddia etdiyi hadisə lentə alınıb, videokasetə çəkilib, o lent yazısında hər şey çox dəqiqdir. Biz bu filmi hakimlərə göstərdik. Dirəkləri aşağıya doğru sallanan fövqəladə bir evdir bu. 60 kvadrat metrlikdi. Dirəklər aşağıya doğru sallanır, pəncərələri balacadır, amma bu xanım olduğunu iddia etdiyi evə şəxsən polis gedib göstərib və protokol tutulub. Evdə aparılan araşdırmada tavanın düz olduğu aydın görünür. Düz tavandı, yəni torlar sallanmır, evdə tor yoxdur və pəncərələr tavandan döşəməyə qədərdir, iki evin arasında o qədər fərq var idi ki, ev yenidən tikilməsə bu qədər fərq ola bilməz. İki evin bir-biri ilə heç bir əlaqəsi yox idi. Bununla hadisə ilə heç bir əlaqəm olmadığını məhkəməyə sübut etdim və bundan bəraət qazandım.

 

İran İtimat qəzeti, 26 oktyabr 2008

 

ADNAN OKTAR: Anti-Darvinist olduğumuz üçün Türkiyədə mətbuatın bizə çox ciddi təzyiqi var. Hətta, bu təzyiqlər elə bir nöqtəyə çatdı ki, məsələn, Tuncay Özkan adlı bir nəfər, hal-hazırda iddia edilən Ərgənəkon şübhəlisi olan məhbus, ondan əlavə polis müdiri Adil Sərdar Saçan; bizə qarşı əməliyyatı təşkil edən, o da indi iddia edilən Ərgənəkon şübhəlisidir. Bu insanlar ittifaq quraraq bizə qarşı mübarizə aparırdılar və bizi o dövrdə həbs etmişdilər. Adil Sərdar Saçan və qrupu, bir gecə əməliyyatı ilə saxlamışdılar bizi. Lakin Tuncay Özkan da hərəkətə gətirən yayımlar hazırladı. Biz saxlanıldıqdan sonra da dərhal həbs olunmağımız üçün, şöbədən məlumatlar alaraq ictimaiyyətə yanlış xəbərlər verdi. Biz bunun nəticəsində həbs olunduq. Bir müddət həbsdə qaldım və bu əməliyyatın nəticəsində üç il həbs cəzası aldım. Lakin, prokuror sənəddə mənim və dostlarım əleyhinə şəbəkə cinayətini sübut edəcək hər hansı bir dəlil olmadığını söylədi. Həm də, eyni məhkəmə tərəfindən daha əvvəl bəraət etdiyimiz bu cinayətdən, yenə bəraət qərarı verilməli olduğunu ifadə etdi. Polis ifadəsinin də vəkil yanında alınmadığını və alınarkən işgəncə tətbiq edildiyini, bundan əlavə də sənəddə əleyhimizə heç bir cinayət dəlili olmadığını və bu səbəblə də bəraət verilməsinin daha uyğun olduğunu söylədi. Məhkəmə buna baxmayaraq bizə üç il cəza verdi. Mənim qız dostlarım da var idi. Onlar da həyatlarında heç polis bölməsi görməmiş universitet məzunu, kollec məzunu dostlar idi. Onlar da, şəbəkə lideri olaraq üç il həbs cəzası aldılar. Təbii ki, biz məhkəmənin qərarına hörmət edirik və mən məhkəməyə qarşı haqqımı halal edirəm. Lakin, bu prokurorun fikri idi. Bunun da bilinməsində fayda var. Yalnız əməliyyatı həyata keçirən polis müdirinin də iddia edilən Ərgənəkon işində şübhəli olması çox düşündürücüdür. Bizim əleyhimizə mətbuatda yazılar yazan Tuncay Özkanın da iddia edilən Ərgənəkon şübhəlisi olaraq məhkum olması çox düşündürücüdür.

 

Nathan Schneider, 24 oktyabr 2008

 

ADNAN OKTAR: Türkiyədə iddia edilən Ərgənəkon dərin dövlət təşkilatı son zamanlarda qanun önünə çıxarıldı. Bu təşkilat bizə qarşı neçə illərdir mübarizə aparır, yəni mənə qarşı. Məsələn, ruhi xəstə olmadığım halda mənə ruhi xəstə dedilər. Neçə illərdir üzərimdə təzyiq hiss edirdim. Mətbuatda hər zaman əleyhimdə ruhi xəstədir deyə xəbərlər çıxırdı. Sonradan hərbi xəstəxana bu qərarı təkzib etdi və sağlam bir insan olduğumu hər kəs görmüş oldu və mən bunu isbat etdim. Məsələn, kokain istifadə etmədiyim halda şöbədə yeməyimə kokain qarışdırdılar. Bunu yenə məhkəmə tibbi yoxlanılışında isbat etdim. Polis bölməsində yeməyimə qarışdırıldığı təsbit edildi. Bundan da belə xilas oldum, amma, Darvinist tərəfdarları məni neçə illər narkoman olaraq tanıtdılar. Məsələn indi də 1999-cu ildə yenə iddia edilən Ərgənəkon təşkilatının, dərin dövlət təşkilatlanmasının bizə qarşı təxribat hərəkətləri nəticəsində böyük bir əməliyyat təşkil edildi və əməliyyatı həyata keçirənlərin başında olan polis də Adil Sərdar Saçan idi. İddia edilən Ərgənəkon təşkilatının üzvü olaraq indi həbsxanadadır. Bunu mətbuat vasitəsi ilə təşkilatlandıran insan da iddia edilən Ərgənəkon məhbusu olaraq cəza çəkir. Amma, bunların nəticəsində məhkəmə mənə üç il və üç nəfər qız dostuma da şəbəkə lideri olmaqdan cəza verdilər. Amma prokuror daha əvvəl məhkəməyə verdiyi izahatda siz bu insanları daha əvvəl bəraət etdirmişdiniz dedi. Yəni əvvəla bu insanlara bəraət vermişdiniz, ikincisi də bu insanların əleyhinə məhkəmə işində heç bir dəlil yoxdur dedi. Üçüncüsü də dəlil olaraq təqdim edilən ifadələr polis təzyiqi və işgəncəsi altında alındığına görə etibarsızdır dedi. Çünki həm ortada işgəncə var, həm də vəkil yanında alınmayıb və buna görə bəraətlərini istəyirəm dedi. Ancaq, mətbuat bundan heç bəhs etmir. Yalnız, şəbəkə lideridir deyə vurğulamağa çalışdılar, guya kitablarım zərər gətirəcəkdir. Deyəcəklər ki, bu kitabı yazan insan şəbəkə lideridir, kitabını niyə oxuyursunuz. Belə bir məntiqsiz vəziyyətə giriblər, yanlış antidemokratik bir münasibət bəsləyirdilər. Bunu bir elm adamı etməz, etməməlidir. Mən belə şeyləri tətbiq edən insanlara elm adamı demərəm. Elm adamı səmimi insandır. Məhkəmənin bu qərarına da hörmətlə yanaşıram təbii ki, haqqımı da halal edirəm. Lakin, Darvinistlərin məhkəmənin bu qərarını mənə qarşı istifadə etmələri çox vicdansızca və ağılsızca idi. Dürüst olduqlarını düşünmürəm çünki, Türkiyədə heç kim mənim şəbəkə lideri olduğuma inanmır. Mən sevgini, şəfqəti, mərhəməti müdafiə edən bir insanam. Adam da öldürmədim, yol da kəsmədim. İnsanların könlündə bəraət qazandım. Bu mənim üçün kafidir.

 

TASCA (Türk Ərəb mədəniyyət və sənət dərnəyi), 21 noyabr 2008

 

Jurnalist: Üç il həbs cəzası aldınız. Bizə danışa bilərsiniz?

ADNAN OKTAR: Bəli belə bir şey oldu. Mənim üç belə çox xanım-xatın, tərbiyəli, dindar qız dostlarım var; onlar və mən, şəbəkə lideri olaraq günahlandırılaraq cəza aldıq. Lakin, məhkəmə prokuroru deyir ki; ilk olaraq məhkəmə tərəfindən toplanılan dəlillər arasında şübhəlilərin əleyhinə heç nə yoxdur. İkinci, CM-nin 148/4 maddəsinə əsasən şöbədə alınan vəkilsiz ifadələrin dəlil olaraq qəbul edilmədiyi məhkəmə tərəfindən də təsdiq edilmişdir. Yəni biz o zaman izahat verəndə vəkilsiz verdik, bir də işgəncə ilə alındı. Bizə yanlış iddialar zorla qəbul etdirildi. İşgəncə, ölüm təhdidi olduğu üçün qəbul etdik. Bunu prokuror deyir. Bu səbəblərlə də izahatların etibarsız olduğunu söylədi. Həm də, daha əvvəl məhkəmə tərəfindən mən və digər dostlarıma eyni cinayətdən bəraət verdiyini, bu dəfə yenə eyni şəkildə bəraət verməli olduğunu söylədi. Bütün şübhəlilərin cinayətlərinin nisbətinə görə ayrı-ayrı bəraətlərinə qərar verilməsi cəmiyyət adına tələb olunar və araşdırılar dedi. Yəni üç şeyi vurğulamış oldu, yenə təkrar edirəm. Birincisi vəkil olmadan və işgəncə ilə alınan ifadələr etibarsızdır dedi. İkincisi daha əvvəl də sizə bəraət qərarı verilmişdir dedi. Üçüncüsü də sənəddə şübhəlilər əleyhinə heç bir dəlil yoxdur dedi. Cinayətə səbəb olacaq bir dəlil yoxdur dedi. Ona görə bəraətimizi istədi. Amma, məhkəmə bu istiqamətdə qərara alaraq üç il cəza verdi. Təbii ki, bizim məhkəmələrə qarşı həmişə hörmətimiz vardır. Qanunlara qarşı da. Xeyrini görərik. Çünki, o da taleyimizdə olan bir şeydir. Əgər belə bir şey oldusa daha hakim dünyaya gəlmədən, daha anasının qarnında ikən o hökm verilmişdir. Beləliklə də hakim Allahın dediyini edər. Ondan kənar bir şey edə bilməz. Qədərdə olanı edər. Bir xeyir vardır inşaAllah.

 

 

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
  • Adnan Oktarın həyatı və əsərləri
  • Kokain sui-qəsdi
  • Adnan Oktarın fotoşəkilləri
  • Adnan Oktarın bir günü
  • Harun Yəhya əsərlərinin nəticələri