KOKAİN SUİ-QƏSDİ
1991-ci ilin ortalarında fəaliyyətlərindən narahat olan bəzi qrupların təsiri ilə Adnan Oktar gizli və planlı şəkildə sui-qəsd ilə qarşı-qarşıya qaldı. Bu dövrdə o masonluğun tarixi və dünya masonluğunun təşkilatlanması haqqında son dərəcə əhəmiyyətli bir kitabın üzərində işləyirdi. Adnan Oktar anası ilə birlikdə yaşadığı Ortaköydəki evinə gələrək axtarış aparan polislər, təxminən iki min kitabdan ibarət olan kitabxanada götürdükləri birinci kitabın içindən bir paket kokain tapdılar.
Həmin vaxt İzmirdən bir neçə dostları ilə olan Adnan Oktar bəhanə ilə nəzarətə alındı və İstanbul Ədliyyə Nazirliyinə aparıldı. 72 saatdan sonra kokain yoxlanması üçün Ədliyyə Tibb Qurumuna göndərildi. Nəticələr həqiqətən olduqca maraqlı idi. Adnan Oktarın qanında kokaindən hazırlanan məhsulun çox yüksək miqdarda tapıldığı açıqlandı. Ancaq daha sonra ortaya qoyulan dəlillər bunun böhtan və planlı tələ olduğu sübut etdi. Əvvəlcə Adnan Oktarın evində tapıldığı iddia edilən kokainin əvvəlcədən hazırlanmış planlı hiylə olduğu bilindi. Bu hadisədən qısa bir müddət əvvəl Adnan Oktar ona qarşı gizli bir planın hazırlandığını hiss etmiş və Ortaköydəki evindən ayrılmışdı. Sonra anasına özünə qarşı bir hiylə qurulmasını ehtimal etdiyini söyləmiş və anasından şahid olmaları üçün bir neçə nəfərlə evi təmizləyib nəzarət etməsini istəmişdi. Buna görə də Adnan Oktarın anası Mediha Oktar bir qonşusunu və qapıçını çağıraraq birlikdə evi təmizləyib rəflərdəki kitabların bir-bir tozunu almışdılar. Adnan Oktarın bu təmizlikdən sonra evə heç getməməyinə baxmayaraq 16 polis əməkdaşı evdə əməliyyat keçirmiş və evə girən kimi 2-3 dəqiqə içərisində iki minə yaxın kitabın arasında götürdükləri ilk kitabın içindən bir paket kokain tapmışdılar. Mediha xanımın qonşusu və qapıçısı bu hadisədən sonra “Adnan Oktarın kitabxanasını hamımız birlikdə hərtərəfli təmizlədik, orada belə bir paket yox idi” deyə notariusda təsdiq edilən bir ifadə vermişdilər.
Kokain hiyləsinin ikinci mərhələsi, yəni Adnan Oktarın qanından çıxarılan kokaindən hazırlanan maddənin hüquqi dəlilləri puç oldu. Adnan Oktar nəzarətdə 72 saat qalmış, təhlil isə bundan sonra edilmişdi. Ancaq kokainin qandakı maddəsinə baxılaraq neçə saat əvvəl nə qədər kokain qəbul edilməsi hesablanır. Adnan Oktarın qanından çıxarılan kokainin dozası isə 72 saat öncədən alınmış olsaydı Adnan Oktarın ölümünə səbəb olacaq qədər yüksək doza idi. Bu vəziyyət kokainin Adnan Oktarın bədəninə nəzarətdə olduğu müddətdə daxil olduğunu göstərirdi. Yəni kokain Adnan Oktara polis tərəfindən nəzarətdə olduğu zaman yeməyinə qarışdırılaraq verilmişdi. Bu həqiqət Scotland Yardın da olduğu 30-a yaxın beynəlxalq ədliyyə tibb qurumu tərəfindən təsdiq edildi. Hamısının da araşdırmaları üçün onlara göndərilən sənəd haqqındakı müştərək cavabı belə idi: Kokain Adnan Oktara nəzarətdə saxlanarkən yeməyinə qarışdırılaraq verilmişdir. Hadisə əvvəlcədən qurulmuş hiylədir.
Daha sonra Türk Ədliyyə Tibb Qurumu da kokainin nəzarətdə olarkən yeməyinə qarışdırılaraq verildiyini təsdiq etdi və Adnan Oktar məhkəmədə bəraət alaraq azad edildi.
Ancaq kokain hadisəsi çox mühüm bir məqamı göstərirdi: Adnan Oktara qarşı düşmənçilik bəsləyən, hər cür mənfi qüvvələrdən istifadə edərək onu yolundan döndərməyi məqsəd qoyan bəzi qaranlıq qüvvələr var. Hörmətli Adnan Oktarı ağıl xəstəxanası, həbs və təzyiqlərlə yoldan döndərməyə çalışan gizli qüvvələr bu dəfə isə belə bir hiyləyə əl atdılar.
Tibb qurumlarının verdiyi kokainin Adnan Oktarın bədəninə 72 saatdan qısa müddət əvvəl, yəni nəzarətdə olduğu vaxt daxil olduğunu isbat edən hesabatların bir qismini görə bilərsiniz:
1-İnstitut Für Rechtsmedizin Der Üniversitat München
2- Aachen Universiteti Ədliyyə Ekspertiza İdarəsi
3- Ədliyyə Nazirliyi Ekspertiza İdarəsi bölümü 5-ci ixtisas heyəti
4- Ədalət Nazirliyi Ədliyyə Nazirliyi Ekspertiza İdarəsi
5- Ədliyyə Tibb rəyində əsas mənbə olaraq istifadə Prof. Dr. John Ambreyə aid cədvəl
6- Basel Polis və Hərbi Mərkəzi Ədliyyə Tibb laboratoriyası
7- Bonn Rheinischen Friedrich-Wilhelms Universiteti Ədliyyə Nazirliyi Ekspertiza İdarəsi
8- Fransa Daxili İşlər Nazirliyinin Polis laboratoriyası
9- Glasgow Universiteti Ədliyyə Nazirliyi Ekspertiza İdarəsi
10- İstanbul Universiteti Cərrahpaşa Tibb fakültəsi Ədliyyə Nazirliyi Ekspertiza İdarəsi
11- Kantonsspital St.Gallen, Institut Für Gerichtliche Medizin
12- Padova Universiteti professoru Davide Ferrara
13- Prof. Dr. H. W. Raudonat - Zentrum Der Rechtsmedizin
14- Tübingen Universiteti Ədliyyə Nazirliyi Ekspertiza İdarəsi
15- Universitet Degli Studi Di Parma Facolta Di Medicina E Chirurgia
16- Vyana Universiteti Ədliyyə Nazirliyi Ekspertiza İdarəsi
Adnan Oktara qarşı təşkil edilən kokain sui-qəsdi məhkəmə qərarı ilə pozulmuş, hörmətli Oktar, 10-cu Ədliyyə Cəza Məhkəməsinin 22.2.1994-cü il tarixli iclasında bəraət almış və beləcə hadisənin bir qəsd olduğunu məhkəmə orqanları da təsdiq etmişdir.
Hörmətli Adnan Oktara qurulan kokain sui-qəsdi ilə əlaqədar ətraflı məlumat üçün bax >>>
Oktar 1991-ci ildən sonra bütün vaxtını kitabları üzərində işləməyə ayırdı.
Harun Yəhya imzası ilə bir-birindən dəyərli 300-ə yaxın kitab yazdı. Bu kitablar 60-dan çox dilə tərcümə edildi. Bu əsərlərdən faydalanaraq 200-ü türkcə olmaqla cəmi 43 dildə 550 internet saytı hazırlandı. Bu saytları aylıq ortalama 4 milyondan çox adam ziyarət edir. Yenə bu əsərlərdən faydalanaraq hazırlanan sənədli filmlər dünyanın bir çox fərqli ölkəsində 100-dən çox televiziya kanalında daimi göstərilir. Oktarın xüsusilə Darvinizmi elmi şəkildə məhv edən əsərləri, dünya səviyyəsində elm dünyasında böyük əks-səda oyadırdı. Təkamülçü nəşrləri ilə tanınan “New Scientist” jurnalının 22 aprel 2000-ci il tarixli sayındakı ifadə ilə təkamül nəzəriyyəsinin saxtakarlığının və yaradılış həqiqətinin insanlara çatdırılması məsələsində Adnan Oktarın xidmətləri çox böyükdür. Oktarın materializm və Darvinizmə qarşı apardığı fikir mübarizəsi tez-tez National Geographic, Science, New Scientist, NSCE Reports kimi təkamülçülərin çoxluq təşkil etdiyi xarici yayın orqanlarında da müzakirə edilirdi. Məsələn “National Geographic” jurnalının oktyabr 2004-cü il tarixli İngiliscə və Almanca nəşrlərində Adnan Oktarın yaradılış həqiqəti ilə əlaqəli fəaliyyətlərindən bəhs edilmiş “Axırzaman” və “Qiyamət” adlı kitabında belə bir cümləyə yer verilmişdi: Bu nəzəriyyə dünya sistemini istiqamətləndirən güclər tərəfindən bizə təqdim edilməyə çalışılan bir saxtakarlıqdan başqa bir şey deyil. Adnan Oktarın əsərləri Hindistandan Amerikaya, İngiltərədən İndoneziyaya, Polşadan Bosniyaya, İspaniyadan Braziliyaya kimi dünyanın bir çox ölkələrində bəyənilərək oxunur. İngilis, Fransız, Alman, İtalyan, İspan, Portuqal, Urdu, Çin, Ərəb, Alban, Rus, Bosniya, Uyğur, İndoneziya, Azərbaycan, Benqal, Bolqar, Danimarka, Leh, Malaziya, Portuqaliya, Serb, Hollandiya, İvrit, Macar, Fin, Fars, Hausa, Dhivehi, Hind, İsveç, Yapon, Qırğız, Kishwahili, Malayalam, Norveç, Rumin, Tamil, Telagu, Thai kimi bir çox dillərə tərcümə edilən əsərləri müxtəlif ölkələrdə geniş bir oxucu kütləsi tərəfindən rəğbət qazanmışdır.
Dünyanın dörd bir tərəfində rəğbətlə qarşılanan bu əsərlər bir çox insanın iman gətirməsinə, imanının güclənməsinə vasitəçi olur. Əsərlərin hər birində heç kimin rədd edə bilməyəcəyi səmimi, aydın, isbatlı bir tərz mövcuddur. Şübhəsiz bu xüsusiyyətlər Allahın nəsib etdiyi bir hikmət və izah təsirindən qaynaqlanır.
Adnan Oktarın Darvinizmə öldürücü zərbəni endirən ən diqqət çəkici əsəri “Yaradılış Atlası” adlı kitabı oldu. Bu nəhəng əsər canlıların yüz milyon ildir heç dəyişmədiklərini, yəni təkamül keçirmədiyi həqiqətləri ortaya çıxardı. Bu həqiqətlər darvinist aləmində böyük şok meydana gətirdi. Ayrıca kitabın bir çox Avropa ölkələrinə getməyinin ardından Avropa daxilində sanki darvinist bir çaxnaşma başladı. Darvinizmin elminin heç bir dayağı olmadığını sübutlarla göstərən “Yaradılış Atlası” başda Fransa olmaqla Amerika, Çin, Braziliya, Hollandiya, Belçika, İngiltərə, İtaliya, İsveçrə, İspaniya, Danimarka kimi bir çox ölkələrdə də böyük əks-səda yaratdı.
Başda Fransızlar olmaqla Avropa Darvinistləri sanki bir mədəniyyət şokuna girdilər. Təxminən 150 ildir dinsizliyin yayılmasına vəsilə olan Darvinizm “Yaradılış Atlası” əsərinin zərbəsi qarşısında sarsıldı. Avropalı materialistlər yüksək səviyyədə həyəcan keçirdi. Avropa Şurası toplandı, hesabatlar hazırlandı, Milli Təhsil nazirlikləri bildirilər nəşr etdi. Avropalı Darvinistlər fikri olaraq heç bir cavab verə bilmədikləri “Yaradılış Atlası” adlı əsərə qarşı nə edəcəklərini bilmədilər və bu kitabı yox etmək üçün həll yolları axtarmağa başladılar. Hətta kitabı qadağan etməyə belə cəhd etdilər. Ancaq bu səyləri boşuna idi. Çünki Avropa çoxdan işıqlanmağa başlamışdı belə!
Fransanın ən böyük qəzet və jurnalları “Yaradılış Atlası”na dəhşət dolu ifadələrlə yer verdilər. “Le Figaro”, “L'Express”, “Le Monde” və “La Croix” kimi Fransanın tanınmış nəşrlərində mövzu “zəlzələ”, “hücum”, “bomba təsiri” kimi dəhşət və çaxnaşma ifadə edən başlıqlarla çalxalandı. Darvinizmin məğlubiyyətinin və pərişanlığını “Fransız tarixinin ən böyük məğlubiyyəti” kimi cümlələr ilə ifadə etdilər. Bu möhtəşəm əsər Avropada, Darvinin nəzəriyyəsinə kor-koranə sahib çıxanlara “ideoloji bir zəlzələ” təsiri göstərdi.
“Yaradılış Atlası”nın Darvinizmə Endirdiyi Zərbə, Dünya Mətbuatında
“Yaradılış Atlası”nın meydana gətirdiyi möhtəşəm təsiri görmək üçün baxın. >>>
“Yaradılış Atlası” Avropada həqiqi bir işıqlanma başlatdı. Təxminən 1.5 əsrdir Darvinist və materialistlərin təzyiqi altında olan Avropa xalqı təkamül nəzəriyyəsinin elmi bir dəyəri olmadığını gördülər. Fərqli ölkələrdə aparılan rəy sorğuları Darvinizmə inananların sayında əhəmiyyətli bir azalma olduğunu göstərdi. Məsələn: Fransız Science Actualités tərəfindən keçirilən sorğuda insanların təkamül ilə meydana gəlmədiyinə inananların nisbəti 92%, təkamülə inananların nisbəti isə 5% olaraq açıqlandı. “Süddedeutsche Zeitung” adlı məşhur Alman qəzetinin etdiyi sorğuya görə isə insanın bir yaradıcının əsəri olduğuna inananların nisbəti 85%, təkamül nəzəriyyəsinin etibarlı olduğunu düşünənlərin nisbəti isə yalnız 9% idi. “De Welt” qəzetinin etdiyi sorğu nəticəsində isə xalqın 86%-i “Sizə görə həyat necə olmuşdur?” sualına “Allah yaratdı” şəklində cavab verdi. Avropadakı Darvinizm fikrinin dəyişməsini ortaya çıxaran sorğulardan biri də İsveçrədə nəşr olunan Blickin sorğusu oldu. Bu sorğuda yaradılışa inananların nisbəti 85%, təkamül nəzəriyyəsinə inananların nisbəti də 8% oldu. Belçikada nəşr olunan “Da Morgen” qəzeti, “10 adamdan 8-nin təkamül nəzəriyyəsinin tamamilə bir axmaqlıq olduğunu düşündüyünü” yazdı. Danimarkada əlavə “Bladet” qəzetinin internet saytının yer verdiyi anketdə “İnsanların meymundan əmələ gəldiyini düşünürsünüzmü?” sualına Danimarka xalqının 88%-i xeyr cavabını verdi. İsveçrə Factum Jurnalında iştirak edən xəbərdə isə İsveçrə xalqının məktəblərdə yaradılışın da oxudulmasını istənildiyi bildirildi. İngiltərədə müəllimlər arasında aparılam sorğuda da həmin fikir meydana çıxdı. Bu vəziyyət Guardian, The İndependent kimi məşhur İngilis qəzetlərində geniş yer verildi. Bütün bu xəbərlər içində əsas diqqəti çəkən isə Vatikanın 2008-ci ilin son aylarında müsəlmanlara “Allah inancını Avropaya yenidən gətirdikləri üçün təşəkkür edildiyinin” açıqlanması oldu.
“Yaradılış Atlası”nın vəsilə olduğu bu böyük fikri oyanış Avropalı liderlər və dövlət adamlarına da öz təsirini göstərdi. İngiltərənin keçmiş Baş naziri Tony Blairin, Fransa Respublikasının Prezidenti Sarkozinin Allaha inancını izah etdiyi sözləri Avropalı liderlərdə çox gözəl və müsbət dəyişikliklər olduğunun göstərdi.
“Yaradılış Atlası”nın Avropaya çatmasının ardından Avropalı liderlərin fikirlərinin dəyişməsinə dair nümunələr:
Nicholas Sarkozi:
Tony Blair:
Tony Blair:
Bütün bu fədakarlıq və görülən işlər bəzi qrupları olduqca narahat etdi və düşündürdü. Materialist və masonların təxribatları ilə bu fəaliyyətlərə qarşı bir böhtan kampaniyası başladıldı. Məqsəd təkamül nəzəriyyəsini məhv edən hər elmi işin qarşısını almaq idi. Adnan Oktarın işlərinə fikirlə qarşılıq verə bilməyənlər böhtanlar və ittihamlarla bu işləri guya təsirsiz hala gətirməyi düşündülər.
1999-cu ilin noyabr ayında Adnan Oktar yeni bir təzyiqlə qarşı-qarşıya qaldı. Bu tam olaraq üç cildlik böyük “Qlobal Masonluq” kitabının nəşr olunacağı zamana təsadüf edirdi. Adnan Oktar fikri mübarizəyə başladığı ilk günlərdən müxtəlif böhtanlar, sui-qəsdlər, yalan xəbərlər və günahlandırmalarla üz-üzə gəldi. Onu çəkindirməyə, din əxlaqını yaymaqdan saxlamağa çalışan bəzi qaranlıq qüvvələr yenə meydana çıxdı.
Bu qüvvələrin təxribatları və səhv məlumatlandırmaları nəticəsində 12 noyabr 1999-cu ildə Elmi Araşdırmalar Fondunun (EAF) üzvlərinin evlərinə və iş yerlərinə polis əməliyyatı təşkil edildi. Təxminən 50 evə səhərə yaxın 03:00 saatlarında edilən əməliyyatda heç bir cinayət ünsürünə rast gəlinmədi, heç bir qeyri əxlaqi hadisələr meydana çıxmadı. Buna baxmayaraq bir-biri ilə ziddiyyət təşkil edən ağlasığmaz yalanlar və böhtanlar hər gün mətbuatda yer aldı. Adnan Oktar və bəzi EAF mənsubları 7 gün boyunca İstanbul Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsində nəzarətdə tutuldular. Bu zaman nəzarətdəkilərin ağır işgəncəyə məruz qaldıqları Ədliyyə Tibb Ekspertizasının hesabatları ilə təsdiq edildi. Daha sonra EAF mənsublarına işgəncə edənlər haqqında İstanbul 7-ci Kriminal Məhkəməsində işgəncə etmək cinayəti ilə bağlı iddia açıldı və bu kəslər hələ də 216 il ağır həbs istəyi ilə mühakimə olunmaqdadırlar.
Saysız qeyri hüquqi işlərin tətbiq edildiyi bu müddətdə nəzarətə alınanlar ağır işgəncə və təzyiqlərə məruz qaldılar. Hətta oxumalarına da icazə verilmədi. Daha sonra da qanunlara görə hüquqi dəyəri olmayan iddianamə hazırlandı. Hətta Adnan Oktar yenə bu yalan ifadələr əsasında 9 ay həbsxanada qaldı.
8 il davam edən mühakimə müddətində Adnan Oktar və digər mühakimə olunanlar haqqında iddianamədə göstərilən ittihamları dəstəkləyən dəlil, sənəd, hesabat və ya bir şahid ifadəsi olmamışdır. Tam tərsinə, dövlətin səlahiyyətli təşkilatlarının hazırladığı araşdırma hesabatları, hüquqşünaslar tərəfindən araşdırılmış və Adnan Oktarın günahsız olduğu isbat edilmişdir. Necə ki Respublika Prokuroru da, iddia boyunca mühakimə olunanlar əleyhinə heç bir dəlil əldə edilmədiyini, yalnız təhlükəli ifadələri olduğunu qeyd etmişdir. Onların işgəncə altında, yanlarında vəkil olmadan və oxumadan imzaladıldıqları yazılar qanunlara görə etibarlı deyildi. Əvvəllər eyni iddialarla və eyni maddələrlə mühakimə olunan kəslərin məhkəmə tərəfindən bəraət qazandığı bəyan olundu. Adnan Oktar ilə birlikdə bütün mühakimə olunanlar üçün tək-tək bəraət aldı.
Hörmətli Oktar Türk Ədalətinin verdiyi bütün qərarlara hörmət etməkdədir. Allahın hər şeyi xeyir və hikmətlə yaratdığını bilməkdədir. Həbsxananı Hz. Yusif mədrəsəsi olaraq görür, haqqında verilə biləcək hər hansı bir qərarı səbirlə qarşılayır. Bütün bu yaşananlar Adnan Oktarın ətrafındakılara həmişə nümunə olmaqdadır. Tarix boyunca yaşamış bütün möminlər bənzər hadisələrlə sınanmışdır. Yaşanan hər hadisə Allah yanında çox xeyir və hikmətlə qarşılanır. Başlarına nə gəlirsə gəlsin möminlərin hər vaxt şən, əzmli olmaları lazımdır Hörmətli Oktarın bu istiqamətdəki gözəl və üstün əxlaqı bütün möminlərə vəsilə olmaqdadır.
Hörmətli Adnan Oktar ona verilən məhkumiyyət qərarı ilə əlaqədar nə düşünür? >>>
Adnan Oktar təxminən 30 illik elmi mübarizəsi boyunca ona qarşı müxtəlif sui-qəsdlər hazırlayan, böhtanlarla ləkələməyə çalışanlara qarşı həmişə bağışlayıcı və mərhəmətli oldu. Onun əleyhinə bu günə qədər qurulan bütün tələlər pozulmuşdur.
Uca Allahın ayəsində bildirilir: “...Sən, ən gözəl olan bir tərzdə (pisliyi) uzaqlaşdır...” (Fussilət surəsi, 34)
Allahın icazəsiylə Adnan Oktarın bu hadisələrdə də haqqı şübhəsiz ortaya çıxacaq, günahsızlığı yenə təsdiq ediləcəkdir.
Hörmətli Adnan Oktar bu şərtlər altında da böyük bir şövq və əzmlə kitab yazmağa davam edir və insanları gözəl əxlaqı yaşamağa çağırmaqdadır.