ADNAN OKTARIN HƏYATI VƏ ƏSƏRLƏRİ
1956-cı ildə Ankarada anadan olan Adnan Oktar Harun Yəhya təxəllüsü ilə kitablarını yazır. Həyatını tamamilə Uca Allah’ın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi atatürkçülüyü yayıb dövlətin sabitliyini və millətin bütövlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. Universitet illərindən başlayaraq həyatının hər dövründə bu müqəddəs məqsədə xidmət etmiş və heç bir zaman çətinliklər qarşısında qorxmamışdır. Bu gün belə böyük bir səbir və qətiyyət göstərərək, materialist, darvinist və bölücü mərkəzlərdən gələn bütün təzyiqlərə qarşı fikri mübarizəsini davam etdirir.
Aşağıda Adnan Oktarın bioqrafiyasını oxuya bilərsiniz:
Seyid olan hörmətli Adnan Oktarın ailə böyükləri Hülagü fitnəsi əsnasında Qafqaza köçmüş, daha sonra Osmanlı-rus müharibələri və rus-qafqaz müharibələri əsnasında Osmanlıya sığınıb, Ankara Balaya yerləşmişlər.
Qara Noqay və Yediskul bölgəsində yaşayan nuqay seyidlərinin adları, soyadları və ailə mənsubları ilə bağlı məlumatlar
Rusiya Federasiyası Stavropol Federal Arxivindən tapılan 1827-ci il 17 iyul tarixli orijinal sənədin nüsxəsi, arxiv №: 48, cild 2, fayl №: 853. Bu tarixi sənəddə Qara Noqay və Yediskul bölgəsində yaşayan nuqay seyidlərinin şəxsiyyətləri və ailələri haqqında məlumatlar mövcuddur. Bu məlumatlar bir siyahı halında təşkil edilmiş cədvəldə 3-cü sırada Adnan Oktarın babasının babası olan Bəslən Aslan və ailəsinin qeydi vardır. Adnan Oktarın babası Ömər Bəy Qafqazda doğulmuş, 1902-ci ildə Ankara Bala qəsəbəsinə yerləşmişdir. Ömər Bəyin atası Hacı Yusif, Hacı Yusifin atası isə rus arxivlərində seyid olaraq qeyd olunan Bəslən Aslan Kasayevdir.
|
Hörmətli Adnan Oktar 1956-cı ildə Ankarada anadan olmuşdur və orta təhsilinin sonuna qədər Ankarada yaşamışdır. İslam əxlaqına olan bağlılığı məktəb illərindən çox gücləndi. Bu dövrdə böyük İslam alimlərinin demək olar ki, bütün əsərlərini oxuyaraq, İslam haqqında dərin məlumat əldə etdi. Yenə bu illərdə, İslam əxlaqını bütün insanlara izah etməyə və onları doğruya və yaxşılığa dəvət etməyə qərar verdi. 1979-cu ildə minlərlə şəxsin arasından üçüncülüklə qəbul olduğu Memar Sinan Universitetində təhsilinə davam etmək üçün İstanbula köçdü. Sənəti Allah’ın üstün yaratmasının bir təzahürü olaraq görən hörmətli Oktar rəsim çəkməkdə uşaqlığından bəri qabiliyyətli idi və zaman-zaman çox gözəl və qəribə cədvəllər hazırlayırdı. Yoldaşlarına hədiyyə olaraq verdiyi bir çox cədvəli vardır. Bundan əlavə, Allah’ın sənətinin bir təzahürü olaraq gördüyü heyvanlara, bitkilərə və çiçəklərə də xüsusi marağı olan hörmətli Adnan Oktarın maraqlandığı sahələr arasında bağçılıq, daxili arxitektura və dekorasiya sahələr də vardır.
MEMAR SİNAN UNİVERSİTETİNDƏKİ İLLƏRİ Hörmətli Adnan Oktarın Memar Sinan Universitetində təhsil aldığı dövrdə universitet müxtəlif qeyri-qanuni marksist-kommunist təşkilatların təsiri altında idi. Həm alimlər, həm fakültə işçiləri, həm də tələbələr arasında aqressiv ateist və materialist axınlar hakim idi. Hətta müəllimlərin bir qismi dərslərində mövzu ilə əlaqəsiz olmasına baxmayaraq, hər fürsətdə materialist fəlsəfə və darvinizmin təbliğatını aparırdılar. Hörmətli Adnan Oktar dini və əxlaqi dəyərlərə hörmət edilmədiyi və demək olar ki, tamamilə rədd edildiyi, materialist dünyagörüşün və düşüncənin təsirindəki bu mühitdə ətrafındakı insanlara darvinizmin saxtakarlığını, Allah’ın varlığını və birliyini izah etməyə başladı. Universitetin yaxınlığındakı Molla məscidində sərbəst şəkildə namaz qılan yeganə insan idi.
Anası Mədiha Oktarın da ifadə etdiyi kimi, bu dövrdə hörmətli Adnan Oktar gecə yalnız bir neçə saat yatır, vaxtını oxuyaraq, qeydlər götürərək və fayllar hazırlayaraq keçirirdi. Marksizm, leninizm, maoizm, kommunizm və materialist fəlsəfə mövzulu təməl kitablar da daxil olmaqla, yüzlərlə əsər oxumuş və həm klassik, həm də nadir olaraq oxunan kitablar üzərində ətraflı olaraq çalışmışdır. Bundan əlavə, bu ideologiyaların elmi təməlini təşkil edən təkamül nəzəriyyəsi ilə bağlı geniş araşdırmalar aparmış, bu elmdən kənar nəzəriyyənin ziddiyyətli, bir-biri ilə uyğun gəlməyən yönlərini sübut edən məlumat və sənədlər tapmışdır. Allah’ın inkar edilməsinə söykənən bu batil fəlsəfə və ideologiyalardakı ziddiyyətlər və saxtakarlıqlar mövzusunda çox geniş məlumat toplayan Oktar bu məlumat təcrübəsi ilə insanları həqiqətə və doğruya dəvət etmişdir. Universitetdəki tələbələr və müəllimlər də daxil olmaqla, hər kəsə Allah’ın varlığını, birliyini və Quran əxlaqını təbliğ etmişdir. Məktəb kafelərində, koridorlarda, ya da dərs aralarındakı söhbətlərdə materializmin və darvinizmin saxtakarlıqlarını, bu ideologiyaların orijinal kitablardan götürüldüyünü açıqlamışdır. Hörmətli Oktarın bu mədəni fəaliyyətləri böyük təsir yaratmış, bəzi təhsil işçiləri də daxil olmaqla, bir çox insanın inanclarında və dünya görüşündə müsbət dəyişiklik olmuşdur. Hörmətli Adnan Oktar, xüsusilə materializmin və ateizmin dayaq nöqtəsi olan təkamül nəzəriyyəsinin çökdürülməsi mövzusuna xüsusi əhəmiyyət vermişdir. Çünki hörmətli Oktar darvinizmin ilk ortaya çıxdığı tarixdən etibarən, ateist və materialist axınlar tərəfindən müdafiə olunduğunu görmüşdür. Hələ də eyni dairələr tərəfindən ideoloji qayğılarla müdafiə olunduğunu görən hörmətli Adnan Oktar darvinizmin çökdürülməsinin həmin axınlar üçün böyük bir məğlubiyyət olacağını düşünür. DARVİNİZMİ ALT-ÜST EDƏN İLK KİTAB Elə bu məqsədlə hörmətli Adnan Oktar yüz ildən çox bir zamandır ki, insanları təsiri altına alan və onları din əxlaqını yaşamaqdan uzaqlaşdıran bu saxtakarlığın etibarsızlığını sübut etmək mövzusundakı fəaliyyətlərini çoxaltdı. Oktar “elm” adına ortaya çıxan darvinizmin əsl üzünü sübut etməyin ən təsirli yolunun yenə elmin özü olduğunu düşünürdü. Bu düşüncə ilə də geniş araşdırma və fəaliyyətlərinin bir xülasəsi olan "Təkamül nəzəriyyəsi " adlı bir kitab yazdı. Bu kitabın bütün xərclərini ailəsindən qalan daşınmaz əmlakı sataraq özü ödədi. Ardınca, bu kitabı universitet tələbələrinə pulsuz olaraq paylamağa başladı. Bu kitab, təkamül nəzəriyyəsinin heç bir elmi əsası olmadığını və bir saxtakarlıqdan ibarət olduğunu göstərən əhatəli bir çalışma idi. Kitabı oxuyan və hörmətli Adnan Oktarla danışan bir çox insan təkamül nəzəriyyəsinin elmi əsası olmadığını açıq şəkildə başa düşürdü. Nəticə olaraq, heç bir canlının təsadüflər nəticəsində mövcud ola bilməyəcəyi, kainatı və içindəki bütün canlıları Uca Allah’ın yaratdığı elmi açıq və aydın bir üslubla sübut edilirdi. Yenə də materialist düşüncəyə kor-koranə bağlı olan bəzi tələbələr -həqiqəti aydın şəkildə görmələrinə baxmayaraq- inkar etməyə davam edirdilər. Bundan əlavə, universitetdəki bəzi tələbələr fəaliyyətlərini dayandırmadığı təqdirdə həyatını riskə atacağını söyləyərək hörmətli Oktarı açıqca hədələyirdilər. Bütün bu təzyiq və hədələr hörmətli Oktarın Allah’a olan bağlılığını və qərarlılığını daha da artırdı. Materialist və ateist dairələrin sərt reaksiyaları və qorxuları hörmətli Adnan Oktarın doğru yolda olduğunun əsas dəlillərindən biri idi. Terrorun hökm sürdüyü, ateist və materialist axınların hakimiyyəti altındakı bir universitetdə dindar bir insanın istədiyi şəkildə fikrini izah etməsi və inanclarını müdafiə etməsi, şübhəsiz ki, olduqca çətin idi. O illərdə Türkiyədə bir çox gənc, ideoloji gərginliklər səbəbindən mərhəmətsizcəsinə qətl edilirdi. Bu şərtlər altında hörmətli Adnan Oktar Allah’ın varlığını, birliyini və Quranın doğruluğunu açıq şəkildə təbliğ edirdi. Heç kimin inanclarını dilinə gətirməyə belə cəsarət edə bilmədiyi bir məktəbdə, qarşılaşdığı reaksiyalar və hədələrdən əsla qorxmadan, davamlı olaraq Molla məscidinə gedərək namaz qılmağa davam edirdi. MEMAR SİNAN UNİVERSİTETİNDƏ DİN ƏXLAQININ YAYILMAĞA BAŞLAMASI Hörmətli Adnan Oktar Memar Sinan Universitetində İslam əxlaqını təbliğ etməyə başladıqda tək idi. Üç ildən çox bir müddət fikirlərini dəstəkləyən heç kim olmadı. Ancaq bu vəziyyət onun qətiyyətinə və qərarlılığına mənfi yöndən təsir etmədi. Tək dostunun Allah olduğunu bilir və bütün bunları yalnız Allah’ın razılığını qazanmaq üçün edirdi. Bütün vaxtını, enerjisini və imkanlarını yalnız tək bir məqsədə yönəltdi: Allah’ın razılığını, rəhmətini və cənnətini qazana bilmək və din əxlaqını bütün bəşəriyyətə izah etmək... 1982-ci ildə ilk dəfə yenə Memar Sinan Universitetində oxuyan bir neçə gənc hörmətli Adnan Oktarı fikri mübarizəsində dəstəkləmək qərarını verdilər. Aradan aylar, illər keçdikcə, bu fikirləri mənimsəyən gənclərin sayı artdı. Adnan Oktarın bu gənclərlə etdiyi söhbətlərin mövzuları arasında vətən və millət sevgisi, böyük lider Atatürkün izi ilə getməyin əhəmiyyəti, yaradılışın dəlilləri, peyğəmbərimizin nümunəvi əxlaqı, Quranda Rəbbimizin bildirdiyi əxlaqi dəyərlər və materializmin, ateizmin və darvinizmin etibarsızlığı kim mövzular əsas yer tuturdu. Bu dövrdə və bundan sonrakı həyatı boyu da hörmətli Adnan Oktar bir çox insanın iman gətirməsinə və din əxlaqına uyğun yaşamasına səbəb oldu.
İLK QARALAMA KAMPANİYASI VƏ RUHİ XƏSTƏXANADA İŞGƏNCƏ Hörmətli Adnan Oktarın darvinizm, materializm və ateizm əleyhinə etdiyi fəaliyyətlər bir müddət sonra daha geniş dairələrin də mənfi reaksiya verməyinə səbəb oldu. Hörmətli Oktarın millətçi və sektant fəaliyyətlərindən narahat olan bəzi dairələrin təsiri ilə ona qarşı böyük bir sui-qəsd təşkil edildi. Bu sui-qəsd hörmətli Adnan Oktarın böyük əks-səda doğuran "Yəhudilik və Masonluq" adlı əsərini yazıb nəşr etdiyi günlərdə olmuşdur. 1986-cı ilin yazında hörmətli Adnan Oktar "Türk xalqındanam, İslam millətindənəm" sözlərinə görə heç bir haqlı hüquqi səbəb olmadan həbs olundu. Bu ifadə bir qəzetdə nəşr olunan bir reportajda bildirilmişdi. Həmin dövrdə müxtəlif redaksiyalarda yuxarıda ifadə edilən qrupların təsiri ilə bəzi yalan xəbərlər, əsassız məlumatlar və böhtanlar yazılmağa başlandı. Hörmətli Adnan Oktar həbs olundu və 9 ay boyu bir nəfərlik həbsxana kamerasında saxlanıldı. Daha sonra 40 gününü Ədli Tibbdə ayağından çarpayıya zəncirlənilərək keçirdi. Sonra Bakırköy Ruhi Xəstəxanasına köçürüldü və ruhi sağlamlığı yerində olmadığı iddiası ilə nəzarət altına alındı. Xəstəxanada ən təhlükəli xəstələrin olduğu "14Ə" kamerasında saxlanıldı. 300 ruhi xəstənin olduğu 14Ə kamerası, Əbdülhəmid dövründən qalma daş bir binanın içərisində idi və bu kameraya bir neçə kilidli dəmir qapıdan keçilərək gedilirdi. İçərisi olduqca baxımsız və çirkli idi. Bu ağır xəstələrin arasında cinayət çox sıravi bir hadisə olaraq görülürdü. Hörmətli Oktarın burada olduğu müddət ərzində 7 cinayət törədildi.
Ona zorla şüur bulandıran dərmanlar verildi. Onu ziyarət etmək və görmək imkanı tapanlar hörmətli Oktarın bu dövrdə də qərarlılığını və şövqünü heç itirmədiyinə şahid oldular. Onları İslam əxlaqına dəvət edəcəyi düşünülərək, həkimə tələbələrini, tibb bacılarını və hətta xəstəxana həkimlərini belə görməsinə icazə verilmirdi. Bir müddət sonra yaxınları və yoldaşları ilə də görüşməsi qadağan edildi. Hətta telefonla danışmağa da icazə verilmirdi. Elmi fəaliyyətlərini dayandırmadığı təqdirdə həyatı boyu xəstəxanada qalacağı ilə hədələləndi. Bəzi dairələrdən "Yəhudilik və Masonluq" kitabını nəşr etməkdən imtina etməsi üçün sıx təzyiqlər gəlməyə başladı. Əgər kitabı nəşr etməkdən imtina etsə, dərhal xəstəxanadan çıxa biləcəyi, həyatının bundan sonrasını rifah içində keçirə biləcəyi kimi təkliflər gəldi. Kitabın bütün fayllarını verməsi qarşılığında böyük maddi imkanlar təklif edildi. Ancaq özü bütün bu təklifləri geri çevirdi, təzyiq və hədələrdən qorxmadı. Tam əksinə bu yaşadıqları onun qətiyyətini daha da artırdı. Hörmətli Oktar həbsxanada və ruhi xəstəxanada cəmi 19 ay saxlanıldı və sonra prokurorluğun, "ifadələrində cinayət səbəbi tapılmadığını" ifadə etməsi ilə bəraət qazandı və məhkəmə tərəfindən sərbəst buraxıldı. Hörmətli Adnan Oktara Gülhanə Əsgəri Tibb Akademiyası tərəfindən verilən ruhi vəziyyətinin yerində olduğunu sübut edən "SAĞLAM" hesabatı isə mətbuatda heç bir yerdə bildirilmədi. Hörmətli Adnan Oktar 20 il ruh xəstəsi olaraq ictimaiyyətə tanıdıldıqdan sonra ruhi vəziyyətinin yerində olduğu Əsgəri Xəstəxana hesabatı ilə açıqlandı. Hörmətli Oktarın darvinizmin necə böyük bir saxtakarlıq olduğunu göstərən fəaliyyətləri bu dövrdə də davam etdi. 1986-cı ildə darvinizmin iç üzü ilə əlaqədar bütün qiymətli araşdırmalarını "Canlılar və Təkamül" kitabında cəmlədi. Bu kitab elmi qaynaqların işığında təkamül nəzəriyyəsinin saxtakarlığını sübut edən bir orijinal əsər olaraq illərlə tək etiqadnamə olaraq istifadə edildi.
|