Hz. Mehdi (ə.s)-ın tələbələrinin üstün xüsusiyyətləri 10-cu hissə

1994

Hz. Mehdi (ə.s)-ın tələbələrinin üstün xüsusiyyətləri

 10-cu hissə

Allah hz. Mehdi (ə.s)-ın tələbələrini bir araya gətirəcək

Hədisdə, Allahın hz. Mehdi (ə.s)-ın tələbələrini bir-birlərini heç tanımadıqları halda fərqli yerlərdən yığıb bir yerə gətirəcəyi göstərilmişdi.

Cəfər əl Yuafi imam Məhəmməd ibn Əli əl Bəkirdən belə rəvayət edir:

"Hz. Mehdi (ə.s) çıxdığında yanında 313 kişi və 50 qadın olacaq, onlar daha əvvəl aralarında heç bir əlaqə olmadan, fərqli buludların səmada toplaşdıqları kimi bir araya gələcəklər. Bu Allahın "Hər harada olsanız olun, Allah sizi bir araya gətirəcək. Allah hər şeyə qadirdir" ayəsinin bir təcəllisidir. "(Bihar-ül Envar, cild 52, səh. 223)

 Adnan Oktar: "Onlar daha əvvəl aralarında heç bir əlaqə olmadan", yəni "fərqli buludların səmada toplaşması kimi bir araya gələcəkdirlər." Məsələn, kimisi Afrikadan, kimisi Asiyadan, kimisi Avropadan, kimisi isə Anadolunun bir yerindən bir araya gələr. "Bu Allahın hər harada olsanız olun, Allah sizi bir araya gətirəcək. Allah hər şeyə qadirdir" (Bəqərə surəsi, 148) ayəsinin bir təcəllisidir. Yəni ayə Mehdi (ə.s)-a baxır, Mehdi (ə.s.) camaatına baxır. Çünki bu 313 adam dünyanın müxtəlif yerlərinə dağılmışlar. Amma Allah bunları bir araya gətirir, bu kəslərin bir araya gəlməsi çox çətindir. Məsələn, Azərbaycandan və başqa bir yerdən insanlar bir araya gəlirlər. Bu onların taleyidir ki, onlar anadan doğulmadan o qrup vardı. Məsələn, təəccüblənə bilər insan, daha əvvəl göstərsən ki, fərz edək Türküstanda bir gənc, "Sən hz. Mehdi (ə.s)-ın camaatı içində görünürsən, bax qədərdə" desən çox təəccüblənər. "Görəsən necə olacaq" deyər. Deyilmi? O təbii ona unutdurulacaq. Sonra bir çox səbəblə oradan oraya gedər, oradan oraya gedər. Çada gedər, Çadda biriylə tanış olar. O biriylə tanış edər. Allahın vəsilə və tanış etmə sistemləri çox kompleks, çox təfərrüatlı və incə olar. Bir də baxarsan ki, gəlmiş, qarşında dayanır. Heç bilməz o, Allah onu sövq edər. O təbii axışı içərisində onu edər." (7 İyun 2010, Adıyaman Asu TV)

                                                                

Hz. Mehdi (ə.s) camaatı münafiqlərdən təmizləyəcək

Esbağ ibn Nəbati deyər ki: Əmirəlmömin Əli belə buyurdu:

"...Belə ki, sizdən yalnız gözdəki sürmə qədər və ya yeməkdəki duz qədər qalacaq və mən sizə bir nümunə verəcəyəm: Adamın birinin bir miqdar buğdası vardır. Onu təmizləyər və bir evə qoyar, uzun bir müddət sonra geri döndüyündə onun qurdlandığını görər, onu təkrar ayırd edər və təmizləyər sonra təkrar evin içinə qoyar. Uzun bir müddət sonra döndüyündə onun təkrar qurdlandığını görər. Təkrar onu ayırd edər və təmizləyər və həmişə eyni işi təkrarlayar. Sonunda qurdların heç zərər verə bilmədiyi çox az möhkəm buğda qalar. Demək olar ki, siz də beləsiniz. Sonunda içinizdə fitnələrin əsla zərər verə bilmədiyi çox az bir qrup qalacaq." (Eyni hədisi Əhməd ibn Məhəmməd ibn Səid də nəql edər.) (Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani, səh. 246)

Hədisdə hz. Mehdi (ə.s) camaatından çıxan münafiqlərin, buğdaya daraşan iyrənc qurdlar kimi olduqları xəbər verilmişdi. Hz. Mehdi (ə.s)-ın camaatı, buğda kimi, gələcəkdə açıb səpiləcək, inkişaf edib böyüyəcək, bərəkət gətirəcək, gələcək vəd edən bir nemətə bənzədilmişdir. Münafiqlərin də, buğdanı içdən korlamağa çalışan, qurd kimi iyrənc və xəbis varlıqlar olduqları" xəbər verilmişdir. Bu məlumatlara görə, buğdadakı iyrənc və parazit qurdların ayırd edilib buğdanın pislikdən təmizlənməsi kimi; Hz. Mehdi (ə.s) camaatı da bir müddət sonra münafiqlərdən təmizləyib nəhayət tərtəmiz bir camaat edəcək.


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr