Yanma hadisəsi üçün oksigen qazının olması vacibdir. Kosmosda yanma hadisəsinin olmamasına səbəb oksigenin yox dərəcədə olmasıdır.
Canlı həyatın tərkib hissəsi: Karbon atomu
Foraminiferlər okean üçün həyati əhəmiyyət daşıyır. Bu orqanizmlərin kalsium karbonatdan ibarət qabıqları dənizin dibində toplanaraq bir növ "karbon hovuzu" yaradır və sudakı karbonu udur. Bu isə atmosferdəki istixana effektini tənzimləyərək yeni tədqiqatlar üçün geniş imkanlar yaradır.
Hər il orta hesabla 50.000 meteor yerin atmosferinə daxil olur, ancaq oksigenin təsiri ilə sürtünərək alovlanır və yerə düşməmiş böyük kütləsini itirir.
Günəşdə hər saniyə 616 milyon ton hidrogen 612 milyon ton heliuma çevrilir. Bu zaman ayrılan enerji 500 milyon hidrogen bombasının partlayış gücünə bərabər olur.
Plasenta ana ilə körpə arasındakı qida, oksigen və digər maddələrin mübadiləsini təmin edən orqandır. Bu orqanın heyranedici xüsusiyyətlərindən biri yeni hüceyrə qruplarının, yəni toxumaların yaranması üçün lazımi qidaları diqqətlə seçərək körpəyə ötürməsidir.
Yer üzündə ən geniş yayılmış elementlərdən biri olan dəmir yer qabığının 5%-ni təşkil edir. Dəmir mühüm enerji mənbəyi olan oksigeni hüceyrənin tənəffüs sisteminə yönəldir.
Cənubi Amerikanın ən uzun çayı olan Amazonda təkcə pirani balığının 30 növü yaşayır. Uzunluğu 6437 km olan çayda bir balığın 30 növünün yaşaması Uca Allah’ın növbənöv yaratma sənətinə nümunədir.
Arizonanın Biodizayn İnstitutunun tədqiqatçıları çirkli suyu təmizləmək üçün bakteriyalardan istifadə edirlər. Təmizləmə prosesində oksidləşmiş yerlərdə yaşayan və hidrogeni ayıraraq zərərsizləşdirən bakteriya növlərindən istifadə olunur.
Diatom yosunları yer üzündəki bütün canlılar üçün həyati əhəmiyyət daşıyır. Çünki tənəffüs zamanı ehtiyac duyduğumuz oksigenin bir hissəsini diatomlar hasil edir.