Baş vermiş qiyamət əlamətləri - 2-ci hissə

1024

MÜSƏLMANLARIN BİR-BİRİ İLƏ VURUŞMASI

İki böyük İslam ordusu bir-biri ilə müharibə etmədikcə Qiyamət qopmaz. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 454, no. 831)

“MÜSƏLMANLARDAN İKİ QRUP BİR-BİRİ İLƏ VURUŞMADIQCA Qiyamət qopmaz. Onların arasında böyük savaş olar, amma məqsədləri eynidir.(Buhari, Fiten: 24, Menakıb: 25, İstitabe: 8; Müslim, İman: 248, Fiten: 17)

Müsəlmanların məruz qaldığı işgəncələr

…Fitnənin girmədiyi ev, toxunmadığı müsəlman qalmaz. Bu, nəslimdən bir nəfər (hz.Mehdi (əs)) çıxana qədər davam edər. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 25)

İldırımların çoxalması

Qiyamət yaxınlaşdıqda İLDIRIMLAR elə ÇOXALACAQ Kİ, insanlar (bir-birindən) soruşacaqlar: “Dünən kimi ildırım vurub?” Onlar da (belə) cavab verəcək: “Dünən filankəslə filankəsi ildırım vurub”.(El-Hakim, Müstedrek, 4/444)

İNSANIN YAXINLARI TƏRƏFİNDƏN PİS ƏMƏLLƏRƏ TƏHRİK EDİLMƏSİ

BİRİNİN HƏLAK OLMASI VALİDEYNLƏRİNİN, YAXUD ARVADININ VƏ YAXUD DA QOHUMUNUN UCBATINDAN OLACAQ. Belə ki, onu kasıbçılığa görə qınayacaqlar, gücü çatmayan işlərə vadar edəcəklər; axırda o, təhlükəli və qaranlıq işlərə girib həlak olacaq.(Ebu Naim; Geleceğin Tarihi I, səh. 29)

Heyvanlara insanlardan daha çox dəyər verənlər

Qiyamət yaxınlaşanda adamlar evlərində it saxlayacaq. Bu, onlara övladdan daha xoş gələcək. (Taberani, Hakim)

Heyvanları sevmək, onlara şəfqətlə yanaşmaq, əlbəttə, gözəldir. Lakin Peyğəmbərimiz (səv) yuxarıdakı hədisində axırzamanda insan sevgisinin yerini heyvan sevgisinin tutacağını bildirib. 

İNSANLAR ARASINDA SEVGİ VƏ HÖRMƏTİN AZALMASI

Böyüklərin kiçiklərə mərhəmət etmədiyi, kiçiklərin isə böyüklərə hörmət qoymadığı, uşaqların qəzəbli olduğu zaman Qiyamət yaxınlaşmış olacaq.(Ölüm Kıyamet ve Diriliş, səh. 480 )

ZAMANIN QISALMASI

Bu hadisələr meydana gəlmədikcə Qiyamət qopmaz. Zaman və məsafə vasitələrlə qısalacaq.(Buhari, Fiten: 25; Ahmed bin Hanbel, Müsned, 2/313) 

Aparılan təcrübələrdə Şuman rezonansının 1980-ci ildən, yəni düz Mehdinin (əs) çıxış tarixindən etibarən dəyişdiyi və zamanın sürətləndiyi müəyyən edildi. Bununla yanaşı, böyük zəlzələlər də dünyanın dövretmə sürətinə təsir edərək zamanın qısalmasına səbəb olub.

Həmçinin hədisdə nəqliyyat vasitələrinin inkişaf etməsi ilə məsafələrin qısaldığına diqqət çəkilib.


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr