Axırzaman möcüzələrindən: Halley quyruqlu ulduzunun keçməsi

1359

Hicri 1406, yəni miladi 1986-cı ildə Halley quyruqlu ulduzu Yer kürəsinin yaxınlığından keçmişdir. Bu quyruqlu ulduzun keçməsi adi hadisə deyil, Rəsulullahın (səv) 1400 il əvvəl xəbər verdiyi bir möcüzədir.

DİQQƏT EDİN! RƏSULULLAHIN (SƏV) BU MÖCÜZƏLƏRİNİ GİZLƏDİRLƏR.

O, (Mehdi) gəlməmişdən əvvəl şərq tərəfdən işıq saçan quyruqlu ulduz görünəcək. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 53)

Halleyin hərəkət istiqaməti şərqdən qərbə doğrudur. Eynilə Peyğəmbərimizin (səv) söylədiyi kimi!
Peyğəmbərimizin (səv) bir quyruqlu ulduzun keçəcəyini yüzlərlə il əvvəldən xəbər verməsi möcüzədir. Amma bu möcüzələrə televiziya kanallarında, qəzetlərdə, verilişlərdə elə də rast gəlmirik. Çünki bəzi İslam alimləri bu möcüzlərdən bəhs etmir, gizlədirlər…

DİQQƏT EDİN! RƏSULULLAHIN (SƏV) BU MÖCÜZƏLƏRİNİ GİZLƏDİRLƏR.

Peyğəmbərimiz Halley ulduzu ilə bağlı başqa təfərrüatları da bildirib:

O ulduz Günəş və Ay tutulmasından sonra çıxacaq. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 32) 

Halley 1981-1982 –ci illərdə, yəni hicri 1401-1402-ci illərdə baş verən Ay və Günəş tutulmalarından sonra çıxıb.
Peyğəmbərimizin (səv) özündən 1400 il sonra baş verəcək bir hadisəni bu cür təfsilatlı şəkildə xəbər verməsi böyük möcüzədir. Bəzi alimlərin bu möcüzədən tez-tez bəhs etmək əvəzinə, onu gizlətməsi səmimiyyətdən uzaq davranışdır.


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr