1 ay susuz yaşaya bilən tutuquşular

873

Çöl tutuquşuları Avstraliyanın çox yağıntı düşməyən düzənlik ərazilərində yaşayırlar. Suya olan ehtiyaclarını yedikləri toxumlardan qarşıladıqları üçün bu quşlar quraqlıq zamanlarında bir ay su içmədən yaşaya bilirlər. Çöl tutuquşuları üçün su çox vacibdir. Buna görə də həyatlarını iqlim şəraitinə görə tənzimləyə bilirlər. Məsələn, lazımi qədər su tapa bilmədikləri zaman cütləşməni dayandırırlar və su üçün yeni yerlər axtarmağa gedirlər. Kifayət qədər böyük gölməçə tapdıqda sürətli şəkildə yumurtlamağa başlayırlar.

Tutuquşuların iqlim şəraitinə görə həyatlarını tənzimləmələri Allahın ilhamı ilə həyata keçir. Nəslini davam etdirmək çox mühüm olduğu üçün riskə getmir və dərhal yumurtlamağı dayandırırlar. Tutuquşulara bu cür ağıllı davranmağı ilham edən hər şeyi bilən, yaratdığı bütün canlılardan xəbərdar olan Rəbbimizdir. Allah bir ayədə belə buyurur:

 


Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, bağışlayandır. (İsra surəsi, 44)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr