• 1. And olsun əncirə və zeytuna!

  • 2. And olsun Sinay dağına!

  • 3. And olsun bu təhlükəsiz şəhərə (Məkkəyə)!

  • 4. Biz insanı ən gözəl surətdə yaratdıq!

  • 5. Sonra isə onu aşağı qatların ən aşağısına (Cəhənnəmin dibinə) qaxacağıq.

  • 6. İman gətirib xeyirxah işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafat hazırlanmışdır.

  • 7. Bundan sonra dini yalanlamağa səni nə məcbur edir?

  • 8. Məgər Allah hakimlərin ən üstünü deyilmi?