• 1. And olsun yer üzünü zülmətə bürüməkdə olan gecəyə!

  • 2. And olsun günəşin çıxması ilə aydınlaşan gündüzə!

  • 3. And olsun kişini və qadını yaradana!

  • 4. Sizin can atdıqlarınız başqa-başqadır.

  • 5. Kim haqqını verir və Allahdan qorxursa,

  • 6. və ən gözəl olanı (lə ilahə illəllahı) təsdiq edirsə,

  • 7. Biz onu ən asan olana nail edəcəyik.

  • 8. Kim də xəsislik edərək Rəbbinə ehtiyacı olmadığını güman edirsə

  • 9. və ən gözəl olanı (lə ilahə illəllahı) yalan hesab edirsə,

  • 10. Biz onun üstünə ən çətin olanı yükləyəcəyik.

  • 11. Cəhənnəmə düşdükdə var-dövləti ona fayda verməyəcək.

  • 12. Şübhəsiz ki, doğru yola yönəltmək Bizə aiddir.

  • 13. Sözsüz ki, Axirət də, dünya həyatı da Bizimdir.

  • 14. Mən sizi alov saçan bir odla qorxutdum.

  • 15. Ona ancaq ən bədbəxt kimsə girər.

  • 16. O kimsə ki, haqqı yalan sayır və ondan üz döndərir.

  • 17. Allahdan ən çox qorxan isə o Oddan uzaqlaşdırılar.

  • 18. O kimsə ki, malını Allah yolunda verir, günahlardan təmizlənir.

  • 19. Əvəzi veriləcək nemət üçün onun heç kəsə minnəti olmaz.

  • 20. O bunu ancaq Ən Uca Rəbbinin Üzünü dilədiyindən edər.

  • 21. O, mütləq razı qalacaqdır!