• 1. Göy parçalanacağı zaman,

  • 2. ulduzlar səpələnəcəyi zaman,

  • 3. dənizlər daşıb bir-birinə qarışacağı zaman,

  • 4. qəbirlər çevriləcəyi zaman,

  • 5. hər kəs əvvəlcədən özü üçün nəyi tədarük edib, nəyi sonraya saxladığını biləcəkdir.

  • 6. Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir?

  • 7. O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi.

  • 8. Səni istədiyi şəklə saldı.

  • 9. Xeyr! Əksinə, siz Qiyaməti yalan hesab edirsiniz!

  • 10. Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır –

  • 11. çox möhtərəm, əməllərinizi yazanlar.

  • 12. Onlar sizin nə etdiklərinizi bilirlər.

  • 13. Həqiqətən, itaətkarlar nemət içində olacaqlar.

  • 14. Şübhəsiz ki, günahkarlar da Cəhənnəmdə olacaqlar.

  • 15. Onlar ora Haqq-hesab günü girəcəklər.

  • 16. Onlar əsla ondan yayına bilməyəcəklər.

  • 17. Sən haradan biləydin ki, Haqq-hesab günü nədir?

  • 18. Doğrudan da, sən haradan biləydin ki, Haqq-hesab günü nədir?

  • 19. O gün heç kəs heç kəsə fayda verə bilməz və həmin gün hakimiyyət Allaha məxsus olacaqdır!