• 1. And içirəm Qiyamət gününə!
  • 2. And içirəm peşmançılıq çəkən nəfsə!
  • 3. İnsan elə düşünür ki, Biz onun sümüklərini yığa bilməyəcəyik.
  • 4. Mütləq yığacağıq! Biz onun barmaq uclarını bərpa etməyə qadirik.
  • 5. Lakin insan bundan sonra da günah etmək fikrindədir.
  • 6. O: “Qiyamət günü nə vaxt olacaq!” – deyə rişxəndlə soruşur.
  • 7. Gözlər bərələ qalacağı,
  • 8. ay tutulacağı
  • 9. və günəşlə ayın qovuşacağı zaman –
  • 10. o gün insan deyəcəkdir: “Hara qaçaq?”
  • 11. Xeyr, o gün pənah aparılacaq yer tapılmayacaq.
  • 12. O gün qayıdış ancaq sənin Rəbbinə olacaqdır.
  • 13. O gün insana əvvəllər etdiyi və sonraya saxladığı əməlləri barədə xəbər veriləcəkdir.
  • 14. Əslində, insan öz əleyhinə şahidlik edəcəkdir;
  • 15. üzrlü olub-olmadığı bütün halları ortaya qoysa da.
  • 16. Cəbrail sənə Quranı nazil etdikdə onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə!
  • 17. Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir.
  • 18. Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə.
  • 19. Sonra, sözsüz ki, onu izah etmək də Bizə aiddir.
  • 20. Xeyr! Əksinə, siz tez ötüb keçən fani dünyanı sevir,
  • 21. Axirətdən isə uzaqlaşırsınız.
  • 22. O gün neçə-neçə üzlər nurlanacaq
  • 23. və öz Rəbbinə baxacaqdır.
  • 24. O gün neçə-neçə üzlər də tutulub qaralacaq,
  • 25. və yəqin edəcək ki, onlara müsibət artıq üz vermişdir.
  • 26. Xeyr, o ruh körpücük sümüklərinə yetişəcəyi zaman;
  • 27. “Ovsunu kim oxuyacaq?” – deyiləcəkdir.
  • 28. Can verən adam dünya həyatından ayrıldığını yəqin edəcəyi,
  • 29. və ayaq ayağa dolaşacağı zaman –
  • 30. o gün hər kəs Rəbbinin hüzuruna gətiriləcəkdir.
  • 31. O kafir nə Quranı təsdiq etdi, nə də namaz qıldı.
  • 32. Haqqı da yalan saydı və üz döndərdi.
  • 33. Sonra da lovğa-lovğa öz ailəsinin yanına getdi.
  • 34. Vay sənin halına, vay!
  • 35. Yenə də vay sənin halına, vay!
  • 36. Bəlkə insan özbaşına qoyulacağını güman edir?
  • 37. Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi?
  • 38. Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir görkəmə saldı.
  • 39. Ondan da bir cüt kişi və qadın yaratdı.
  • 40. Məgər O, ölüləri diriltməyə qadir deyil?
PAYLAŞIN
logo
logo
logo
logo
logo
  • 1.Fatihə
  • 2.Bəqərə surəsi
  • 3.Ali-İmran
  • 4.Nisa
  • 5.Maidə
  • 6.Ənam
  • 7.Əraf
  • 8.Ənfal
  • 9.Tövbə
  • 10.Yunus
  • 11.Hud
  • 12.Yusif
  • 13.Rəd
  • 14.İbrahim
  • 15.Hicr
  • 16.Nəhl
  • 17.İsra
  • 18.Kəhf
  • 19.Məryəm
  • 20.Taha
  • 21.Ənbiya
  • 22.Həcc
  • 23.Muminun
  • 24.Nur
  • 25.Furqan
  • 26.Şuəra
  • 27.Nəml
  • 28.Qəsəs
  • 29.Ənkəbut
  • 30.Rum
  • 31.Loğman
  • 32.Səcdə
  • 33.Əhzab
  • 34.Səba
  • 35.Fatir
  • 36.Yasin
  • 37.Saffat surəsi
  • 38.Sad surəsi
  • 39.Zumər
  • 40.Mumin
  • 41.Fussilət
  • 42.Şura
  • 43.Zuxruf
  • 44.Duxan surəsi
  • 45.Casiyə surəsi
  • 46.Əhqaf
  • 47.Məhəmməd
  • 48.Fəth
  • 49.Hucurat
  • 50.Qaf
  • 51.Zariyat surəsi
  • 52.Tur
  • 53.Nəcm
  • 54.Qəmər
  • 55.Rəhman
  • 56.Vaqiə
  • 57.Hədid
  • 58.Mucadələ
  • 59.Həşr
  • 60.Mumtəhinə
  • 61.Səff
  • 62.Cumuə
  • 63.Munafiqun
  • 64.Təğabun
  • 65.Talaq
  • 66.Təhrim
  • 67.Mulk
  • 68.Nun
  • 69.Haqqə
  • 70.Məaric
  • 71.Nuh
  • 72.Cinn
  • 73.Muzzəmmil
  • 74.Muddəssir
  • 75.Qiyamə
  • 76.İnsan
  • 77.Mursəlat
  • 78.Nəbə
  • 79.Naziat
  • 80.Əbəsə
  • 81.Təkvir
  • 82.İnfitar
  • 83.Mutəffifin
  • 84.İnşiqaq
  • 85.Buruc
  • 86.Tariq
  • 87.Əla
  • 88.Ğaşiyə
  • 89.Fəcr
  • 90.Bələd
  • 91.Şəms
  • 92.Leyl surəsi
  • 93.Zuha
  • 94.İnşirah
  • 95.Tin
  • 96.Ələq
  • 97.Qədr
  • 98.Bəyyinə
  • 99.Zilzal
  • 100.Adiyat
  • 101.Qariə
  • 102.Təkasur
  • 103.Əsr
  • 104.Huməzə
  • 105.Fil
  • 106.Qureyş
  • 107.Maun
  • 108.Kovsər
  • 109.Kafirun
  • 110.Nəsr
  • 111.Əbu Ləhəb
  • 112.İxlas
  • 113.Fələq
  • 114.Nas surəsi