• 1. Haqq olan Qiyamət!
  • 2. Nədir haqq olan Qiyamət?
  • 3. Sən nə biləsən ki, nədir haqq olan Qiyamət?
  • 4. Səmud və Ad tayfaları qəlbləri qorxuya salan Qiyaməti yalan saydılar.
  • 5. Səmud tayfası qorxunc bir səslə məhv edildi.
  • 6. Ad tayfası isə hədsiz soyuq və şiddətli küləklə yox edildi.
  • 7. Allah onu yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi. Sən orada olsaydın, o tayfanı xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərilmiş görərdin.
  • 8. Sən onlardan qalan bir kimsəyə heç rast gəlmisənmi?
  • 9. Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlər (Lut qövmü) də günah işlətmişdilər.
  • 10. Onlar öz Rəbbinin elçisinə asi oldular, O da onları şiddəti artan bir əzabla yaxaladı.
  • 11. Su aşıb-daşdıqda Biz sizi üzən gəmidə daşıdıq.
  • 12. Sizə bir xatırlatma olsun və yadda saxlayan qulaqlar onu yadda saxlasın deyə belə etdik.
  • 13. Sur bircə dəfə üfürüləcəyi,
  • 14. yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman –
  • 15. həmin gün Vaqiə qopacaq.
  • 16. Göy yarılacaq və həmin gün o, süst olacaqdır.
  • 17. Mələklər isə onun ətrafında olacaqlar. O gün sənin Rəbbinin Ərşini səkkiz mələk daşıyacaqdır.
  • 18. O gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir.
  • 19. Kitabı sağ əlinə verilən deyəcəkdir: “Budur, oxuyun kitabımı!
  • 20. Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam”.
  • 21. O, xoşbəxt həyat sürəcəkdir –
  • 22. uca bir Cənnətdə –
  • 23. elə bir Cənnətdə ki, onun meyvələri lap yaxınlıqda olacaqdır.
  • 24. Onlara: “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!” – deyiləcəkdir
  • 25. Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi!
  • 26. Hesabımdan da xəbərim olmayaydı!
  • 27. Kaş ilk ölümüm həmişəlik olaydı!
  • 28. Var-dövlətim məni əzabdan qurtarmadı.
  • 29. Hökmranlığım da məhv olub getdi”.
  • 30. Mələklərə deyiləcək: “Onu yaxalayıb zəncirləyin!
  • 31. Sonra da Cəhənnəmə atın!
  • 32. Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun!
  • 33. Çünki o, Böyük Allaha iman gətirmirdi,
  • 34. və heç kəsi kasıbı yedirtməyə rəğbətləndirmirdi.
  • 35. Bu gün burada onun üçün bir dost tapılmaz.
  • 36. Qanlı irindən başqa yeməyi də yoxdur.
  • 37. Onu ancaq günahkarlar yeyər”.
  • 38. And içirəm həm gördüklərinizə
  • 39. və həm də görmədiklərinizə!
  • 40. Bu, möhtərəm bir Elçinin sözüdür.
  • 41. O, şair sözü deyildir! Necə də az inanırsınız!
  • 42. O, kahin sözü də deyildir! Necə də az düşünürsünüz!
  • 43. O, aləmlərin Rəbbi tərəfindən vəhy edilmişdir!
  • 44. Əgər Muhəmməd bəzi sözləri özündən uydurub Bizə aid etsəydi,
  • 45. Biz onu sağ əlindən yaxalayar,
  • 46. sonra da şah damarını kəsərdik.
  • 47. İçərinizdən heç kəs buna mane ola bilməzdi.
  • 48. Həqiqətən, bu Quran müttəqilər üçün bir nəsihətdir.
  • 49. Aranızdan Quranı yalan sayanlar olduğunu da bilirik!
  • 50. Həqiqətən, bu, kafirlər üçün bir peşmançılıqdır.
  • 51. Sözsüz ki, bu Quran əsl həqiqətdir.
  • 52. Elə isə Böyük Rəbbinin adına təriflər de!
PAYLAŞIN
logo
logo
logo
logo
logo
  • 1.Fatihə
  • 2.Bəqərə surəsi
  • 3.Ali-İmran
  • 4.Nisa
  • 5.Maidə
  • 6.Ənam
  • 7.Əraf
  • 8.Ənfal
  • 9.Tövbə
  • 10.Yunus
  • 11.Hud
  • 12.Yusif
  • 13.Rəd
  • 14.İbrahim
  • 15.Hicr
  • 16.Nəhl
  • 17.İsra
  • 18.Kəhf
  • 19.Məryəm
  • 20.Taha
  • 21.Ənbiya
  • 22.Həcc
  • 23.Muminun
  • 24.Nur
  • 25.Furqan
  • 26.Şuəra
  • 27.Nəml
  • 28.Qəsəs
  • 29.Ənkəbut
  • 30.Rum
  • 31.Loğman
  • 32.Səcdə
  • 33.Əhzab
  • 34.Səba
  • 35.Fatir
  • 36.Yasin
  • 37.Saffat surəsi
  • 38.Sad surəsi
  • 39.Zumər
  • 40.Mumin
  • 41.Fussilət
  • 42.Şura
  • 43.Zuxruf
  • 44.Duxan surəsi
  • 45.Casiyə surəsi
  • 46.Əhqaf
  • 47.Məhəmməd
  • 48.Fəth
  • 49.Hucurat
  • 50.Qaf
  • 51.Zariyat surəsi
  • 52.Tur
  • 53.Nəcm
  • 54.Qəmər
  • 55.Rəhman
  • 56.Vaqiə
  • 57.Hədid
  • 58.Mucadələ
  • 59.Həşr
  • 60.Mumtəhinə
  • 61.Səff
  • 62.Cumuə
  • 63.Munafiqun
  • 64.Təğabun
  • 65.Talaq
  • 66.Təhrim
  • 67.Mulk
  • 68.Nun
  • 69.Haqqə
  • 70.Məaric
  • 71.Nuh
  • 72.Cinn
  • 73.Muzzəmmil
  • 74.Muddəssir
  • 75.Qiyamə
  • 76.İnsan
  • 77.Mursəlat
  • 78.Nəbə
  • 79.Naziat
  • 80.Əbəsə
  • 81.Təkvir
  • 82.İnfitar
  • 83.Mutəffifin
  • 84.İnşiqaq
  • 85.Buruc
  • 86.Tariq
  • 87.Əla
  • 88.Ğaşiyə
  • 89.Fəcr
  • 90.Bələd
  • 91.Şəms
  • 92.Leyl surəsi
  • 93.Zuha
  • 94.İnşirah
  • 95.Tin
  • 96.Ələq
  • 97.Qədr
  • 98.Bəyyinə
  • 99.Zilzal
  • 100.Adiyat
  • 101.Qariə
  • 102.Təkasur
  • 103.Əsr
  • 104.Huməzə
  • 105.Fil
  • 106.Qureyş
  • 107.Maun
  • 108.Kovsər
  • 109.Kafirun
  • 110.Nəsr
  • 111.Əbu Ləhəb
  • 112.İxlas
  • 113.Fələq
  • 114.Nas surəsi