• 1. Nun. And olsun qələmə və qələmə alınanlara!
  • 2. Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
  • 3. Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
  • 4. Həqiqətən də, sən böyük əxlaq sahibisən!
  • 5. Sən də görəcəksən, onlar da –
  • 6. hansınızın dəli olduğunu.
  • 7. Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
  • 8. Elə isə haqqı yalan sayanlara güzəştə getmə.
  • 9. Müşriklər istəyirlər ki, sən onlara güzəşt edəsən, onlar da sənə güzəşt etsinlər.
  • 10. İtaət etmə hər tez-tez and içənə, alçağa,
  • 11. qeybət edənə, dedi-qodu yayana,
  • 12. xeyrə mane olana, həddi aşana, günahkara,
  • 13. daş ürəkliyə, bunlardan sonra da başqasının adını mənimsəyən fırıldaqçıya –
  • 14. o adam var-dövlət və oğul-uşaq sahibi olsa belə.
  • 15. Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əsatirlərindəndir!” – deyər.
  • 16. Biz onun burnuna damğa vuracağıq.
  • 17. Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da sınağa çəkdik. O zaman bağ sahibləri səhər açılanda bağda olan meyvələri mütləq dərəcəklərinə and içmişdilər
  • 18. və heç bir istisna da etməmişdilər (“inşallah” deməmişdilər).
  • 19. Onlar yuxuda ikən Rəbbinin əzabı o bağı bürüdü.
  • 20. Bağ yanıb zülmət gecə kimi qapqara oldu.
  • 21. Onlar səhər qalxdıqda bir-birlərini çağırdılar:
  • 22. “Əgər meyvə dərəcəksinizsə, bağınıza erkən gedin!”
  • 23. Onlar bağa yollandılar, yol boyu da bir-birlərinə belə pıçıldayırdılar:
  • 24. “Bu gün oraya – yanınıza heç bir kasıb girməsin!”
  • 25. Onlar bu məqsədlə kasıbları bağa buraxmamağa qadir olacaqlarını zənn edib erkən getdilər.
  • 26. Bağı görəndə isə belə dedilər: “Deyəsən, biz düz gəlməmişik!
  • 27. Xeyr! Biz bu bağın xeyrindən məhrum olmuşuq!”
  • 28. Onların ən insaflısı dedi: “Məgər mən sizə Allahın şəninə təriflər söyləyin deməmişdimmi?”
  • 29. Onlar dedilər: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz özümüzə zülm etmişik!”
  • 30. Onlar dönüb bir-birlərini qınamağa başladılar
  • 31. və dedilər: “Vay halımıza! Biz həddi aşanlarıq!
  • 32. Ola bilsin ki, Rəbbimiz bizə bu bağın əvəzinə ondan daha yaxşısını versin. Əlbəttə, biz Rəbbimizə yönəlirik”.
  • 33. Dünyadakı əzab belədir. Axirət əzabı isə daha böyükdür! Kaş biləydilər!
  • 34. Şübhəsiz ki, müttəqilər üçün Rəbbin dərgahında Nəim bağları hazırlanmışdır.
  • 35. Biz heç müsəlmanları günahkarlara tay tutarıqmı?
  • 36. Sizə nə olub, necə hökm verirsiniz?
  • 37. Yoxsa sizin elə bir kitabınız vardır ki, üsyankarla itaətkarın eyni olduğunu ondan oxuyursunuz?
  • 38. Ya da onda bəyəndiyiniz hər bir şeyin sizin olacağı yazılmışdır?
  • 39. Yaxud Bizimlə Qiyamət gününədək əhd bağlamısınız ki, istədiyiniz hər şey sizin olacaqdır?
  • 40. Onlardan soruş ki, kim buna zamin duracaqdır?
  • 41. Yoxsa onların şərikləri vardır? Əgər doğru danışırlarsa, onda qoy şəriklərini gətirsinlər.
  • 42. Ayağın açılacağı və onlar səcdəyə çağırılacaqları, lakin buna qadir ola bilməyəcəkləri gün –
  • 43. onların baxışları yazıq görkəm alacaq, özlərini də zillət bürüyəcəkdir. Hərçənd ki, onlar dünyada ikən sağ-salamat halda səcdə qılmağa dəvət olunurdular.
  • 44. Bu Sözü yalan sayanları Mənim öhdəmə burax. Biz onları tovlayıb bilmədikləri bir yöndən tədricən əzaba sürükləyirik.
  • 45. Hələlik Mən onlara möhlət verirəm. Şübhəsiz ki, Mənim kafirlər üçün qurduğum hiyləm çox güclüdür.
  • 46. Yoxsa sən onlardan bir muzd istəyirsən və onlar da ağır bir borca düşüblər?
  • 47. Yoxsa qeyb onların əlindədir və onlar da ona baxıb istədiklərini yazırlar?
  • 48. Sən öz Rəbbinin hökmünə səbir et və balıq sahibi Yunus kimi olma! O zaman o, qəm-qüssə içində Rəbbinə dua etmişdi.
  • 49. Əgər Rəbbinin mərhəməti ona yetişməsəydi, o, qınanmış halda heç bir bitki bitməyən boş yerə atılacaqdı.
  • 50. Lakin Rəbbi onu seçib əməlisalehlərdən etdi.
  • 51. Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirələr. Onlar çarəsizlikdən: “O, dəlidir!” – deyirlər.
  • 52. Halbuki bu Quran aləmlər üçün öyüd-nəsihətdən başqa bir şey deyildir.
PAYLAŞIN
logo
logo
logo
logo
logo
  • 1.Fatihə
  • 2.Bəqərə surəsi
  • 3.Ali-İmran
  • 4.Nisa
  • 5.Maidə
  • 6.Ənam
  • 7.Əraf
  • 8.Ənfal
  • 9.Tövbə
  • 10.Yunus
  • 11.Hud
  • 12.Yusif
  • 13.Rəd
  • 14.İbrahim
  • 15.Hicr
  • 16.Nəhl
  • 17.İsra
  • 18.Kəhf
  • 19.Məryəm
  • 20.Taha
  • 21.Ənbiya
  • 22.Həcc
  • 23.Muminun
  • 24.Nur
  • 25.Furqan
  • 26.Şuəra
  • 27.Nəml
  • 28.Qəsəs
  • 29.Ənkəbut
  • 30.Rum
  • 31.Loğman
  • 32.Səcdə
  • 33.Əhzab
  • 34.Səba
  • 35.Fatir
  • 36.Yasin
  • 37.Saffat surəsi
  • 38.Sad surəsi
  • 39.Zumər
  • 40.Mumin
  • 41.Fussilət
  • 42.Şura
  • 43.Zuxruf
  • 44.Duxan surəsi
  • 45.Casiyə surəsi
  • 46.Əhqaf
  • 47.Məhəmməd
  • 48.Fəth
  • 49.Hucurat
  • 50.Qaf
  • 51.Zariyat surəsi
  • 52.Tur
  • 53.Nəcm
  • 54.Qəmər
  • 55.Rəhman
  • 56.Vaqiə
  • 57.Hədid
  • 58.Mucadələ
  • 59.Həşr
  • 60.Mumtəhinə
  • 61.Səff
  • 62.Cumuə
  • 63.Munafiqun
  • 64.Təğabun
  • 65.Talaq
  • 66.Təhrim
  • 67.Mulk
  • 68.Nun
  • 69.Haqqə
  • 70.Məaric
  • 71.Nuh
  • 72.Cinn
  • 73.Muzzəmmil
  • 74.Muddəssir
  • 75.Qiyamə
  • 76.İnsan
  • 77.Mursəlat
  • 78.Nəbə
  • 79.Naziat
  • 80.Əbəsə
  • 81.Təkvir
  • 82.İnfitar
  • 83.Mutəffifin
  • 84.İnşiqaq
  • 85.Buruc
  • 86.Tariq
  • 87.Əla
  • 88.Ğaşiyə
  • 89.Fəcr
  • 90.Bələd
  • 91.Şəms
  • 92.Leyl surəsi
  • 93.Zuha
  • 94.İnşirah
  • 95.Tin
  • 96.Ələq
  • 97.Qədr
  • 98.Bəyyinə
  • 99.Zilzal
  • 100.Adiyat
  • 101.Qariə
  • 102.Təkasur
  • 103.Əsr
  • 104.Huməzə
  • 105.Fil
  • 106.Qureyş
  • 107.Maun
  • 108.Kovsər
  • 109.Kafirun
  • 110.Nəsr
  • 111.Əbu Ləhəb
  • 112.İxlas
  • 113.Fələq
  • 114.Nas surəsi