• 1. Vaqiə qopacağı zaman
  • 2. onun qopduğunu heç kəs dana bilməz.
  • 3. O, bəzilərini alçaldacaq, bəzilərini də ucaldacaqdır.
  • 4. Yer şiddətlə titrədiyi zaman,
  • 5. Dağlar parça-parça olub ovxalandığı
  • 6. və ətrafa səpələnmiş toz-torpağa döndüyü zaman,
  • 7. siz üç dəstəyə ayrılacaqsınız.
  • 8. Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!
  • 9. Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!
  • 10. Xeyirxah işlərdə öndə gedənlər, Cənnətdə də öndədirlər!
  • 11. Onlar Allaha yaxın olanlar,
  • 12. Nəim bağlarında qalacaq kimsələrdir.
  • 13. Onların çoxu əvvəlki nəsillərdən,
  • 14. az bir qismi də axırıncılardandır.
  • 15. Onlar bəzənmiş taxtlar üstündə
  • 16. qarşı-qarşıya əyləşib dirsəklənəcəklər.
  • 17. Onların ətrafında həmişəcavan xidmətçi oğlanlar fırlanacaqlar;
  • 18. çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə –
  • 19. ondan başları ağrımaz və məst olmazlar,
  • 20. bəyənib seçdikləri meyvələr
  • 21. və istədikləri quş əti ilə hərlənəcəklər.
  • 22. Onları iri qaragözlü hurilər gözləyir –
  • 23. sədəf içində saxlanılmış mirvariyə bənzər hurilər.
  • 24. Bu, onların etdikləri əməllərin mükafatı olacaq.
  • 25. Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər.
  • 26. Ancaq: “Salam! Salam!” – sözləri eşidəcəklər.
  • 27. Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!
  • 28. Onlar tikansız sidr ağacları arasında,
  • 29. meyvələri salxım-salxım asılmış banan ağacları altında,
  • 30. uzanmış kölgəliklərdə,
  • 31. daim axan sular kənarında,
  • 32. çoxlu meyvələr,
  • 33. tükənməz və qadağan edilməyən meyvələr içində
  • 34. və hündür döşəklər üstündə olacaqlar.
  • 35. Biz Cənnətdəki qadınları yeni biçimdə yaradacağıq.
  • 36. Onları bakirə qızlar edəcəyik –
  • 37. ərlərini sevən, həmyaşıdlar.
  • 38. Bunlar sağ tərəf sahibləri üçündür.
  • 39. Onların çoxu əvvəlki nəsillərdən,
  • 40. bir qismi də axırıncılardandır.
  • 41. Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!
  • 42. Onlar qızmar yel və qaynar su içində,
  • 43. qapqara duman kölgəsində olacaqlar.
  • 44. Bu duman nə sərin, nə də xoşagələndir.
  • 45. Onlar bundan əvvəl cah-calal içində idilər,
  • 46. böyük günah işlətməkdə israr edirdilər
  • 47. və deyirdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidənmi dirildiləcəyik?
  • 48. Yaxud bizim əcdadlarımız dirildiləcəklərmi?”
  • 49. De: “Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da,
  • 50. bəlli bir günün müəyyən vaxtında mütləq toplanılacaqlar.
  • 51. Sonra, siz ey doğru yoldan azanlar, haqqı yalan sayanlar!
  • 52. Siz mütləq zəqqum ağacından yeyəcəksiniz,
  • 53. qarınlarınızı onunla dolduracaqsınız,
  • 54. üstündən də qaynar su içəcəksiniz.
  • 55. Siz onu susamış xəstə dəvələr kimi içəcəksiniz”.
  • 56. Bu onların Haqq-hesab günündəki ziyafətidir.
  • 57. Sizi Biz yaratdıq. Bəs nə üçün dirildiləcəyinizi təsdiq etmirsiniz?
  • 58. Axıtdığınız nütfəni gördünüzmü?
  • 59. Onu siz yaradırsınız, yoxsa Biz?
  • 60. Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz.
  • 61. Sizi bənzərləriniz ilə əvəz etməyə və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yaratmağa Bizə mane olan tapılmaz.
  • 62. Siz ilk yaradılışı bilirsiniz. Bəs nə üçün dirildiləcəyiniz barədə düşünmürsünüz?
  • 63. Əkdiyinizi gördünüzmü?
  • 64. Onu siz bitirirsiniz, yoxsa Biz?
  • 65. Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz,
  • 66. və deyərdiniz: “Biz ziyana uğradıq.
  • 67. Daha doğrusu nemətlərdən məhrum olduq!”
  • 68. İçdiyiniz suyu gördünüzmü?
  • 69. Onu buluddan siz endirirsiniz, yoxsa Biz?
  • 70. Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz?
  • 71. Yandırdığınız odu gördünüzmü?
  • 72. Onun ağacını siz yaradırsınız, yoxsa Biz?
  • 73. Biz onu Cəhənnəmi yada salmaq və müsafirlərin istifadəsi üçün yaratdıq.
  • 74. Elə isə Ulu Rəbbinin adına təriflər de!
  • 75. Ulduzların batdığı yerlərə and olsun!
  • 76. Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləydiniz.
  • 77. Həqiqətən, bu, ehtirama layiq Qurandır,
  • 78. qorunub saxlanılan Yazıdadır (Lövhi-məhfuzdadır).
  • 79. Ona yalnız pak olanlar toxunur.
  • 80. O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
  • 81. Siz bu kəlamı yalan sayırsınız?
  • 82. Sizə verilən ruziyə şükür etməyi, onu yalan saymaqla yerinə yetirirsiniz?
  • 83. Can boğaza yetişdiyi zaman –
  • 84. həmin an siz can verən adama baxırsınız.
  • 85. Biz ona sizdən daha yaxın oluruq, siz isə bunu görmürsünüz.
  • 86. Madam ki siz iddianıza görə haqq-hesab olunmayacaqsınız
  • 87. və doğru danışanlarsınız, onda, o canı geri qaytarın?
  • 88. Amma əgər o, Allaha yaxın olanlardandırsa,
  • 89. onda rəhmətə, gözəl ruziyə və Nəim bağına yetişər.
  • 90. Əgər o, sağ tərəf sahiblərindəndirsə,
  • 91. ona: “Sağ tərəf sahiblərindən sənə salam olsun!” – deyiləcəkdir.
  • 92. Yox əgər o, haqqı yalan sayanlardan və doğru yoldan azanlardandırsa,
  • 93. onun ziyafəti qaynar su olacaq,
  • 94. özü də Cəhənnəmdə yanacaqdır.
  • 95. Həqiqətən, bu, şübhə doğurmayan bir həqiqətdir.
  • 96. Elə isə Ulu Rəbbinin adına təriflər de!
PAYLAŞIN
logo
logo
logo
logo
logo
  • 1.Fatihə
  • 2.Bəqərə surəsi
  • 3.Ali-İmran
  • 4.Nisa
  • 5.Maidə
  • 6.Ənam
  • 7.Əraf
  • 8.Ənfal
  • 9.Tövbə
  • 10.Yunus
  • 11.Hud
  • 12.Yusif
  • 13.Rəd
  • 14.İbrahim
  • 15.Hicr
  • 16.Nəhl
  • 17.İsra
  • 18.Kəhf
  • 19.Məryəm
  • 20.Taha
  • 21.Ənbiya
  • 22.Həcc
  • 23.Muminun
  • 24.Nur
  • 25.Furqan
  • 26.Şuəra
  • 27.Nəml
  • 28.Qəsəs
  • 29.Ənkəbut
  • 30.Rum
  • 31.Loğman
  • 32.Səcdə
  • 33.Əhzab
  • 34.Səba
  • 35.Fatir
  • 36.Yasin
  • 37.Saffat surəsi
  • 38.Sad surəsi
  • 39.Zumər
  • 40.Mumin
  • 41.Fussilət
  • 42.Şura
  • 43.Zuxruf
  • 44.Duxan surəsi
  • 45.Casiyə surəsi
  • 46.Əhqaf
  • 47.Məhəmməd
  • 48.Fəth
  • 49.Hucurat
  • 50.Qaf
  • 51.Zariyat surəsi
  • 52.Tur
  • 53.Nəcm
  • 54.Qəmər
  • 55.Rəhman
  • 56.Vaqiə
  • 57.Hədid
  • 58.Mucadələ
  • 59.Həşr
  • 60.Mumtəhinə
  • 61.Səff
  • 62.Cumuə
  • 63.Munafiqun
  • 64.Təğabun
  • 65.Talaq
  • 66.Təhrim
  • 67.Mulk
  • 68.Nun
  • 69.Haqqə
  • 70.Məaric
  • 71.Nuh
  • 72.Cinn
  • 73.Muzzəmmil
  • 74.Muddəssir
  • 75.Qiyamə
  • 76.İnsan
  • 77.Mursəlat
  • 78.Nəbə
  • 79.Naziat
  • 80.Əbəsə
  • 81.Təkvir
  • 82.İnfitar
  • 83.Mutəffifin
  • 84.İnşiqaq
  • 85.Buruc
  • 86.Tariq
  • 87.Əla
  • 88.Ğaşiyə
  • 89.Fəcr
  • 90.Bələd
  • 91.Şəms
  • 92.Leyl surəsi
  • 93.Zuha
  • 94.İnşirah
  • 95.Tin
  • 96.Ələq
  • 97.Qədr
  • 98.Bəyyinə
  • 99.Zilzal
  • 100.Adiyat
  • 101.Qariə
  • 102.Təkasur
  • 103.Əsr
  • 104.Huməzə
  • 105.Fil
  • 106.Qureyş
  • 107.Maun
  • 108.Kovsər
  • 109.Kafirun
  • 110.Nəsr
  • 111.Əbu Ləhəb
  • 112.İxlas
  • 113.Fələq
  • 114.Nas surəsi