• 1. O Saat yaxınlaşdı və ay bölündü.
  • 2. Onlar bir möcüzə gördükdə üz döndərib: “Bu, tez keçib-gedən bir sehrdir” deyirlər.
  • 3. Onlar Peyğəmbəri yalançı saydılar və öz nəfslərinin istəklərinə tabe oldular. Halbuki hər bir iş bərqərar olacaqdır.
  • 4. Onlara küfrdən çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.
  • 5. Bu böyük bir hikmətdir. Lakin arxa çevirənlərə təhdidlər nə fayda verə bilər?!
  • 6. Sən də onları tərk et! Carçının onları xoşagəlməz bir şeyə çağıracağı gün
  • 7. onlar zəlil baxışlarla gözlərini aşağı dikmiş halda ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.
  • 8. Kafirlər carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!” – deyəcəklər.
  • 9. Onlardan əvvəl Nuh qövmü elçiləri yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: “O, dəlidir!” – dedilər və ona hədə-qorxu gəldilər.
  • 10. O, Rəbbinə yalvarıb: “Məni üstələdilər! Mənə kömək et!” – dedi.
  • 11. Biz göyün qapılarını leysan yağışı ilə açdıq.
  • 12. Yeri yarıb bulaqlar qaynatdıq. Göydən tökülən və yerdən çıxan sular əzəldən yazılmış bir iş üçün bir-birinə qovuşdu.
  • 13. Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq.
  • 14. İnkar edilmiş peyğəmbərə mükafat olaraq o gəmi Gözlərimiz önündə üzüb gedirdi.
  • 15. Biz onu (həmin hadisəni) nəsillərə ibrət üçün saxladıq. Amma heç bir yada salan varmı?
  • 16. Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!
  • 17. Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
  • 18. Ad qövmü də elçiləri yalançı saydı. Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!
  • 19. Biz uzun sürən uğursuz bir gündə onların üstünə çox soyuq külək göndərdik.
  • 20. O, insanları kökündən çıxardılmış xurma kötükləri kimi qopardıb atırdı.
  • 21. Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!
  • 22. Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
  • 23. Səmud qövmü də xəbərdarlıqları yalan saydı.
  • 24. Onlar dedilər: “Özümüzdən olan bir adamamı tabe olacağıq? Onda biz azğınlığa düşər və ağılsız iş görmüş olarıq!
  • 25. Zikr aramızdan təkcə onamı verildi? Xeyr, o, yalançıdır, lovğadır!”
  • 26. Sabah onlar kimin yalançı və lovğa olduğunu mütləq biləcəklər.
  • 27. Biz onları sınağa çəkmək üçün bir dişi dəvə göndərəcəyik. Sən isə gözlə və səbir et!
  • 28. Onlara xəbər ver ki, bu su, dəvə ilə onlar arasında bölüşdürülmüşdür. Hər biri su içməyə öz növbəsində gəlsin!”
  • 29. Onlar öz yoldaşlarını çağırdılar. O da dəvəni tutub diz vətərini kəsdi.
  • 30. Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!
  • 31. Həqiqətən, Biz onlara bircə tükürpədici səs göndərdik və onlar mal-qara ağılında istifadə edilən quru saman kimi oldular.
  • 32. Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
  • 33. Lut qövmü də xəbərdarlıqları yalan saydı.
  • 34. Biz onların üstünə qasırğa ilə birgə daşlar göndərdik. Yalnız Lutun ailəsini sübh çağı xilas etdik –
  • 35. Özümüzdən bir mərhəmət olaraq! Biz şükür edənləri belə mükafatlandırırıq.
  • 36. Lut onları Bizim əzabımızla hədələdi, onlar isə bu xəbərdarlıqlara şübhə ilə yanaşdılar.
  • 37. Onlar Lutdan qonaqlarını israrla tələb etdilər. Biz də onları kor etdik və dedik: “Əzabımı və təhdidlərimi dadın!”
  • 38. Sübh tezdən onlara yaxalarından əl çəkməyəcək bir əzab gəldi.
  • 39. Elə isə əzabımı və təhdidlərimi dadın!
  • 40. Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
  • 41. Xəbərdarlıqlar Firon nəslinə də göndərildi.
  • 42. Onlar dəlillərimizin hamısını yalan saydılar. Biz də onları Qüvvət və Qüdrətimizə layiq şəkildə əzabla yaxaladıq.
  • 43. Sizin kafirləriniz onlardan yaxşıdırmı? Yoxsa Kitablarda sizə toxunulmazlıq vəd edilmişdir?
  • 44. Yoxsa onlar: “Biz qalib gələcək bir dəstəyik!” – deyirlər?
  • 45. Bu dəstə mütləq məğlub olacaq və arxaya dönüb qaçacaqdır.
  • 46. Xeyr! Onlara vəd edilmiş vaxt o Saatdır. O Saat isə daha ağır, daha acıdır.
  • 47. Şübhəsiz ki, günahkarlar azğınlıq və əzab-əziyyət içindədirlər.
  • 48. O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək və onlara: “Cəhənnəmin təmasını dadın!” – deyiləcəkdir.
  • 49. Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq.
  • 50. Biz bircə dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetir.
  • 51. Biz neçə-neçə həmtaylarınızı məhv etmişik. Amma heç yada salan varmı?
  • 52. Onların etdiyi hər şey əməllərinin yazıldığı kitablarındadır.
  • 53. Hər bir kiçik və böyük əməl yazılmışdır.
  • 54. Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və çaylar kənarında,
  • 55. qadir Hökmdarın hüzurundakı haqq məclisində olacaqlar!
PAYLAŞIN
logo
logo
logo
logo
logo
  • 1.Fatihə
  • 2.Bəqərə surəsi
  • 3.Ali-İmran
  • 4.Nisa
  • 5.Maidə
  • 6.Ənam
  • 7.Əraf
  • 8.Ənfal
  • 9.Tövbə
  • 10.Yunus
  • 11.Hud
  • 12.Yusif
  • 13.Rəd
  • 14.İbrahim
  • 15.Hicr
  • 16.Nəhl
  • 17.İsra
  • 18.Kəhf
  • 19.Məryəm
  • 20.Taha
  • 21.Ənbiya
  • 22.Həcc
  • 23.Muminun
  • 24.Nur
  • 25.Furqan
  • 26.Şuəra
  • 27.Nəml
  • 28.Qəsəs
  • 29.Ənkəbut
  • 30.Rum
  • 31.Loğman
  • 32.Səcdə
  • 33.Əhzab
  • 34.Səba
  • 35.Fatir
  • 36.Yasin
  • 37.Saffat surəsi
  • 38.Sad surəsi
  • 39.Zumər
  • 40.Mumin
  • 41.Fussilət
  • 42.Şura
  • 43.Zuxruf
  • 44.Duxan surəsi
  • 45.Casiyə surəsi
  • 46.Əhqaf
  • 47.Məhəmməd
  • 48.Fəth
  • 49.Hucurat
  • 50.Qaf
  • 51.Zariyat surəsi
  • 52.Tur
  • 53.Nəcm
  • 54.Qəmər
  • 55.Rəhman
  • 56.Vaqiə
  • 57.Hədid
  • 58.Mucadələ
  • 59.Həşr
  • 60.Mumtəhinə
  • 61.Səff
  • 62.Cumuə
  • 63.Munafiqun
  • 64.Təğabun
  • 65.Talaq
  • 66.Təhrim
  • 67.Mulk
  • 68.Nun
  • 69.Haqqə
  • 70.Məaric
  • 71.Nuh
  • 72.Cinn
  • 73.Muzzəmmil
  • 74.Muddəssir
  • 75.Qiyamə
  • 76.İnsan
  • 77.Mursəlat
  • 78.Nəbə
  • 79.Naziat
  • 80.Əbəsə
  • 81.Təkvir
  • 82.İnfitar
  • 83.Mutəffifin
  • 84.İnşiqaq
  • 85.Buruc
  • 86.Tariq
  • 87.Əla
  • 88.Ğaşiyə
  • 89.Fəcr
  • 90.Bələd
  • 91.Şəms
  • 92.Leyl surəsi
  • 93.Zuha
  • 94.İnşirah
  • 95.Tin
  • 96.Ələq
  • 97.Qədr
  • 98.Bəyyinə
  • 99.Zilzal
  • 100.Adiyat
  • 101.Qariə
  • 102.Təkasur
  • 103.Əsr
  • 104.Huməzə
  • 105.Fil
  • 106.Qureyş
  • 107.Maun
  • 108.Kovsər
  • 109.Kafirun
  • 110.Nəsr
  • 111.Əbu Ləhəb
  • 112.İxlas
  • 113.Fələq
  • 114.Nas surəsi