• 1. And olsun dağa!
  • 2. And olsun yazılmış Kitaba –
  • 3. nazik dəri üzərində olan Kitaba!
  • 4. And olsun Beytulməmura!
  • 5. And olsun yüksək tavana!
  • 6. And olsun alovlanan dənizə!
  • 7. Rəbbinin əzabı hökmən vaqe olacaqdır.
  • 8. Heç nə onun qarşısını ala bilməz.
  • 9. O gün göy şiddətlə sarsılacaq,
  • 10. dağlar da hərəkətə gələcəkdir.
  • 11. O gün vay halına haqqı yalan sayanların!
  • 12. O kəslər ki, yalan bataqlığında əylənirlər.
  • 13. O gün onlar amansızcasına sürüdülərək Cəhənnəm oduna atılacaqlar.
  • 14. Onlara deyiləcək: “Bu sizin yalan saydığınız Cəhənnəm odudur!
  • 15. Bəlkə bu da sehrdir, siz görmürsünüz?
  • 16. Yanın orada! Dözsəniz də, dözməsəniz də sizin üçün eynidir. Sizə ancaq etdiyiniz əməllərin cəzası verilir”.
  • 17. Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və nemət içində yaşayacaqlar.
  • 18. Rəbbinin onlara bəxş etdiyinə sevinəcəklər. Rəbbi onları Cəhənnəm əzabından xilas etmişdir.
  • 19. Onlara deyiləcək: “Xeyirxah əməllərinizin əvəzi olaraq nuşcanlıqla yeyin, için!”
  • 20. Onlar səflərlə salınmış mütəkkələrə dirsəklənəcəklər. Biz onları iri qaragözlü hurilərlə evləndirəcəyik.
  • 21. Möminlərin imanda onların arxasınca gedən nəsillərini də Cənnətdə özlərinə qovuşduracağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs qazandığının girovudur.
  • 22. Onlara istədikləri meyvədən və ətdən bol-bol verəcəyik.
  • 23. Onlar orada bir-birinə şərab dolu badə uzadacaqlar. Bu şərab onları nə boşboğazlığa, nə də günaha təhrik etməz.
  • 24. Onların ətrafında xidmətlərinə verilmiş, qorunub saxlanılan mirvari kimi yeniyetmə oğlanlar dolanacaqlar.
  • 25. Onlar bir-birinə üz tutub soruşacaqlar.
  • 26. Onlar deyəcəklər: “Biz əvvəllər ailəmiz içində olarkən Allahdan qorxurduq.
  • 27. Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel əzabından qorudu.
  • 28. Biz əvvəllər Ona dua edirdik. Həqiqətən, O, yaxşılıq edəndir, Rəhmlidir!”
  • 29. Onlara xatırlat! Sən öz Rəbbinin neməti sayəsində nə kahinsən, nə də dəli!
  • 30. Yoxsa onlar: “O bir şairdir. Biz onun ölümünü gözləyirik!” – deyirlər.
  • 31. De: “Gözləyin, mən də sizinlə birlikdə gözləyənlərdənəm!”
  • 32. Yoxsa onların ağılları bunu onlara əmr edir? Yaxud onlar azğın adamlardır?
  • 33. Yoxsa onlar: “Bunu özündən uydurdun!” – deyirlər. Xeyr, onlar iman gətirmirlər.
  • 34. Əgər doğru söyləyirlərsə, qoy ona (Qurana) bənzər bir kəlam gətirsinlər.
  • 35. Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır?
  • 36. Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar.
  • 37. Yoxsa sənin Rəbbinin xəzinələri onlardadır? Yaxud onlar hökm sahibidirlər?
  • 38. Yoxsa onların, üstünə çıxıb mələklərin söhbətlərini dinlədikləri bir nərdivanı vardır? Onda qoy onların mələkləri dinləyənləri anlaşıqlı bir dəlil gətirsinlər!
  • 39. Yoxsa qızlar Onun, oğlanlar isə sizindir?
  • 40. Yoxsa sən onlardan bir mükafat istəyirsən və onlar da borclu qaldıqlarına görə ağır yük altındadırlar?
  • 41. Yoxsa onlar qeybi bilir və onu yazırlar?
  • 42. Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma kafirlər özləri o hiylənin qurbanı olacaqlar.
  • 43. Yoxsa onların Allahdan başqa bir məbudu var? Allah onların qoşduqları şəriklərdən uzaqdır.
  • 44. Əgər onlar göy parçalarının düşdüyünü görsələr: “Bulud topasıdır!” – deyərlər.
  • 45. Sən onları sarsılacaqları günə qovuşana qədər tərk et!
  • 46. O gün hiylələri onlara heç bir fayda verməyəcək və onlara kömək göstərilməyəcəkdir.
  • 47. Həqiqətən, zalımlar üçün bundan başqa əzab da hazırlanmışdır. Lakin onların çoxu bunu bilmir.
  • 48. Sən öz Rəbbinin hökmünə səbir et! Həqiqətən, sən Bizim Gözlərimiz önündəsən. Yuxudan qalxdıqda Rəbbini həmd ilə zikr et!
  • 49. Gecənin bir vaxtında, bir də ulduzlar batandan sonra Onun şəninə təriflər de!
PAYLAŞIN
logo
logo
logo
logo
logo
  • 1.Fatihə
  • 2.Bəqərə surəsi
  • 3.Ali-İmran
  • 4.Nisa
  • 5.Maidə
  • 6.Ənam
  • 7.Əraf
  • 8.Ənfal
  • 9.Tövbə
  • 10.Yunus
  • 11.Hud
  • 12.Yusif
  • 13.Rəd
  • 14.İbrahim
  • 15.Hicr
  • 16.Nəhl
  • 17.İsra
  • 18.Kəhf
  • 19.Məryəm
  • 20.Taha
  • 21.Ənbiya
  • 22.Həcc
  • 23.Muminun
  • 24.Nur
  • 25.Furqan
  • 26.Şuəra
  • 27.Nəml
  • 28.Qəsəs
  • 29.Ənkəbut
  • 30.Rum
  • 31.Loğman
  • 32.Səcdə
  • 33.Əhzab
  • 34.Səba
  • 35.Fatir
  • 36.Yasin
  • 37.Saffat surəsi
  • 38.Sad surəsi
  • 39.Zumər
  • 40.Mumin
  • 41.Fussilət
  • 42.Şura
  • 43.Zuxruf
  • 44.Duxan surəsi
  • 45.Casiyə surəsi
  • 46.Əhqaf
  • 47.Məhəmməd
  • 48.Fəth
  • 49.Hucurat
  • 50.Qaf
  • 51.Zariyat surəsi
  • 52.Tur
  • 53.Nəcm
  • 54.Qəmər
  • 55.Rəhman
  • 56.Vaqiə
  • 57.Hədid
  • 58.Mucadələ
  • 59.Həşr
  • 60.Mumtəhinə
  • 61.Səff
  • 62.Cumuə
  • 63.Munafiqun
  • 64.Təğabun
  • 65.Talaq
  • 66.Təhrim
  • 67.Mulk
  • 68.Nun
  • 69.Haqqə
  • 70.Məaric
  • 71.Nuh
  • 72.Cinn
  • 73.Muzzəmmil
  • 74.Muddəssir
  • 75.Qiyamə
  • 76.İnsan
  • 77.Mursəlat
  • 78.Nəbə
  • 79.Naziat
  • 80.Əbəsə
  • 81.Təkvir
  • 82.İnfitar
  • 83.Mutəffifin
  • 84.İnşiqaq
  • 85.Buruc
  • 86.Tariq
  • 87.Əla
  • 88.Ğaşiyə
  • 89.Fəcr
  • 90.Bələd
  • 91.Şəms
  • 92.Leyl surəsi
  • 93.Zuha
  • 94.İnşirah
  • 95.Tin
  • 96.Ələq
  • 97.Qədr
  • 98.Bəyyinə
  • 99.Zilzal
  • 100.Adiyat
  • 101.Qariə
  • 102.Təkasur
  • 103.Əsr
  • 104.Huməzə
  • 105.Fil
  • 106.Qureyş
  • 107.Maun
  • 108.Kovsər
  • 109.Kafirun
  • 110.Nəsr
  • 111.Əbu Ləhəb
  • 112.İxlas
  • 113.Fələq
  • 114.Nas surəsi