• 1. And olsun toz-torpağı ətrafa səpələyənlərə!
  • 2. And olsun yağmur yükü daşıyanlara!
  • 3. And olsun asanlıqla üzüb gedənlərə!
  • 4. And olsun işləri paylaşdıranlara!
  • 5. Sizə vəd olunanlar həqiqətdir.
  • 6. Haqq-hesab da mütləq çəkiləcəkdir.
  • 7. And olsun gözəl görünüşü olan səmaya!
  • 8. Sizin sözləriniz ziddiyyətlidir.
  • 9. Ondan (Qurandan və Peyğəmbərdən) dönən kimsə döndərilər.
  • 10. Məhv olsun yalançılar!
  • 11. O kəslər ki, cəhalət içində olan qafillərdir.
  • 12. Onlar Haqq-hesab gününün nə vaxt olacağını soruşurlar.
  • 13. O gün onlara odda əzab veriləcəkdir.
  • 14. Onlara deyiləcək: “Dadın əzabınızı! Sizin tez-tələsik gəlməsini istədiyiniz şey budur!”
  • 15. Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və bulaqlar başında olacaqlar,
  • 16. öz Rəbbinin onlara verdiyini alacaqlar. Həqiqətən, onlar bundan əvvəl yaxşı iş görən adamlar olmuşdular.
  • 17. Onlar gecələr ibadət edib az yatırdılar.
  • 18. Sübh çağı isə bağışlanma diləyirdilər.
  • 19. Onların mal-dövlətində dilənçinin və yoxsulun payı vardır.
  • 20. Qəti inananlar üçün yer üzündə dəlillər vardır.
  • 21. Sizin özünüzdə də dəlillər vardır. Məgər görmürsünüz?
  • 22. Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir.
  • 23. Göyün və yerin Rəbbinə and olsun ki, bu vəd sizin danışmağa qüdrətiniz olduğu kimi həqiqətdir.
  • 24. İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatdımı?
  • 25. Onlar onun yanına daxil olub: “Sənə salam olsun!” – dedilər. İbrahim: “Sizə də salam olsun! Siz yad adamlara oxşayırsınız!” – dedi.
  • 26. O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov qızardıb gətirdi.
  • 27. Onu qabaqlarına qoyub: “Yemək yeməyəcəksinizmi?” – dedi.
  • 28. O, qonaqların yemədiklərini görüb onlardan qorxuya düşdü. Onlar: “Qorxma!” – dedilər və ona elmli bir oğlan uşağı ilə müjdə verdilər.
  • 29. Zövcəsi qışqırıb üz-gözünə vura-vura dedi: “Axı mən sonsuz qoca qarıyam!”
  • 30. Onlar dedilər: “Sənin Rəbbin belə demişdir. Həqiqətən, O, Müdrikdir, Biləndir!”
  • 31. İbrahim dedi: “Sizin işiniz nədir, ey elçilər?”
  • 32. Onlar dedilər: “Biz günahkar bir qövmə göndərilmişik ki,
  • 33. onların üstünə gildən daşlar yağdıraq –
  • 34. həddi aşanlar üçün sənin Rəbbinin yanında nişan qoyulmuş daşlar!”
  • 35. Biz orada olan möminləri o kənddən çıxartdıq.
  • 36. Amma orada bir evdən başqa müsəlman tapmadıq.
  • 37. Ağrılı-acılı əzabdan qorxanlar üçün orada bir əlamət qoyduq.
  • 38. Musanın əhvalatında da ibrət vardır. O zaman Biz onu Fironun yanına aydın bir dəlillə göndərmişdik.
  • 39. O, öz camaatı ilə birlikdə üz çevirib: “Bu sehrbazdır, ya da dəlidir!” – dedi.
  • 40. Biz Fironu və əsgərlərini yaxalayıb dənizə atdıq. O, qınanmağa layiq idi.
  • 41. Ad qövmünün hekayətində də ibrət vardır. O zaman Biz onların üstünə xeyir-bərəkətsiz bir külək göndərmişdik.
  • 42. O külək üstündən keçdiyi hər bir şeyi sovurub külə döndərirdi.
  • 43. Səmud qövmünün hekayətində də ibrət vardır. O zaman onlara: “Müəyyən vaxtadək dolanıb-keçinin!” – deyilmişdi.
  • 44. Onlar öz Rəbbinin əmrindən çıxdılar və onları gözləri baxa-baxa ildırım vurdu.
  • 45. Onlar ayağa qalxa bilmədilər və onlara kömək edən də olmadı.
  • 46. Daha əvvəl Nuh qövmünü məhv etdik. Çünki onlar fasiq adamlar idilər.
  • 47. Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk.
  • 48. Yeri də Biz döşədik. Nə gözəl döşəyənlərik Biz!
  • 49. Biz hər şeydən erkək və dişi olmaqla cütlər yaratdıq ki, bəlkə, düşünüb ibrət alasınız.
  • 50. De: “Allaha tərəf qaçın! Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!
  • 51. Allahla yanaşı başqa bir məbud qəbul etməyin. Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!”
  • 52. Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, onun barəsində: “Sehrbazdır, ya da dəlidir!” – deməsinlər.
  • 53. Onlar bunu bir-birinə vəsiyyətmi etmişlər? Xeyr, onlar həddi aşan adamlardır.
  • 54. Artıq onlardan üz döndər! Sən buna görə qınanmazsan.
  • 55. Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir.
  • 56. Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.
  • 57. Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm.
  • 58. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir.
  • 59. Şübhəsiz ki, zülm edənləri həmtaylarının qisməti kimi bir qismət gözləyir. Qoy onlar Məni tələsdirməsinlər!
  • 60. Onlara vəd olunmuş Gündən ötrü vay kafirlərin halına!
PAYLAŞIN
logo
logo
logo
logo
logo
  • 1.Fatihə
  • 2.Bəqərə surəsi
  • 3.Ali-İmran
  • 4.Nisa
  • 5.Maidə
  • 6.Ənam
  • 7.Əraf
  • 8.Ənfal
  • 9.Tövbə
  • 10.Yunus
  • 11.Hud
  • 12.Yusif
  • 13.Rəd
  • 14.İbrahim
  • 15.Hicr
  • 16.Nəhl
  • 17.İsra
  • 18.Kəhf
  • 19.Məryəm
  • 20.Taha
  • 21.Ənbiya
  • 22.Həcc
  • 23.Muminun
  • 24.Nur
  • 25.Furqan
  • 26.Şuəra
  • 27.Nəml
  • 28.Qəsəs
  • 29.Ənkəbut
  • 30.Rum
  • 31.Loğman
  • 32.Səcdə
  • 33.Əhzab
  • 34.Səba
  • 35.Fatir
  • 36.Yasin
  • 37.Saffat surəsi
  • 38.Sad surəsi
  • 39.Zumər
  • 40.Mumin
  • 41.Fussilət
  • 42.Şura
  • 43.Zuxruf
  • 44.Duxan surəsi
  • 45.Casiyə surəsi
  • 46.Əhqaf
  • 47.Məhəmməd
  • 48.Fəth
  • 49.Hucurat
  • 50.Qaf
  • 51.Zariyat surəsi
  • 52.Tur
  • 53.Nəcm
  • 54.Qəmər
  • 55.Rəhman
  • 56.Vaqiə
  • 57.Hədid
  • 58.Mucadələ
  • 59.Həşr
  • 60.Mumtəhinə
  • 61.Səff
  • 62.Cumuə
  • 63.Munafiqun
  • 64.Təğabun
  • 65.Talaq
  • 66.Təhrim
  • 67.Mulk
  • 68.Nun
  • 69.Haqqə
  • 70.Məaric
  • 71.Nuh
  • 72.Cinn
  • 73.Muzzəmmil
  • 74.Muddəssir
  • 75.Qiyamə
  • 76.İnsan
  • 77.Mursəlat
  • 78.Nəbə
  • 79.Naziat
  • 80.Əbəsə
  • 81.Təkvir
  • 82.İnfitar
  • 83.Mutəffifin
  • 84.İnşiqaq
  • 85.Buruc
  • 86.Tariq
  • 87.Əla
  • 88.Ğaşiyə
  • 89.Fəcr
  • 90.Bələd
  • 91.Şəms
  • 92.Leyl surəsi
  • 93.Zuha
  • 94.İnşirah
  • 95.Tin
  • 96.Ələq
  • 97.Qədr
  • 98.Bəyyinə
  • 99.Zilzal
  • 100.Adiyat
  • 101.Qariə
  • 102.Təkasur
  • 103.Əsr
  • 104.Huməzə
  • 105.Fil
  • 106.Qureyş
  • 107.Maun
  • 108.Kovsər
  • 109.Kafirun
  • 110.Nəsr
  • 111.Əbu Ləhəb
  • 112.İxlas
  • 113.Fələq
  • 114.Nas surəsi