• 1. Qaf. Şərəfli Qurana and olsun!
  • 2. Onlara öz aralarından xəbərdarlıq edən bir peyğəmbər gəlməsinə təəccüb edən kafirlər dedilər: “Bu çox qəribə bir şeydir.
  • 3. Məgər biz ölüb torpağa qarışdıqdan sonra yenidən diriləcəyik? Bu, əlçatmaz bir qayıdışdır!”
  • 4. Həqiqətən, Biz yerin onlardan nəyi alıb əskiltdiyini bilirik. Bizdə hər şeyi qoruyan bir Kitab (Lövhi-məhfuz) vardır.
  • 5. Lakin həqiqət onlara məlum olduqda onu yalan hesab etdilər. İndi onlar çaşqın vəziyyətdədirlər.
  • 6. Məgər onlar başları üstündəki göyə baxıb onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlərmi? Orada heç bir yarıq da yoxdur.
  • 7. Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və gözoxşayan bitkilərin hər növündən yetişdirdik.
  • 8. Bunu, Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə belə etdik.
  • 9. Biz göydən bərəkətli su endirdik, onunla bağlar və biçilən taxıl dənələri bitirdik.
  • 10. Eləcə də meyvələri salxım-salxım asılmış hündür xurma ağacları bitirdik.
  • 11. Qullara ruzi olsun deyə belə etdik! Biz onunla ölü bir məmləkəti diriltdik. Dirilib qəbirdən çıxmaq da belədir.
  • 12. Onlardan əvvəl Nuh qövmü, Rəss əhli, Səmud tayfası elçiləri yalançı saydı.
  • 13. Ad qövmü, Firon xalqı, Lut tayfası,
  • 14. Əykə əhli və Tubba qövmü – bunların hamısı elçiləri yalançı saydı və Mənim təhdidim gerçəkləşdi.
  • 15. Məgər Biz ilk yaradılışdan zəiflədikmi? Xeyr! Onlar yeni yaradılış olan dirilmə barəsində şübhə içindədirlər.
  • 16. İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq.
  • 17. Sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alır.
  • 18. Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın.
  • 19. Ölüm bihuşluğu həqiqətən gələcəkdir. Ey insan! Bu sənin uzaq qaçdığın şeydir.
  • 20. Sur üfürüləcəkdir. Bu, vəd olunmuş təhdid günüdür.
  • 21. Hər kəs onu qova-qova məhşərə gətirənlə və bir də əməllərinə şahidlik edənlə birlikdə gələcəkdir.
  • 22. Sən bunun (bu günün) haqqında qəflət içində idin. Amma Biz pərdəni sənin üzündən qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!”
  • 23. Yoldaşı (şahid mələk) deyəcəkdir: “Bu yanımdakı hazırdır!”
  • 24. Allah əmr edib deyəcək: “Atın Cəhənnəmə hər bir inadcıl kafiri,
  • 25. xeyrə mane olanı, azğınlaşıb həddi aşanı, şübhə edəni,
  • 26. başqa bir məbudu Allaha tay tutanı. Atın onu şiddətli əzabın içinə!”
  • 27. Yoldaşı (şeytan) deyəcəkdir: “Ey Rəbbimiz! Onu mən yoldan çıxartmadım, əksinə, o özü dərin azğınlıq içində idi!”
  • 28. Allah deyəcəkdir: “Mənim hüzurumda höcətləşməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim.
  • 29. Mənim Sözüm dəyişməzdir. Mən bəndələrə zülm edən deyiləm!”
  • 30. O gün Biz Cəhənnəmə: “Doldunmu?” – deyəcəyik. O isə: “Yenə varmı?” – deyəcəkdir.
  • 31. Cənnət müttəqilərə yaxınlaşdırılacaq, onlardan uzaqda olmayacaqdır.
  • 32. Budur sizə vəd edilən Cənnət! O, hər bir tövbə edib Allaha üz tutan, Onun əmrinə riayət edən,
  • 33. Mərhəmətli Allahdan Onu görmədən qorxan və Allaha yönəlmiş qəlblə gələn kimsələr üçündür.
  • 34. Ora sağ-salamat daxil olun! Bu, Əbədiyyət günüdür.
  • 35. Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı Allahı görmək vardır.
  • 36. Biz onlardan əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. Onlar diyarbədiyar gəzib dolaşırdılar. Məgər əzabdan qaçıb qurtara bildilərmi?”
  • 37. Həqiqətən, bunda həssas qəlbi olan, hazır durub diqqətlə qulaq asan kimsə üçün ibrət vardır.
  • 38. Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq üz vermədi.
  • 39. Sən onların dediklərinə səbir et! Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə təriflə!
  • 40. Gecənin bir vaxtında və səcdələrdən sonra Onun şəninə təriflər de!
  • 41. Dinlə ey Peyğəmbər! O gün carçı yaxın bir yerdən çağıracaqdır.
  • 42. O gün onlar bu səsi gerçəkdən eşidəcəklər. Bu, qəbirlərdən çıxma günüdür.
  • 43. Şübhəsiz ki, dirildən də, öldürən də Bizik. Dönüş də yalnız Bizədir.
  • 44. O gün yer onlardan ötrü yarılacaq, onlar sürətlə carçıya doğru çıxacaqlar. Beləcə, onları bir yerə yığmaq Bizim üçün asandır.
  • 45. Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!
PAYLAŞIN
logo
logo
logo
logo
logo
  • 1.Fatihə
  • 2.Bəqərə surəsi
  • 3.Ali-İmran
  • 4.Nisa
  • 5.Maidə
  • 6.Ənam
  • 7.Əraf
  • 8.Ənfal
  • 9.Tövbə
  • 10.Yunus
  • 11.Hud
  • 12.Yusif
  • 13.Rəd
  • 14.İbrahim
  • 15.Hicr
  • 16.Nəhl
  • 17.İsra
  • 18.Kəhf
  • 19.Məryəm
  • 20.Taha
  • 21.Ənbiya
  • 22.Həcc
  • 23.Muminun
  • 24.Nur
  • 25.Furqan
  • 26.Şuəra
  • 27.Nəml
  • 28.Qəsəs
  • 29.Ənkəbut
  • 30.Rum
  • 31.Loğman
  • 32.Səcdə
  • 33.Əhzab
  • 34.Səba
  • 35.Fatir
  • 36.Yasin
  • 37.Saffat surəsi
  • 38.Sad surəsi
  • 39.Zumər
  • 40.Mumin
  • 41.Fussilət
  • 42.Şura
  • 43.Zuxruf
  • 44.Duxan surəsi
  • 45.Casiyə surəsi
  • 46.Əhqaf
  • 47.Məhəmməd
  • 48.Fəth
  • 49.Hucurat
  • 50.Qaf
  • 51.Zariyat surəsi
  • 52.Tur
  • 53.Nəcm
  • 54.Qəmər
  • 55.Rəhman
  • 56.Vaqiə
  • 57.Hədid
  • 58.Mucadələ
  • 59.Həşr
  • 60.Mumtəhinə
  • 61.Səff
  • 62.Cumuə
  • 63.Munafiqun
  • 64.Təğabun
  • 65.Talaq
  • 66.Təhrim
  • 67.Mulk
  • 68.Nun
  • 69.Haqqə
  • 70.Məaric
  • 71.Nuh
  • 72.Cinn
  • 73.Muzzəmmil
  • 74.Muddəssir
  • 75.Qiyamə
  • 76.İnsan
  • 77.Mursəlat
  • 78.Nəbə
  • 79.Naziat
  • 80.Əbəsə
  • 81.Təkvir
  • 82.İnfitar
  • 83.Mutəffifin
  • 84.İnşiqaq
  • 85.Buruc
  • 86.Tariq
  • 87.Əla
  • 88.Ğaşiyə
  • 89.Fəcr
  • 90.Bələd
  • 91.Şəms
  • 92.Leyl surəsi
  • 93.Zuha
  • 94.İnşirah
  • 95.Tin
  • 96.Ələq
  • 97.Qədr
  • 98.Bəyyinə
  • 99.Zilzal
  • 100.Adiyat
  • 101.Qariə
  • 102.Təkasur
  • 103.Əsr
  • 104.Huməzə
  • 105.Fil
  • 106.Qureyş
  • 107.Maun
  • 108.Kovsər
  • 109.Kafirun
  • 110.Nəsr
  • 111.Əbu Ləhəb
  • 112.İxlas
  • 113.Fələq
  • 114.Nas surəsi