• 1. Ha. Mim.
  • 2. And olsun bu aydın Kitaba!
  • 3. Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz qorxuduruq.
  • 4. Hər bir hikmətli iş o gecədə ayırd edilir –
  • 5. dərgahımızdan vəhy edilən əmr ilə. Həqiqətən, kitabları və elçiləri Biz göndəririk –
  • 6. sənin Rəbbindən mərhəmət olaraq. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir.
  • 7. Əgər yəqinliklə inanırsınızsa, bilin ki, Allah göylərin, yerin və onların arasında olanların Rəbbidir.
  • 8. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbidir.
  • 9. Lakin onlar şəkkə qapılıb əylənirlər.
  • 10. Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə.
  • 11. O tüstü ki, insanları bürüyəcəkdir. Bu, ağrılı-acılı bir əzabdır.
  • 12. Onlar: “Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar, biz də iman gətirək” – deyəcəklər.
  • 13. Onlar necə öyüd-nəsihət eşidə bilərlər ki, artıq onlara açıq-aşkar bir peyğəmbər gəlsə də,
  • 14. onlar ondan üz çevirib: “Öyrədilmiş bir dəlidir!” – dedilər.
  • 15. Biz əzabı bir az sizdən uzaqlaşdırarıq, amma siz yenə azğınlığa qayıdacaqsınız.
  • 16. Kafirləri böyük bir müsibətlə yaxalayacağımız gün, Biz onlardan intiqam alacağıq.
  • 17. Biz onlardan əvvəl Fironun xalqını da sınadıq. Onlara möhtərəm bir elçi gəldi.
  • 18. O dedi: “Allahın qullarını mənə qaytarın. Həqiqətən, mən sizin üçün etibarlı bir elçiyəm.
  • 19. Allaha qarşı təkəbbür göstərməyin. Həqiqətən, mən sizə aydın bir sübut gətirmişəm.
  • 20. Mən sizin məni daşa basmanızdan həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha sığınıram.
  • 21. Əgər mənə inanmırsınızsa, onda məndən uzaq olun!”
  • 22. Sonra o, Rəbbinə yalvarıb dedi: “Həqiqətən, bunlar günahkar adamlardır!”
  • 23. Allah dedi: “Qullarımla birlikdə gecə yola çıx. Şübhəsiz ki, siz təqib olunacaqsınız.
  • 24. Dənizi də sakit burax! Onlar suda batırılacaq əsgərlərdir!”
  • 25. Onlar neçə-neçə bağlar, çeşmələr qoyub getdilər;
  • 26. Habelə əkinlər, möhtəşəm yerlər
  • 27. və içində həzz aldıqları nemətləri də qoyub getdilər.
  • 28. Bax belə! Biz o nemətlərə başqalarını varis etdik.
  • 29. Nə göy, nə də yer onlardan ötrü ağlamadı. Onlara möhlət də verilmədi.
  • 30. Artıq İsrail oğullarını alçaldıcı əzabdan qurtardıq –
  • 31. Firondan. Həqiqətən, o, özünü yüksək tutan və həddi aşanlardan idi.
  • 32. Biz onları (İsrail oğullarını) Öz elmimizlə aləmlərdən üstün tutduq.
  • 33. Onlara içində açıq-aydın imtahan olan dəlillər verdik.
  • 34. Bunlar mütləq deyəcəklər:
  • 35. “Bizim ancaq bircə ölümümüz var. Biz bir daha dirildilməyəcəyik.
  • 36. Əgər doğru deyirsinizsə, onda atalarımızı dirildib gətirin!”
  • 37. Bunlar yaxşıdır, yoxsa Tubba tayfası və onlardan əvvəlkilər? Biz onları məhv etdik. Çünki onlar günahkar adamlar idi.
  • 38. Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün və əbəs yerə yaratmadıq.
  • 39. Biz onları əsl həqiqət kimi yaratdıq, lakin çoxları bunu bilmir.
  • 40. Şübhəsiz ki, ayırd etmə günü onların hamısı üçün müəyyən olunmuş vaxtdır.
  • 41. O gün dost dosta heç bir şeylə fayda verə bilməyəcək, onlara kömək də edilməyəcəkdir.
  • 42. Allahın rəhm etdiyi kimsələrdən başqa! Həqiqətən, O, Qüdrətlidir, Rəhmlidir.
  • 43. Həqiqətən, zəqqum ağacı
  • 44. günahkar adamın yeməyidir.
  • 45. Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar –
  • 46. qaynar su qaynayan kimi.
  • 47. Onu tutub Cəhənnəmin ortasına sürüyün!
  • 48. Sonra əzab vermək üçün başına qaynar su tökün!
  • 49. Dad bu əzabı! Sən ki qüdrətli və şərəfli idin.
  • 50. Sizin şübhə etdiyiniz əzab budur!
  • 51. Allahdan qorxanlar isə təhlükəsiz bir yerdə –
  • 52. bağçalarda və çeşmələr başında olacaqlar!
  • 53. Taftadan və atlazdan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər.
  • 54. Bax belə! Üstəlik onları iri qaragözlü hurilərlə də evləndirəcəyik.
  • 55. Onlar orada əmin-amanlıq içində hər meyvədən istəyəcəklər.
  • 56. Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. Allah onları Cəhənnəm əzabından qorumuşdur –
  • 57. sənin Rəbbinin lütfkarlığı sayəsində. Məhz bu, böyük uğurdur.
  • 58. Biz Quranı sənin dilində asanlaşdırdıq ki, onlar öyüd-nəsihət ala bilsinlər.
  • 59. Sən gözlə! Şübhəsiz ki, onlar da gözləyirlər.
PAYLAŞIN
logo
logo
logo
logo
logo
  • 1.Fatihə
  • 2.Bəqərə surəsi
  • 3.Ali-İmran
  • 4.Nisa
  • 5.Maidə
  • 6.Ənam
  • 7.Əraf
  • 8.Ənfal
  • 9.Tövbə
  • 10.Yunus
  • 11.Hud
  • 12.Yusif
  • 13.Rəd
  • 14.İbrahim
  • 15.Hicr
  • 16.Nəhl
  • 17.İsra
  • 18.Kəhf
  • 19.Məryəm
  • 20.Taha
  • 21.Ənbiya
  • 22.Həcc
  • 23.Muminun
  • 24.Nur
  • 25.Furqan
  • 26.Şuəra
  • 27.Nəml
  • 28.Qəsəs
  • 29.Ənkəbut
  • 30.Rum
  • 31.Loğman
  • 32.Səcdə
  • 33.Əhzab
  • 34.Səba
  • 35.Fatir
  • 36.Yasin
  • 37.Saffat surəsi
  • 38.Sad surəsi
  • 39.Zumər
  • 40.Mumin
  • 41.Fussilət
  • 42.Şura
  • 43.Zuxruf
  • 44.Duxan surəsi
  • 45.Casiyə surəsi
  • 46.Əhqaf
  • 47.Məhəmməd
  • 48.Fəth
  • 49.Hucurat
  • 50.Qaf
  • 51.Zariyat surəsi
  • 52.Tur
  • 53.Nəcm
  • 54.Qəmər
  • 55.Rəhman
  • 56.Vaqiə
  • 57.Hədid
  • 58.Mucadələ
  • 59.Həşr
  • 60.Mumtəhinə
  • 61.Səff
  • 62.Cumuə
  • 63.Munafiqun
  • 64.Təğabun
  • 65.Talaq
  • 66.Təhrim
  • 67.Mulk
  • 68.Nun
  • 69.Haqqə
  • 70.Məaric
  • 71.Nuh
  • 72.Cinn
  • 73.Muzzəmmil
  • 74.Muddəssir
  • 75.Qiyamə
  • 76.İnsan
  • 77.Mursəlat
  • 78.Nəbə
  • 79.Naziat
  • 80.Əbəsə
  • 81.Təkvir
  • 82.İnfitar
  • 83.Mutəffifin
  • 84.İnşiqaq
  • 85.Buruc
  • 86.Tariq
  • 87.Əla
  • 88.Ğaşiyə
  • 89.Fəcr
  • 90.Bələd
  • 91.Şəms
  • 92.Leyl surəsi
  • 93.Zuha
  • 94.İnşirah
  • 95.Tin
  • 96.Ələq
  • 97.Qədr
  • 98.Bəyyinə
  • 99.Zilzal
  • 100.Adiyat
  • 101.Qariə
  • 102.Təkasur
  • 103.Əsr
  • 104.Huməzə
  • 105.Fil
  • 106.Qureyş
  • 107.Maun
  • 108.Kovsər
  • 109.Kafirun
  • 110.Nəsr
  • 111.Əbu Ləhəb
  • 112.İxlas
  • 113.Fələq
  • 114.Nas surəsi