• 1. And olsun göylərdə və yerdə səf-səf duranlara,
  • 2. imansızları qətiyyətlə qovanlara
  • 3. və Zikri oxuyanlara!
  • 4. Həqiqətən, sizin məbudunuz Təkdir!
  • 5. O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də məşriqlərin Rəbbidir.
  • 6. Biz dünya səmasını parlaq ulduzlarla bəzədik
  • 7. və onu hər bir asi şeytandan mühafizə etdik.
  • 8. Onlar artıq ali topluma (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə yandırıb yaxan alovlar yağdırılar
  • 9. və oradan qovularlar. Onları uzun sürəcək bir əzab gözləyir.
  • 10. Lakin şeytanlardan hər kim o söhbətlərdən bir söz qapıb qaçarsa, onu yandırıb-yaxan parlaq bir alov təqib edər.
  • 11. Kafirlərdən soruş ki, onları yaratmaq çətindir, yoxsa Bizim başqa yaratdıqlarımızı? Biz ki onları yapışqan kimi palçıqdan yaratdıq.
  • 12. Sən onlara təəccüb edirsən, onlar isə səni ələ salırlar.
  • 13. Onlara xatırlatdıqda düşünüb ibrət almırlar.
  • 14. Bir möcüzə gördükdə isə ona istehza edir
  • 15. və deyirlər: “Bu ancaq gözlə görülən bir sehrdir.
  • 16. Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildikdən sonra dirildiləcəyikmi?
  • 17. Ya da atalarımızmı dirildiləcəklər?”
  • 18. De: “Bəli, özü də, zəlil günə qalmış olduğunuz halda dirildiləcəksiniz”.
  • 19. Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən dirilib görməyə başlayacaqlar.
  • 20. Günahkarlar deyəcəklər: “Vay halımıza! Bu ki, Haqq-hesab günüdür!”
  • 21. Onlara deyiləcək: “Bu, yalan saydığınız Fərqləndirmə günüdür!”
  • 22. Mələklərə belə əmr olunacaq: “Toplayın bir yerə zalımları, onların yoldaşlarını və ibadət etdiklərini –
  • 23. Allahdan başqa. Onları Cəhənnəm yoluna yönəldin.
  • 24. Onları dayandırın, çünki onlar sorğu-sual olunacaqlar”.
  • 25. Günahkarlara deyiləcək: “Sizə nə olub ki, bir-birinizə kömək etmirsiniz?”
  • 26. Bəli, onlar bu gün baş əyəcəklər!
  • 27. Onlar bir-birinə üz tutub soruşacaqlar.
  • 28. Tabe olanlar deyəcəklər: “Siz bizim yanımıza sağ tərəfdən gəlirdiniz”.
  • 29. Başçılar deyəcəklər: “Xeyr! Siz inanan adamlar deyildiniz.
  • 30. Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz həddi aşmış adamlar idiniz.
  • 31. Rəbbimizin Sözü bizim barəmizdə həqiqətə çevrildi. Biz əzabı hökmən dadacağıq.
  • 32. Biz sizi azdırdıq. Çünki biz özümüz də azmış adamlar idik”.
  • 33. Şübhəsiz ki, həmin gün onlar əzaba şərik olacaqlar.
  • 34. Həqiqətən, Biz günahkarlarla belə rəftar edəcəyik.
  • 35. Çünki onlara: “Allahdan başqa ibadətə layiq olan məbud yoxdur!” – deyildikdə təkəbbür göstərir
  • 36. və deyirdilər: “Məgər bir məcnun şairə görə məbudlarımızı tərk edəcəyik?”
  • 37. Xeyr! O, haqqı gətirdi və əvvəlki peyğəmbərləri təsdiqlədi.
  • 38. Siz mütləq ağrılı-acılı əzabı dadacaqsınız.
  • 39. Siz ancaq etdiyiniz əməllərin cəzasını alacaqsınız.
  • 40. Lakin Allahın seçilmiş ixlaslı qulları müstəsnadırlar.
  • 41. Məhz onlar üçün müəyyən bir ruzi vardır –
  • 42. Cənnət meyvələri. Onlara ehtiram göstəriləcəkdir –
  • 43. Nəim bağlarında.
  • 44. Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz oturacaqlar.
  • 45. Onlar üçün çeşmə şərabı ilə dolu piyalələr dolandırılacaqdır.
  • 46. Özü də ağappaq, içənlərə ləzzət verən bir şərab.
  • 47. O şərab nə baş ağrısı verər, nə də ondan məst olarlar.
  • 48. Onların yanında baxışları öz ərlərinə dikilmiş iri qaragözlü hurilər olacaqdır.
  • 49. Özü də qorunub saxlanılmış yumurta kimi hurilər.
  • 50. Onlar bir-birilərinə tərəf dönüb soruşacaqlar.
  • 51. Onlardan biri deyəcək: “Mənim bir yoldaşım var idi.
  • 52. O deyirdi: “Sən də inananlardansan?
  • 53. Məgər biz öldükdən, torpağa çevrilib sür-sümük olduqdan sonra haqq-hesaba çəkilib cəzalandırılacağıq?”
  • 54. O sözünə davam edib deyəcək: “Siz onun harada olduğunu görmək istəyirsinizmi?”
  • 55. O özü baxıb yoldaşını Cəhənnəmin ortasında görəcək
  • 56. və deyəcəkdir: “Allaha and olsun ki, sən məni də məhv edəcəkdin.
  • 57. Əgər Rəbbimin lütfü olmasaydı, mən də Cəhənnəmə gətirilənlərdən olardım.
  • 58. Doğrudanmı biz bir daha ölməyəcəyik –
  • 59. ilk ölümümüzdən başqa? Doğrudanmı biz heç vaxt əzaba düçar olmayacağıq?”
  • 60. Həqiqətən, bu, böyük uğurdur.
  • 61. Qoy çalışanlar bunun üçün çalışsınlar!
  • 62. Ziyafət üçün bu yaxşıdır, yoxsa zəqqum ağacı?
  • 63. Biz onu zalımlar üçün bir sınaq etdik.
  • 64. O, Cəhənnəmin lap dibindən bitib çıxan bir ağacdır.
  • 65. Onun meyvəsi şeytanların başları kimidir.
  • 66. Günahkarlar ondan yeyib qarınlarını dolduracaqlar.
  • 67. Sonra da üstündən onları qaynar su ilə qatışdırılmış bir içki gözləyir.
  • 68. Sonra onlar mütləq Cəhənnəmə qaytarılacaqlar.
  • 69. Həqiqətən, onlar ata-babalarını azmış gördülər,
  • 70. özləri də tez-tələsik onların izini tutub getdilər.
  • 71. Həqiqətən, onlardan öncə əvvəlki nəsillərin çoxu zəlalətə düşmüşdü.
  • 72. Biz onlara xəbərdar edən peyğəmbərlər göndərmişdik.
  • 73. Bax gör xəbərdar edilənlərin aqibəti necə oldu.
  • 74. Yalnız Allahın seçilmiş səmimi qullarından başqa.
  • 75. Nuh Bizə yalvarıb yaxardı. Biz çağırışa necə də gözəl cavab verənik!
  • 76. Biz onu və ailəsini böyük sıxıntıdan qurtardıq.
  • 77. Təkcə onun nəslini qoruyub saxladıq.
  • 78. Sonra gələnlər arasında onun üçün gözəl xatirə qoyduq;
  • 79. aləmlər içərisində Nuha salam olsun!
  • 80. Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
  • 81. Həqiqətən, o Bizim mömin qullarımızdandır.
  • 82. Sonra o birilərini suya qərq etdik.
  • 83. Həqiqətən, İbrahim onun ardıcıllarından idi.
  • 84. Bir zaman o, öz Rəbbinin yanına pak bir qəlblə gəldi.
  • 85. Onda o, öz atasına və qövmünə dedi: “Siz nəyə sitayiş edirsiniz?
  • 86. Allahı qoyub uydurma məbudlarımı diləyirsiniz?
  • 87. Aləmlərin Rəbbi barəsində nə düşünürsünüz?”
  • 88. O, ulduzlara bir nəzər salaraq
  • 89. “Mən xəstəyəm!” – dedi.
  • 90. Onlar ondan üz çevirib çıxıb getdilər.
  • 91. O, xəlvətcə onların məbudlarının yanına gəlib istehza ilə dedi: “Siz bu təamları yemirsiniz?
  • 92. Sizə nə olub ki, danışmırsınız?”
  • 93. Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi.
  • 94. Bütpərəstlər tələsik onun yanına gəldilər.
  • 95. O dedi: “Siz yonub düzəltdiklərinizəmi sitayiş edirsiniz?
  • 96. Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”.
  • 97. Onlar dedilər: “Bundan ötrü bir bina tikin və onu orada odlayın!”
  • 98. Onlar İbrahimə hiylə qurmaq istədilər, Biz də onları rüsvay etdik.
  • 99. O dedi: “Mən Rəbbimə doğru gedirəm. O məni doğru yola yönəldəcəkdir”.
  • 100. O dedi: “Ey Rəbbim! Mənə əməlisalehlərdən olan övlad bəxş et!”
  • 101. Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik.
  • 102. O, böyüyüb atası ilə bərabər çalışmaq həddinə çatdıqda İbrahim dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə düşünürsən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə yetir. Allah qoysa mənim səbirlilərdən olduğumu görəcəksən”.
  • 103. Hər ikisi Allahın əmrinə tabe olduqları və İbrahim onu üzüstə yerə yıxdığı zaman
  • 104. Biz onu çağırıb dedik: “Ey İbrahim!
  • 105. Artıq sən yuxunu təsdiq etdin!” Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
  • 106. Həqiqətən də bu, açıq-aydın bir imtahandır.
  • 107. Biz onun əvəzinə böyük bir qurbanlığı fidyə verdik.
  • 108. Sonradan gələnlər arasında ona gözəl xatirə qoyduq.
  • 109. İbrahimə salam olsun!
  • 110. Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
  • 111. Həqiqətən, o, Bizim mömin qullarımızdandır.
  • 112. Ona əməlisalehlərdən olacaq bir peyğəmbər – İshaq ilə müjdə verdik.
  • 113. Biz ona və İshaqa bərəkət verdik. Hər ikisinin nəslində yaxşı iş görənləri də var, açıq-aydın özünə zülm edənləri də.
  • 114. Biz Musa ilə Haruna da nemət bəxş etdik.
  • 115. Onların hər ikisini və tayfalarını böyük sıxıntıdan qurtardıq.
  • 116. Onlara kömək göstərdik və qalib gəldilər.
  • 117. Hər ikisinə aydın bir Kitab verdik.
  • 118. Hər ikisini də doğru yola yönəltdik.
  • 119. Sonradan gələnlər arasında hər ikisinə gözəl xatirə qoyduq.
  • 120. Musaya və Haruna salam olsun!
  • 121. Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
  • 122. Həqiqətən, onların ikisi də Bizim mömin qullarımızdandır.
  • 123. Şübhəsiz ki, İlyas da elçilərdəndir.
  • 124. Bir zaman o öz qövmünə demişdi: “Məgər qorxmursunuz?
  • 125. Siz yaradanların ən yaxşısını qoyub niyə Bələ yalvarırsınız –
  • 126. həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbi olan Allahımı tərk edirsiniz?”
  • 127. Onlar onu yalançı saydılar. Ona görə də hamısı Cəhənnəmə gətiriləcəkdir.
  • 128. Yalnız Allahın seçilmiş səmimi qullarından başqa.
  • 129. Sonradan gələnlər arasında ona gözəl xatirə qoyduq.
  • 130. İlyasinə salam olsun!
  • 131. Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
  • 132. Həqiqətən, o Bizim mömin qullarımızdandır.
  • 133. Şübhəsiz ki, Lut da elçilərdəndir.
  • 134. Bir zaman Biz onu və bütün ailəsini xilas etdik.
  • 135. Yalnız geridə qalanların içində olan yaşlı bir qadından başqa.
  • 136. Sonra da o birilərini yerli-dibli yox etdik.
  • 137. Siz həm səhər çağı onların yanından keçirsiniz,
  • 138. həm də axşam çağı. Məgər anlamırsınız?
  • 139. Yunus da, həqiqətən, elçilərdəndir.
  • 140. Bir zaman o, yüklü bir gəmiyə tərəf qaçdı.
  • 141. Başqaları ilə birlikdə püşk atdı və uduzanlardan oldu.
  • 142. O, qınanmağa layiq olduqda balıq onu uddu.
  • 143. Əgər o, Allaha tərif deyənlərdən olmasaydı,
  • 144. balığın qarnında Qiyamət gününə qədər qalardı.
  • 145. O, halsız olduğu vəziyyətdə onu sahilə çıxartdıq.
  • 146. Onun başı üstündə balqabaq tağı bitirdik.
  • 147. Biz onu yüz mindən də daha çox adama peyğəmbər göndərdik.
  • 148. Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək firavanlıq nəsib etdik.
  • 149. Kafirlərdən soruş: “Nəyə görə qızlar sənin Rəbbinin, oğlanlar isə onların olmalıdır?”
  • 150. Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da buna şahid olublar?
  • 151. Həqiqətən, onlar yalan uydurub deyirlər:
  • 152. “Allah doğmuşdur”. Şübhəsiz ki, onlar yalançıdırlar.
  • 153. Məgər Allah qızları oğlanlardan üstünmü tutmuşdur?
  • 154. Sizə nə olub, bu necə mühakimədir yürüdürsünüz?
  • 155. Məgər düşünüb ibrət almayacaqsınız?
  • 156. Yoxsa sizin aydın bir dəliliniz vardır?
  • 157. Əgər doğru deyirsinizsə, kitabınızı gətirin!
  • 158. Onlar Allahla cinlər arasında qohumluq olduğunu uydurdular. Həqiqətən, cinlər onların Cəhənnəmə gətiriləcəyini bilirlər.
  • 159. Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır.
  • 160. Yalnız Allahın seçilmiş səmimi qullarından başqa.
  • 161. Ey müşriklər! Nə siz, nə də sizin tapındıqlarınız
  • 162. heç kəsi Allaha qarşı yoldan çıxara bilməzsiniz;
  • 163. ancaq Cəhənnəmə girəcək kimsədən başqa.
  • 164. Mələklər dedi: “Bizlərdən hər kəsin müəyyən bir yeri vardır.
  • 165. Həqiqətən, biz səf-səf dururuq.
  • 166. Həqiqətən, biz Allahın şəninə təriflər deyirik”.
  • 167. Müşriklər deyirdilər:
  • 168. “Əgər bizdə də əvvəlkilərdə olan zikrdən olsaydı,
  • 169. biz mütləq Allahın seçilmiş səmimi qulları olardıq”.
  • 170. Lakin onlar onu inkar etdilər. Onlar tezliklə biləcəklər.
  • 171. Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi:
  • 172. “Həqiqətən, onlara kömək göstəriləcəkdir.
  • 173. Bizim əsgərlərimizin mütləq qələbəsi labüddür”.
  • 174. Sən bir müddət onlardan üz çevir!
  • 175. Onlara bax! Onlar tezliklə əzabı görəcəklər.
  • 176. Onlar əzabımızın tezliklə gəlməsinimi istəyirlər?
  • 177. Əzab onların yurdlarına endiyi zaman qorxudulanların sabahı necə də pis olacaq!
  • 178. Sən bir müddət onlardan üz çevir!
  • 179. Onlara bax! Onlar tezliklə əzabı görəcəklər.
  • 180. Qüdrət sahibi olan Rəbbin pakdır, müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır.
  • 181. Elçilərə salam olsun!
  • 182. Aləmlərin Rəbbi olan Allaha həmd olsun!
PAYLAŞIN
logo
logo
logo
logo
logo
  • 1.Fatihə
  • 2.Bəqərə surəsi
  • 3.Ali-İmran
  • 4.Nisa
  • 5.Maidə
  • 6.Ənam
  • 7.Əraf
  • 8.Ənfal
  • 9.Tövbə
  • 10.Yunus
  • 11.Hud
  • 12.Yusif
  • 13.Rəd
  • 14.İbrahim
  • 15.Hicr
  • 16.Nəhl
  • 17.İsra
  • 18.Kəhf
  • 19.Məryəm
  • 20.Taha
  • 21.Ənbiya
  • 22.Həcc
  • 23.Muminun
  • 24.Nur
  • 25.Furqan
  • 26.Şuəra
  • 27.Nəml
  • 28.Qəsəs
  • 29.Ənkəbut
  • 30.Rum
  • 31.Loğman
  • 32.Səcdə
  • 33.Əhzab
  • 34.Səba
  • 35.Fatir
  • 36.Yasin
  • 37.Saffat surəsi
  • 38.Sad surəsi
  • 39.Zumər
  • 40.Mumin
  • 41.Fussilət
  • 42.Şura
  • 43.Zuxruf
  • 44.Duxan surəsi
  • 45.Casiyə surəsi
  • 46.Əhqaf
  • 47.Məhəmməd
  • 48.Fəth
  • 49.Hucurat
  • 50.Qaf
  • 51.Zariyat surəsi
  • 52.Tur
  • 53.Nəcm
  • 54.Qəmər
  • 55.Rəhman
  • 56.Vaqiə
  • 57.Hədid
  • 58.Mucadələ
  • 59.Həşr
  • 60.Mumtəhinə
  • 61.Səff
  • 62.Cumuə
  • 63.Munafiqun
  • 64.Təğabun
  • 65.Talaq
  • 66.Təhrim
  • 67.Mulk
  • 68.Nun
  • 69.Haqqə
  • 70.Məaric
  • 71.Nuh
  • 72.Cinn
  • 73.Muzzəmmil
  • 74.Muddəssir
  • 75.Qiyamə
  • 76.İnsan
  • 77.Mursəlat
  • 78.Nəbə
  • 79.Naziat
  • 80.Əbəsə
  • 81.Təkvir
  • 82.İnfitar
  • 83.Mutəffifin
  • 84.İnşiqaq
  • 85.Buruc
  • 86.Tariq
  • 87.Əla
  • 88.Ğaşiyə
  • 89.Fəcr
  • 90.Bələd
  • 91.Şəms
  • 92.Leyl surəsi
  • 93.Zuha
  • 94.İnşirah
  • 95.Tin
  • 96.Ələq
  • 97.Qədr
  • 98.Bəyyinə
  • 99.Zilzal
  • 100.Adiyat
  • 101.Qariə
  • 102.Təkasur
  • 103.Əsr
  • 104.Huməzə
  • 105.Fil
  • 106.Qureyş
  • 107.Maun
  • 108.Kovsər
  • 109.Kafirun
  • 110.Nəsr
  • 111.Əbu Ləhəb
  • 112.İxlas
  • 113.Fələq
  • 114.Nas surəsi