• 1. Əlif. Ləm. Mim.
  • 2. Şübhə yoxdur ki, bu Kitabı aləmlərin Rəbbi olan Allah nazil etmişdir.
  • 3. Yoxsa onlar: “Bunu özündən uydurmuşdur!” – deyirlər. Xeyr, o, Rəbbindən nazil olan bir haqdır ki, səndən öncə xəbərdar edən peyğəmbər gəlməmiş hər hansı bir xalqı xəbərdar edəsən. Bəlkə də, onlar doğru yola yönələlər.
  • 4. Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır. Məgər düşünərək ibrət götürməyəcəksiniz?
  • 5. O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra da bu işlər sizin saydığınız illərdən min ilə bərabər olan bir gündə Ona doğru yüksəlir.
  • 6. Qeybi və aşkarı Bilən, Qüdrətli və Rəhmli olan Odur.
  • 7. Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş,
  • 8. sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş,
  • 9. sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz!
  • 10. Onlar deyirlər: “Biz torpağın içində yox olandan sonra yenidənmi yaradılacağıq?” Doğrusu, onlar öz Rəbbi ilə qarşılaşacaqlarını inkar edirlər.
  • 11. De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!”
  • 12. Kaş ki, günahkarları öz Rəbbi qarşısında başlarını aşağı dikərək: “Ey Rəbbimiz! Biz gördük və eşitdik. Bizi geri qaytar ki, yaxşı işlər görək. Həqiqətən də, biz qətiyyətlə inandıq!” – deyəndə görəydin!
  • 13. Əgər Biz istəsəydik, hər kəsi doğru yola yönəldərdik. Lakin Mənim: “Cəhənnəmi mütləq bütün günahkar cin və insanlarla dolduracağam!” Sözüm yerinə yetəcək.
  • 14. Bu gününüzlə qarşılaşacağınızı unutduğunuza görə dadın əzabı! Doğrusu, Biz də sizi unutduq. Etdiyiniz əməllərə görə dadın əbədi əzabı!
  • 15. Ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, ayələrimiz onlara xatırlanarkən təkəbbür göstərmədən səcdəyə qapanır, Rəbbinə həmd-səna ilə təriflər deyirlər.
  • 16. Onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər.
  • 17. Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir.
  • 18. Məgər möminlə fasiq eynidirmi? Onlar eyni ola bilməzlər!
  • 19. İman gətirib əməlisaleh olanları etdikləri əməllərə görə Məva bağlarında əbədi ziyafət gözləyir.
  • 20. Fasiqlərə gəldikdə isə, onların sığınacağı yer od olacaqdır. Hər dəfə onlar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onlara: “Yalan saydığınız odun əzabını dadın!” – deyiləcəkdir.
  • 21. Ən böyük əzabdan əvvəl Biz onlara mütləq kiçik əzabdan (dünya əzabından) daddıracağıq ki, bəlkə doğru yola qayıtsınlar.
  • 22. Rəbbinin ayələri yadına salındıqdan sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər? Şübhəsiz ki, Biz günahkarlardan intiqam alacağıq.
  • 23. Biz Musaya Kitab vermişdik. Sən onunla görüşəcəyinə şübhə etmə. Biz onu İsrail oğullarına doğru yol göstərən rəhbər etmişdik.
  • 24. Səbir etdiklərinə və ayələrimizə yəqinliklə inandıqlarına görə Biz əmrimizlə onlardan doğru yolu göstərən rəhbərlər təyin etmişdik.
  • 25. Həqiqətən, sənin Rəbbin ixtilafda olduqları məsələlər barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir.
  • 26. Yurdlarında gəzib-dolaşdıqları əvvəlki neçə-neçə nəsilləri məhv etməyimiz onları doğru yola gətirmədimi? Həqiqətən, bunda ibrətlər vardır. Məgər onlar qulaq asmırlar?
  • 27. Məgər onlar quru yerə su axıdıb onunla həm heyvanlarının, həm də özlərinin yedikləri nemətlər yetişdirdiyimizi görmürlər? Hələ də bunu görmürlər?
  • 28. Onlar: “Əgər doğru danışanlardansınızsa, deyin görək bu hökm nə vaxt olacaqdır?” – deyirlər.
  • 29. De: “Hökm günü kafirlərə imanları fayda verməyəcək və onlara möhlət də verilməyəcəkdir”.
  • 30. Artıq onlardan üz çevir və gözlə. Doğrusu, onlar da gözləyirlər.
PAYLAŞIN
logo
logo
logo
logo
logo
  • 1.Fatihə
  • 2.Bəqərə surəsi
  • 3.Ali-İmran
  • 4.Nisa
  • 5.Maidə
  • 6.Ənam
  • 7.Əraf
  • 8.Ənfal
  • 9.Tövbə
  • 10.Yunus
  • 11.Hud
  • 12.Yusif
  • 13.Rəd
  • 14.İbrahim
  • 15.Hicr
  • 16.Nəhl
  • 17.İsra
  • 18.Kəhf
  • 19.Məryəm
  • 20.Taha
  • 21.Ənbiya
  • 22.Həcc
  • 23.Muminun
  • 24.Nur
  • 25.Furqan
  • 26.Şuəra
  • 27.Nəml
  • 28.Qəsəs
  • 29.Ənkəbut
  • 30.Rum
  • 31.Loğman
  • 32.Səcdə
  • 33.Əhzab
  • 34.Səba
  • 35.Fatir
  • 36.Yasin
  • 37.Saffat surəsi
  • 38.Sad surəsi
  • 39.Zumər
  • 40.Mumin
  • 41.Fussilət
  • 42.Şura
  • 43.Zuxruf
  • 44.Duxan surəsi
  • 45.Casiyə surəsi
  • 46.Əhqaf
  • 47.Məhəmməd
  • 48.Fəth
  • 49.Hucurat
  • 50.Qaf
  • 51.Zariyat surəsi
  • 52.Tur
  • 53.Nəcm
  • 54.Qəmər
  • 55.Rəhman
  • 56.Vaqiə
  • 57.Hədid
  • 58.Mucadələ
  • 59.Həşr
  • 60.Mumtəhinə
  • 61.Səff
  • 62.Cumuə
  • 63.Munafiqun
  • 64.Təğabun
  • 65.Talaq
  • 66.Təhrim
  • 67.Mulk
  • 68.Nun
  • 69.Haqqə
  • 70.Məaric
  • 71.Nuh
  • 72.Cinn
  • 73.Muzzəmmil
  • 74.Muddəssir
  • 75.Qiyamə
  • 76.İnsan
  • 77.Mursəlat
  • 78.Nəbə
  • 79.Naziat
  • 80.Əbəsə
  • 81.Təkvir
  • 82.İnfitar
  • 83.Mutəffifin
  • 84.İnşiqaq
  • 85.Buruc
  • 86.Tariq
  • 87.Əla
  • 88.Ğaşiyə
  • 89.Fəcr
  • 90.Bələd
  • 91.Şəms
  • 92.Leyl surəsi
  • 93.Zuha
  • 94.İnşirah
  • 95.Tin
  • 96.Ələq
  • 97.Qədr
  • 98.Bəyyinə
  • 99.Zilzal
  • 100.Adiyat
  • 101.Qariə
  • 102.Təkasur
  • 103.Əsr
  • 104.Huməzə
  • 105.Fil
  • 106.Qureyş
  • 107.Maun
  • 108.Kovsər
  • 109.Kafirun
  • 110.Nəsr
  • 111.Əbu Ləhəb
  • 112.İxlas
  • 113.Fələq
  • 114.Nas surəsi