• 1. Əlif. Ləm. Ra. Bunlar Kitabın və açıq-aydın Quranın ayələridir.
  • 2. Kafirlər mütləq müsəlman olmalarını arzulayacaqlar.
  • 3. Qoy onlar bir müddət yeyib-içsinlər, əylənsinlər və xam xəyallar onların başlarını qatsın. Tezliklə biləcəklər.
  • 4. Məhv etdiyimiz hər bir diyarın məlum bir yazısı var idi (həlak olacaqları vaxt əvvəlcədən müəyyən edilmişdi).
  • 5. Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubada bilər.
  • 6. Kafirlər dedilər: “Ey özünə Zikr nazil edilən kəs! Doğrudan da, sən dəlisən.
  • 7. Əgər doğru danışanlardansansa, nəyə görə dediyinə şahidlik edə bilən mələkləri bizə gətirmirsən?”
  • 8. Biz mələkləri ancaq haqqı bərqərar etmək üçün endiririk. O zaman kafirlərə möhlət verilməz.
  • 9. Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.
  • 10. Biz səndən öncə də əvvəlki millətlərə elçilər göndərmişdik.
  • 11. Onlara elə bir elçi gəlməzdi ki, ona istehza etməsinlər.
  • 12. Beləcə, Biz küfrü günahkarların qəlbinə yeridirik.
  • 13. Onlar hələ də ona (Qurana) inanmırlar. Halbuki əvvəlkilərin başına gələnlər onlara bəllidir.
  • 14. Əgər onlara göydən bir qapı açsaydıq və onlar dayanmadan oraya qalxsaydılar,
  • 15. yenə də inanmayıb: “Gözlərimiz dumanlanmış, daha doğrusu biz sehrlənmişik” – deyərdilər.
  • 16. Biz səmada bürclər yaratdıq və onu baxanlar üçün bəzədik.
  • 17. Onları qovulmuş hər bir şeytandan qoruduq.
  • 18. Ancaq şeytanlardan kim göy əhlinin danışıqlarına xəlvətcə qulaq assa, onu yandırıb yaxan alov təqib edər.
  • 19. Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və orada hər şeydən lazım olduğu qədər yetişdirdik.
  • 20. Orada həm sizin üçün, həm də sizin ruzi vermədikləriniz üçün dolanışıq vasitələri yaratdıq.
  • 21. Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Biz onu ancaq müəyyən ölçüdə endiririk.
  • 22. Biz küləkləri dölləndirici (buludlarda su əmələ gətirən, bitkiləri tozlandıran bir vasitə) kimi göndərdik, göydən yağmur yağdırıb onu sizə içirtdik. Belə olmasaydı, siz onu yığıb saxlaya bilməzdiniz.
  • 23. Şübhəsiz ki, Biz həm dirildir, həm də öldürürük və hər şeyə varis olan da Bizik.
  • 24. Həqiqətən, sizdən əvvəl gəlib-gedənləri də bilirik, sonra kimlərin gələcəyini də bilirik.
  • 25. Həqiqətən, Rəbbin onları bir yerə toplayacaq. Çünki O, Müdrikdir, Biləndir.
  • 26. Biz insanı başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən yaratdıq.
  • 27. Cinləri isə daha öncə qızmar alovdan yaratmışdıq.
  • 28. Bir zaman Rəbbin mələklərə dedi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən insan yaradacağam!
  • 29. Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!”
  • 30. Mələklərin hamısı ona səcdə etdilər.
  • 31. Yalnız İblisdən başqa. O, səcdə edənlər arasında olmaqdan imtina etdi.
  • 32. Allah dedi: “Ey İblis! Nə üçün sən səcdə edənlər arasında deyilsən?”
  • 33. İblis dedi: “Sənin, başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən yaratdığın insana səcdə etmək mənə yaraşmaz!”
  • 34. Allah dedi: “Oradan çıx! Artıq sən qovuldun.
  • 35. Haqq-hesab gününə qədər sənə lənət olacaqdır”.
  • 36. İblis dedi: “Ey Rəbbim! Onların dirildiləcəkləri günə qədər mənə möhlət ver”.
  • 37. Allah dedi: “Sən möhlət verilənlərdənsən.
  • 38. Ancaq məlum vaxtın gününə qədər”.
  • 39. İblis dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara pis işləri gözəl göstərib onların hamısını azdıracağam.
  • 40. Yalnız Sənin seçilmiş, ixlaslı qullarından başqa”.
  • 41. Allah dedi: “Bu, Mənə tərəf gətirib çıxaran düz yoldur.
  • 42. Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökmün yoxdur. Yalnız sənə uyan azğınlardan başqa”.
  • 43. Həqiqətən, Cəhənnəm onların hamısına vəd olunmuş yerdir.
  • 44. Onun yeddi qapısı vardır. Hər qapı üçün onlardan müəyyən bir dəstə təyin olunmuşdur.
  • 45. Sözsüz ki, müttəqilər Cənnət bağlarında və çeşmələr başında olacaqlar.
  • 46. Onlara deyiləcək: “Oraya sağ-salamat və xatircəmliklə daxil olun!”
  • 47. Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaqlar.
  • 48. Onlara orada heç bir yorğunluq toxunmayacaq və onlar oradan çıxarılmayacaqlar.
  • 49. Qullarıma xəbər ver ki, Mən Bağışlayanam, Rəhmliyəm.
  • 50. Əzabım isə ağrılı-acılı əzabdır.
  • 51. Onlara İbrahimin qonaqları barəsində də xəbər ver.
  • 52. O zaman onlar İbrahimin yanına daxil olub: “Salam!” – dedilər. İbrahim: “Biz sizdən ehtiyat edirik!” – dedi.
  • 53. Mələklər: “Qorxma! Həqiqətən, biz səni bilikli bir oğulla müjdələyirik!” – dedilər.
  • 54. İbrahim dedi: “Qocalıq məni haqladığı bir vaxtda mənə müjdə verirsiniz? Məni nə ilə müjdələyirsiniz?”
  • 55. Onlar dedilər: “Biz sənə həqiqətlə müjdə veririk. Sən ümidini üzənlərdən olma!”
  • 56. İbrahim dedi: “Doğru yoldan azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər?”
  • 57. İbrahim dedi: “Ey elçilər! Vəzifəniz nədir?”
  • 58. Onlar dedilər: “Biz günahkar adamları məhv etməyə göndərilmişik;
  • 59. yalniz Lutun ailəsindən başqa. Biz onların hamısını xilas edəcəyik.
  • 60. Lutun arvadından başqa. Biz onun geridə qalanlardan olmasına qərar verdik”.
  • 61. Elçilər Lut əhlinin yanına gəldikdə
  • 62. o dedi: “Siz yad adamlarsınız!”
  • 63. Onlar dedilər: “Xeyr, biz sənin yanına onların şübhə etdiyi əzab ilə gəlmişik.
  • 64. Biz sənin yanına doğru xəbərlə gəlmişik. Həqiqətən də, biz doğru danışanlarıq.
  • 65. Gecənin bir vaxtı ailəni yola çıxart və özün də onların arxasınca get. Sizdən heç kəs çevrilib arxaya baxmasın. Sizə əmr olunan yerə yollanın”.
  • 66. Biz ona vəhy etdik ki, sübh çağı onların kökü kəsiləcək.
  • 67. Şəhər əhalisi bir-birini muştuluqlayaraq onun yanına gəldilər.
  • 68. Lut dedi: “Bunlar mənim qonaqlarımdır. Məni biabır etməyin!
  • 69. Allahdan qorxun və məni hörmətdən salmayın!”
  • 70. Onlar dedilər: “Məgər biz sənə bura gələn adamları qonaq saxlamağı qadağan etməmişik?”
  • 71. O dedi: “Bunlar mənim qızlarımdır! Əgər istəyirsinizsə, onlarla evlənin!”
  • 72. (Ey Muhəmməd!) Sənin canına and olsun ki, onlar sərxoşluqları içində veyl-veyl gəzirdilər.
  • 73. Günəş doğanda qorxunc səs onları yaxaladı.
  • 74. Oranın altını üstünə çevirdik və onların üzərinə odda bişmiş gil daşlar yağdırdıq.
  • 75. Şübhəsiz ki, bunda başa düşənlər üçün dəlillər vardır.
  • 76. Həqiqətən, onlar Məkkədən Şama gedən yolun üstündə yaşayırdılar.
  • 77. Şübhəsiz ki, bunda möminlər üçün dəlillər vardır.
  • 78. Əykə əhli də zalım idi.
  • 79. Onlardan da intiqam aldıq. Hər iki kənd aydın görünən yol üzərində yerləşirdi.
  • 80. Hicr əhli də elçiləri yalançı saydı.
  • 81. Biz onlara ayələrimizi göndərdik, lakin onlar bu ayələrdən üz döndərdilər.
  • 82. Onlar təhlükəsizlikdə qalmaq üçün dağlarda evlər yonurdular.
  • 83. Onları sübh çağı qorxunc səs yaxaladı.
  • 84. Qazandıqları dünya malı isə onlara heç bir fayda vermədi.
  • 85. Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O Saat mütləq gələcəkdir. Odur ki, Sən onları gözəl tərzdə bağışla.
  • 86. Həqiqətən, Rəbbin Yaradandır, Biləndir.
  • 87. Biz sənə təkrarlanan yeddi ayəni və əzəmətli Quranı verdik.
  • 88. Onların bəzi təbəqələrinə verdiyimiz fani dünya malına gözünü dikmə, onlara görə kədərlənmə, möminlərlə yumşaq davran
  • 89. və de: “Şübhəsiz ki, mən açıq-aşkar bir xəbərdar edənəm!”
  • 90. Biz Quranı bölənlərə də beləcə əzab endirmişdik.
  • 91. Onlar Quranı hissələrə böldülər (bir qisminə inanıb, digər qismini inkar etdilər).
  • 92. Rəbbinə and olsun ki, Biz onların hamısından soruşacağıq –
  • 93. törətdikləri əməllər barəsində.
  • 94. Sənə buyurulanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir.
  • 95. Sözsüz ki, istehza edənlərə qarşı Biz sənə yetərik.
  • 96. O kəslər ki, Allaha başqa məbudu şərik qoşurlar. Onlar tezliklə biləcəklər.
  • 97. Biz onların dediklərindən sənin qəlbinin daraldığını bilirik.
  • 98. Sən həmd-səna ilə Rəbbini təriflə və səcdə edənlərdən ol!
  • 99. Sənə ölüm gələnədək Rəbbinə ibadət et.
PAYLAŞIN
logo
logo
logo
logo
logo
  • 1.Fatihə
  • 2.Bəqərə surəsi
  • 3.Ali-İmran
  • 4.Nisa
  • 5.Maidə
  • 6.Ənam
  • 7.Əraf
  • 8.Ənfal
  • 9.Tövbə
  • 10.Yunus
  • 11.Hud
  • 12.Yusif
  • 13.Rəd
  • 14.İbrahim
  • 15.Hicr
  • 16.Nəhl
  • 17.İsra
  • 18.Kəhf
  • 19.Məryəm
  • 20.Taha
  • 21.Ənbiya
  • 22.Həcc
  • 23.Muminun
  • 24.Nur
  • 25.Furqan
  • 26.Şuəra
  • 27.Nəml
  • 28.Qəsəs
  • 29.Ənkəbut
  • 30.Rum
  • 31.Loğman
  • 32.Səcdə
  • 33.Əhzab
  • 34.Səba
  • 35.Fatir
  • 36.Yasin
  • 37.Saffat surəsi
  • 38.Sad surəsi
  • 39.Zumər
  • 40.Mumin
  • 41.Fussilət
  • 42.Şura
  • 43.Zuxruf
  • 44.Duxan surəsi
  • 45.Casiyə surəsi
  • 46.Əhqaf
  • 47.Məhəmməd
  • 48.Fəth
  • 49.Hucurat
  • 50.Qaf
  • 51.Zariyat surəsi
  • 52.Tur
  • 53.Nəcm
  • 54.Qəmər
  • 55.Rəhman
  • 56.Vaqiə
  • 57.Hədid
  • 58.Mucadələ
  • 59.Həşr
  • 60.Mumtəhinə
  • 61.Səff
  • 62.Cumuə
  • 63.Munafiqun
  • 64.Təğabun
  • 65.Talaq
  • 66.Təhrim
  • 67.Mulk
  • 68.Nun
  • 69.Haqqə
  • 70.Məaric
  • 71.Nuh
  • 72.Cinn
  • 73.Muzzəmmil
  • 74.Muddəssir
  • 75.Qiyamə
  • 76.İnsan
  • 77.Mursəlat
  • 78.Nəbə
  • 79.Naziat
  • 80.Əbəsə
  • 81.Təkvir
  • 82.İnfitar
  • 83.Mutəffifin
  • 84.İnşiqaq
  • 85.Buruc
  • 86.Tariq
  • 87.Əla
  • 88.Ğaşiyə
  • 89.Fəcr
  • 90.Bələd
  • 91.Şəms
  • 92.Leyl surəsi
  • 93.Zuha
  • 94.İnşirah
  • 95.Tin
  • 96.Ələq
  • 97.Qədr
  • 98.Bəyyinə
  • 99.Zilzal
  • 100.Adiyat
  • 101.Qariə
  • 102.Təkasur
  • 103.Əsr
  • 104.Huməzə
  • 105.Fil
  • 106.Qureyş
  • 107.Maun
  • 108.Kovsər
  • 109.Kafirun
  • 110.Nəsr
  • 111.Əbu Ləhəb
  • 112.İxlas
  • 113.Fələq
  • 114.Nas surəsi