1. De: “Sığınıram insanların Rəbbinə,
2. insanların Hökmdarına,
3. insanların məbuduna!
4. Vəsvəsə verənin, Allahın adı çəkiləndə isə hövlündən geri çəkilən şeytanın şərindən.
5. O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,
6. cinlərdən də olur, insanlardan da!”