• 1. Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki,

  • 2. gömülməklə qəbirləri ziyarət etdiniz.

  • 3. Yox-yox! Siz aqibətinizi hökmən biləcəksiniz!

  • 4. Bir də yox! Siz aqibətinizi tezliklə biləcəksiniz!

  • 5. Xeyr! Kaş ki, yəqin biləydiniz.

  • 6. Siz Cəhənnəmi mütləq görəcəksiniz!

  • 7. Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz!

  • 8. Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız.