• 1. Qəlbləri Qorxuya salan!

  • 2. Qəlbləri Qorxuya salan nədir?

  • 3. Sən haradan biləsən ki, qəlbləri Qorxuya salan nədir?

  • 4. O gün insanlar ətrafa səpələnmiş pərvanələr tək olacaqlar.

  • 5. Dağlar isə didilmiş yun görkəmi alacaqdır.

  • 6. O gün kimin tərəziləri ağır gələrsə

  • 7. xoşbəxt güzəran sürəcək.

  • 8. Kimin tərəziləri yüngül gələrsə,

  • 9. məskəni Haviyə olacaqdır.

  • 10. Sən haradan biləsən ki, o nədir?

  • 11. O, çox qızmar bir oddur!