• 1. Mərhəmətli və Rəhmli Allahın adı ilə!

  • 2. Həmd olsun aləmlərin Rəbbi Allaha,

  • 3. Mərhəmətli və Rəhmliyə,

  • 4. Haqq-hesab gününün Hökmdarına!

  • 5. Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.

  • 6. Bizi doğru yola yönəlt –

  • 7. nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna yox!