Dokinz artıq darvinist deyil! Kosmos dininə girdi
Allah hər şeyi an an yaratmaqdadır
Maddənin ardındakı sirr
“Siyasət meydanı”nda heç bəhs edilməyən mövzular
Bütün canlıların yaradıcısı Uca Allah`dır
Peyğəmbərimizin şəmaili şərifi
May 01 2018, 18:00
Mart 03 2018, 00:43
Noyabr 06 2017, 11:24
Noyabr 06 2017, 10:25
Oktyabr 26 2017, 22:01
Quranda təkamül vardır deyənlərdən qardaşlarımız cinlər, mələklər, cənnət köşkləri, cənnət qılmanlarının necə yaradıldığını soruşsunlar. Mələklər, cinlər, cənnət necə təkamüllə yaradılmadıysa insanlar da təkamüllə yaradılmamışdır. Hz. İsa necə ki, palçıqdan quş formasında bir şey düzəldir və o bir anda canlı quşa dönürsə, insan da Allahın ruh verməsi ilə insan olmuşdur. Təkamül yoxdur. Hz. Musa əlindəki əsanı atdığı zaman əsa tam canlı ilana necə dönürsə, insan da bir anda insan olaraq yaradılır, mərhələ-mərhələ deyil.
Mühafizəkar mətbuatın böyük hissəsi də açıqca Adəm və Həvvadan yaradıldığımızı izah etmir, bilərəkdən və ya bilməyərəkdən təkamül təbliğatı aparır. Mühafizəkar təbəqənin bir qismi darvinizmi elm zənn etdiyi üçün hələ ən başından məğlubiyyəti qəbul edir, elm ilə qarşı izah verə bilmir.
700 milyondan çox fosil var. Hamısı yaradılışı sübut edir. Təkamül olduğunu göstərən bir fosil belə yoxdur.
Bütün insanlar zər aləmində idi. Təkamüllə dünyada yaradılma deyə bir şey yoxdur. Hz. Adəm də zər aləmindən cənnətə, oradan dünyaya gəlmişdir.
Təkamül şumerlərdən qalan xurafatdır. Yaradılış elmdir. Elmə qarşı bütpərəst xurafatların təqdim edilməsini qəbul etmərik. Təkamülçülərin əlində təkamülü göstərən tək bir fosil belə yoxdur. Təkcə xəyali rəsmlər və nağıllar var.
Mələklər və cinlər bir anda təkamülsüz yaradılmışdır. Axirətdə yaradılış təkamülsüz olacaq. Niyə dünyada insanlar təkamüllə yaradılmış olsun? İnsanların təkamüllə yaradıldığına dair nə elmi dəlil, nə də Quran ayəsi vardır. Quranda təkamül yoxdur. Allah, insanları ən gözəl surətdə “Ol” əmri ilə yaratdığını bildirmişdir.
May 30 2018, 16:22