Təkamül nəzəriyyəsinin ən böyük səhvlərindən biri olduqca mürəkkəb, ən mükəmməl xassələrə malik olan və mürəkkəb əməliyyatları həyata keçirən bir sistemin təsadüfən, özbaşına əmələ gəldiyini iddia etməsidir. Çarlz Darvin təkamül nəzəriyyəsini irəli sürdüyü 19-cu əsrdə, canlı aləmin əsas vahidi haqqında çox az məlumat var idi. Həmin dövrdə mövcud olan mikroskoplarda hüceyrə yalnız qara ləkə kimi görünürdü və bəziləri tərəfindən isə jeleyəbənzər bir forma olaraq xarakterizə edilirdi. Bu səbəbdən də, Darvinin “canlı aləm ibtidai hüceyrənin öz-özünə təsadüfən əmələ gələrək inkişaf etməsindən yaranmışdır” kimi iddiası rədd edilmədi. Lakin 20-ci əsrin xüsusən ikinci yarısından etibarən inkişaf edən elm və texnologiya hüceyrənin nə qədər mürəkkəb və üstün bir quruluşa sahib olduğunu aşkarladı. Hüceyrə təkamülçülərin iddia etdiyi kimi təsadüfən əmələ gəlməyəcək qədər mürəkkəb quruluşa malikdir və dünyada mövcud ən kompleks fabrikdən daha mürəkkəb bir sistemə sahibdir.
Bu kitab boyunca da söz edildiyi kimi, hüceyrənin təməl hissələri olan zülalların hər biri olduqca mürəkkəb quruluşa malikdir və onun hissələri arasında qeyri-adi bir təşkilatçılıq, mükəmməl bir planlama var. Hər bir zülal insan orqanizmində çox mühüm funksiyaları yerinə yetirir; sintez edilməsi, fəaliyyəti və tərtibatı ilə insanda heyranlıq yaradan zülallar çoxsaylı elementlərdən ibarətdir. Belə strukturların, cansız və şüursuz atomların təsadüfən bir yerə toplanaraq, qüsursuz bir təşkilatçılıq, əmək bölgüsü və olduqca mürəkkəb quruluşlar yaratmaqla meydana gəlmələrini iddia etmək olduqca məntiqsizdir. Halbuki, təkamülçülər sadəcə materialist ideologiyalarını müdafiə etmək və bir Yaradıcının varlığını inkar etmək məqsədilə təkamül nəzəriyyəsinin elm qarşısında iflasa uğramasına baxmayaraq, onu gözü bağlı müdafiə edirlər. Bunun üçün onlar ağıla zidd iddialar irəli sürür, saxta dəlillərdən istifadə edərək onları böyük cəsarətlə demoqoqluqla izah edirlər. Bu minvalla, bu cür mövzular barədə o qədər də düşünməyən cahil insanları təsirləri altına salmağa çalışırdılar. Məsələn, Türkiyədə təkamül nəzəriyyəsinin müdafiə edən bir təkamülçü alim təkamül fikrini inandırıcı göstərmək üçün zülalların təsadüfən əmələ gəlməsini çox asan bir iş kimi qələmə verir. Lakin zülallar haqqında az da olsa məlumatı olan və bir az da diqqətli bir insan belə bu izahdakı çıxarılan yanlış nəticəni və təhrifləri görə bilər. Bu təkamülçünün sözügedən ifadələri aşağıdakı kimidir:
Təkamülçü müddəa həm cansız, həm də canlı aləmdə sadədən mürəkkəbə, müəyyən zaman içərisində (milyardlarla il ərzində; milyonlarla, bəlkə milyardlarca reaksiyalar nəticəsində), təkamül nəticəsində getdikcə daha da mürəkkəb quruluşlara keçməsi deməkdir. Bunu düsturla ifadə etsək, müddət sözügedən ilkin iki elementlə başlamışdır; a ilə b-nin birləşmə ehtimalı deyək ki, əlli faizdir; ab birləşməsinin yaranmasından sonra da onlara c elementinin birləşməsi də əlli faiz ehtimaldır; abc-yə d elementinin birləşməsi də əlli faiz ehtimal və yaxud buna bənzər ehtimaldır. Bunların hamısının eyni anda əmələ gəlməsi fikri və bunun qeyri-mümkün olması təkamülçülərə yüklənə bilməz.52
Bu sözlərlə biokimyadan az məlumatı olan insanın belə təəccüblə qarşılayacağı uydurma bir ssenari təqdim edilir. Bu təkamülçü zülalların təsbeh dənələri kimi bir-birilərinə düzülmüş amin turşuları yığınlarından ibarət olduğunu hesab edir, amin turşularının 20 növ olduğunu, daha da vacibi bir amin turşusu zəncirini zülal sayıla bilməsi üçün mütləq müəyyən sıra ilə düzülməsinin zəruri olduğunu bilir və ya bilə-bilə görməməzliyə vurur.
Bu bir şeiri “hərflərin təsadüfi yan-yana düzülməsi” hesab edərək, sonra da: “Bir şerin təsadüfən meydana gəlməsi çox asandır; iki hərfi yan-yana qoysanız, sonra da üçüncünü, dördüncünü onlara əlavə etsəniz, beləliklə, minlərlə hərflik bir şer asanlıqla əmələ gəlmiş olur”, - deməyə oxşayır. Halbuki, hərflərin məna kəsb edərək şeir ola bilməsi üçün müəyyən bir sıra ilə sıralanmalıdırlar. Amin turşularının düzlənərək zülalları əmələ gətirmələri bundan qat-qat çətin və mürəkkəb bir prosesdir.
1.İlkel Mikroskop | 3. Hücrenin içindeki organeller |
19. yüzyılda kullanılan ilkel mikroskoplar ile hücre yukarıdaki gibi bir leke olarak görülüyordu. |
Buna oxşar qaydada, amin turşusularının sıralanması da zülalı təşkil etmək üçün müəyyən sıra ilə düzülməlidir. Bu müəyyən düzülüşün təsadüf nəticəsində meydana gəlmə ehtimalı sıfırdır. (Məsələn, 400 amin turşusunun müəyyən sırayla düzülmə ehtimalı 10520-də bir ehtimaldır. Bu, 1 rəqəminin yanına 520 ədəd sıfırın yazılması ilə əldə edilən rəqəmdə bir ehtimaldır.)
Zülalların təsadüfən meydana gəlməyəcəyi həqiqəti ən qatı təkamülçülər tərəfindən belə qəbul edilir. Məsələn, molekulyar təkamül nəzəriyyəsinin banisi sayılan rus alimi Aleksandr Oparin: “Zülalların quruluşunu tədqiq edənlər üçün bu maddələrin öz-özünə birləşmiş olmaları Roma şairi Virgilinin məşhur Aneida əsərini ətrafa səpələnmiş hərflərdən təsadüfi olaraq meydana gəlmiş olması qədər qeyri-mümkündür”, - demişdir.53
Eyni ehtimal hesabları Devid Şapiro, Harold Morovits, Frensiz Krik, Karl Sagan, Lekont dü Nvi, Frenk Salisberi kimi məşhur təkamülçülər tərəfindən aparılmış və eyni nəticələr alınmışdır.
Amino Asit Zinciri |
Hər bir zülalın xüsusiyyətlərinin və funksiyalarının amin turşularının düzülüşü ilə və aralarındakı rabitələrlə əlaqədar olduğu artıq neçə illərdir ki, elmə məlumdur. Məsələn, Histon zülalı xaricdən qüsursuz müsbət yükün paylaşdırılması sayəsində üç ölçülü formanı alır. Bu zülalın belə formada olması və malik olduğu yükü sayəsində əmələ gələn struktur quruluşu DNT-nin öz ətrafında müvafiq qaydada fırlanmasında və məlumatları saxlamağa imkan verən formadadır. DNT-nin məlumatı yaddaşda saxlamaq həcmi bu sayədə ən son kompyuter çiplərindən bir neçə milyon dəfə çoxdur.54
Yəni hüceyrələrimizdəki DNT molekulları bu zülal sayəsində bütün orqanizmdəki məlumatı saxlayaraq şifrələyə bilir. Zülal və DNT molekullarının bu dərəcədə mürəkkəb quruluşa sahib olduqlarını kəşf etməklə bütün aləm amin turşuları ilə dolub daşsa belə, canlı aləmin bu amin turşularından təsadüfən birləşərək meydana gələ bilməməsi qəti olaraq qəbul edilmişdir. Təkamülçü geoloq Vilyam Stoks bu həqiqəti belə etiraf etmişdi:
Əgər milyardlarla il boyunca milyardlarla planetin səthi tərkibində lazımi amin turşuları olan sulu qatılaşmış təbəqə ilə örtülsəydi belə, yenə də (zülal) əmələ gələ bilməzdi.55
Bütün bunlarla yanaşı, daha əvvəlki fəsillərdə də qeyd edildiyi kimi, bir zülal molekulunun əmələ gəlməsi üçün bir çox şərt eyni anda var olmalıdır, hansı ki, qəti olaraq imkansızdır.
Belə şərtlərdən bəzilərinin qısa xülasəsini versək:
- Zülallar arasında ən kiçiyinin əmələ gəlməsi üçün yüzlərlə amin turşusu müəyyən sayda, müvafiq növdə və xüsusi bir sıra ilə düzülməlidir,
-Yalnız bir amin turşusunun artıq, əksik və ya yerinin səhv düşməsi həmin zülalı yararsız hala salır,
- Bir zülalı təşkil edən amin turşuları ancaq sol əlli olmalıdırlar, yalnız bir sağ əlli amin turşusunun həmin sıraya qarışması həmin zülalın yararsız hala düşməsinə səbəb olur,
- Amin turşuları öz aralarında yalnız peptid rabitəsi adlanan xüsusi kimyəvi rabitə ilə birləşməlidir, digər kimyəvi əlaqələrlə bağlanmış olsa, zülalın quruluşu pozular,
- Zülalın müəyyən funksiyaları yerinə yetirməsini təmin edən onun üç ölçülü formasıdır. Bu üç ölçülü forma bir çox hallarda hüceyrə daxilində ribosomda zülal sintez edilərkən xüsusi fermentlərin köməkliyi ilə həyata keçirilir, həmin bu forma əksər zülal növlərində öz-özünə yarana bilməz. Bu səbəbdən də ilk yararlı zülal sintez edilirkən bundan əvvəl digər fermentlər artıq təbiətdə mövcud olmalıdır, tək bu fakt təkamül nəzəriyyəsinin əsassızlığını sübut etməyə kifayət edir.
1. Histone Protein |
Histon proteini, yapısı nedeniyle üç boyutlu bir şekle dönüşür. Bu yapısı sayesinde DNA'nın kendi etrafında dönmesini ve bilgi depolamasını sağlar. |
Yuxarıda sadalanan şərtlərin birinin belə öz-özünə təsadüf nəticəsində meydana gəlməsi ehtimal hesablamalarına görə də imkansızdır. Məsələn, alimlər 500 amin turşusundan təşkil edilmiş bir zülalın (minlərlə amin turşusundan ibarət olan zülallar da mövcuddur) təsadüfən əmələ gəlmə ehtimalını hesablayaraq belə bir nəticə əldə etmişlər:
Bir protein zincirinde bulunan amino asitlerin tamamının solelli olması gerekir. Bir tanesinin dahi sağ-elli olması, o protein zincirini işe yaramaz hale getirir. |
10950, rəqəmi 1 rəqəminin yanında 950 ədəd sıfırın yazılması ilə alınan çox böyük rəqəmdir. 1 milyard rəqəmini yazmaq üçün 1 rəqəminin yanına 9 sıfır əlavə edildiyi halda, bu rəqəmin necə böyük olması daha da aydın başa düşülür. Bu rəqəmin böyüklüyünü izah etmək üçün başqa bir misal isə kainatdakı bütün atomların ətrafında fırlanan elektronların sayıdır. Bu rəqəm təxminən 1075 hesablanmışdır.
10950= 1075 .1075.1075.1075.1075.1075.1075.1075.1075.1075.1075.1075.1050
Göründüyü kimi, arada çox böyük fərq var. Bu, o deməkdir ki, dünyadakı bütün atomlar bir yerə gəlsələr belə, təsadüf nəticəsində birləşərək bir zülal molekulunu belə əmələ gətirə bilməzlər.
Təkamülçülərin üzərindən səthi keçməyə çalışdıqları başqa bir məqam isə canlı aləmin meydana gəlməsi üçün canlı aləmi təşkil edən elementlərin hamısının bir yerdə mövcud olmasının vacibliyidir.
Belə ki, bu elementlərin səmərəli olmaları üçün onlarda heç bir əksiklik olmamalıdır. Quruluşunda, formasında əksliklik olan element heç bir iş görə bilməz və təkamül iddialarına görə, təbii seçmə nəticəsində ələnər. Reduksiya oluna bilməyən mürəkkəblilik kimi tanınan bu vəziyyət təkamül nəzəriyyəsini dağılmasına səbəb ola bilən mövzulardan biridir.
Türkiyənin qabaqcıl təkamülçülərindən prof. Əli Dəmirsoy canlılardakı ən kiçik elementlərin müəyyən funksiya yerinə yetirə biməsi və ya meydana gələ bilməsi üçün bütün lazımi elementlərin eyni anda bir yerdə möcvud olmalı olduğunu aşağıdakı bir misalla izah edir:
… Məsələnin ən zəif nöqtəsi mitoxondrilərin bu xassəni necə qazanmış olmalarıdır. Belə ki, bir fərdin belə təsadüf nəticəsində belə xassəni qazanması dərk edilə bilməyəcək qədər ehtimalların cəmindən ibarətdir… Həzm prosesini təmin edən və hər mərhələsində müxtəlif formada katalitik funksiya daşıyan fermentlər həzm mexanizminin özünü formalaşdırır. Bir hüceyrəyə belə fermentlərin hamısı daxil olarsa, onlar öz funksiyalarını yerinə yetirə bilər, yox əgər onlardan bəzisi daxil olarsa, bunun heç bir mənası (yararı) olmaz. Belə ki, fermentlərin bəzilərinin əksik olması lazımi nəticənin əldə edilməsinə mane olur. Bu məqamda, elmi düşüncəyə olduqca zidd olmaqla bərabər, daha doqmatik bir izah verməmək və spekulyasiyaya yol verməmək üçün bütün həzm fermentlərinin bir dəfəyə hüceyrə daxilində və oksigenlə təmas etməzdən əvvəl heç bir əksiklik olmadan movcud olduğunu istər-istəməz qəbul etməliyik.56
Bu təkamülçü alim acizanə şəkildə bütün həzm fermentlərinin bir dəfəyə hüceyrə daxilində heç bir əksiklik olmadan mövcud olduğunu qəbul etmək məcburiyyətində qaldığını ifadə edir. Bu da həzm sisteminin bütün orqanları, hüceyrələri, fermentləri və mexanizmləri ilə bir dəfəyə yaradılmış olması deməkdir. Halbuki, bu təkamülçü alim bu açıq aşkar olan həqiqəti öz sözləri ilə “elmi düşüncəyə zidd, doqmatik bir izah” kimi hesab edir və həqiqəti ifadə etməkdən qaçır. Halbuki, əsl yaradılışın dəlilləri açıq-aşkar göz qabağında olmasına baxmayaraq, bunları göz görə-görə inkar etmək elmi düşüncəyə zidd olan doqmatik bir tərzdir.
peptid bağı |
Proteinleri oluşturan amino asitleri birbirine bağlayan bağların peptid bağı olması gerekir. |
Başqa bir dünya şöhrətli təkamülçü prof. dr. Rasl Dulitle isə zülallarım əmələ gəlmələrini və funksiyalarının yerinə yetirə bilmələrini digər zülallarla bağlı olduğunu və bunu təkamülün bir çıxılmaz məqamı olduğunu belə ifadə edir:
Bu mürəkkəb və həssaslıqla tənzimlənən proses necə təkamülə uğraya bilər? Burada paradoks yaranır, əgər bir zülal digər zülalın aktivləşdirilməsi ilə bağlıdırsa, bu sistem necə meydana gəlmişdir? Bu mexanizm bütünlüklə yaranmış olmasaydı, bu sistemin elementləri heç bir işə yaramazdı.57
Günümüzdə bir çox təkamülçü, heç olmasa, vicdanla hərəkət edərək zülalların və canlı aləmin təsadüfən meydana gəlməsinin imkansız olduğunu qəbul edirlər. Lakin həmin təkamülçülər yenə də ideologiyaları uğrunda bu nəzəriyyəni müdafiə etməyə davam edirlər. Aşağıda dünya şöhrətli təkamülçülərin zülalların təsadüf nəticəsində öz-özünə əmələ gəldiklərinin imkansız olduğunu etiraf edən bəzi izahları verilmişdir:
Harold Blum:
Məlum olan ən kiçik zülalların belə təsadüfən meydana gəlməsi tamamilə imzansızdır.58
Hoymar Von Ditfurt:
Bu iki polimer (yumurta ağı ilə nuklein turşuları) çox qarışıq şəkildə qurulmuşdur, bundan da əlavə, onların forma və quruluşu yüksək səviyyədə originallıq nümayiş etdirir ki, bunların quruluşunun tamamilə təsadüf nəticəsində mürəkkəbləşərək bu səviyyəyə gəlməsi böyük bir imkansızlıqdan daha artıq olub düşünülməsi belə qeyri-mümkündür.59
Məsələn, canlı orqanizmlərin tamamilə təsadüf nəticəsində meydana gəlmələrinin statistik cəhətdən qeyri-mümkün olması çox müraciət olunan və elmin günümüzdəki inkişaf etmiş vəziyyətində olduqca aktual bir misaldır. Həqiqətən də, bioloji prosesləri yerinə yetirən bir zülal molekulunun quruluşunun qeyri-adi xüsusiyyətinə fikir versək, görərik ki, hamısının düzgün və lazımi bir sırayla, müvafiq zamanda, lazımi yerdə və lazımi elektrik və mexaniki xassələrlə bir-birinə rast gəlməli olan bir çox atomu bir-bir təsadüf nəticəsində rastlaşması ilə izah etmək mümkün deyil.60
Kainat nə qədər böyük olursa olsun, zülal və nuklein turşularının əmələ gəlməsini təmin edən rastlaşma qeyri mümkündür…61
Prof.Russel Doolittle |
David A. Kaufman (Florida Universiteti):
Təkamül hüceyrələrlə bir yerdə çox diqqətlə tərtib edilmiş genetik kodların mənşəyinə dair qəbul oluna bilən bir elmi izah verə bimir. Əgər bunlar olmazsa, zülallar və bir sözlə, həyat da olmaz.62
Kitab boyunca zülalların quruşları, funksiyaları və sintezləri haqqında verilən bəzi məlumatlar bu gözlə görünməyəcək qədər kiçik ölçülü varlıqların təsadüfən meydana gəlmələrini qəti olaraq imkansız olduğunu göstərir. Bir məqamı da xatırladaq ki, bu kitabda izahı verilənlər zülal haqqında məlum olan informasiyanın sadəcə cüzi hissəsi, qısa bir xülasəsidir. Bunlardan başqa isə elmin zülallar haqqında izah edə bilmədiyi bir çox sirr vardır.
Zülal haqqında olan məlumatlar çox vacib iki məsələni bizə sübut edir. Bunlardan birincisi, zülalların təsadüfən əmələ gəldiyini iddia edən insanların məntiqini və düşüncə tərzini qavramaq üçün zülalları və digər yaradılış möcüzələrini öyrənməyin vacibliyidir. Çünki zülalların, hüceyrələrin, fermentlərin quruluşlarını o qədər də yaxşı bilməyən adam bunların təsadüfən əmələ gəldiyini iddia edən nəzəriyyəyə bir o qədər də ciddi yanaşa bilməz. Lakin xırdalıqları gördükcə və qavradıqca təsadüflərə iman edən bir fəlsəfənin insanlıq üçün nə qədər ciddi bir təhlükə olduğunu və dərhal qarşısının alınmasının vacib olduğunu başa düşər. Çünki bu qədər açıq-aşkar dəlillərə baxmayaraq, təkidlə təsadüflərə inanmaq ağılın, məntiqin, anlayış və qavramanın çökdüyünü göstərir. Belə insanlar istər professor, istər onlarla elmi kitab müəllifləri, istərsə də Nobel mükafatı alsınlar, bu həqiqət dəyişilməzdir.
Ağıl və məntiqin çökməsi, yəni bəzi insanların gördüyü və hiss etdiklərini qavramaq iqtidarında olmayan vəziyyətə düşmək bəşərriyət üçün ən böyük təhlükələrdən biridir. Bu səbəbdən də ağıl və vicdan sahibi olan insanlar bu çöküşün qarşısını almalı, lazımi tədbir görüb insanlara düzgün məlumatların, maarifləndirici sübutların çatdırılmasını təmin etməlidir.
Zülal kimi yaradılış möcüzələrinin öyrənilməsinin ikinci vacib məsələsi isə insanlara Allahın sonsuz qüdrətini və yaradılışdakı qeyri-adi ehtişamı göstərməkdir. Allahın varlığına iman edən insanlar Allahın yerdə və göydə yaradılışının dəlillərini görərək bunlar üzərində düşünürlər. Bu, onların Allaha olan sevgilərini, Ondan qorxub çəkinmələrini artırar. Allahın ayədə bildirdiyi kimi:
Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar.
Həqiqətən, Allah Qüdrətlidir, Bağışlayandır.
(Fatir surəsi, 28)
Alexander I.Oparin |
20-ci əsdə təkamülçülər ilk canlı hüceyrənin yer üzərində necə əmələ gəldiyinə dair suala cavab axtarmağa başladılar. Bu mövzuda ilk olaraq Rus bioloqu Aleksandr İ. Oparin “kimyəvi təkamül” anlayışını ortaya atdı. Oparin cəhdlərinə baxmayaraq, heç bir nəticə əldə edə bilmədi və bu cür etiraf etdi: “Təəssüf ki, hüceyrənin mənşəyi təkamül nəzəriyyəsini bütünlüklə əhatə edən ən qaranlıq nöqtədir”.63
Oparindən sonra bir çox təkamülçülər çoxsaylı təcrübələr apararaq hüceyrənin təsadüf nəticəsində əmələ gəldiyini sübut etməyə cəhd etdilər, lakin hər təcrübə uğursuzluqla başa çatdı. Bu cür uğursuz təcrübələr arasında ən çox etibar edilən və təsdiqlənən 1953-cü ildə amerikalı tədqiqatçı Stenli Miller tərəfindən keçirilən Miller təcrübəsidir.
Stenli Miller, Oparinin kimyəvi təkamül anlayışına uyğun olan bir sınaq mexanizmi düzəltdi. İbtidai atmosferdə mövcud olması fərz edilən metan (CH4), ammonyak (NH3), su buxarı (H20) ve hidrogen (H2) qazlarının qarışığını elektriklə təchiz edilən bir kolbaya yerləşdirildi. Miller canlı həyatdan əvvəlki atmosfer qazları üzərində ultrabənövşəyi şüaların təsirini yarada bilmək üçün hazırladığı sınaq kolbasına elektrik gərginliyi ilə müdaxilə etdi. Bundan sonra, qaz qarışığı 100 dərəcədə bir həftə ərzində qaynadıldı, digər tərəfdən də həmin bu qarışığa elektrikin verilməsi davam etdirildi. Bu müddət ərzində həyat üçün vacib olan 20 amin turşusundan 3 amin turşusunun sintez edildiyini gördü. Əmələ gələn bu molekullar “Soyuq tələ” adlı mexanizmin köməkliyi ilə sınaq mühitindən təcrid edildi. Buna bənzər şərtlər altında aparılan digər sınaqlarda da bir neçə fərqli amin turşusu əldə edildi.
Standley Miller |
Millerin guya ibtidai mühit şərtlərində apardığı bu təcrübə təkamülçülər arasında çox böyük sevincə səbəb olmuşdu və o, çox vacib bir uğur kimi qələmə verildi. Bu sınağın sonunda uğur əldə edilməsi təkamülçülər arasında çox böyük əhəmiyyət daşıyırdı. Çünki bu sınaq Oparinin ssenarisində vacib bir addım olan ibtidai dünyada sadə atmosfer qazlarından bioloji vahidin sintezinin mümkün olduğunu göstərərək, Oparinin kimyəvi təkamül nəzəriyyəsinə dəstək olacaqdı. Bunun vacibliyini dərk edən bəzi dairələr də təcrübəyə dəstək verməyə cəhd etdilər. Məsələn, məşhur astronom Karl Saqan bu təcrübəni həyatın kosmosdan gələ biləcəyini göstərən ən vacib addım kimi qiymətləndirmişdir.64 Miller təcrübəsinin nəticələrinə “Time” qəzeti kimi kütləvi informasiya vasitələrində və dərs kitablarında geniş yer verilməyə başlandı. Miller təcrübəsindən alınan dəstəklə kimyəvi təkamüldən irəli gələrək həyatın mənşəyini göstərən xəyali təkamül sxemaları da dərhal dərsliklərdə yer aldı. Hətta həmin dövrdə “neovitalizm” adlanan maddənin irsi olaraq öz-özünü törətmə gücünə sahib olduğuna dair inam da bu təcrübə sayəsində canlandı.65
Lakin kimyəvi təkamül nəzəriyyəsinin qurucusu Oparinin fikirlərinə əsaslanan Miller təcrübəsi qabaqcadan deyilən yanlış fikirləri özündə ehtiva etdiyinə görə, həqiqətə zidd bir çox səciyyəvi xüsusiyyətləri özündə əks etdirir. Belə ki, təcrübə Oparinin nəzərdə tutduğu kimyəvi təkamül nəzəriyyəsini sübut etmək üçün lazımi müvafiq mexanizmlərə uyğun olaraq hazırlanmış, elmi həqiqətdən uzaq bir atmosfer mühitində təkamülün həyata keçdiyini sübut etməyə çalışmışdı. Amin turşusunu sintez etmək məqsədi ilə istifadə edilən mexanizm yer üzərində ibtidai atmosfer mühitinə uyğun deyildi. Bununla yanaşı, həmin sınaq mexanizminə təbii mühitdə aid olmayan yalnız amin turşusu sintezi üçün düşünülmüş hərtərəfli mexanizmlər daxildir. Bu təcrübəyə elmi nöqteyi nəzərdən baxıldıqda belə, qabaqcadan deyilmiş yanlış rəylər açıq şəkildə özünü biruzə verir.
1. Amonyak | 6. Yıldırımlar | 11. Polinükleotid zinciri 12. İlkel Hücre 13. Basit Hücre Benzeri Maddeler |
Evrimciler şuursuz atomların ilkel dünya şartlarında, yandaki şemadaki sırayı izleyerek kusursuz protein moleküllerine dönüştüklerini iddia ederler. Ancak 20.yy.'da bilim bu iddianın mantıksızlığını ortaya çıkarmıştır. |
Təcrübənin keçirilməsindən bir müddət sonra Millerin ibtidai dünya mühitində amin turşularının öz-özünə əmələ gəldiklərini sübut etmək məqsədi ilə apardığı sınağın bir çox tərəfdən elmi həqiqətlə uzlaşmadığı aşkar edildi. Bu təcrübənin elmi olaraq əsassız olduğunu göstərən məqamları nəzərə alındıqda, məqsədin elmilik olmadığı asanlıqla başa düşüləcəkdir.
Oparin kimyəvi təkamül nəzəriyyəsini irəli sürdüyü zaman ibtidai dünya atmosferinin indiki vəziyyətindən olduqca fərqli olduğunu qeyd etmişdi.66 Stenli Miller də Oparinin 1936-cı ildə kitabına daxil etdiyi bu ibtidai atmosfer haqqında fərziyyələrindən istifadə edərək kimyəvi təkamül nəzəriyyəsinə əsaslanaraq bu fikri formalaşdırmaq istədi. Bu səbəbdən də, Oparinin qabaqcadan verdiyi proqnozları Miller ibtidai atmosferdəki amin turşusu sintezini təqlid edərkən dünya atmosferinin metan (CH4), ammonyak (NH3) və hidrogendən (H2) meydana gəldiyini fərz edirdi. Bundan əlavə, dünya atmosferində sərbəst oksigenin olmadığını irəli sürdü. Sonrakı dövrdə yeni geokimyəvi dəlillər və bu istiqamətdə aparılan sınaqlar Miller təcrübəsini, Oparin və Millerin irəli sürdüyü ehtimalların həqiqətə uyğun olmadığını aşkara çıxardı. Əldə edilən bütün dəlillər əsaslı şəkildə ibtidai atmosferdə hökm sürən təbii qazların karbondioksid, azot və su buxarından ibarət olduğu və metan, ammonyak və hidrogen olmadığını göstərirdi. Dünya atmosferi haqqındakı bu məlumatlar Miller təcrübəsinin və buna bənzər təcrübələrin yanlış atmosfer mühiti şəraitində keçirildiyini göstərir.
Evrimciler yıllarca ilkel atmosfer şartlarında, cansız maddelerin tesadüfen proteinleri oluşturduğunu ispatlamaya çalıştılar. Ancak bugün proteinlerin tesadüfen oluşamayacakları bilinen bir gerçektir. |
Lakin Miller bu qazları xüsusi olaraq istifadə etmişdir. Onun fəaliyyətinin məqsədi Oparinn 1924-cü ildə irəli sürdüyü kimyəvi təkamül uydurmasını təcrübi yolla sübut etməkdir. Bu səbəbdən, Miller, təcrübəsinin parametrlərini hazırlayarkən Oparinin dövründə məlum olan ibtidai atmosfer ölçülərinə əsasən hazırlamışdır. Məqsəd canlıların yaranmasından əvvəl dünya atmosferini formalaşdırmaq deyil, amin turşularının əmələ gəlməsi üçün lazımi atmosfer şəraitini yaratmaqdı. “Science” qəzetində Riçard Kerrin qeyd etdiyi kimi, son 30 ildə əldə edilən geoloji və geokimyəvi sübutların heç biri Millerin istifadə etdiyi ibtidai atmosfer mühitini dəstəkləmədi.67 İbtidai atmosfer mühitinin varlığını həqiqi qəbul etməyin yalnız bir səbəbi olduğu aşkar edildi: kimyəvi təkamül nəzəriyyəsinin buna ehtiyacının olması. Belə ki, Oparin və Miller fərz etdikləri atmosfer mühiti amin turşularının əmələ gəlməsi üçün lazım olan ən uyğun mühit idi. Normal mühitdə kimyəvi baxımından təbii atmoserdə atmosfer qazları arasında reaksiya getmir. Belə reaksiyalar olsa belə, onlar bioloji vahidi meydana gətirəcək səviyyəyə çata bilməz. Neytral atmosferdə bioloji vahidləri əmələ gətirməyə cəhd etmək yağla suyun və ya iki cansız kimyəvi elementin reaksiyaya girməsini gözləməyə bənzəyir.
Stenli Millerin təcrübəsində və buna bənzər digər təcrübələrdə fərz edilən ibtidai mühit həqiqətdə ibtidai atmosferdə mövcud olmadığı üçün belə təcrübələr həyatın mənşəyi haqqında heç bir elmi əsas yarada bilməz. Əlahiddə geokimya araşdırmaları ibtidai atmosferdə amin turşularının yaranmasına imkan verməyən kimyəvi mühit sübut edildiyinə görə, Miller təcrübəsinin heç bir maddənin əmələ gəlməsini sübut etmədiyi aşkara çıxdı. Məhz bu səbəbdən, laboratoriyadakı bütün sınaqlar kimyəvi təkamülün həyata keçməsinin imkansız olduğunu göstərir, bundan əlavə də, mövcud canlı sistemlərin tərtibatında təkzibedilməz qaydada ağıllı Yaradıcının mövcudluğunu isbatlayır.
Bir sıra geokimyəvi araşdırmalar bitkilərin mövcud olmasından əvvəl belə əhəmiyyətli ölçüdə sərbəst oksigenin, vulkanik qazların üzə çıxması və suyun buxarlanmasındakı fotodissosiasiya səbəbindən mövcud olduğunu göstərdi. Yaşı 3.5 milyard il olması hesablanan daşlardakı oksidləşmiş dəmir və uranium qalıqları atmosferdə oksigenin olduğunu sübut edirdi.68 Bütün araşdırma nəticələrinə görə, oksigenin miqdarı həmin dövrdə təkamülçülərin iddia etdiklərindən daha çox olduğu müəyyən edildi. Araşdırmalar göstərdi ki, həmin dövrdə yerin səthinə ultrabənövşəyi şüaların düşməsi, təkamülçülərin təxmin etdiyindən 10 min dəfə artıq idi. Bu sıxlıqda ultrabənövşəyi şüaların atmosferdəki su buxarı və hidrogendioksidi parçalayaraq oksigeni əmələ gətirməsi qaçılmaz olardı.
Millerin görməməzliyə vurduğu bu həqiqət oksigen nəzərə alınmadan aparılmış Miller təcrübəsinin tamamilə əsassız olduğunu göstərirdi. Əgər təcrübə zamanı oksigendən istifadə edilsəydi, metan karbondioksid və suya, ammonyak isə azot və suya çevriləcəkdi. Digər tərəfdən, müəyyən edildi ki, oksigenin olmadığı bir mühitdə- hələ ozon təbəqəsi mövcud olmadığına görə- ultrabənövşəyi şüaların təsirinə birbaşa məruz qalan amin turşuları dərhal parçalanacaqdı. Nəticədə, ibtidai dünyada oksigenin varlığı da, olmaması da amin turşuları üçün məhvedici bir mühit deməkdir.
Bir anlıq Stenli Millerin istifadə etdiyi ibtidai qazların ibtidai atmosferdəki mühitlə eyni olduğunu fərz edək. Belə olan halda, təcrübənin nəticəsi, həqiqətən də, kimyəvi təkamülü göstərəcəkmi? Xeyr. Miller təcrübələrində amin turşuları və nuklein turşusunun əsası kimi bioloji vahid olan molekullarla yanaşı, qeyri-üzvi maddələr də əmələ gəldi. İnsan müdaxiləsi olmadan həmin bu qeyri-üzvi maddələr əldə edilən digər yararlı maddələrlə reaskiyaya girərək, nəticədə, bioloji cəhətdən yararsız olan kimyəvi birləşmələri əmələ gətirəcəkdilər. Bu nəticəni əngəlləmək və kimyəvi təkamül nəzəriyyəsini bir “faciə” ilə yekunlaşdırmamaq üçün amin turşularını parçalayan və ya onları qeyri-üzvi birləşmələrə çevirən kimyəvi elementləri mühitdən ayırdılar. Bunun üçün Stenli Miller, təcrübəsində amin turşuları əmələ gəldiyi an onları əmələ gələn digər maddələrin və oradakı mühitin zərərli təsirlərindən qorumaq üçün “Soyuq tələ” (cold trap) adlı mexanizmdən istifadə etmişdir. Çünki, əks təqdirdə, amin turşularını əmələ gətirən şərait bu molekulları əmələ gəldikləri andan dərhal sonra məhv edəcəkdi.
Halbuki, ibtidai dünya şərtlərinə əsasən, şübhəsiz, soyuq tələ kimi şüurlu mexanizmlər yox idi. Və bu mexanizm olmadan hər hansı bir növdən olan amin turşusu əldə edilsə belə, bu molekullar eyni mühitdə dərhal parçalanacaqdı. Kimyaçı Riçard Bliss bu barədə belə demişdi:
“Bu soyuq tələ mexanizmi olmasa, kimyəvi məhsullar elektrik mənbəyi tərəfindən məhv ediləcəkdi”.69
Belə ki, Miller soyuq tələni yerləşdirməzdən əvvəl apardığı başqa təcrübələrdə bir amin turşusu belə əldə edə bilməmişdi.
Həqiqətdə isə Miller təcrübəsi ilə təkamülün canlı aləmin şüursuz təsadüflər nəticəsində əmələ gəlməsi kimi iddiaları öz təsirini itirmişdi. Belə ki, təcrübə amin turşularının yalnız labaratoriya şəraitində bütün mühit şərtlərinin xüsusi olaraq hazırlandığı və şüurlu şəkildə müdaxilələr edilməsi nəticəsində əldə edilə biləcəyini göstərir.
1. Reaksiyon hücresi | 4. Metan-amonyak-su ve hidrojen gazı |
Staney Miller'in deney düzeneği. Miller deneyinde aslına uygun olmayan birçok koşul oluşturmuştur. Bu nedenle deney, bilim dünyası tarafından geçersiz sayılmıştır. |
Miller təcrübəsi Türkiyədəki bəzi qaynaqlarda hələ də mühüm bir elmi kəşf kimi göstərilsə də, əslində, təkamülçü nüfuzlu şəxslər tərəfindən rədd edilmişdir. Son illərdə Avropa elmi jurnallarında həmin təcrübənin həyatın mənşəyini açıqlamaq baxımından dəyərsiz olduğu müəyyən edildi. Məsələn, 1998-ci il fevral ayında nəşr edilən məşhur təkamülçü elmi jurnalı “Earth”də “Həyatın putası” başlıqlı məqalədə bu ifadələr yer almışdı:
Bu gün Millerin ssenarisi şübhələrlə qarşılanır. Bunun bir səbəbi geoloqların ibtidai atmosferin, əsasən, karbondioksid və azotdan əmələ gəldiyini qəbul etmələridir. Bu qazlar isə 1953-cü ildəki təcrübədə (Miller təcrübəsində) istifadə edilənlərdən dəfələrlə zəif aktivliyə malik idilər. Millerin fərz etdiyi atmosferə gəldikdə isə amin turşuları kimi sadə molekulları daha mürəkkəb qarışıqlara, zülal kimi polimerlərə çevirə bilən lazımi kimyəvi dəyişikliklər necə əmələ gələ bilərdi? Millerin özü belə, problemin bu nöqtəsində əllərini uzadaraq: “Bu, bir problemdir”, - deyərək ah çəkir və belə deyirdi: “Polimerləri necə meydana gətirəcəksiniz? Bu, o qədər də asan deyil...”70
Göründüyü kimi, Millerin özü belə indi təcrübəsinin həyatın mənşəyini açıqlamaq üçün yararsız olduğunu başa düşür. “National Geographic” jurnalının 1998-ci il mart nömrəsində “Yer üzərində həyatın mənşəyi” başlıqlı məqalədə isə mövzu ilə bağlı aşağıdakı sətirlər əks etdirilmişdi:
Bu günkü gündə bir çox alim ibtidai atmosferin Millerin irəli sürdüyündən fərqli olduğunu ehtimal edir. İbtidai atmosferin hidrogen, metan və ammonyakdan daha çox karbondioksid və azotdan təşkil edildiyini hesab edirlər. Bu isə kimyaçılar üçün pis xəbərdir! Karbondioksid və azotu reaksiyaya əlavə etdikdə əldə edilən üzvi birləşmələr olduqca az miqdarda olur. Böyük bir üzgüçülük hovuzuna atılan bir damcı qida rəngləndirici ilə eyni sıxlıqda... Elm adamları bu qədər nadir məhluldakı horrada həyatın əmələ gəlməsini xəyal etməyin belə mümkünsüz olduğunu hesab edir.71
Bir sözlə, nə Miller təcrübəsi, nə də başqa təkamülçü cəhdlər yer üzərində həyatın necə əmələ gəldiyi sualına cavab verə bilmir. Bütün araşdırmalar həyatın təsadüflərlə meydana gəlməsinin imkansızlığını və beləliklə, həyatın yaradılmış olduğunu göstərir. Təkamülçülərin bu açıq həqiqəti qəbul etməmələri isə elmə tamamilə zidd olan bir neçə yanlış proqnozlara əsaslanmalarından qaynaqlanır. Belə ki, Miller təcrübəsini tələbəsi Stenli Miller ilə birlikdə təşkil edən Harold Yurey bu mövzuda belə etiraf etmişdi:
Biz həyatın mənşəyi mövzusunu araşdırırıq, bu mövzunu nə qədər çox analiz etsək də, həyatın hər hansı bir yerdə təkmilləşmiş olmayacaq qədər mürəkkəb olduğu qənaətinə gəlirik. (Lakin) Hamımız bir inamın ifadəsi olaraq həyatın bu planetin üzərində ölmüş maddənin təkmilləşməsinə inanırıq. Ancaq mürəkkəbliyi o qədər qabarıqdır ki, necə təkmilləşdiyini təsəvvür etmək belə bizim üçün ağırdır.72
Bəzi təkamülçü tədqiqatçılar bütün uğursuzluğuna və əsassızlığına baxmayaraq, hələ də Miller təcrübəsindən amin turşularının cansız maddələrdən təsadüfən əmələ gəldiklərini dəlil olaraq istifadə etməyə çalışırlar. Halbuki, bu nəticə həqiqətdə həyata keçsəydi belə, təkamülçülərin problemləri həll olunmamış qalardı, belə ki, onları bundan daha da mümkünsüz mərhələlər gözləyəcəkdi: amin turşuları birləşərək daha da mürəkkəb quruluşlu zülalları meydana gətirməli idilər.
Zülalların təbii şəraitdə təsadüfən əmələ gəldiklərini irəli sürmək amin turşularının təsadüfən meydana gəldiklərini irəli sürməkdən daha çox həqiqətə zidd iddiadır. Amin turşularının zülalları təşkil etmək üçün müvafiq sıralama ilə təsadüfən birləşmələrinin riyazi baxımdan imkansız olması əvvəlki səhifələrdə ehtimal hesabları ilə analiz edilmişdi. Lakin, zülalın yaranması kimyəvi baxımdan da ibtidai dünya mühitində mümkün deyildi.
Sydney Fox |
Əvvəlki mövzularda da qeyd etdiyimiz kimi, amin turşuları zülalı təşkil etmək üçün kimyəvi baxımdan birləşərkən “peptid rabitəsi” adlı xüsusi rabitə qururlar. Belə rabitə qurularkən bir su molekulu əmələ gəlir.
Bu vəziyyət ibtidai həyatın dənizlərdə meydana gəldiyini irəli sürən təkamülçü iddianı əsassız edir. Belə ki, kimyada Le Şatelye prinsipi kimi tanınan qaydaya görə, əgər reaksiya nəticəsində su ayrılırsa (kondensasiya reaksiyası), belə reaksiya sulu mühitdə qurtara bilməz. Sulu mühitdə belə bir reaksiyanın həyata keçməsi kimyəvi reaksiyalar arasında həyata keçirilmə ehtimalı ən az olan reaksiya kimi müəyyən edilmişdir.
Bir sözlə, təkamülçülərin həyatın başladığı və amin turşularının əmələ gəldiyi yer kimi müəyyən etdikləri okeanlar amin turşularının birləşərək zülalları meydana gətirməsi üçün qəti olaraq uyğun olmayan mühitlərdir.73
Digər tərəfdən, təkamül nəzəriyyəsini müdafiə edənlərin bu həqiqət qarşısında iddialarını dəyişdirib ilkin həyatın quruda əmələ gəldiyini irəli sürmələri də yolverilməzdir. Belə ki, ibtidai atmosferdə əmələ gəlməsi fərz edilən amin turşularını ultrabənövşəyi şüalardan qoruya bilən yeganə mühit okean və dənizlərdir. Amin turşuları quruda ultrabənövşəyi şüaların təsirindən parçalanır. La Şatelye Prinsipi isə dənizlərdə əmələ gəlmə iddiasını puç edir. Bu da təkamül nəzəriyyəsi baxımından dilemma yaradır.
Yuxarıda izah etdiyimiz çıxılmaz vəziyyətlə üz-üzə qalan təkamülçü tədqiqatçılar bütün nəzəriyyələtini alt-üst edən su problemini həll etmək məqsədi ilə müxtəlif ssenarilər uydurmağa başladılar. Bu tədqiqatçılardan ən məşhuru Sidney Foks problem həll etmək üçün qəribə bir tezis irəli sürdü: həmin tezisə əsasən, ilk amin turşuları ibtidai okeanda əmələ gəldikdən dərhal sonra bir vulkanın yanındakı qayalıqlara sürüklənməli idi. Sonra da tərkibində amin turşularının olduğu su qayalıqdakı yüksək temperaturdan buxarlanmalı idi. Beləliklə, “quruyan” amin turşuları, zülalları meydana gətirmək üçün birləşə bilərdilər.
Lakin bu qarışıq çıxış yolu o qədər də mənimsənilmədi. Belə ki, amin turşuları Foksun irəli sürdüyü dərəcədə istiliyə davam gətirə bilməzdilər: aparılan araşdırmalar amin turşularının yüksək temperaturda dərhal parçalandıqlarını göstərdi.
Lakin Foks həvəsdən düşmədi. Laboratoriyada “çox xüsusi şərtlər daxilində”, saflaşdırılmış amin turşularını quru mühitdə isidərək birləşdirdi. Amin turşuları birləşdirilmişdi, lakin zülal əldə edilə bilməmişdi. Əldə etdiyi bir-birinə təsadüfən bağlanan, sadə və nizamsız amin turşusu halqaları idi və hər hansı bir canlı zülala oxşarlığı yox idi. Bundan əlavə, Foks amin turşularını eyni temperaturda saxlasaydı, əmələ gələn yararsız halqalar yenə parçalanacaqdı.74
Təcrübəni əsassız edən başqa bir cəhət isə Foksun daha əvvəl Miller təcrübəsində əldə edilmiş amin turşuları deyil, canlı orqanizmlərdə istifadə edilən saf amin turşularını istifadə etməsi idi. Halbuki, Millerin təcrübəsinin davamı olmağa iddia edilən bu təcrübə Millerin gəldiyi nəticəyə əsaslanmalı idi. Amma nə Foks, nə də başqa heç bir tədqiqatçı Millerin əldə etdiyi yararsız amin turşularından istifadə etmədi.75
Fox, amino asitlerin okyanusta oluştuktan sonra bir volkanın yanındaki kayalıklara sürüklendiğini ortaya attı. Ancak amino asitler bu kadar yüksek bir ısıya dayanamayacakları için, Fox'un bu iddiası bilim çevrelerince kabul görmedi. |
Foksun sözügedən təcrübəsi təkamülçü dairələrdə belə çox müsbət qarşılanmadı. Çünki Foksun əldə etdiyi yararsız amin turşusu zəncirlərinin (proteinoidlərin) təbii şərtlər daxilində əmələ gəlməyəcəyi çox aydın idi. Habelə, canlıların tərkib hissəsi olan zülallar hələ də əldə edilməmişdi. Zülalların mənşəyi problemi əvvəldə olduğu kimi, hələ də həll edilməmişdi. Məşhur elmi jurnal “Chemical engineering news”da o dövrdə dərc edilən bir məqalədə Foksun apardığı təcrübə haqqında belə yazılmışdı:
Sidney Foks və digər tədqiqatçılar çox spesifik isitmə texnikasından istifadə edərək dünyanın ilk dövrlərində heç mövcud olmamış şərtlər daxilində amin turşularını “proteinoidlər” adlanan şəkildə bir-birinə bağlamağı bacardılar. Bununla belə, bunlar canlılardakı çox nizamlı zülallara heç bənzəmirlər. Onlar heç bir işə yaramayan, nizamsız ləkələrdən başqa bir şey deyillər. İlk dövrlərdə bu molekullar əgər həqiqətən meydana gəlmişlərsə də, onların parçalanmamaları mümkün deyil.76
Həqiqətən də, Foksun əldə etdiyi proteinoidlər həqiqi zülallardan quruluş və funksiya cəhətdən tamamilə fərqli idilər. Zülallarla proteinoidlər arasında mürəkkəb texniki cihazla xam metal yığını arasındakı qədər fərq vardı.
Habelə, bu nizamsız amin turşusu yığınlarının belə ibtidai atmosferdə yaşama imkanları yox idi. Dünyanın o dövrki şərtləri daxilində yer üzünə düşən sıx ultrabənövşəyi şüalarının və nəzarətsiz təbii şərtlərin zərərli, məhvedici fiziki və kimyəvi təsirləri bu proteinoidlərin belə yaşamasına imkan vermədən parçalanmalarına səbəb olacaqdı. Amin turşularının ultrabənövşəyi şüaların çata bilmədiyi suyun altında mövcud olmaları isə Le Şatelye prinsipinə görə mümkün deyil. Bu faktlar nöqteyi-nəzərindən alimlər arasında proteinoidlərin həyatın başlanğıcını əmələ gətirən molekullar olduğu fikri getdikcə təsirini itirdi.
52. Alaeddin Şenel, "Evrim Aldatmacası mı, Devrin Aldatmacası mı?", Bilim ve Ütopya Dergisi, Aralık 1998,
53. Alexander I. Oparin, Origin of Life, (1936) NewYork, Dover Publications, 1953 (Reprint), s. 132-133
54. Stephen C.Meyer, The Intercollegiate Review 31, No:2 (Spring 1996)
55. W. R. Bird, The Origin of Species Revisited, Nashville, Thomas Nelson Co., 1991, s. 305
56. Ali Demirsoy, Kalıtım ve Evrim, Ankara Meteksan Yayınları, 1984, s. 94
57. Michael Behe, Darwin'in Kara Kutusu, Aksoy Yayıncılık, Haziran 1998, s.97; Russel Doolittle, "Kanın Pıhtılaşmasının Karşılaştırmayı Biyokimyası" (1961), Trombosis and Heamostatis
58. W. R. Bird, The Origin of Species Revisited, Nashville, Thomas Nelson Co., 1991, s. 304
59.Hoimar Von Ditfurth, Dinozorların Sessiz Gecesi 1, Alan Yayıncılık, Kasım 1996, İstanbul, Çev: Veysel Atayman, s.122
60.Hoimar Von Ditfurth, Dinozorların Sessiz Gecesi 1, s.123
61.Hoimar Von Ditfurth, Dinozorların Sessiz Gecesi 1, s.126
62.SBS Vital Topics, David B. Loughran, Nisan 1996, Stewarton Bible School, Stewarton, Scotland, URL:http://www.rmplc.co.uk/eduweb/sites/sbs777/vital/evolutio.html
63.Alexander I. Oparin, Origin of Life, (1936) NewYork, Dover Publications, 1953 (Reprint), s.196.
64.R.Shapiro, Origins (New York: Summit Books,1986) s. 99
65.K.Dose, "The Origin of Life: More Questions than Answers", Interdisciplinary Science Reviews 13 (1988):348
66.Mere Creation, Edited By William A. Dembski, Intervarsity Press, Illinois, 1998, s. 116, 119
67.Stephen C.Meyer, The Origin of Life and the Death of The Metarialism, Reprinted from the Intercollegiate Review 31,no.2, (spring 1996)
68."New Evidence on Evolution of Early Atmosphere & Life", Bulletin of the American Meteorological Society, cilt 63, Kasım 1982, s.1328-1330
69.Richard B.Bliss & Gary. E.Parker, Origin of Life, California, 1979, s.14
70.Earth, "Life's Crucible", Şubat 1998, s. 34.
71.National Geographic, "The Rise of Life on Earth", Mart 1998, s. 68
72.W. R. Bird, The Origin of Species Revisited, Nashville: Thomas Nelson Co., 1991, s. 325
73.Kimyacı Richard E. Dickinson bunun nedenini ?öyle açıklar: "Eğer protein ve nükleik asit polimerleri öncül monomerlerden oluşacaksa polimer zincirine her bir monomer bağlandığında bir molekül su atılması şarttır. Bu durumda suyun varlığının polimer oluşturmanın aksine ortamdaki polimerleri parçalama yönünde etkili olması gerçeği karşısında, sulu bir ortamda polimerleşmenin nasıl yürüyebildiğini tahmin etmek güçtür." (Richard Dickerson, "Chemical Evolution", Scientific American, Cilt 239:3, 1978, s. 74.)
74.Richard B. Bliss & Gary E. Parker, Origin of Life, California: 1979, s. 25
75.Richard B. Bliss & Gary E. Parker, Origin of Life, California: 1979, s. 25
76.S. W. Fox, K. Harada, G. Kramptiz, G. Mueller, "Chemical Origin of Cells", Chemical Engineering News, 22 Haziran 1970, s. 80