Nəticə

Bundan əvvəl bildirdiyimiz kimi, bu kitabın yazılış məqsədi elmə məlum olan biologiya, biokimya və ya genetika mövzularıyla bağlı kitablardan çox fərqlidir. Bu kitabda biologiyadan fizikaya, anatomiyadan asrtonomiyaya qədər bütün elmlərdən üstün bir biliyə, ağıla sahib olan, bütün elmlərin mövzusunu təşkil edən varlıqları, sistemləri, canlıları, ahəngi ayrılıqda yaradan Allahın üstün gücünün, ağlının, yaratdıqlarındakı bənzərsizliyin və elmin insanlara göstərilməsi hədəf seçilmişdir.

Hal-hazırda dünyada yüz minlərlə elm xadimlərinin zülal mövzusunda ixtisaslaşmaqda olduğunu, gecə-gündüz fasiləsiz olaraq zülalları tədqiq etdiyini və nəticədə, zülallar haqqında cildlərlə ensiklopediyalara yerləşəcək qədər məlumata sahib olduqlarını unutmamalıyıq. Lakin bütün bu məlumatlar onların bəzilərinin səhvlərdən, uydurmalardan xilas edə bilmir. Zülalın nə qədər mürəkkəb və qüsursuz bir quruluşda olduğunu bilmələrinə baxmayaraq, sözügedən alimlər minlərlə atomun təsadüfən ən uyğun şərtlər daxilində birləşərək, məsələn, qanda oksigen daşımaq qərarına gəldiklərinə inanırlar.

Onların özləri belə ağlabatmaz iddialara inandıqları kimi, elm adından istifadə edərək öz arxalarında insanları da aparırlar. Bu kitabda yazılanlarla həm “təsadüf” uydurmasına inananlara həqiqətləri göstərmək, həm də Allahın yaradılışına inananların ətraflarındakılara yaradılış həqiqətini izah edə bilmələri üçün məlumatla təmin etmək hədəfi seçilmişdir.

21-ci əsr insanların yaradılış həqiqətini anlayacağı, uydurmalardan ələnib üzə çıxacağı bir əsr olacaq. Bu səbəbdən də səmimi qəlbdən iman edənlərin üzərinə düşən əsas iş vəzifələrini lazımınca yerinə yetirmələri və ən ağıllı üsullarla, ağıl və şüurla və ən vacibi Quranda qeyd edilən həqiqətlərlə insanları aşağıdakı ayədə verilən sual haqqında düşünməyə dəvət etmələridir.

“Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir?
O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi.
Səni istədiyi şəklə saldı”.
(İnfitar surəsi, 6-8)

“... Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur!
Həqiqətən, Sən Bilənsən, Müdriksən!”
(Bəqərə surəsi, 32)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Ön söz
  • Giriş: Həyatin Əmələ Gəlməsinin Gerçək Mənşəyi
  • Cansiz Atomlari Zülallara Çevirən Qüsursuz Tərtibat
  • Hüceyrədəki Bənzərsiz İstehsal: Zülal Sintezi
  • Orqanizmin Yorulmayan Mexanizmləri: Zülallar
  • Təkamül Nəzəriyyəsinin Ən Çixilmaz Məqami: Zülallar Necə Əmələ Gəlib?
  • Nəticə
  • Təkamül Yalani