Ətrafını ağıl və vicdan yoluyla izləyən adam kainatdakı canlı-cansız hər şeyin yaradılmış olduğunun fərqinə varar. Yaxşı bütün bunlar kim tərəfindən yaradılmışdır?

 

 Açıqdır ki, kainatın hər nöqtəsində özünü müəyyən edən “yaradılmışlıq”, kainatın özünün bir məhsulu ola bilməz. Məsələn bir böcək öz-özünü var etməmişdir. Günəş sistemi, bitkilər, insanlar, bakteriyalar, qırmızı qan hüceyrələri, kəpənəklər öz-özlərini yaratmamışlar. Bütün bunların “təsadüfən” meydana gəlmələri kimi bir ehtimal da, kitabın əvvəlki səhifələrində araşdırdığımız kimi, mümkün deyil.

 

Bu səbəbdən bu nəticəyə vara bilərik: Gözümüzlə gördüyümüz hər şey yaradılmışdır... Ancaq gözümüzlə gördüyümüz şeylərin heç biri “Yaradıcı” deyil. O halda, Yaradıcı, gözümüzlə gördüyümüz hər şeydən başqa, üstün bir varlıqdır. Özü görünməyən, lakin yaratdığı hər şeydə Özünün varlığını və xüsusiyyətlərini göstərdiyi üstün bir gücdür.

 

Bax Allahın varlığını tanımayanların sapdığı nöqtə də buradadır. Bu kəslər özlərini, Allahı gözləriylə görmədikləri müddətcə, Onun varlığına iman etməməyə şərtləndirmişlər. Ancaq bu vəziyyətdə, kainatın hər yerində açıq-aşkar görünən “yaradılmışlıq” həqiqətini gizləmək, kainatın və canlıların yaradılmamış olduğunu iddia etmək məcburiyyətində qalarlar. Bunu etmək üçün yalanlara müraciət edərlər. Təkamül nəzəriyyəsi və materialist fəlsəfə bu mövzuda müraciət edilən yalanların və nəticəsiz çırpınışların ən çox diqqətə çarpan iki nümunəsidir.

 

İnkar edənlərin təməl yanılması, əslində Allahın varlığını inkar etməyən, ancaq əyri bir Allah inancına sahib olan bir çox adam tərəfindən də paylaşılır. Cəmiyyətin əksəriyyətini meydana gətirən bu kəslər, yaradılışı rədd etməzlər, ancaq Allahın “harada” olduğuna dair maraqlı batil inancları vardır: Çoxu, Allahın “göydə” olduğunu sanar. Şüuraltındakı düşüncəyə görə, Allah çox uzaqlardakı bir planetin arxasındadır və çox nadir olaraq “dünya işlərinə” müdaxilə edər. Ya da heç etməz; kainatı yaratmış və buraxmışdır, insanlar öz talelərini özləri yazarlar...

 

Kimiləri də Quranın Allahın “hər yerdə” olduğuna dair xəbərini eşitmişlər, lakin bunun mənasını tam olaraq həll edə bilməzlər. Şüuraltındakı batil düşüncə; Allahın radio dalğaları ya da görünməz, hiss edilməz bir qaz kimi, maddələri bürüdüyü şəklindədir.

 

Halbuki bu düşüncə və başdan bəri saydığımız, Allahın “harada” olduğunu heç cür həll edə bilməyən (bəlkə də buna görə Onu inkar edən) düşüncələr, ortaq bir səhvə söykənməkdədirlər: Heç bir təməli olmayan bir ön fikri mənimsəməkdə, ondan sonra da Allah ilə əlaqədar olaraq zənlərə qapılmaqdadırlar. 

 

Nədir bu ön mühakimə?

 

Bu ön mühakimə maddənin varlığı və xüsusiyyəti ilə əlaqədardır. Maddənin var olduğu mövzusunda elə şərtlənmişik ki, görəsən həqiqətən vardırmı, yoxsa yalnız bir kölgə varlıqdırmı deyə, heç düşünməmişik. Halbuki müasir elm, bu ön fikri də yıxaraq, çox əhəmiyyətli və təsir edici bir həqiqəti ortaya qoymaqdadır. İrəliləyən səhifələrdə Quranda da işarə edilən bu böyük həqiqəti şərh etməyə çalışacağıq.

 

 

Elektrik Siqnallarından İbarət Olan Kainat

 

Yaşadığımız dünya ilə əlaqədar bütün məlumatlarımız bizə beş duyğumuz vasitəsi ilə gəlir. Yəni biz gözümüzün gördüyü, əlimizin toxunduğu, burnumuzun iylədiyi, dilimizin daddığı, qulağımızın eşitdiyi bir dünyanı tanıyırıq. Anadan olandan etibarən bu duyğulara bağlı olduğumuz üçün “xarici dünya”nın, duyğularımızın bizə tanıtdığından fərqli ola biləcəyini heç düşünməmişik. 

 

Halbuki, bu gün bir çox elm sahəsində edilən araşdırmalar son dərəcə fərqli bir anlayışı özü ilə gətirmiş, hisslərimiz və qəbul etdiyimiz dünya ilə əlaqədar ciddi şübhələrin meydana gəlməsinə səbəb olmuşdur.

 

Bu yeni anlayışın çıxış nöqtəsi isə budur: Bizim “xarici dünya” hesab etdiklərimiz, yalnız elektrik siqnallarının beyində yaratdığı təsirlərdir. Almanın qırmızılığı, taxtanın sərtliyi, bundan əlavə ananız, atanız, ailəniz, sahibi olduğunuz bütün mallar, eviniz, işiniz və bu kitabın sətirləri yalnız və yalnız beyninizdəki elektrik siqnallarından ibarətdir.

 

Frederick Vester elmin bu mövzuda çatdığı nöqtəni belə ifadə edir:

 

Bəzi mütəfəkkirlərin, insan bir xəyaldır, əslində bütün yaşananlar keçici və aldatıcıdır, bu kainat bir kölgədir şəklindəki sözləri indiki vaxtda elmi olaraq sübut edilirmiş kimidir.14

 

Məşhur filosof Corc Berkelenin, bu təəccübləndirici həqiqət ilə əlaqədar şərhi isə belədir:

 

Özlərini gördüyümüz və toxunduğumuz üçün, bizə hisslərimizi verdikləri üçün obyektlərin varlığına inanırıq. Halbuki hisslərimiz yalnız zehinimizdə var olan fikirlərdir. Bu halda hisslər vasitəsilə çatdığımız obyektlər fikirlərdən başqa bir şey deyildirlər və bu fikirlər, zəruri olaraq zehinimizdən başqa yerdə olmazlar… Bütün bunlar madam ki, yalnız zehində var olan şeylərdir, elə isə kainatı və əşyaları zehinin xaricində varlıqlar olaraq xəyal etdiyimizdə, yanılmaların içinə düşmüş olarıq deməkdir… Elə isə bizi əhatə edən şeylərin heç birinin bizim zehinimizin xaricində bir varlığı yoxdur.15

 

Mövzunu tam olaraq açıqlamaq üçün əvvəlcə, xarici dünya haqqında bizə məlumat verən duyğularımızdan danışaq.

 

 

Necə Görürük, Eşidirik, Dadırıq?

 

Görmə əməliyyatı çox mərhələli bir şəkildə reallaşar. Görmə əsnasında, hər hansı bir cisimdən gələn işıq dəstələri (fotonlar), gözün önündəki linzanın içindən sınaraq keçər və gözün arxa tərəfindəki retinaya tərs olaraq düşərlər. Buradakı hüceyrələr tərəfindən elektrik siqnalına çevrilən görmə xəbərdarlıqları(siqnalları), sinirlər vasitəsi ilə, beynin arxa qisimindəki görmə mərkəzi adı verilən kiçik bir bölgəyə çatarlar. Bu elektrik siqnalı bir silsilə əməliyyatdan keçdikdən sonra beyindəki bu mərkəzdə görünüş hesab edilir. Yəni görmə hadisəsi, əslində beynin arxasındakı kiçik, işığın heç bir şəkildə girə bilmədiyi, qapqaranlıq bir bölgədə baş verir.

 

İndi ümumiyyətlə hər kəs tərəfindən bilinən bu məlumat üzərində bir dəfə daha diqqətlicə düşünək: Biz, “görürəm” deyərkən, əslində gözümüzə gələn xəbərdarlıqların elektrik siqnalına çevrilərək beynimizdə meydana gətirdiyi “təsir”i görərik. Yəni “görürəm” deyərkən, əslində beynimizdəki elektrik siqnallarını seyr edərik.

 

Həyatımız boyunca gördüyümüz hər görünüş bir neçə sm3-luq görmə mərkəzində meydana gələr. Oxuduğunuz bu sətirlər də, üfüqə baxdığınızda gördüyünüz ucsuz-bucaqsız mənzərə də, bu kiçik yerdə meydana gəlməkdədir. Bu vaxt gözdən qaçırılmaması lazım olan bir nöqtə daha vardır. Az əvvəl ifadə etdiyimiz kimi, kəllə sümüyü işığı içəri keçirməz, yəni beynin içi qapqaranlıqdır. Bu səbəbdən beynin işığın özüylə qarşılaşması əsla mümkün deyil.

 

Buradakı maraqlı vəziyyəti bir misalla açıqlayaq. Qarşımızda bir şam olduğunu düşünək. Bu şamın qarşısına keçib onu uzun müddət izləyə bilərik. Amma bu müddət boyunca beynimiz, şama aid işığın əsli ilə heç bir zaman qarşılaşmaz. Şamın işığını gördüyümüz anda belə başımızın və beynimizin içi qapqaranlıqdır. Qapqaranlıq beynimizin içində, işıqlıq, par-par və rəngli bir dünyanı seyr edirik. 

 

 R. L. Gregory, görmə hadisəsindəki möcüzəvi vəziyyəti belə ifadə etməkdədir:

 

Görmə hadisəsinə o qədər alışmışıq ki, həll edilməsi lazım olan suallar olduğunun fərqinə varmaq böyük bir təxəyyül tələb edir. Lakin bunu diqqətə alın. Gözlərimizə kiçik kəlləmayallaq olmuş görüntülər verilir və biz ətrafımızda bunları möhkəm obyektlər olaraq görürük. Retinaların üzərindəki xəbərdarlıqların nəticəsində obyektlər dünyasını qəbul edirik və bu bir möcüzədən fərqsizdir əslində.16

 

Eyni vəziyyət digər hisslər üçün də etibarlıdır. Səs, toxunma, dad və qoxu, bir elektrik siqnalı olaraq beyinə çatar və buradakı əlaqədar mərkəzlərdə qəbul edilərlər.

 

Eşitmə də bənzər şəkildə reallaşar: Xarici qulaq, ətrafdakı səs dalğalarını qulaq seyvanı vasitəsiylə yığıb orta qulağa çatdırar; orta qulaq götürdüyü səs titrəşmələrini gücləndirərək daxili qulağa ötürər; daxili qulaq da bu titrəşmələri elektrik siqnallarına çevirərək beyinə göndərər. Eyni ilə görmədə olduğu kimi eşitmə əməliyyatı da beyindəki eşitmə mərkəzində reallaşar. Kəllə sümüyü işığı keçirmədiyi kimi səsi də keçirməz. Bu səbəbdən bir insanın eşitdiyi səslər nə qədər güclü və gurultulu da olsa beynin içi tamamilə səssizdir.

 

Buna baxmayaraq ən dəqiq səslər beyində dərk edilir. Elə bir dəqiqlikdir ki bu; sağlam bir insan qulağı heç bir cızıltı, heç bir xışıltı olmadan hər şeyi eşidər. Səs keçirməyən beyninizdə bir orkestranın simfoniyalarını dinləyirsiniz, izdihamlı bir mühitin bütün səs-küyünü eşidirsiniz, bir yarpağın xışırtısından reaktiv təyyarələrinin səs-küyünə qədər geniş bir tezlik aralığındakı bütün səsləri qəbul edə bilirsiniz. Amma, o anda həssas bir cihazla beyninizin içindəki səs səviyyəsi ölçülsə burada dərin bir səssizliyin hakim olduğu görüləcək.

 

Qoxu hissimizin meydana gəlməsi də buna bənzərdir: Vanil qoxusu, gül qoxusu kimi uçucu molekullar, burnun epitelyum deyilən bölgəsindəki titrək tüklərdə olan reseptorlara gəlirlər və bu reseptorlarda qarşılıqlı reaksiyaya girərlər. Bu qarşılıqlı təsir beynimizə elektrik siqnalı olaraq çatdırılar və qoxu hesab edilər. Nəticədə bizim gözəl ya da çirkin deyə adlandırdığımız qoxuların hamısı uçucu molekulların qarşılıqlı təsirlərinin elektrik siqnalına çevrildikdən sonra, beyində şərh olunma formasından başqa bir şey deyil. 

 

Bir ətiri, bir çiçəyi, sevdiyiniz bir yeməyi, dəniz qoxusunu, xoşunuza gələn ya da gəlməyən hər cür qoxunu beyninizdə hiss edirsiniz. Lakin qoxu molekulları beyinə heç bir zaman çata bilməzlər. Səs və görünüşdə olduğu kimi beyninizə çatan yalnız elektrik siqnallarıdır. Nəticə olaraq, doğulduğunuz andan etibarən çöldəki obyektlərə aid olaraq bildiyiniz qoxular duyğu orqanlarınız vasitəsi ilə hiss etdiyiniz elektrik siqnallarıdır. 

 

Bənzər şəkildə, insan dilinin ön tərəfində də dörd fərqli tip kimyəvi qəbul edici vardır. Bunlar duzlu, şirin, turş və acı dadlarına qarşılıqlıdır. Dad alıcılarımız bir silsilə kimyəvi əməliyyatdan sonra bu hissləri elektrik siqnallarına çevirər və beyinə çatdırarlar. Bu siqnallar da beyin tərəfindən dad hesab edilərlər. Bir şokoladı ya da sevdiyiniz bir meyvəni yediyinizdə aldığınız dad, elektrik siqnallarının beyin tərəfindən şərh olunmasıdır. Çöldəki obyektə isə əsla çata bilməzsiniz; şokoladın özünü görə bilməz, iyləyə bilməz və dada bilməzsiniz. Məsələn, beyninizə gedən dad alma sinirləri kəsilsə, o an yediyiniz hər hansı bir şeyin dadının beyninizə çatması mümkün olmaz; dad alma duyğunuzu tamamilə itirərsiniz.

 

Bu nöqtədə qarşımıza bir həqiqət daha çıxır: Bir yeməyi daddığımızda bir başqasının o yeməkdən aldığı dadın və ya bir səsi eşitdiyimizdə başqa birinin eşitdiyi səsin bizim qəbul etdiklərimiz ilə eyni olduğundan əmin olmamız mümkün deyil. Bu həqiqətlə əlaqədar Lincoln Barnett belə deməkdədir:

 

Heç kim özünün qırmızını ya da “Do” notasını duymağının başqa bir insanınkı ilə eyni olub olmadığını bilə bilməz.17

 

Toxunma duyğumuza gəldikdə də, dəyişən bir şey olmadığını görərik. Bir cismə toxunduğumuzda xarici dünyanı və obyektləri tanımamıza köməkçi olacaq məlumatlar, dəridəki duyğu sinirləri vasitəsilə beyinə çatdırılarlar. Toxunma hissi beynimizdə meydana gələr. Zənn edildiyi kimi toxunma hissini qəbul etdiyimiz yer barmaq uclarımız ya da dərimiz deyil, yenə beynimizdəki toxunma mərkəzidir.

 

Bizlər obyektlərdən gələn elektrik xəbərdarlıqlarının beynimizdə qiymətləndirilməsi nəticəsində sərtlik ya da yumşaqlıq, istilik ya da soyuqluq kimi obyektləri təyin edən fərqli-fərqli hisslər duyarıq. Hətta bir cisimi tanımağa yarayan hər cür detalı bu xəbərdarlıqlar nəticəsində əldə edərik. Bu əhəmiyyətli həqiqətlə əlaqədar olaraq B. Russel və L. Wittgeinstein kimi məşhur filosofların düşüncələri belədir:

 

… Bir limonun həqiqətən var olub olmadığı və hansı bir dövrlə var olduğu soruşula bilməz və araşdırıla bilməz. Limon, yalnız dillə aydın olan dad, burunla duyulan qoxu, gözlə görülən rəng və formadan ibarətdir və tək bu xüsusiyyətləri elmi bir araşdırmanın və mühakimənin mövzusu ola bilər. Elm, obyektiv dünyanı əsla bilə bilməz.18

 

Yəni maddi dünyaya çatmamız qeyri-mümkündür. Qarşılıqlı əlaqədə olduğumuz bütün obyektlər, əslində görmə, eşitmə, toxunma kimi hisslərin cəmindən ibarətdir. Qəbul mərkəzlərindəki məlumatları qiymətləndirən beynimiz, həyatımız boyunca maddənin bizim xaricimizdəki “əsli” ilə deyil, beynimizdəki surətləri ilə qarşılıqlı əlaqədə olur. Biz isə bu surətləri xaricimizdəki həqiqət maddə zənn edərək yanılırıq.

 

 

Beynimizin İçində Meydana Gələn “Xarici Dünya”

 

Bura qədər izah etdiyimiz fiziki həqiqətlər bizi mübahisə edilməz bir nəticəyə çatdırar: Bizim gördüyümüz, toxunduğumuz, eşitdiyimiz və adına “maddə”, “dünya” ya da “kainat” dediyimiz anlayışlar, yalnız və yalnız beynimizdə yaranan elektrik siqnallarıdır.

 

Məsələn, meyvə yeyən biri, əslində meyvənin beynində əmələ gələn surəti ilə əlaqədədir, əsli ilə deyil. Adamın “meyvə” deyə xarakterizə etdiyi şey, meyvənin forması, dadı, qoxusu və sərtliyinə aid elektrik halında olan məlumatın beyində qəbul edilib şərh edilməsindən ibarətdir. Əgər beyinə gedən görmə sinirini kəssəniz, meyvə görünüşü də bir anda yox olar. Və ya burundakı qəbul edicilərdən beyinə uzanan sinirdəki bir qopuqluq, qoxu qəbulunuzu tamamilə ortadan qaldırar. Çünki meyvə, bəzi elektrik siqnallarını beynin şərh etməsindən başqa bir şey deyil.

 

Üzərində düşünülməsi lazım olan ayrı bir nöqtə də uzaqlıq hissidir. Uzaqlıq, məsələn bu kitabla aranızdakı məsafə, yalnız beyninizdə meydana gələn bir boşluq hissidir. Bir insanın özündən çox uzaqda sandığı maddələr də əslində beyninin içindədir. Məsələn insan göyə baxıb ulduzları seyr edər və bunların milyonlarla işıq ili uzaqda olduqlarını sanar. Halbuki ulduzlar onun içində, beynindəki görünüş mərkəzindədirlər. Bu yazıları oxuyarkən içində oturduğunuzu sandığınız otağın da əslində içində deyilsiniz; əksinə otaq sizin içinizdədir. Bədəninizi görməniz, sizi otağının içində olduğunuza inandırar. Ancaq bunu unutmayın; bədəniniz də beyninizdə əmələ gələn bir görüntüdür. 

 

Digər bütün hissləriniz üçün də eyni vəziyyət etibarlıdır. Məsələn, siz yan otaqdakı televiziyanın səsini eşitdiyinizi sanarkən əslində beyninizin içindəki səslə həmsöhbətsiniz. Nə yanda bir otaq olduğunu, nə də o otaqdakı bir televiziyadan səs gəldiyini isbat etməniz mümkün deyil. Metrlərcə uzaqdan gəldiyini sandığınız səs də, dərhal yanınızdakı adamın danışması da əslində beyninizdəki bir neçə sm3-luq eşitmə mərkəzində qəbul edilməkdədir. Bu qəbul mərkəzinin xaricində sağ, sol, ön, arxa kimi bir anlayış yoxdur. Yəni səs sağdan, soldan və ya havadan sizə çatmaz; səsin gəldiyi bir istiqamət yoxdur. 

 

Qəbul etdiyiniz qoxular da belədir; heç biri uzaq bir məsafədən sizə çatmaz. Qoxu alma mərkəzinizdə əmələ gələn təsirləri, çöldəki maddələrin qoxusu zənn edərsiniz. Halbuki bir gülün görünüşü necə ki, görmə mərkəzinizin içindədirsə, o gülün qoxusu da eyni şəkildə qoxu hiss etmə mərkəzinizin içindədir; çöldə nə gül vardır, nə də ona aid bir qoxu...

 

Çünki hisslərimizin bizə tanıtdığı “xarici dünya”, eyni anda beynimizə çatan “elektrik siqnallarının bütünü”ndən başqa bir şey deyil. Beynimiz həyatımız boyunca bu siqnalları qiymətləndirər. Biz də bunları maddənin “çöldəki” əsli sanaraq yanıldığımızın fərqində olmadan bir ömür sürərik. Yanılarıq, çünki hisslərimizlə maddənin özünə əsla çata bilmərik. 

 

“Xarici dünya” sandığımız siqnalları şərh edib mənalı hala gətirən də, yenə bizim beynimizdir. Məsələn, eşitmə qəbulunu ələ alaq. Qulağımızın içinə gələn səs dalğalarının şərhini edərək onu bir simfoniyaya çevirən əslində beynimizdir. Yəni musiqi, beynimizin meydana gətirdiyi bir duyğudur. Rəngləri görərkən də əslində gözümüzə çatan yalnız işığın fərqli dalğa boylarıdır. Bu fərqli dalğa boylarını rənglərə çevirən yenə beynimizdir. “Xarici dünyada” rəng yoxdur. Nə alma qırmızı, nə səma mavi, nə də ağaclar yaşıldır. Onlar, yalnız elə qəbul etdiyimiz üçün elədirlər. “Xarici dünya”, tamamilə qəbul edənə bağlıdır.

 

Necə ki, gözdəki retinada əmələ gələn kiçik bir pozuqluq rəng korluğuna səbəb olar. Kimi insan mavini yaşıl, kimisi qırmızını mavi, kimisi də rəngləri bozun müxtəlif tonları şəklində görər(duyar). Bu nöqtədən sonra çöldəki obyektin rəngli olub olmaması əhəmiyyətli deyil.

 

Məşhur fikir adamı Berkeley də bu həqiqətə bu sözləriylə diqqət çəkməkdədir:

 

İlkin olaraq rənglərin, qoxuların və s. “həqiqətən var olduğu” sanıldı; amma daha sonra, bu növ görüşlər rədd edildi və görüldü ki, bunlar duyğularımız sayəsində vardır.19

 

Nəticə olaraq; biz obyektləri onlar rəngli olduğuna, ya da çöldə maddi bir varlığa sahib olduqlarına görə rəngli görmərik. Çünki, varlıqlara yüklədiyimiz bütün xüsusiyyətlər, “xarici dünyada” deyil, içimizdədir.

 

Yaxşı o zaman “xarici dünya”da qalan nə olar?...

 

 

“Xarici Dünya”nın Varlığı Şərtdirmi?

 

İndiyə qədər həmişə bir “xarici dünya”dan, bir də bizim gördüyümüz və beynimizdə yaranan hisslər dünyasından danışdıq. Amma “xarici dünya”ya heç bir zaman çata bilmədiyimizə görə, bu dünyanın həqiqətən var olduğunu necə bilə bilərik?

 

Əlbəttə ki, bilmərik. Əksinə, hər obyekt yalnız hisslərin bir cəmi olduğuna, hisslər də tək zehində var olduqlarına görə, bizim üçün var olan tək dünya yalnız hisslər dünyasıdır. Tanıdığımız tək dünya, zehinimizin içində olan, orada çəkilən, səsləndirilən və rəngləndirilən, qısacası zehinimizdə meydana gələn bir dünyadır və bizim varlığından əmin ola biləcəyimiz tək dünya da budur.

 

Beynimizdə seyr etdiyimiz hisslərin maddi qarşılıqları olduğunu isə əsla isbat edə bilmərik. Bu hisslər çox yaxşı “süni” bir qaynaqdan da gələ bilərlər.

 

Bunu belə bir örnəklə zehinimizdə canlandıra bilərik: 

 

Əvvəl, beyninizi bədəninizin xaricinə çıxarıb, şüşə bir qabın içində süni olaraq yaşatdığımızı düşünək. Bir də bunun yanına, hər cür elektrik siqnalının çıxarıla bildiyi bir kompüter yerləşdirək. Sonra, hər hansı bir mühitə aid görünüş, səs, qoxu kimi məlumatların elektrik siqnallarını süni olaraq bu kompüterdə çıxaraq və yazaq. Bu kompüteri elektrik kabelləri ilə beyninizdəki qəbul mərkəzlərinə bağlayaq və burada qeydli olan siqnalları beyninizə göndərək. Bu siqnalları qəbul etdikcə beyniniz (bir başqa deyimlə “siz”), bunların qarşılığı olan mühiti görəcək və yaşayacaq. 

 

Bu kompüterdən beyninizə, öz görünüşünüzə aid elektrik siqnalları da göndərə bilərik. Məsələn, bir masada oturarkən qəbul etdiyiniz bütün görmə, eşitmə, toxunma kimi duyğuların elektrik şəklindəki qarşılıqlarını beyninizə göndərdiyimizdə, beyniniz özünü bürosunda oturmaqda olan bir iş adamı sanacaq. Kompüterdən gələn məlumatlar davam etdikcə də bu xəyali dünya davam edəcək. Yalnız bir beyindən ibarət olduğunu isə heç bir şəkildə anlaya bilməyəcək. Çünki beynin içində bir dünya meydana gəlməsi üçün beyindəki əlaqədar mərkəzlərə lazımlı məlumatların çatması kifayətdir. Bu xəbərdarlıqlar süni bir qaynaqdan, məsələn bir qeyd cihazından ya da daha fərqli bir qəbul qaynağından gələ bilər.

 

Məşhur elm fəlsəfəçisi Bertrand Russell bu mövzuda bunları söyləyir:

 

… Barmaqlarımızla masaya vurduğumuz zamanki toxunma duyğusuna gəlincə, bu barmaq uclarındakı elektron və protonlar üzərində bir elektrik təsiridir. Müasir fizikaya görə, bu masadakı elektron və protonların yaxınlığından meydana gəlmişdir. Əgər barmaq uclarımızdakı eyni təsir, bir başqa yolla ortaya çıxmış olsaydı, heç masa olmamasına baxmayaraq eyni şeyi hiss edəcəkdik.20

 

Görüldüyü kimi maddi qarşılıqları olmayan hissləri həqiqət sanaraq aldanmamız çox asandır. Necə ki bu həqiqəti yuxularımızda tez-tez yaşayarıq. Yuxuda tamamilə həqiqət kimi dayanan hadisələr yaşayar, insanlar, obyektlər, mühitlər görərik. Amma hamısı bir qəbuldan başqa bir şey deyil. Yuxu ilə “həqiqət dünya” arasında isə təməl bir fərq yoxdur; hər ikisi də zehində yaşanar.

 

 

Hiss Edən Kimdir?

 

Bura qədər aydın olacağı kimi, içində yaşadığımızı sandığımız və “xarici dünya” adını verdiyimiz maddi dünyanın əslində beynimizdə meydana gəldiyinə şübhə yoxdur. Amma əsl əhəmiyyətli sual burada ortaya çıxır: Bildiyimiz bütün maddi varlıqlar əslində bir duyğu isə, o halda beynimiz nədir? Beynimiz də qolumuz, qıçımız ya da başqa hər hansı bir obyekt kimi maddi dünyanın bir parçası olduğuna görə, o da digər maddələr kimi bir duyğu olmalıdır.

 

Yuxu ilə əlaqədar bir nümunə mövzunu daha yaxşı açıqlayacaq. İndiyə qədər olan izahatımıza uyğun olaraq beynimizin içində bir yuxu seyr etdiyimizi düşünək. Yuxuda xəyali bir bədənimiz olacaq. Xəyali bir qolumuz, xəyali bir gövdəmiz, xəyali bir gözümüz və də xəyali bir beynimiz. Yuxu əsnasında bizə “harada görürsən?” kimi bir sual gəlsə verəcəyimiz cavab “beynimdə görürəm” olacaq. Amma ortada həqiqət bir beyin yoxdur. Yalnız xəyali bir bədən, xəyali bir kəllə və xəyali bir beyin vardır. Yuxunuzdakı görünüşü görən iradə isə, yuxudakı xəyali beyin deyil, ondan daha “kənarda” olan bir varlıqdır.

 

Yuxudakı mühitlə real həyat dediyimiz mühit arasında hər hansı bir fiziki fərq olmadığını bilirik. Elə isə, bizə real həyat dediyimiz mühitdə, “harada görürsən?” sualı soruşulduğunda da üstdəki nümunədəki kimi “beynimdə” cavabını vermənin bir mənası yoxdur. Hər iki vəziyyətdə də görən və duyan iradə, bir ət parçası xüsusiyyətindəki beyin deyil. 

 

Beyni analiz etdiyimizdə qarşımıza, digər canlı orqanlarda da olan zülal və yağ molekullarından daha fərqli bir vəsait çıxmaz. Yəni beyin dediyimiz ət parçasında, görünüşləri seyr edərək şərh edəcək, şüuru meydana gətirəcək, qısacası “mən” dediyimiz şeyi yarada biləcək bir şey yoxdur.

 

R. L. Gregory beynin içində görünüşün qəbul edilməsi ilə əlaqədar insanların düşdükləri bir yanılmanı belə dilə gətirməkdədir:

 

Gözlərin beyində şəkillər meydana gətirdiyini söyləməyə istiqamətli bir meyl söz mövzusudur, lakin bundan qaçınmaq lazımdır. Beyində bir şəkil meydana gəldiyi söylənsə bunu görməsi üçün içdə bir göz daha olması lazımdır -lakin bu gözün şəkilini görə bilmək üçün bir gözə daha ehtiyac olacaq,... və bu da sonsuz bir göz və şəkil olması mənasını verər. Bu mümkün ola bilməz.21

 

Maddədən başqa bir varlığı qəbul etməyən materialistlərin içindən çıxa bilmədikləri əsl nöqtə burasıdır: Görən, gördüyünü qəbul edən və reaksiya verən “içdəki göz” kimə aiddir?

 

Karl Pribram da elm və fəlsəfə dünyasında, beynin şərhini hiss edənin kim olduğu ilə əlaqədar bu əhəmiyyətli axtarışa diqqət çəkmişdir:

 

Yunanlılardan bəri, filosoflar “maşının içindəki xəyalət”, “kiçik insanın içindəki kiçik insan”, vs. üzərinə düşünüb dayanmışdırlar. Mən -beyni istifadə edən varlıq- haradadır? Əsl bilməyi reallaşdıran kimdir? Assisili Əziz Francisin də söyləmiş olduğu kimi: “Axtardığımız şey baxanın nə olduğudur.”22

 

İndi bunu düşünün: Əlinizdəki kitab, içində oturduğunuz otaq, qısaca önünüzdəki bütün görünüşlər beyninizin içində görülməkdədir. Yaxşı bu görünüşləri atomlarmı görür? Həm də kor, kar, şüursuz atomlar... Niyə atomların bir qisimi bu xüsusiyyətləri qazanmış da, digərləri qazana bilməmişdir?... Düşünməmiz, qavramamız, xatırlamamız, sevinməmiz, kədərlənməmiz, bütün bunlar bu atomların arasındakı kimyəvi reaksiyalardanmı ibarətdir?

 

Bu sualları diqqətlə düşündüyümüzdə, atomlarda iradə axtarışının bir mənasının olmadığını görərik. Açıqdır ki, görən, eşidən və hiss edən varlıq, maddə kənarında bir varlıqdır. Yaxşı bu görünüşləri beyninizin içində görən kimdir? Beyninizin içində, bir gözə ehtiyac duymadan bu kitabın görüntüsünü görən, gördüklərini anlayan, oxuduqlarından təsirlənən, bunlar üzərində düşünən kimdir? Beyinə çatan elektrik siqnallarını bir qulağa ehtiyac duymadan, bir dostunun səsi və ya ən sevdiyi mahnı olaraq dinləyən, dinlədiklərindən zövq alan kimdir?

 

Bax bu varlıq “ruh”dur.

 

“Maddi dünya” dediyimiz hisslər bütünü, bax bu ruh tərəfindən seyr edilən bir xəyaldır. Necə yuxumuzda sahib olduğumuz bədənimizin və yuxumuzda gördüyümüz maddi dünyanın bir həqiqəti yoxdursa, içində yaşadığımız kainatın və sahib olduğumuz bədənin də maddi bir həqiqətinin olub olmadığını əsla bilmərik.

 

Bizim maddə hesab etdiyimiz hər şey, yalnız ruhun gördüyü hisslərdən ibarətdir. Bu sətirləri yazan və oxuyan ağıllı varlıqlar, bir atom və molekul yığını -və bunların arasındakı kimyəvi reaksiyalar- deyil, bir “ruh”dur.

 

 

Həqiqi Mütləq Varlıq

 

Bütün bu həqiqətlər, bizi çox əhəmiyyətli bir sualla daha qarşı-qarşıya gətirir: Madam ki, maddi dünya olaraq tanıdığımız şey əslində ruhumuzun gördüyü hisslərdən ibarətdir, o halda bu hisslərin qaynağı nədir?...

 

Bu suala cavab verərkən diqqət yetirilməsi lazım olan həqiqət budur; maddənin öz başına müstəqil bir varlığı yoxdur. Maddə bir duyğu(hiss) olduğuna görə, “süni” bir şeydir. Yəni bu duyğunun bir başqa güc tərəfindən düzəldilməsi, daha açıq bir ifadəylə yaradılması lazımdır. Həm də davamlı olaraq. Bu, bir televiziya ekranında görünüşün davam edə bilməsi üçün, yayımın da sürəkli davam etməsi kimidir. 

 

Yaxşı bizim ruhumuza ulduzları, dünyanı, bitkiləri, insanları, bədənimizi və gördüyümüz digər hər şeyi davamlı olaraq seyr etdirən kimdir?

 

Çox açıqdır ki, içində yaşadığımız bütün maddi kainatı, yəni hisslər bütününü yaradan və davamlı yaratmağa davam edən üstün bir Yaradıcı vardır. Bu Yaradıcı sonsuz bir güc və elm sahibidir. 

 

O Yaradıcı aləmlərin Rəbbi olan Allahdır.

 

Göylərin və yerin, yəni kainatın sabit və qərarlı olmadığı, yalnız Allahın yaratmağıyla varlıq tapdıqları və O, yaratmağı dayandırdığında yox olacaqları bir ayədə belə ifadə edilir:

 

Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar (öz mehvərindən çıxmasınlar) deyə,(hər an) tutub saxlayır, Allahdan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, Allah həlim və bağışlayandır!(Bəndələrinə cəza verməkdə tələsməz, tövbə edənləri əfv edər). (Fatir surəsi, 41)

 

Daha əvvəl də ifadə etdiyimiz kimi, insanların çoxu, Allahın gücünü qavraya bilmədiklərindən, Onu göylərdə bir yerlərdə olan və dünya işlərinə müdaxilə etməyən bir varlıq olaraq düşünürlər. Bu məntiqin təməli, kainatın bir maddələr bütünü olduğu, Allahın isə bu maddələrin “xaricində” bir yerlərdə olduğu şəklindədir. 

 

Halbuki, indiyə qədər araşdırdığımız kimi, maddə bir duyğudan ibarətdir. Həqiqi mütləq varlıq isə Allahdır. Yəni var olan yalnız Allahdır, Ondan başqa hər şey Allahın yaratdığı görüntü varlıqlardır. Belə olduqda da, Allahın maddə birliyinin “xaricində” olması kimi bir şey söz mövzusu ola bilməz. Allah “hər yerdə”dir və hər yeri örtməkdədir. Bu həqiqət Quranda belə açıqlanar:

 

Allahdan başqa tanrı yoxdur. (Zatı və kəmal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi və əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər(onu yuxulama və mürgüləmə tutmaz). Göylərdə və yerdə nə varsa hamısı Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir (Onun üçün heç bir şey gizli deyil). Onlar (yaranmışlar) Allahın elmindən Onun özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca və ən böyük varlıq da Odur. (Bəqərə surəsi, 255)

 

Allahın məkandan münəzzəh olduğu və hər yeri ətraflı əhatə etdiyi həqiqəti bir başqa ayədə də belə ifadə edilməkdədir: 

 

Şərq də, Qərb də Allahındır: Hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah ordadır. Şübhəsiz ki, Allahın mərhəməti genişdir və o, hər şeyi biləndir! (Bəqərə surəsi, 115)

 

Maddi varlıqlar bir duyğu olduqlarına görə Allahı görə bilməzlər, amma Allah, öz yaratdığı maddəni hər şəkliylə görər. Quranda “Gözlər onu dərk etməz. O, gözləri dərk edər. O, lətifdir və hər şeydən xəbərdardır.” (Ənam surəsi, 103) deyilərək bu həqiqət xəbər verilməkdədir. 

 

Yəni biz Allahın varlığını gözlərimizlə duya bilmərik. Amma Allah bizim daxilimizi, xaricimizi, baxışlarımızı, düşüncələrimizi tam olaraq əhatə etmişdir. Ondan xəbərsiz biz tək bir söz belə söyləyə bilmərik, hətta tək bir nəfəs belə ala bilmərik. 

 

“Xarici dünya” sandığımız hissləri seyr edərkən, yəni həyatımıza davam edərkən də, bizə ən yaxın olan varlıq, hər hansı bir duyğu deyil, Allahın Özüdür. Quranda yerləşən “And olsun, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq” (Qaf surəsi, 16) ayəsinin sirri də bu əslində gizlidir. Bir insan öz bədəninin “maddə”dən meydana gəldiyini zənn etdiyində bu əhəmiyyətli həqiqəti qavraya bilməz. 

 

Çünki məsələn “özü” zənn etdiyi yer beynidirsə, çölü olaraq qəbul etdiyi yer özünə 20-30 sm kimi müəyyən bir uzaqlıqda olar. Amma maddə deyə bir şeyin var olmadığını, hər şeyin xəyal olduğunu qavradığında, artıq çölü, içərisi, uzaq, yaxın kimi anlayışlar mənasızlaşar. Allah onu ətraflı əhatə etmişdir və ona “sonsuz yaxın”dır.

 

Allah insanlara “sonsuz yaxın” olduğunu, “Bəndələrim məni səndən soruşduqda söylə ki, Mən onlara çox yaxınam...” (Bəqərə surəsi, 186) ayəsi ilə də bildirir Bir başqa ayədə keçən, “...Rəbbin (öz elmi və qüdrəti ilə) insanları ehtiva (ətraflı əhatə) etmişdir” (İsra surəsi, 60) ifadəsi də yenə eyni həqiqəti xəbər verər.

 

İnsan özünə ən yaxın olan varlığın yenə özü olduğunu sanaraq yanılar. Halbuki Allah bizə, özümüzdən belə daha yaxındır. “Can boğaza yetişdiyi (birinin ölümü gəlib çatdığı) zaman siz ona baxıb durursunuz (əlinizdən heç bir şey gəlmir). Biz ona sizdən daha yaxınıq amma siz (bunu) görmürsünüz!” ( Vaqiə surəsi, 83-85) ayəsiylə də bu həqiqətə diqqət çəkmişdir. Ancaq ayədə də bildirildiyi kimi insanlar gözləriylə görmədikləri üçün bu fövqəladə əslindən xəbərsiz yaşayırlar.

 

Başqa yandan, bir görüntüdən başqa bir şey olmayan insanın, Allahdan asılı olmayan bir güc və iradəyə sahib olması da mümkün deyil. Necə ki “ Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır” (Saffat surəsi, 96) ayəsi yaşadığımız bütün hadisələrin Allahın idarəsi altında reallaşdığını göstərir. Quranda bu həqiqət bildirilməkdə və “... atdığın zaman sən atmadın, Allah atdı...” (Ənfal surəsi, 17) ayəsiylə, hər bir hərəkətin Allahdan asılı olduğu vurğulanmaqdadır. 

 

İnsan kölgə varlıq olduğu üçün atma hərəkətini edən özü ola bilməz. Ancaq Allah bu kölgə varlığa özünün atdığı hissini verməkdədir. Əslində isə bütün hərəkətləri reallaşdıran Allahdır. Bu vəziyyətdə adamın etdiyi işləri özünə aid hərəkətlər olaraq qəbul etməsi, açıqca özünü aldatmasıdır.

 

Həqiqət budur. Bir insan bunu qəbul etmək istəməyə bilər, özünü Allahdan müstəqil bir varlıq sanmağa davam edə bilər, amma bu heç bir şeyi dəyişdirməz. 

 

 

Sahib olduğumuz Hər şey Əslində Xəyaldır...

 

Açıqca görüldüyü kimi, gördüyümüz görüntülərin maddi bir həqiqətə sahib olmadığı, Allahın davamlı ruhumuza göstərdiyi görüntülər bütünü olduğu elmi və məntiqi bir həqiqətdir. Nə var ki, insanlar ümumiyyətlə “xarici dünya” anlayışının içinə hər şeyi daxil etməzlər, ya da etmək istəməzlər. 

 

Bu mövzuda bir az səmimi və cəsur düşünəcək olsanız, evinizin, içindəki əşyalarınızın və ya antikvar əşyalarınızın, bağ evinizin, yeni aldığınız avtomobilinizin, ofisinizin, ləl-cəvahiratlarınızın, bankdakı hesabınızın, qarderobunuzun, yoldaşınızın, uşaqlarınızın, iş yoldaşlarınızın və sahib olduğunuz digər şeylərin də sizə göstərilən bu “xəyali xarici dünya”ya daxil olduğu həqiqətinin fərqinə vararsınız. 

 

Ətrafınızda gördüyünüz, eşitdiyiniz, iylədiyiniz qısacası beş duyğunuzla qəbul etdiyiniz hər şey bu “xəyali dünya”ya aiddir; ən sevdiyiniz sənətçinin səsi, oturduğunuz stulun sərtliyi, qoxusu xoşunuza gələn bir ətir, sizi istilədən günəş, rəngləriylə göz oxşayan bir çiçək, pəncərənizin xaricində uçan bir quş, dənizin üzərində sürətlə irəliləyən sürət mühərriki, bol məhsul verən bağçanız, işinizdə istifadə etdiyiniz kompüter ya da dünyadakı ən keyfiyyətli texnologiyaya sahib musiqi setiniz...

 

Həqiqət budur, çünki dünya yalnız insanı sınamaq üçün yaradılan bir görüntülər bütünüdür. İnsanlar qısa həyatları boyunca, əslinə heç bir zaman çata bilməyəcəkləri hisslərlə sınanarlar. Bu hisslər isə, xüsusilə bəzəkli və cazibədar göstərilər. Bu həqiqət, Quranda belə xəbər verilməkdədir:

 

Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir.Lakin bütün bunlar dünya həyatının zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır. (Ali-İmran surəsi, 14) 

 

İnsanların çoxu sahib olduqları ya da olmağa çalışdıqları malların, pulların, yığdıqları qızılların, gümüşlərin, dollarların, ləl-cəvahiratların, daşıdıqları hesab pulqabılarının, kredit kartlarının, istifadə etdikləri şkaflar dolusu paltarların, son model avtomobillərin, qısacası hər cür zənginliyin sehri ilə dinlərini bir kənara buraxar, axirəti unudar və yalnız dünyaya yönələrlər. 

 

“İşim var”, “ideallarım var”, “məsuliyyətlərim var”, “vaxtım məhduddur”, “yetişdirməm lazım olan işlər var”, “irəlidə edəcəyəm” deyərək, dünyanın “bəzəkli və cazibədar” üzünə aldanaraq namaz qılmaz, mallarını kasıblara verməz, axirətdə qazanc təmin edəcəkləri ibadətlərə yönəlməzlər. Əksinə yalnız dünyada qazanc təmin etməyə çalışaraq ömürlərini istehlak edərlər. “Onlar, dünya həyatının zahirini (xaricdə olanını) bilərlər, axirətdən isə xəbərsizdirlər” (Rum surəsi, 7) ayəsində tam olaraq bu yanılma təsvir edilir.

 

Kitabın bu hissəsində izah etdiyimiz həqiqət, yəni hər şeyin bir görünüş olduğu həqiqəti isə, bütün bu ehtirasları və bağlılıqları mənasızlaşdırması baxımından çox əhəmiyyətlidir. Çünki bu həqiqətin başa düşülməsi, insanların sahib olduqları və olmağa çalışdıqları hər şeyin, ehtirasla sahib olduqları mülklərinin, varlıqlarıyla öyündükləri uşaqlarının, özlərinə ən yaxın sandıqları yoldaşlarının, dostlarının, ən sevdikləri bədənlərinin, bir üstünlük olaraq gördükləri mövqelərinin, oxuduqları məktəblərin, keçirdikləri tətillərin bir xəyaldan ibarət olduğunu göstərməkdədir. Bu vəziyyətdə bunlar adına edilən ehtiraslar, keçirilən zamanlar, xərclənən səylər də boşunadır.

 

O halda bəzi insanlar sahib olduqları mal və mülkləriylə, “yaxtalarıyla, vertolyotlarıyla, fabrikləriylə, holdinqləriylə, köşkləriylə, əraziləriylə” sanki bunlar həqiqətən varmış kimi öyündükləri zaman kiçik düşməkdədirlər. Yaxtalarında “qürurlanaraq” gəzən zənginlər, yoldaşlarına avtomobilləriylə göstəriş edənlər, zənginliklərini hər fürsətdə dilə gətirənlər, mövqelərinin özlərini hər kəsdən üstün etdiyini zənn edənlər, bunlarla göstəriş etdiklərini sananlar, əslində bir xəyal ilə göstəriş etdiklərini anladıqlarında nə vəziyyətə düşəcəklərini bilməlidirlər.

 

Bunların bənzərlərini yuxularında da tez-tez görərlər. Yuxularında da evləri, çox sürətli avtomobilləri, son dərəcə qiymətli ləl-cəvahiratları, topa-topa dollarları, yığın-yığın qızıl və gümüşləri vardır. Yuxularında da yüksək bir mövqedə olarlar, minlərlə adamın işlədiyi fabrikləri olar, bir çox insana hökm edə biləcək bir gücləri olar, hər kəsin heyran qaldığı paltarlar geyərlər... Ancaq necə yuxuda sahib olduqları ilə öyünmək onları komik vəziyyətə salırsa, eyni şəkildə bu dünyada əlaqədə olduqları görüntü ilə öyünmək də buna ekvivalentdir. Yuxularında gördükləri də, bu dünyada əlaqədə olduqları da nəticədə zehinlərindəki bir görüntüdən ibarətdir. 

 

Bunun kimi dünyada yaşadıqları hadisələrə göstərdikləri reaksiyalar da, həqiqəti anladıqlarında insanları utandıracaq. Özünü itirmiş şəkildə döyüşənlər, qışqırıb çağıranlar, fırıldaqçılıq edənlər, rüşvət alanlar, saxtakarlıq edənlər, yalan danışanlar, xəsislik edənlər, insanları incidənlər, onları döyüb söyənlər, gözü dönmüş təcavüzkarlar, içləri vəzifə ehtirası ilə dolu olanlar, həsəd edənlər, göstəriş etməyə çalışanlar, özlərini ucaltmaq üçün çalışanlar və digərləri, bir xəyal içində bunları etdiklərini fərq etdiklərində rəzil olacaqlar. 

 

Bilinməlidir ki, “dünya” dediyimiz görüntüləri yaradan Allah olduğuna görə, bu dünyadakı bütün malın həqiqi sahibi də yalnız Allahdır. Necə ki bu həqiqət Quranda xüsusilə vurğulanar: 

 

Göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Allah hər şeyi (elmi və qüdrəti ilə) ehtiva etmişdir. (Nisa surəsi, 126)

 

Əsli xəyal olan ehtiraslar üçün dini bir kənara buraxmaq və bunun nəticəsində sonsuz həyatı itirmək isə, çox böyük bir ağılsızlıqdır. Bundan əlavə insana sonsuz itki gətirər.

 

Bu mövzuda bu nöqtə çox yaxşı başa düşülməlidir: Qarşı-qarşıya olduğumuz həqiqət, “bütün bu sahib olduğunuz və ehtirasında olduğumuz mallar, zənginliklər, uşaqlar, yoldaşlar, dostlar, vəzifələr irəlidə yox olacaq, ona görə bir mənası yoxdur” deməməkdədir. “Bu sahib olduqlarınızın heç biri bu anda onsuz da yoxdur, hamısı yalnız bir xəyaldan ibarət olan, Allahın sizi sınamaq üçün göstərdiyi bir görünüşdür, bunların çöldə əslləri varmı yoxmu bunu da bilə bilməzsiniz, varsa belə əsillərinə əsla çata bilməzsiniz” deməkdədir. Diqqət yetirsəniz ikisi arasında çox böyük bir fərq vardır.

 

İnsan bu həqiqəti bu an qəbul etmək istəməsə və bütün sahib olduqlarını var qəbul edərək özünü aldatsa belə, nəticədə ölümünün ardından yenidən dirildiyində, yəni axirətdə, hər şey çox dəqiq ortaya çıxacaq. O gün insanın görüş gücü itiləşəcək (“...Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən.” Qaf surəsi, 22) və hər şeyin çox daha açıq fərqinə varacaq. Amma əgər dünyadakı həyatını xəyali məqsədlər arxasında qaçaraq xərcləmişsə, orada heç yaşamamış olmağı diləyəcək, “Kaş ölüm əbədi (qəti) olaydı (bir daha dirilib bu əzabı görməyəydim). Mal dövlətim mənə heç bir fayda vermədi (Allahın əzabını məndən dəf edə bilmədi). Mülküm, səltənətim də məhf olub getdi!” (Haqqə surəsi, 27-29) deyərək həlak olacaq. 

 

Ağıllı bir insana düşən isə, bütün kainatın bu ən böyük həqiqətini zaman varkən burada qavramağa çalışmaqdır. Əks halda bütün ömürünü xəyallar arxasında qaçmağa xərcləyib sonunda böyük bir hüsrana uğrayar. Allah, dünyada xəyallar (ya da “ilğımlar”) arxasında qaçıb öz Yaradıcısını unudan bu insanların son vəziyyətlərini belə bildirməkdədir:

 

Kafirlərin əməlləri ucsuz-bucaqsız çöldəki (səhradakı) ilğıma bənzər ki, susuzluqdan ürəyi yanan onu su bilər. Nəhayət gəlib ona yetişdiyi zaman onun heç nə olduğunu görər. O öz əməlinin yanında ancaq Allahın cəzasını tapar. Allah da onun (layiqincə) cəzasını verər. Allah tezliklə haqq-hesab çəkəndir. (Nur surəsi, 39)

 

 

Materialistlərin Məntiq Pozğunluqları

 

Bu hissənin başından etibarən maddənin, materialistlərin iddia etdikləri kimi mütləq bir varlıq olmadığı, əksinə Allahın yaratdığı bir hisslər bütünündən ibarət olduğu elmi olaraq ortaya qoyuldu. Materialistlər isə, bütün fəlsəfələrini yox edən bu açıq həqiqətə qarşı son dərəcə doqmatiq bir tutumla müqavimət göstərməkdədirlər və etibarsız qarşı məntiqlər gətirməkdədirlər. 

 

Məsələn materialist fəlsəfənin XX əsrdəki ən böyük müdafiəçilərindən biri olan qatı Marksist Corc Politzer, maddənin varlığının “böyük dəlili” olaraq “avtobus nümunəsi”ni vermişdir. Politzerə görə, maddənin bir hiss olduğunu müdafiə edən mütəfəkkirlər də şosedə avtobus gördükləri zaman əzilməmək üçün qaçmaqdadırlar və bu maddənin obyektiv varlığının isbatıdır.23

 

Bir başqa məşhur materialist Johnson isə özünə maddənin bir hisslər bütünü olduğu izah edildiyində, daşlara təpik ataraq onların fiziki varlıqlarını “sübut etməyə” çalışmışdır.24

 

Bənzər bir nümunə, Politzerin ağıl müəllimi və dialektik materializmin Marksla birlikdə qurucusu olan Friedrich Engels tərəfindən verilmişdir, Engels, əgər yediyimiz tortlar bir hiss olsaydı, aclığımızı keçirməzdilər deyə yazmışdır.25

 

Marks, Engels, Lenin kimi məşhur materialistlərin kitablarında həmişə bu cür nümunələr və “maddənin varlığını yumruğa məruz qalanda anlarsınız” kimi hirs dolu cümlələr yerləşməkdədir.

 

Materialistlərin bütün bu nümunələri vermələrinə səbəb olan qavrayış pozuqluğu isə, “maddə bir hissdir” şərhini, “maddə bir işıq oyunudur” şəklində anlamalarıdır. Hiss anlayışının yalnız görməklə məhdud olduğunu, toxunma kimi hisslərin isə obyektiv qarşılığı olduğunu sanmaqdadırlar. Avtobusun insana çarpması üzərinə də, “baxın çarpır, demək ki, bir hiss deyil” deməkdədirlər. Anlamaqda çətinlik çəkdikləri nöqtə, avtobus çarpması əsnasında yaşanan sərtlik, zərbə və ağrı kimi bütün hisslərin də yalnız zehində meydana gəldikləridir.

 

 

Yuxu Nümunəsi

 

Bu həqiqəti ən yaxşı izah edən nümunə yuxulardır. İnsan, yuxusunda çox həqiqi hadisələr yaşaya bilməkdədir. Nərdivandan diyirlənib qıçını qıra bilməkdə, ciddi bir yol qəzası keçirə bilməkdə, bir avtobusun altında qala bilməkdə, acıyanda bir tort yeyib doya bilməkdədir. Gündəlik həyatda rast gəlinən hadisələrin bənzərləri yuxuda da eyni inandırıcılıqla, eyni hisslərlə yaşanmaqdadır.

 

Yuxusunda özünə avtobus çarpdığını görən adam yenə yuxusunda, qəza etdikdən sonra gözünü xəstəxanada aça bilər; şikəst qaldığını anlar amma əslində bu bir yuxudur. Yenə yuxusunda; bir yol qəzasının ardından öldüyünü, ölüm mələklərinin canını aldığını, axirət həyatının başladığını görə bilər. (Bu hadisə, yuxu kimi bir qəbul olan həqiqət dünya həyatında da eyni şəkildə yaşanar.)

 

Yuxusunda yaşadığı bütün bu hadisələrin görünüşlərini, səslərini, sərtlik hissini, ağrını, işığı, rəngləri, hər cür hissi çox aydın bir şəkildə duymaqdadır. Yuxuda qarşılıqlı əlaqədə olduğu hisslərin bütünü həqiqət həyatdakı qədər təbiidir. Yuxusunda yediyi bir tort hisslərdən ibarət olmasına baxmayaraq qarınını doyurar. Çünki doymaq da bir hissdir. 

 

Halbuki, əslində o anda adam yataqda uzanmış vəziyyətdədir. Ortada nə nərdivan, nə nəqliyyat, nə avtobus, nə tort var. Yuxudakı adam, xarici dünyada qarşılıqları olmayan qəbul və hissləri yaşamaqda və görməkdədir. Yuxuda, “xarici dünya”da heç bir maddi qarşılığı olmayan hadisələrin yaşana, görülə, hiss edilə bilən olması, “xarici dünya”nın tamamilə hisslərdən meydana gəldiyini çox dəqiq şəkildə ortaya qoymaqdadır.

 

Materialist fəlsəfəni mənimsəyənlər, xüsusilə də Marksistlər, özlərinə bu həqiqət, yəni maddənin əsli izah edildiyində hirslənməkdədirlər. Marksın, Engelsin, Leninin bu mövzudakı səthi və cahilcə məntiqlərindən nümunələr verməkdə, atəşli şərhlər etməkdədirlər.

 

Halbuki bu kəslər eyni şərhləri yuxularında da edə bildiklərini düşünməlidirlər: Yuxularında da “Das Kapital”ı oxumaqda, mitinqlərə qatılmaqda, polislə qarşıdurmaya girməkdədirlər, başlarına daş isabət etməkdə və hətta bu yaranın sızısını hiss etməkdədirlər. Yuxularında özlərinə soruşulduğunda, o an gördükləri şeyləri də “mütləq maddə” sanmaqdadırlar. Eynilə oyanıqkən gördükləri şeyləri də “mütləq maddə” sandıqları kimi. Amma, istər yuxuda olsun, istər gündəlik həyatda olsun, gördüklərinin, yaşadıqlarının, hiss etdiklərinin hamısı bir hissdir.

 

 

Sinirləri Paralel Bağlama Nümunəsi

 

Politzerin yol qəzası nümunəsini ələ alaq: Bu qəzada, avtobusun altında əzilən adamın beş duyğu orqanından beyninə gedən sinirlər, bir başqa insanın, məsələn Corc Politzerin beyninə paralel bir əlaqəylə bağlansa, qəzadakı adama avtobus çarpdığı anda, o sırada evində oturmaqda olan Politzerə də avtobus çarpacaq. Daha doğrusu, qəzaya düşən adamın yaşadığı hisslərin hamısını, bir musiqi teybine bağlanan iki ayrı kolondan eyni mahnının dinlənməsinə bənzər şəkildə, Politzer də yaşamağa başlayacaq. Politzer də evində oturduğu halda avtobusun əyləc səsini, avtobusun bədəninə dəyməsini, sınıq qol və axan qan görünüşlərini, sınıq ağrılarını, əməliyyatxanaya aparılışının görünüşlərini, gipsin sərtliyini, qolunun gücsüzlüyünü hiss edəcək, görəcək və yaşayacaq. 

 

Qəzadakı adamın sinirləri neçə adama bağlansa bunların hamısı, eyni Politzer kimi, qəzanı başından sonuna qədər yaşayacaq. Qəzaya düşən adam komaya girsə, hamısı komaya girəcək. Hətta, söz mövzusu yol qəzasına aid hisslərin bütünü bir alətə yazılsa və bu hisslər davamlı başa alınaraq bir başqa adama verilsə, bu adama da dəfələrlə avtobus çarpacaq.

 

Yaxşı o halda, hansına çarpan avtobus həqiqidir? Materialist fəlsəfənin bu suala verə biləcəyi ziddiyyətsiz bir cavab yoxdur. Doğru cavab, yol qəzasını hamısının öz zehinlərində bütün detallarıyla yaşadığıdır. 

 

Tort yemə və daşa təpik atma nümunələri üçün də vəziyyət eynidir. Tort yeyincə qarınında tortun şişliyini və toxluğunu hiss edən Engelsin duyğu orqanlarına aid sinirlər paralel olaraq ikinci bir adamın beyninə bağlansa, Engels tort yediyi və doyduğu anda o adam da tort yeyəcək və doyacaq. Daşa təpik atınca ayağı ağrıyan materialist Johnsonun sinirləri paralel olaraq bir başqa adama bağlansa, bu adam da daşa vuracaq və canı ağrıyacaq.

 

Yaxşı hansı tort və hansı daş həqiqidir? Materialist fəlsəfə, buna da ziddiyyətsiz bir cavab verə bilməz. Doğru və ziddiyyətsiz cavab budur: Həm Engels həm digər adam tortu öz zehinlərində yeyib doymuşlar. Həm Johnson həm ikinci adam, daşa təpik atış anını öz zehinlərində bütün detallarıyla yaşamışlar.

 

Yuxarıda Politzerlə əlaqədar olaraq verdiyimiz nümunədə belə bir dəyişiklik edək; evində oturan Politzerin sinirlərini avtobusun çarpdığı adamın beyninə, avtobusun çarpdığı adamın sinirlərini də Politzerin beyninə bağlayaq. Bu vəziyyətdə isə, Politzer əslində evində oturduğu halda özünə avtobus çarpdığını zənn edəcək, avtobusun çarpdığı adam isə qəzanın bütün şiddətinə baxmayaraq, bunu əsla fərq edə bilməyəcək, çünki özünün evdə oturduğunu düşünəcək. Bu məntiq tort yemə və daşa təpik atma nümunələri üçün də düşünülə bilər.

 

Görüldüyü kimi insanın hisslərini aşması və çölə çıxması mümkün deyil. Bu vəziyyətdə bir insanın ruhuna, bədəni və heç bir maddi varlığı olmadığı halda, ortada maddi bir mühit də olmamasına qarşı hər şey seyr etdirilə biləcək. Belə ki adamın bunu anlaması mümkün deyil, hətta izlətdirilən üç ölçülü mükəmməl görünüşləri həqiqət zənn edib, varlığından da son dərəcə əmin olacaq. Çünki hər insan duyğu orqanlarına hiss etdirilən hisslərdən asılıdır. 

 

İngilis fəlsəfəçi David Hume bu həqiqət üzərindəki düşüncələrini belə ifadə etmişdir:

 

Çox səmimi olaraq, özüm dediyim şeyə daxil olduğum zaman mən isti ya da soyuğa, işıq ya da kölgəyə, eşq ya da nifrətə, ağrı ya da ləzzətə dair xüsusi bir hissə ya da başqa bir şeyə daim rast gəlirəm. Mən bir qəbul olmadan hər hansı bir zamanda özümü əsla tuta bilmərəm və əsla hissdən başqa bir şeyi müşahidə edə bilmərəm.26

 

 

Hisslərin Beyində Meydana gəldiyi Fəlsəfə Deyil, Elmi Həqiqətdir

 

Materialistlər, burada izah etdiklərimizin fəlsəfi bir görüş olduğunu iddia etməkdədirlər. Halbuki bizim “xarici dünya” dediyimiz şeyin bir hisslər bütünü olduğu, bir fəlsəfə deyil, elmi bir həqiqətdir. Görünüşün və hisslərin beyində necə meydana gəldiyi, bütün tibb fakültələrində detallı şəkildə oxudulmaqdadır. Başda müasir fizika olmaq üzrə XX əsr elminin ortaya qoyduğu həqiqətlər, maddənin konkret bir həqiqətə sahib olmadığını, hər kəsin bir mənada “beynindəki ekran”ı izlədiyini açıqca göstərməkdədir.

 

Bunu, istər ateist olsun, istər budist olsun, istər başqa bir görüşə ya da düşüncəyə sahib olsun, elmə inanan hər kəs qəbul etmək məcburiyyətindədir. Bir materialist özündə Allahın varlığını inkar edə bilər amma bu elmi həqiqəti inkar edə bilməz.

 

Yaşadıqları dövrlərin elm anlayışı və elmi imkanları qeyri-kafi də olsa, Karl Marks, Friedrich Engels, Georges Politzer və digərlərinin bu qədər asan və açıq bir həqiqəti qavraya bilməmələri, yenə də təəccüblüdür. Amma indiki vaxtda elmin və texnologiyanın imkanları son dərəcə inkişaf etmişdir və bu imkanlar onsuz da çox açıq olan bu həqiqətin qavranmasını daha da asanlaşdırmaqdadır. Materialistlər isə, həm qismən də olsa bu mövzunu qavramanın, həm də bu mövzunun öz fəlsəfələrini nə qədər qəti bir şəkildə çökdürdüyünün fərqinə varmanın verdiyi böyük bir qorxu içindədirlər.

 

 

Materialistlərin Böyük Qorxusu

 

Türkiyədəki materialist kütlə, bu mövzuya, yəni maddənin bir hiss olduğu həqiqətinə bir müddət üçün diqqətə çarpan bir reaksiya gəlmədi. Bu isə, bizdə, bu mövzunun kifayət qədər açıqlanmadığı və daha detallı bir izahata keçilməsi lazım olduğu istiqamətində bir təəssürat doğurmuşdu. Ancaq qısa bir müddət sonra materialistlərin əslində bu mövzunun gündəmə gətirilməsindən çox böyük bir narahatlıq duyduqları, hətta bundan böyük bir qorxuya qapıldıqları açıq bir şəkildə ortaya çıxdı.

 

Materialistlər yaşadıqları bu qorxu və çaxnaşmanı, bir müddətdir öz nəşr orqanlarında, konfranslarında, panellərində yüksək səslə ifadə edirlər. İstifadə etdikləri narahat və ümidsiz üsluba baxıldığında, ciddi bir fikri böhran içinə girdikləri aydın olur. Fəlsəfələrinin sözdə təməli olan təkamül nəzəriyyəsinin elmi istiqamətdən çökdürülməsi ilə onsuz da ciddi bir şok yaşamağa başlamışlardı. Ancaq, indi Darvinizmdən çox daha əhəmiyyətli bir dayaqlarını, şəxsən maddənin özünü itirməyə başladıqlarını anladılar və çox daha böyük bir şok içindədirlər. Bu mövzunun, özləri baxımından “ən böyük təhlükə” olduğundan, öz “mədəni toxumalarını tamamilə yıxdığından” danışırlar.

 

Türkiyədəki materialist kütlənin yaşadıqları bu narahatlıq və çaxnaşmanı ən açıq şəkildə ifadə edənlərdən biri, materializmi müdafiə etməyi özünə vəzifə etmiş olan Elm və Utopiya jurnalının yazıçısı və eyni zamanda bir müəllim olan Rennan Pekünlü oldu. Pekünlü, gərək söz mövzusu jurnalda yazdığı yazılarda, gərəksə söz aldığı bəzi panellərdə, “Təkamül Aldatmacası” kitabını bir nömrəli “təhlükə” olaraq göstərdi. Pekünlü ən çox rahatsızlandıran mövzu isə, kitabın Darvinizmi etibarsız edən hissələrinin də kənarında, əsl olaraq bu anda oxumaqda olduğunuz və “Təkamül Aldatmacası” adlı kitabda da olan qisim idi. 

 

Oxucularına və (olduqca az saydakı) dinləyənlərinə əsla özünüzü idealizmin bu təlqinlərinə qapdırmayın, materializmə olan sədaqətinizi qoruyun” mesajları verən Pekünlü, özünə dayaq olaraq Rusiyadakı qanlı kommunist inqilabının lideri Vladimir I. Lenini tapmışdı. Leninin bir əsr əvvəl yazdığı Materializm və Ampiryokritisizm adlı kitabı oxumağı hər kəsə nəsihət edən Pekünlünün etdiyi tək şey isə, yenə Leninə aid olan “əsla bu mövzunu düşünməyin, yoxsa materializmi itirərsiniz və özünüzü dinə qapdırarsınız” şəklindəki xəbərdarlıqları təkrarlamaq oldu. Pekünlü, söz mövzusu materialist nəşr orqanında yazdığı bir məqalədə, Lenindən bu sətirləri göstərdi:

 

Duyğularımızla qəbul etdiyimiz obyektiv həqiqəti bir dəfə yadırğadınmı, şübhəçiliyə (agnostisizm) və öznəlciliyə (subyektivizmə) sürüşəcəyindən, fideizmə (dini inanca) qarşı istifadə edəcəyin bütün silahları itirərsən; bu da fideizmin istədiyi şeydir. Barmağını qapdırdınmı, əvvəl qolun sonra bütün mənliyin gedər. Duyğuları obyektiv dünyanın bir görünüşü olaraq deyil də, xüsusi bir element olaraq götürdüyündə, digər bir deyişlə materializmdən güzəştə getdiyində, mənliyini fideizme qapdırarsan. Sonra duyğular heç kimin duyğuları olar, ağıl heç kimin ağılı, ruh heç kimin ruhu, istək heç kimin istəyi olar.27

 

Bu sətirlər, Leninin böyük bir qorxuyla fərq etdiyi və həm öz başından həm də “yoldaş”larının başlarından silmək istədiyi həqiqətinin, günümüzün materialistlərini də eyni şəkildə narahat etdiyini göstərməkdədir. Amma Pekünlü və digər materialistlər Lenindən daha da böyük bir narahatlıq içindədirlər; çünki bu həqiqətin bundan 100 il əvvəlkinə nisbətən çox daha açıq, qəti və güclü bir şəkildə ortaya qoyulduğunun fərqindədirlər. Bu mövzu, bütün dünya tarixində ilk dəfə bu qədər qarşı qoyula bilməz bir şəkildə izah edilməkdədir.

 

Amma yenə də bir çox materialist elm adamının “maddənin bir xəyaldan ibarət olduğu” həqiqətini son dərəcə səthi bir dünyagörüşüylə qiymətləndirdiyi aydın olmaqdadır. Çünki burada izah edilən mövzu bir insanın həyatında qarşılaşa biləcəyi ən əhəmiyyətli, ən həyəcan verici mövzulardan biridir. Bu dərəcə təəccüblü bir mövzu ilə daha əvvəl üz-üzə gəlmiş olmaları mümkün deyil. Buna baxmayaraq söz mövzusu elm adamlarının göstərdikləri reaksiyalar ya da danışma və yazılarındakı üslub, son dərəcə dayaz və səthi bir qavrayışa sahib olduqlarını açığa çıxarmaqdadır.

 

Belə ki bəzi materialistlərin burada izah edilənlərə göstərdikləri reaksiyalar, materializmə olan kor-koranə bağlılıqlarının onlarda bir növ məntiqi təxribat meydana gətirdiyini və bu səbəblə mövzunu anlamaqdan çox uzaq olduqlarını göstərmişdir. Məsələn yenə bir Elm və Utopiya yazıçısı və müəllim olan Alaettin Şenel, eyni Rennan Pekünlü kimi “Darvinizmin çökdürülməsi bir tərəfə, əsl təhlükə bu mövzudur” mesajları vermiş, öz fəlsəfəsinin bir dayağı olmadığını hiss etdiyi üçün də, “elə isə siz izah etdiklərinizi isbat edin” mənasını verən istəklər bildirmişdir. Ancaq əsl maraqlı nöqtə, söz mövzusu yazarın, təhlükə olaraq gördüyü həqiqəti heç cür qavraya bilmədiyini göstərən sətirlər yazmış olmasıdır.

 

Məsələn Şenel, tamamilə bu mövzunu ələ aldığı bir məqaləsində, xarici dünyanın beynin içində görünüş hesab edildiyini qəbul etmişdir. Amma görünüşlərin maddi qarşılığı olan və olmayan görüntülər olaraq ikiyə ayrıldığını söyləyərək, xarici dünya ilə əlaqədar görünüşlərin maddi qarşılığı olduğunu qarşıya qoymuşdur. Bu iddiasını dəstəkləmək üçün də bir “telefon nümunəsi” vermişdir. Qısaca, “beynimdəki görünüşlərin xarici dünyada qarşılığı olub olmadığını bilmirəm, amma eyni şey telefonla danışdığımda da etibarlıdır; telefonla danışarkən qarşımdakı adamı görə bilmirəm, lakin sonradan üz-üzə danışarkən bu danışmağı doğrulada bilərəm” deyə yazmışdır.28

 

Söz mövzusu yazar, bu bənzətmə ilə bunu nəzərdə tutmaqdadır: “Əgər hisslərimizdən şübhələnsək, maddənin əslinə baxıb həqiqəti idarə edə bilərik.” Halbuki bu çox açıq bir yanılmadır, çünki bizim maddənin əslinə çatmamız qətiliklə mümkün deyil. Heç bir zaman zehinimizin xaricinə çıxıb “çöldə” nə olduğunu bilmərik. Telefondakı səsin qarşılığı olub olmadığı telefondakı adama təsdiqləndirilə bilər. Amma bu doğrulatma da tamamilə zehində yaşanan bir xəyaldan ibarətdir.

 

Necə ki, bu kəslər eyni hadisələri yuxularında da yaşayırlar. Məsələn, Şenel yuxusunda da telefonla danışdığını, ardından bunu danışdığı adama təsdiqlətdiyini görə bilər. Və ya Pekünlü yuxusunda da “böyük bir təhlükə”ylə qarşı-qarşıya olduğunu hiss edib, qarşısındakı insanlara Leninin əsrlik əsərlərini tövsiyə edə bilər. Amma, söz mövzusu materialistlər nə edirlərsə etsinlər yaşadıqları hadisələrin, danışdıqları kəslərin bir qəbuldan ibarət olduğu həqiqətini inkar edə bilməzlər.

 

O halda beyindəki görünüşlərin qarşılığı olub olmadığı kimə təsdiqləndiriləcəkdir? Yenə beyində əmələ gələn kölgə varlıqlaramı? Şübhəsiz materialistlərin beynin xaricinə aid məlumat təmin edə biləcək, təsdiqləmə edə biləcək bir məlumat qaynağı tapması mümkün deyil.

 

Hər cür qəbulun beyində meydana gəldiyini qəbul etmək, amma istəndiyində bunun “xaricinə” çıxılıb hisslərin reallıqdan kənar dünyaya təsdiqləndirilə biləcəyini sanmaq isə, əslində bir insanın anlayış səviyyəsinin məhdud olduğunu, xarab bir məntiq hörgüsü içində düşündüyünü göstərər. 

 

Halbuki burada izah edilən həqiqət, normal anlayış səviyyəsinə və məntiq hörgüsünə sahib bir insan tərəfindən dərhal rahatlıqla aydın ola biləcək bir mövzudur. Ön mühakiməsiz hər insan, bu izah edilənlər istiqamətində, xarici dünyanın varlığını duyğu orqanları vasitəsilə test edə bilməyəcəyini anlayar. Ancaq görüldüyü qədəriylə materializmə olan kor-koranə bağlılıq, insanların ağıl işlətmə qabiliyyətlərini pozmaqdadır. Buna görə günümüzdəki materialistlər də, maddənin varlığını daşlara təpik ataraq ya da tort yeyərək “isbat etməyə” çalışan başbilənləri kimi, ciddi məntiq pozğunluqları göstərməkdədirlər. 

 

Bunun əslində çaşdırıcı bir vəziyyət də olmadığını ifadə etmək lazımdır. Çünki ağıl edə bilməmək, yəni dünyanı və hadisələri düz bir məntiq hörgüsü içində şərh edə bilməmək, inkarçıların ortaq xüsusiyyətidir. Allah, Quranda inkarçıların “...anlamaz bir tayfa(birlik)...” (Maidə surəsi, 58) olduqlarını xüsusilə ifadə etməkdədir.

 

 

Materialistlər Tarixin Ən Böyük Tələsinə Düşmüşlər

 

Türkiyədəki materialist kütlədə baş göstərən və burada yalnız bir neçə əlamətinə toxunduğumuz çaxnaşma atmosferi, əslində materialistlərin tarix boyunca qarşılaşmadıqları qədər böyük bir məğlubiyyətlə üz-üzə olduqlarını göstərməkdədir. Maddənin bir hissdən ibarət olduğu həqiqəti, müasir elm tərəfindən isbat edilmişdir və dahası çox açıq, qəti və güclü bir şəkildə ortaya qoyulmaqdadır. Materialistlər kor-koranə inandıqları, bel bağladıqları, güvəndikləri maddi dünyanın, içindəki hər şeylə birlikdə tamamilə yox olduğunu görməkdə və buna qarşı heç bir şey edə bilməməkdədirlər.

 

İnsanlıq tarixi boyunca materialist düşüncə həmişə var olub və bu kəslər özlərindən və müdafiə etdikləri fəlsəfədən çox əmin bir şəkildə, özlərini yaratmış olan Allaha baş qaldırıblar. Ortaya atdıqları ssenariyə görə maddə əzəli və əbədi idi və bütün bunların bir Yaradıcısı ola bilməzdi. Yalnız qürurlarından ötrü, Allahı rədd edərlərkən var zənn etdikləri maddənin ardına sığındılar. Bu fəlsəfədən elə əmindilər ki, heç bir zaman bunun əksini isbat edəcək bir şərh gətirilə bilməyəcəyini düşünürdülər.

 

Bax buna görə, maddənin əsli ilə əlaqədar olaraq bu kitabda izah edilən həqiqətlər bu kəsləri böyük bir qarışıqlığa salmışdır. Çünki burada izah edilənlər fəlsəfələrini təməldən yıxıb atmış, üzərində mübahisəyə belə imkan buraxmamışdır. Bütün düşüncələrini, həyatlarını, qürurlarını və inkarlarını üzərinə bina etdikləri maddə, əllərindən bir çırpıda uçub getmişdir. Maddə yoxdur ki, materialism də olsun...

 

Allahın bir sifəti, inkarçılara tələ qurmasıdır. Quranda “... hiylə qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır.” (Ənfal surəsi, 30) ayəsiylə bu həqiqət bildirilər. 

 

Bax Allah, maddəni var zənn etdirərək materialistləri tələyə salmış və tarixdə bənzəri görülməmiş şəkildə kiçiltmişdir. Mallarını, mülklərini, mövqelərini, ünvanlarını, içində olduqları cəmiyyəti, bütün dünyanı və əslində bir xəyaldan ibarət olan hər şeyi var sanmışlar, üstəlik bunlara güvənərək Allaha qarşı böyüklənmişlər. Lovğalanaraq Allaha üsyan etmiş və inkarda irəli getmişlər. Bunları edərkən də güc aldıqları tək şey maddə olmuşdur. Amma elə bir anlayış əskikliyi içinə düşmüşlər ki, Allahın özlərini ətraflı qucaqlayıb əhatə etdiyini heç düşünməmişlər. Allah inkarçıların anlayışsızlıqları nəticəsində düşəcəkləri vəziyyəti Quranda belə xəbər vermişdir:

 

Yoxsa bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri tələyə düşəcəklər. (Tur surəsi, 42)

 

Bu, bəlkə də tarixin gördüyü ən böyük məğlubiyyətdir. Materialistlər özlərincə böyüklənərkən, əslində böyük bir oyuna gəlmişlər, Allaha qarşı çirkin bir cəsarət göstərərək açdıqları döyüşdə qəti olaraq məğlub olmuşlar. 

 

“Beləliklə, hər bir obanın günahkarlarını oranın başçıları təyin etdik ki, onlar orada bacardıqları qədər məkrlə məşğul olsunlar. Onlar yalnız özlərinə qarşı məkr edərlər, lakin fərqinə varmazlar.” (Ənam surəsi, 123) ayəsi Yaradıcımıza baş qaldıran bu kimi inkarçıların necə bir şüursuzluq içində olduqlarını və necə bir sonla qarşılaşacaqlarını ən açıq şəkildə xəbər verir.

 

Bir başqa ayədə isə bu həqiqət belə vurğulanır:

 

Onlar elə güman edirlər ki, Allahı və möminləri aldadırlar. Bilmirlər ki,(şüuruna çatmazlar ki) əslində özlərini aldadırlar. (Bəqərə surəsi, 9)

 

İnkarçılar özlərincə tələ qurmağa cəhd edərlərkən ayədəki “bilmirlər ki” (“şüuruna çatmazlar”) ifadəsiylə açıqlandığı kimi, çox əhəmiyyətli bir həqiqəti fərq edə bilməmişlər: Yaşadıqları bütün hadisələrin onlara hiss etdirilən bir xəyal olduğu və işlədikləri hər hərəkət kimi, qurduqları tələlərin də zehinlərində əmələ gələn bir görünüşdən ibarət olduğu həqiqətini... Bu qavrayışsızlıqları səbəbiylə də, Allah ilə tək olduqlarını unudaraq öz özlərini hiyləli bir tələyə salmışlar.

 

Hər dövrdə olduğu kimi bu dövrdə də Allah inkarçıların bütün hiyləli tələlərini təməlindən yıxacaq bir həqiqətlə onları üz-üzə gətirmişdir. Allah “...Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir!” (Nisa surəsi, 76) ayəsiylə, bu tələlərin daha ilk qurulduqları anda nəticələrinin hüsran olacağını da xəbər vermişdir. Və möminləri də “onların hiyləsi sizə heç bir zərər yetirməz” (Ali-İmran surəsi, 120) ayəsiylə müjdələmişdir.

 

Allah bir başqa ayəsində inkar edənlərin aldanışlarını belə bildirər:

 

Kafirlərin əməlləri ucsuz-bucaqsız çöldəki (səhradakı) ilğıma bənzər ki, susuzluqdan ürəyi yanan onu su bilər. Nəhayət gəlib ona yetişdiyi zaman onun heç nə olduğunu görər. O öz əməlinin yanında ancaq Allahın cəzasını tapar...” (Nur surəsi, 39) 

 

Materializm fəlsəfəsi də bu ayədə işarə edildiyi kimi, üsyan edənlər üçün bir “ilğım” meydana gətirər; ona güvənərək əllərini uzatdıqlarında, hər şeyin bir xəyaldan ibarət olduğunu anlayarlar. Allah onları belə bir ilğımla aldatmış, bütün bu hisslər bütününü var kimi göstərmişdir. “Böyük” insanlar, professorlar, astronomlar, bioloqlar, fiziklər, ünvanları, mövqeləri hər nə olursa olsun maddəni özlərinə ilah etmələri səbəbiylə bu oyuna gəlmişlər, bir uşaq kimi aldanmış və kiçik düşmüşlər. 

 

Bir hisslər bütününü mütləq sanaraq onun üzərinə fəlsəfələrini, ideologiyalarını qurmuşlar, haqqında ciddi müzakirələrə girmişlər, sözdə “intellektual” izahatlar istifadə etmişlər. Bütün bunlardan ötəri də özlərini çox ağıllı saymışlar, kainatın həqiqəti haqqında fikir irəli sürə biləcəklərini düşünmüşlər və ən əhəmiyyətlisi öz məhdud ağılları ilə Allahı şərh edə biləcəklərini sanmışlar. Allah, onların içinə düşdükləri bu vəziyyəti bir ayəsində belə bildirər:

 

Onlar hiyləyə əl atdılar. Allah da onların hiyləsinə qarşı əvəz verdi. Allah bütün hiyləgərlərdən tədbirlidir. (Ali İmran surəsi 54)

 

Dünyada bəzi tələlərdən xilas olmaq mümkün ola bilər; ancaq Allahın inkar edənlərə qurduğu bu tələ elə möhkəmdir ki, əsla bir qurtuluş imkanları qalmamışdır. Nə edərlərsə etsinlər, kimə müraciət edirlərsə etsinlər, özlərini qurtaracaq, Allahdan başqa bir köməkçi tapmaları da mümkün deyil. Allahın Quranda xəbər verdiyi kimi, “... Onlar özlərinə Allahdan savayı nə bir dost, nə də havadar tapacaqlar!” (Nisa surəsi, 173) 

 

Materialistlər belə bir tələyə düşəcəklərini heç gözləmirdilər. XX əsrin bütün imkanları əllərindəykən rahatca inkarda dirəşə biləcəklərini və insanları da inkara sürüyə biləcəklərini sanırdılar. Allah inkarçıların tarix boyunca daşıdıqları bu zehniyyəti və uğradıqları sonu Quranda belə xəbər vermişdir:

 

Onlar bir hiylə qurdular. Biz isə özləri də bilmədən (anlamadan) hiylələrinin cəzasını verdik. Bir gör onların hiylələrinin axırı necə oldu. Biz onların özlərini də, tayfalarını (birliklərini) da büsbütün yox etdik. (Nəml surəsi, 50-51)

 

Ayələrdə izah edilən həqiqətin bir mənası da budur: Materialistlərə sahib olduqları hər şeyin bir xəyaldan ibarət olduğu açıqlanmış, yəni əllərindəki hər şey topluca yox edilmişdir. Və onlar, var zənn etdikləri mallarının, fabriklərinin, qızıllarının, dollarlarının, uşaqlarının, yoldaşlarının, dostlarının, vəzifələrinin, hətta öz bədənlərinin əllərinin arasından itib getdiyinə şahidlik edərkən, bir mənada “yox olmuşlar”. Maddə olmaqdan çıxmış artıq bir ruh halına gəlmişlər.

 

Şübhəsiz bu həqiqətin fərqinə varmaq materialistlər üçün ola biləcək ən dəhşət verici hadisədir. Çünki sahib olduqları hər şeyin bir xəyaldan ibarət olması, öz təbirləri ilə onlar üçün hələ dünyadaykən, “ölmədən bir ölüm” hökmündədir.

 

Bu həqiqətlə birlikdə, bir Allah, bir də özləri qalmışdır. Necə ki, Allah, “Məni Öz yaratdığım kimsə ilə tək burax!” (Muddəssir surəsi, 11) ayəsiylə, hər insanın Allahın qatında əslində tək-tənha olduğu həqiqətinə diqqət çəkmişdir. Bu fövqəladə həqiqət daha bir çox ayə ilə xəbər verilmişdir:

 

Siz bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha., özü də sizə verdiyimizi (var-dövləti, əhli-əyalı) arxanızda (dünyada) qoyub gəlmisiniz... (Ənam surəsi, 94)

 

Onların hamısı qiyamət günü Onun hüzuruna (tək-tənha) gələcəklər. (Məryəm surəsi, 95)

 

Bu ayələrdə izah edilən həqiqətin bir mənası da budur: Maddəni özlərinə ilah edənlər, Allahdan gəlmiş və yenə Ona dönmüşlər. İstəsələr də, istəməsələr də Allaha təslim olmuşlar. İndi hesab gününü gözləməkdədirlər və o gün hamısı tək-tək sorğuya çəkiləcəklər. Hər nə qədər anlamaq istəməsələr də...

 

 

Nəticə

 

Bura qədər izah etdiyimiz mövzu, həyatınız boyunca sizə izah edilmiş ən böyük həqiqətlərdən biridir. Çünki bütün maddi dünyanın əslində bir “görüntülər bütünü” olduğunu isbat edən bu mövzu, Allahın varlığının və yaradışının qavranmasının, Onun yeganə mütləq varlıq olduğunun başa düşülməsinin açarıdır. 

 

Bu mövzunu anlayan insan, dünyanın, insanların çoxunun sandığı kimi bir yer olmadığını fərqinə varar. Dünya, prospektlərdə məqsədsiz olaraq gəzənlərin, çayxanalarda dava salanların, lüks kafelərdə bir-birlərinə göstəriş edənlərin, mallarıyla öyünənlərin, həyatlarını boş məqsədlərə həsr edənlərin sandığı kimi əslində var olan, mütləq bir yer deyil. Yalnız hisslər bütünü, bir xəyaldır. Saydığımız insanların hamısı da, bu hissləri zehinlərinin içində seyr edən bir kölgə varlıqdır, amma bunun şüurunda deyildirlər. 

 

Bu mövzu çox əhəmiyyətlidir və Allahı inkar edən materialist fəlsəfəni ən təməlindən çökdürür. Marks, Engels, Lenin kimi materialistlərin bu mövzunu eşitdiklərində çaxnaşmaya qapılmaları, hirslənmələri, yandaşlarını “əsla düşünməyin” deyə xəbərdar etmələri buna görədir. Əslində bu kəslər, hisslərin beyində meydana gəldiyi həqiqətini belə qavraya bilməyəcək qədər böyük bir ağıl çatışmazlığı içindədirlər. Beyinlərinin içində seyr etdikləri dünyanı “xarici dünya” sanmaqda, bunun əksini göstərən açıq-aşkar dəlilləri isə heç cür anlaya bilməməkdədirlər. 

 

Bu qəflət, Allahın inkarçılara vermiş olduğu ağıl əskikliyinin bir nəticəsidir. Çünki Quranda bildirildiyinə görə, inkarçıların “…qəlbləri vardır lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar, gözləri vardır onunla (Allahın möcüzələrini) görməzlər, qulaqları vardır lakin onunla (öyüd nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!” (Əraf surəsi, 179) 

 

Bu nöqtədən daha sonrasını, öz səmimi düşüncənizi istifadə edərək də tapa bilərsiniz. Bunun üçün, diqqətinizi cəmləməniz, ətrafınızdakı cisimləri necə gördüyünüz və onlara necə toxunduğunuz haqqında düşünməniz lazımdır. Əgər diqqətlicə düşünsəniz, görən, eşidən, toxunan, düşünən və bu anda bu kitabı oxuyan ağıllı varlığın, yalnız bir ruh olduğunu və sanki bir növ pərdə üzərində “maddə” deyilən hissləri seyr etdiyini hiss edə bilərsiniz. Bunu qavrayan insan, insanlığın böyük hissəsini aldadan maddi dünya ölçüsündən uzaqlaşıb, həqiqi varlıq ölçüsünə girmiş olar. 

 

Haqqında danışdığımız həqiqət, tarix boyunca bəzi dindarlar ya da fəlsəfəçilər tərəfindən qavranılmışdır. İmam Rəbbani, Muhyiddin Ərəbi, Mövlana Məscid kimi İslam alimləri bu həqiqəti Quranın işarələriylə və ağıl yoluyla tapmışlar. Corc Berkeley kimi bəzi Qərbli fəlsəfəçilər də eyni həqiqəti ağıl yoluyla qavramışlar. İmam Rəbbani, bütün maddi kainatın bir “xəyal və vəhim (hiss)” olduğunu və tək mütləq varlığın da Allah olduğunu Məktubatında belə izah etmişdir:

 

Allah... yaratdığı varlıqların bədənlərini yoxluqdan başqa bir şey etmədi... Bütün bunları, xəyal və vəhim (hiss) dərəcəsində yaratdı... Aləmin varlığı hiss və vəhim dərəcəsində olub, maddi dərəcədə deyil... Həqiqi mənada çöldə (xarici dünyada) Uca Şəxsdən (Allahdan) başqası yoxdur (İfadələr Türkcələşdirilmiş izahdan götürülmüşdür).29

 

İmam Rəbbani insanın qarşılıqlı əlaqədə olduğu bütün görünüşlərin bir xəyaldan ibarət olduğunu, “çöldə” bir əslinin olmadığını da açıqca ifadə etmişdir:

 

O mövhum dairə, xəyalda rəsm edilər. O təsvir edildiyi mərtəbədə də görülər. Amma xəyal gözü ilə. Lakin çöldə baş gözü ilə görüldüyü sanılar. Nə var ki, vəziyyət elə deyil. Çöldə onun nə adı vardır nə də izi. Bəli belə bir vəziyyət yoxdur ki, orada görülsün. Aynaya əks olunan bir adamın üzü belə, bu şəkil üzrədir. Çünki onun çöldə bir sabitliyi yoxdur. Əlbəttə onun sabitliyi və görünüşü: Hər ikisi birdən XƏYALDADIR. Ən yaxşı bilən Sübhan Allahdır (İfadələr Türkcələşdirilmiş izahdan götürülmüşdür).30

 

Mövlana Məscid də Quranın işarələri və ağıl yoluyla tapdığı bu heyrət verici həqiqəti kainatda nə varsa hamısı vəhim və xəyaldır. Ya aynalardakı əkslərdir, ya da kölgələr kimidir” deyərək dilə gətirmişdir.

 

Ancaq bu həqiqəti qavrayanların sayı tarix boyunca həmişə məhdud qalmışdır. İmam Rəbbani kimi böyük alimlər, bu həqiqətin kütlələrə izah edilməsinin təhlükəli ola biləcəyini, çoxu insanın bunu anlaya bilməyəcəyini yazmışlar. 

 

İçində yaşadığımız çağda isə, bu həqiqət, elmin ortaya qoyduğu dəlillərlə açıqlanar hala gəlmişdir. Kainatın bir kölgə varlıq olduğu həqiqəti, dünya tarixində ilk dəfə bu cür konkret, açıq və aydın bir şəkildə izah edilməkdədir.

 

Bu səbəblə XXI əsr, insanların geniş şəkildə İlahi həqiqətləri qavrayacaqları və tək mütləq varlıq olan Allaha hamılıqla yönələcəkləri bir tarixi dönüş nöqtəsi olacaq. XXI əsrdə, XIX əsrin materialist inancları tarixin zibilliyinə atılacaq, Allahın varlığı və yaradılışı qavranacaq, məkansızlıq, zamansızlıq kimi həqiqətlər aydın olacaq, insanlıq əsrlərdir gözünün önünə çəkilən pərdələrdən, aldatmacalardan və batil inanışlardan xilas olacaq. Bu qaçınılmaz gedişin heç bir kölgə varlıq tərəfindən dayandırılması da mümkün deyil...

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • GİRİŞ
  • II HİSSƏ: MADDƏNİN ARDINDAKI SİRR