Bu günə qədər, gəlmiş getmiş bütün din əleyhdarı şəxslərə və axınlara baxıldığında demək olar ki, hamısının fəlsəfi təməlində materialist düşüncənin yatdığı görülər. Bilindiyi kimi materialistlər yaradılış həqiqətini rədd edirlər. Bunun yerinə maddənin sonsuzdan bəri var olduğunu və sonsuza qədər də mütləq bir varlıq olaraq qalacağını iddia edirlər. Digər bir deyişlə maddəni ilahlaşdırırlar. Materialistlərin öz qaynaqlarında materializm belə təsvir edilir:
Materializm dünyanın əzəli və əbədiliyini (əvvəlsiz və sonrasızlığını), Tanrı tərəfindən yaradılmış olmadığını və də zaman və məkanda sonsuzluğunu qəbul edər.1
Materializmin maddəni bu dərəcə ilahlaşdırmasının səbəbi, hər nə olursa olsun bir Yaradıcının varlığını qəbul etməməkdir. Çünki maddə mütləq deyilsə bir başlanğıcı var deməkdir; bir başlanğıcı varsa da yoxdan var edilmiş, yəni yaradılmış deməkdir.
XX əsrin sonunda bütün elm dünyasının çatdığı ortaq nəticə, maddənin mütləq olmadığı, bir başlanğıcı olduğu həqiqətini təsdiqləməkdədir: Bütün kainat təxminən 15 milyard il əvvəl “sıfır” həcmdəki bir nöqtənin partlamasıyla yoxluqdan meydana gəlmiş və genişləyərək günümüzdəki şəklini almışdır. Böyük Partlama (Big Bang) adı verilən bu hadisənin doğruluğu, bir çox konkret dəlil və müşahidə ilə, eyni zamanda da nəzəri fizikaçıların hesablamalarıyla da sübut edilmişdir.
Bu gün elmin çatdığı son nöqtə, Quranın və bütün ilahi dinlərin bildirdiyi “kainatın yoxdan var edildiyi” həqiqətini təsdiqləməkdədir. Yenə bununla birlikdə müasir elm, materializmi və bunu əsas alan ideologiyaları hər sahədə yalanlamaqda, materialist görüşə sahib olanların maddəyə söykənən dünyalarını yıxmaqda, yaradılışa qarşı başlatdıqları müharibədə onları məğlub etməkdədir.
Buna baxmayaraq materialistlər, maddənin mütləq deyil, yaradılmış olduğu həqiqətini elmlə zidd düşmək bahasına da olsa qəbul edə bilməzlər. Çünki bu həqiqəti qəbul etmək Allahın varlığını qəbul etmələrini, Allaha iman etmələri isə dini qəbul etmələrini və yaşamalarını tələb edəcək. Din isə hər şeydən əvvəl Allaha qəti bir boyun əyməyi və təslimiyyəti tələb etdiyindən, əlbəttə ki belə bir tutum, qürurlarına məğlub olmuş bu insanlara ağır gələcəkdir. Quranda, həqiqətləri gördükləri halda, qürurları üzündən həqiqətlərdən qaçanların vəziyyəti belə təsvir edilməkdədir:
...daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər. Bir gör fitnə-fəsad törədənlərin axırı necə oldu! (Nəml surəsi, 14)
Materialistlər, maddənin yanında zamanın da mütləq olduğunu, yəni sonsuzdan gəlib sonsuza getdiyini müdafiə edirlər. Bu əyri anlayışa söykənərək də taleni (alın yazısını), axirət gününü, cənnəti və cəhənnəmi rədd etməyə çalışırlar. Halbuki bu gün müasir elm, maddənin olduğu kimi, maddənin bir törəməsi olan zamanın da maddə ilə birlikdə yoxluqdan var edildiyini və zamanın da bir başlanğıcı olduğunu isbat etmişdir.
Həmçinin, zamanın nisbi (rölatif) bir anlayış olduğu, materialistlərin əsrlərdir zənn etdikləri kimi dəyişməz və sabit olmadığı, dəyişən bir hissiyyat forması olduğu da bu əsrdə ortaya çıxmışdır. Zamanın və məkanın nisbiliyi Eynşteynin “Rölativite”(nisbilik) nəzəriyyəsiylə sübut edilmiş və bu həqiqət bu günki müasir fizikanın təməlini meydana gətirmişdir.
Nəticə olaraq, zaman və məkan mütləq olmayan, başlanğıcları olan, Allahın yoxdan var etdiyi anlayışlardır. Zamanı və məkanı yaradan Allah, əlbəttə ki, bunlara tabe deyil. Allah, zamanın hər anını zamansızlıqda təyin etmiş, təsbit etmiş və yaratmışdır. Bax materialistlərin ağıl çatdıra bilmədikləri “Tale” həqiqətinin özü də buradadır.
Bizim üçün keçmişdə yaşanmış və gələcəkdə yaşanacaq olan hadisələrin bütünü, zamana tabe olmayan, zamanı yoxdan var edən Allahın bilgisi və hakimiyyəti daxilindədir.
Quranın 1400 il əvvəl bildirdiyi və inananların könüldən inandıqları həqiqətləri bu gün müasir elm də təsdiqləməkdə və Quranın Allahın sözü olduğuna şahidlik etməkdədir. Əsrlərdir Allahın varlığını və yaradılış həqiqətini rədd edən materialist düşüncə isə, dilindən salmadığı və hər fürsətdə arxasına sığınmağa çalışdığı elm tərəfindən hər sahədə yalanlanmaqdadır.
Bu kitabda, materialistlərin qarşıya qoyduqları iddiaların heç bir elmi və məntiqi etibarlılığı olmadığını, əksinə materializmin bu günün elmi ilə tamamilə çökdürüldüyünü sizlərə dəlilləriylə göstərəcəyik. Burada izah edilən mövzular maddənin əsli, zamanın və məkanın nisbiliyi ilə əlaqədar çox əhəmiyyətli dəlillər ehtiva etməkdədir. Belə ki, bəlkə də bu günə qədər heç düşünmədiyiniz bəzi həqiqətlərlə qarşılaşacaq, maddənin özünün materializmin iddia etdiyindən və ya sizə öyrədiləndən çox daha fərqli olduğunu anlayacaqsınız.