Yaxşılar İttifaq Etməsələr, Yer Üzündə Təxribatçılıq və Zülm Olar

Yaşadığımız dövrdə şiddət, terror, zülm, saxtakarlıq, fırıldaqçılıq, yalançılıq, əxlaqsızlıq, utanmazlıq, dava-dalaş, çəkişmə, yoxsulluq, aclıq keçmişdə olduğundan daha çoxdur. Buradan da anlayırıq ki, pislərin pislikləri keçmişdəkilərdən çox daha şiddətlidir. Vicdan və ağıl sahibi hər insan qəflətdən sıyrılmalı və indiki vaxtda bütün dünyada baş verən hadisələrə ibrətlə baxmalıdır. Pislər və pisliklər həm sayca çox, həm də maddi imkan olaraq güclü görünür və yer üzündə bir çox insanın acı və narahatçılıq içində yaşamasına səbəb olur. Dinsizlik və ya dinin Allah'ın insanlara vəhy etdiyi şəklindən tamamilə uzaqlaşdırılmış olması, Quran əxlaqının yaşanmaması yer üzündə təxribatçılığın və hər cür pisliyin yayılmasına səbəb olmuşdur. Allah dinsiz insanların yer üzünə gətirdikləri zərəri bir ayədə belə bildirmişdir:

İnsanların eləsi də var ki, onun bu dünya həyatında danışdığı sözlər səni heyran edər. O, qəlbində olana Allah'ı şahid göstərər. Əslində o, ən qatı mübahisəçidir. O, dönüb getdikdə yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir. (Bəqərə surəsi, 204-205)

Bütün yaxşı xüsusiyyətlərini itirmiş, mərhəmət duyğusunu tamamilə itirmiş, milli və mənəvi dəyərlərini heçə sayan, hətta lağ mövzusu edən insanların zülmlərinə və pisliklərinə son verilməsi üçün ən əhəmiyyətli mövzu yaxşı ürəkli, vicdan sahibi insanların ittifaq edərək yer üzündə pisliyin yerinə yaxşılığın və gözəlliyin yayılmasına səy göstərmələridir. Allah bir ayədə əgər möminlər bir-birlərinə kömək etməsələr yer üzündə fitnə-fəsad çıxacağını belə xəbər verir:

Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər. (Ənfal surəsi, 73)

Bu, möminlər üçün ağır bir məsuliyyətdir və hər mömin belə ağır bir günahı boynuna götürməkdən çəkinməlidir. Zaman hər insanın öz başının çarəsinə baxmasının deyil, digər insanlar üçün də ciddi bir səy göstərməsinin vaxtıdır. Bir çox insan peyğəmbər hekayələrini, səhabələrimizin həyatlarını təfərrüatlarıyla oxuyar, onları təqdir edər, üstün əxlaqlarına təriflər yağdırar, cəsarətlərini, çevik və etidallı, qınayanın qınağından qorxmayan, əsla ruhdan düşməyən, hər cür çətinliyə sinə gərən rəftarlarını izah edər. Məhz onlar Allah'ın sevdiyi, cənnətində qonaq edəcəyini müjdələdiyi, mübarək və fədakar insanlardır. Onlar həyatları boyunca yaxşılıq və dürüstlük mövzusunda gözü qara davranmışlar. Ancaq bu gün yaxşı insanlara düşən, yalnız onların həyatlarını izah etmək deyil, onları nümunə götürmək və hər an onlar kimi davranmaqdır. Hər yaxşı insan Quranda nümunə göstərilən peyğəmbərlərin, onlarla birlikdə olan saleh insanların əxlaqına çatmaq üçün bir-biriylə yarış içində olmalıdır. Əks təqdirdə vicdan sahibi hər kəs bu dünya həyatında şahid olduğu pisliklərdən, fəsadlardan, savaş və müharibələrdən məsul olacaq.

Məhz pislərin bu qədər şiddətləndiyi, zəif buraxılmış qadınların, uşaqların bir köməkçi gözlədiyi bu əsrdə müsəlmanların birliyi ayaqda tutmaları və hər cür çətinlikdə, sıxıntıda, hər şərt və vəziyyətdə bir-birlərinin köməyinə can atmaları lazımdır. Allah Ali İmran surəsində iman edənlərin qardaşlığını və bir-birlərinə qarşı göstərməli olduqları rəftarı bu şəkildə təsvir edir:

Hamınız Allah'ın ipindən möhkəm yapışın və parçalanmayın! Allah'ın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz. (Ali İmran surəsi, 103)

Laqeydlik də Pislərin İttifaqından Olmaq Deməkdir

Daha əvvəl də qeyd etdiyimiz kimi pislərin reaksiyasını çəkməmək və onların şərindən qorunmaq üçün bəzi kəslər haqsızlıqlara qarşı laqeyd qala bilirlər. Xalq arasında işlədilən “əlini ağdan qaraya vurmamaq”, “mənə toxunmayan ilan min il yaşasın” kimi deyimlər bu kəslərin rəftarını açıq bir şəkildə təsvir edir. Halbuki, vicdan sahibi insanların rəftarı qətiyyən bu şəkildə ola bilməz. Belə bir rəftarı ancaq dünyaya böyük bir ehtirasla bağlı olan, bu müvəqqəti və çox qısa olan ömründə dünyəvi mənfəətlərin arxasından qaçan insanlar göstərə bilərlər.

Yaxşılıq mövzusunda bitərəf qalanlar bilməlidirlər ki, onların hadisələrə qarşı susqun və maraqsız rəftarları pislərin azğınlığını daha da artıracaq. Məsələn, bir yerdə biçarə və günahsız insanlar heç bir səbəb olmadan qətl edilərsə və yaxşılardan olduqlarını iddia edənlər olub bitənlər qarşısında heç səs çıxarmaz, səssizcə bu zülmü izləyərlərsə onlar pislərə və zalımlara əslində dəstək çıxmış olarlar. Sırf pislərin zülmündən və ya söz və əməli hücumlarından qorxduqları üçün hərəkətsiz qalanlar, əlbəttə axirətdə zülmə və haqsızlığa qarşı səbir və dəyanət göstərənlərlə birlikdə olmağı uma bilməzlər.

Məsələn, Hz. Musa (ə.s)-ın zamanında qövmü onu və qardaşı Hz. Harun (ə.s)-ı düşmənlərinə qarşı yalnız buraxmışlar. Sırf inkarçılardan qorxduqları üçün haqq yoluna bütün həyatını həsr etmiş, zülmə uğrayan insanları qurtarmaq üçün öz həyatını təhlükəyə atmış, Fironun sarayında ehtişam və zənginlik içində yaşaya biləcəyi halda, Allah'ın razılığına uymuş, tarixin ən azğın insanlarından birinin qarşısında cəsarətlə dayanmış olan bir insanı tək buraxa biləcək, ona dəstək olmayacaq qədər laqeydləşə bilmişlər. Üstəlik, Hz. Musa (ə.s) və hz. Harun (ə.s) onları həm Fironun zülmündən, həm də cəhənnəm əzabından qorumaq üçün bu sıxıntı və çətinliklərə sinə gərmiş cəsur və iman sahibi kəslərdir. Hz. Musa (ə.s)-ın qövmünün içindəki bəzi kəslərin vicdansız və qorxaq rəftarı ayədə belə bildirilir:

Allah'dan qorxanlardan, Allah'ın nemət verdiyi iki kişi dedi: “Onların üzərinə şəhər qapısından daxil olun. Əgər siz ora daxil olsanız, əlbəttə, qalib gələrsiniz. Əgər möminsinizsə, Allah'a təvəkkül edin!” Onlar dedilər: “Ey Musa! Nə qədər ki onlar oradadırlar, biz ora heç vaxt girməyəcəyik. Odur ki, sən və sənin Rəbbin gedin, onlarla vuruşun. Biz isə burada oturacağıq”. O dedi: “Ey Rəbbim! Mən yalnız özümə və qardaşıma hökm edə bilərəm. Odur ki, Sən bizi bu günahkar tayfadan ayır!” (Maidə surəsi, 23-25)

Bu çox əhəmiyyətli bir həqiqətdir ki, heç kim kömək etməsə belə Allah'ın yolunda olan səmimi və saleh insanlara Allah mütləq kömək edər və onlara etdikləri işlərdə müvəffəqiyyət verər. Bu, Allah'ın möminlərə vəd etdiyi bir müjdəsidir. Allah Peyğəmbərimiz (s.ə.v) və digər elçilərinə kömək edəcəyini ayələrdə belə müjdələyir:

Əgər siz Peyğəmbərə kömək etməsəniz, bilin ki, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq Məkkədən çıxartdılar. O iki nəfər mağarada olarkən onlardan biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlədir!” Bundan sonra Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allah'ın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir. (Tövbə surəsi, 40)

Biz səndən əvvəl də onların qövmünə elçilər göndərmişdik. Elçilər onlara açıq-aydın dəlillər gətirmişdilər. Biz günahkarlardan intiqam aldıq. Möminlərə yardım etmək Bizim borcumuz idi. (Rum surəsi, 47)

Bu vəziyyətdə, “mən vicdanlı və yaxşı bir insanam” deyən hər insanın, xüsusilə indiki vaxtda bu cür fürsətləri qaçırmadan, yaxşıların ittifaqına güclərinin çatdığından çox kömək etmələri onların axirətdəki vəziyyətləri baxımından son dərəcə əhəmiyyətlidir. Quran'da yaxşılıq sahibi insanlara çətinlik anlarında arxalarını dönənlərin və ya onlara edilən haqsızlıqlara qarşı bitərəf davranan və izləyici qalanların bu yaxşı insanlar rifaha qovuşduqları vaxt haqlı olduqları hər kəs tərəfindən açıq şəkildə öyrənildikdə “Məgər biz sizinlə birlikdə deyildikmi?” deyə onların arxasına düşəcəkləri belə xəbər verilmişdir:

Onlar sizə göz qoyurlar (gözləyirlər ki, sizə bir bəla gəlsin). Əgər Allah'dan sizə bir qələbə gəlsə: “Məgər biz də sizinlə deyildikmi?” – deyərlər. Əgər kafirlərə bir qələbə nəsib olsa: “Məgər biz möminlərlə birlikdə sizə qalib gələ bilməzdikmi, sizi möminlərdən qorumadıqmı?” – söyləyərlər. Qiyamət günü Allah sizin aranızda hökm verəcəkdir. Allah kafirlərə möminləri məğlub etməyə yol verməyəcəkdir. (Nisa surəsi, 141)

Bu tip bir vəziyyətdə bitərəf qalmaq məqbul və vicdanlı bir rəftar olmaz. Əksinə bu, yuxarıdakı ayələrdə də xəbər verildiyi kimi, münafiq xarakterli insanların göstərdiyi bir davranışdır.

Bir zülm qarşısında yaxşıların tərəfində olduğunu söyləyən hər insan əlindən gələn hər cür dəstəyi gücünün sonuna qədər verməlidir. Bunun üçün etməli olduğu ilk şey də, hansı tərəfdə olduğunu açıq bir şəkildə ortaya qoymasıdır. Çünki səssiz və izləyici qalan, qarşı çıxmaq üçün əlindəki imkanlardan istifadə etməyən bir insanın səmimiyyəti, dürüstlüyü şübhə altındadır. Başdan bəri üzərində dayandığımız kimi pislərin ittifaqına dəstək olmaq üçün mütləq onların yanında olmaq lazım deyil. Onların etdiklərinə laqeyd qalmaq da bir növ onlara dəstək olmaq mənasını verir. Allah Hud surəsində insanları, “Zalımlara meyil etməyin, yoxsa sizə od toxunar ...” (Hud surəsi, 113) şəklində xəbərdar edir. Laqeyd qalaraq dəstək olmaq da zülmə meyil göstərməyin başqa bir formasıdır. Bədiüzzaman Səid Nursi də əsərlərində bu vəziyyəti bu şəkildə təsvir etmişdir:

“Küfrə razılıq küfr olduğu kimi, dəlalətə, günaha, zülmə razılıq da günahdır, zülmdür, zəlalətdir”. (Emirdağ Lahikası, səh.145)

“Zülmə razılıq zülmdür, tərəfdar olsa zalım olar. Meyil etsə, “Zülmə ən cüzi bir meyil belə göstərməyin”. (Hud surəsi, 113) ayəsinə məzhər olar”. (Kastamonu Lahikası, səh. 158)

Bu halda bir insan əgər həqiqətən vicdan sahibidirsə yaxşılıqdan və dürüstlükdən yana rəftarını açıq və dəqiq bir qətiyyətlə ortaya qoymalıdır. Əks təqdirdə, yəni bitərəf və laqeyd qaldığında pislərin tərəfinə keçmiş olar. Məsələn, oğurluq edən bir insanı gördüyü halda polisə xəbər etməmək tərəfsizlik deyil, açıq-aşkar oğruya kömək etmək deməkdir. Və ya zülm edən bir insanı oturub seyr etmək, müdaxilə etməmək, “müdaxilə etsəm, mənə də zərər verər” deyib arxasını dönüb getmək zülm edən insana dəstək olmaq deməkdir. Həmçinin, unudulmamalıdır ki, bu insanın izləyici qaldığı oğru bir gün öz evini də qarət edə bilər və ya zülm edən insan bir gün ona da zülm edə bilər. Əsil fəzilətli olan davranış, bir insanın pisləri gördüyü anda, özünə zərər verməsə belə, o adamın pisliyinin qarşısını almaq üçün ağıllı bir səy göstərməsidir. Əks təqdirdə pislərlə istəyərək və ya istəməyərək də olsa əməkdaşlıq etmiş olar; ki, bu da öz əleyhinədir. Allah hesab günü yaxşıların və pislərin tərəfində olanların vəziyyətini belə xəbər verir:

Hər kim yaxşı əməllə gəlsə, ona daha yaxşısı (Cənnət) verilər. Onlar o gün dəhşətli qorxu hissindən uzaq olarlar. Pis əməllə gələnlər isə üzüstə oda atılarlar. Onlara deyilər: “Məgər siz ancaq etdiyiniz əməllərə görə cəzalandırılmırsınızmı?” (Nəml surəsi, 89-90)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
  • Giriş
  • Hörmətli Adnan Oktar’ın Müsahibələrində Sevgi ilə Əlaqədar Verdiyi İzahlar
  • Əsl Yaxşılar və Əsl Pislər Kimlərdir?
  • Pislərin İtifaqının Əsil Hədəfi
  • Pislərin İttifaqının Öndərləri
  • Pislərin İttifaqının Dolaşıq Nöqtələri
  • Pislərin Ən Böyük Qorxusu: Yaxşıların İttifaqı
  • Yaxşılar İttifaq Etməsələr, Yer Üzündə Təxribatçılıq və Zülm Olar
  • Pislərin İttifaqının Qurduğu Tələlər Başdan Pozulmuşdur
  • Nəticə: Yaxşılarla İttifaq Yaratmağı Təxirə Salmaq Olmaz