Televizor izləyərkən, qəzet oxuyarkən ya da hər hansı bir yerdən keçərkən görmək və ya eşitmək istəmədiyiniz bir çox şeylə qarşılaşarsınız. Kasıb insanlar, cinayətlər, qırğınlar, açıqca haqsızlığa uğrayan amma haqqlarını müdafiyə edə bilməyən kəslər, dava-dalaş, sataşmalar, küfrlər, incidici və alçaldıcı sözlər, çəkişmələr, mənfəətlər uğruna törədilən narahatçılıqlar, zorakılıqlar və daha bir çoxları ...
Əlbəttə siz də hər kəs kimi hüzurlu və etibar dolu, heç kimin bir başqasına zərər və ya narahatçılıq vermədiyi, insanların sülh və dostluq içində yaşadıqları, bir-birlərindən daim gözəl, tərifləyici, hörmət və sevgi dolu sözlər eşitdikləri bir cəmiyyətdə yaşamaq istəyərsiniz. Əlbəttə çox insan kimi siz də televiziya kanallarını dəyişəndə, qəzetin səhifələrini vərəqləyəndə və ya işinizdə, evinizdə, həmişə gözəl əxlaqa sahib, şən, mehriban, dürüst, hörmətcil, sevgi dolu, xoş söhbət insanlar görmək, həmişə müjdəli və gözəl xəbərlər eşitmək istəyərsiniz. Ancaq bu gözəl mühitin bir gün gəlib də özbaşına meydana gəlməsini gözləmək yetərli deyil. Bu səbəblə də sülhün, əmin-amanlığın və təhlükəsizliyin hakim olduğu bir cəmiyyətdə yaşamağı səmimi olaraq istəyənlər bir an əvvəl qərar verməli və Quran əxlaqını yer üzünə hakim etmək üçün faydalı işlər görməlidir.
Bu kitab, yaxşılığın hakim olmasını istəyənlərə, yaxşılıq etmələri və digər yaxşılarla ittifaq etmələri üçün yazılmış bir çağırış mahiyyətindədir. Ancaq bu çağırış hər hansı birinə və ya bəzilərinə deyil, birbaşa sizə edilir.