Nəticə: Bitkini Kim İdarə Edir?

Kitabda bitkilərin ən əhəmiyyətli xüsusiyyətlərindən ikisini yarpaqlarının sahib olduğu fövqəladə xüsusiyyətləri və fotosintez mövzusu araşdırıldı. Bu məlumatların verilmə məqsədi isə mövzu haqqında yazılmış digər kitablardan fərqli olaraq, bu canlıların və sahib olduqları sistemlərin təsadüflər nəticəsində meydana gələ bilməyəcəklərini göstərmək idi.

Bitkilər əli, gözü, beyini olmayan, qərar vermə, iradədən istifadə etmə, məlumat sahibi olma kimi şüura və ağla aid xüsusiyyətlər daşımayan varlıqlardır. Ancaq bura qədər izah edilən məlumatlarda da göründüyü kimi, bitkilərin sahib olduqları xüsusiyyətlər və etdikləri əməliyyatlar, böyük bir ağıl və şüur tələb edir. Hətta ağıl, şüur və məlumat sahibi, yüksək bir texnologiyaya hökm edən insanın təqlid də edə bilmədiyi, necə olduğunu anlaya bilmədiyi əməliyyatları yer üzünün hər yerindəki bitkilər, saniyənin milyardda biri qədər qısa bir müddətdə etməyi bacara bilir. Elə isə insan ağılının da çata bilmədiyi bu ağıl kimə aiddir?

cyanobacteria

Əlbəttə ki, hər bitki ilk yaradıldığı gündən etibarən, onu yaradan sonsuz elm və ağıl sahibi Allahın ilham etdiyi şəkildə hərəkət edir. Bitkinin hər hüceyrəsinin, hətta hər atomunun necə hərəkət etməsi lazım olduğu, anbaan ona bildirilir. Bu həqiqət bir Quran ayəsində belə açıqlanır:

Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)

Bitkilər dünyasında qarşılaşdığımız bütün bu möcüzələr bizə açıq göstərir ki, bütün bitkilər sahib olduqları dizayn, etdikləri işlər və sahib olduqları sistemlərlə, üstün bir qüdrət tərəfindən, müəyyən bir məqsədlə yaradılmışlar. Bu yaradılışda həm sonsuz bir elm, həm də böyük bir sənət istifadə edilmişdir. Bütün bu sifətlər isə aləmlərin yaradıcısı olan Allaha aiddir. Bir ayədə belə buyurulur:

Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun bütün heyvanatı yer üzünə yaymasında, küləklərin istiqamətinin dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır. (Bəqərə surəsi,164)

…Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur!
Həqiqətən, Sən bilənsən, müdriksən!
(Bəqərə surəsi, 32)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Bizim Üçün İşləyən Yaşil Zavod
  • Yarpaqdaki Dizayn və Yarpaq Növləri
  • Yarpağin İçində Nələr Olur?
  • Payız Rəngləri
  • Fotosintez
  • Fotosintez Maşını
  • Yaşıl Möcüzə: Xlorofil
  • Fotosintez: Təkamülün Təsadüf Məntiqini Etibarsiz Edən Əməliyyat
  • Nəticə: Bitkini Kim İdarə Edir?