![]() |
Xristianların 2000 ildir, müsəlmanların isə 1400 ildir ki, gözlədikləri böyük nüzul gerçəkləşmişdir. Hz. İsa (ə.s) hazırda yer üzündədir. Yaşadığımız dövr Axırzamandır. Dünyanın qurtuluşa nail olmasına vəsilə olacaq iki mübarək Axırzaman şəxsi hz. İsa (ə.s) və hz. Mehdi (ə.s) yer üzündədir. Hazırda fəaliyyətlərinə davam edirlər. Əsri Səadətdən sonrakı dünyanın ən mühüm dövrü, hazırda yaşanılır. Bu, iman gətirənlər üçün çox gözəl və çox həyəcan verici bir müjdədir.
Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədislərdən, həmçinin Tövrat və İncil sözlərindən, dünyanın son zamanına yaxınlaşdığımız və hz. İsa (ə.s) və hz. Mehdi (ə.s) dövründə yaşamaqda olduğumuz aydın olur [mövzuyla əlaqədar ətraflı məlumat toplamaq üçün baxın: “Hz. İsa (ə.s) və hz. Mehdi (ə.s) bu əsrdə gələcək” Harun Yəhya]
Bu müqəddəs bir dövrdür. Möhtəşəm bir dövrdür. Dünyadakı qarışıqlıq hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın fəaliyyətləriylə sona çatacaq. Dünya, Əsri Səadət dövrünün bolluğunun, xoşbəxtliyinin, sevincinin və coşğusunun yaşanıldığı Qızıl Əsri qovuşacaq.
Qızıl Əsr, bütün müharibələrin bitdiyi, bütün insanların dinclik və sülh içində yaşadığı, cinayətlərin ortadan qalxdığı, aclıq, səfalət, qorxu, zülm kimi bütün bəlaların yox olduğu, cezaçəkmə müəssisələrinin tamamilə bağlanıldığı, topların, tüfənglərin, bütün silahların əridilib yox edildiyi xoşbəxtlik əsri olacaq. Bu mübarək dövrdə, bəzi xristianların gözlədiyi kimi müharibələr olmayacaq, düşmənçilik olmayacaq. Bütün dinlərin mənsubları bir yerdə, qardaş və dost kimi yaşayacaqlar. Qızıl Əsr, bütün dünyanın toplu şəkildə ən böyük rahatlığa və dincliyə nail olduğu səadət dövrü olacaq.
Hz. İsa (ə.s) zühur etdikdə, bilavasitə özü xristianlara təslis inancının nə qədər böyük yanılma olduğunu başa salacaq. Allahın oğlu olmadığını, özünün də digər bütün insanlar kimi Allaha möhtac, aciz bir qul olduğunu xristianlara özü söyləyəcək. Quranı oxuyacaq, Qurana tabe olacaq və bütün xristianları Qurana dəvət edəcək. Məhz bu zaman, bütün xristianlar, burada izah edilənlərin doğru olduğuna qəti şəkildə inancaqlar. Həmçinin Allahın icazəsi ilə ayədə bildirildiyi kimi, hz. İsa (ə.s) ölmədən əvvəl ona iman gətirməyən heç kəs qalmayacaq:
Kitab əhlindən elə kimsə yoxdur ki, ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə İsa onların əleyhinə şahid olacaqdır. (Nisa surəsi, 159)
Əlinizdəki bu kitab təslis yanılmasına qapılmış xristianlara geniş və ətraflı bir açıqlama mahiyyətindədir. Kitabda qeyd olunan Quran və İncildə bildirilmiş açıqlamalarla, qarşıya, onları doğru yola, tək olan Allahın yoluna dəvət etmək məqsədi qoyulur. Xristianlara çox böyük və gözəl bir müjdə verilir. Allah, onlara və təbiidir ki, bütün insanlara hz. İsa (ə.s)-ın o gözəl, nurlu, möhtəşəm camalını göstərəcək. 2000 il sonra bağrımıza basacağımız, coşğuyla sevgiylə qarşılayacağımız sevimli peyğəmbərimiz hz. İsa (ə.s) hazırda yer üzündədir, bütün insanların qarşısına çıxacağı, zühur edəcəyi günlərsə çox yaxındır.