Hazırda Axırzamanda yaşayırıq. Bu mühüm dövr, dünyada qiyamətdən əvvəlki son dövrdür. Həmçinin bu mübarək dövr, Peyğəmbərimiz (s.ə.v)-in hədislərində, eləcə də, İncil və Tövrat ayələrində çox geniş izahatlarla təsvir edilib. Qiyamətdən əvvəlki son dövr, yəni Axırzaman, Dəccal fitnəsinin yaşanacağı, fəlakətlərin, zülmlərin, qarışıqlıq və bədbəxtliklərin, müharibələrin, qırğınların, pozulmanın, iqtisadi böhranların, maddi çöküşün, terror, zorakılıq və vəhşiliyin ən geniş şəkildə yayılacağı və hər kəsin bir xilaskar axtardığı bir dövr olacaq. İnsanların böyük əksəriyyəti bu dövrdə pisliyi genişləndirəcək, Allahı və ibadətləri unutmağa meyl edəcək, öz aləmlərində problemlərin həllini müahribə, qırğın və pislikdə tapacaq, qarışıqlıq və təxribatçılığa üz tutacaqlar.
Axırzamanda Dəccal fitnəsinin yayılması, yer üzündəki bütün cəmiyyətlərin fəlakətə sürükləndirilməsi və insanların bir xilaskar üçün Allaha yalvarmaları ilə birlikdə, Rəbbimiz Axırzamanın mübarək şəxslərini yer üzünə göndərəcək. Bu mübarək şəxslər, hz. İsa (ə.s) və hz. Mehdi (ə.s) olacaq. Yer üzü, hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın yer üzündəki zühuru ilə sakitləşəcək, Dəccalın fitnəsi aradan qalxacaq və yer üzündə daha əvvəl heç görülməmiş bir Qızıl Əsr dövrü yaşanılacaq. Bu dövrdə müharibələr bitəcək, tək bir damla qan axıdılmayacaq, top, tüfəng və silahdan istifadə edilməyəcək, insanlar qətiyyən zülm görməyəcək. Hz. Mehdi (ə.s), yer üzünə tamamilə sülh və rahatlıq mühiti gətirəcək, ədalətlə hökm edəcək və yatanı belə oyandırmayacaq. Peyğəmbərimiz (s.ə.v) hədislərində bu böyük və mühüm həqiqəti belə xəbər vermişdir:
İnsanlar, bal arılarının kraliça arı ətrafında toplanması kimi, hz. Mehdi (ə.s)-ın ətrafında toplanacaqlar. Daha əvvəl zülmlə dolu olan dünyanı, ədalətlə dolduracaq. Elə ədaləti olacaq ki, YUXUDA OLAN BİR BİRİ BELƏ OYANDIRILMAYACAQ VƏ BİR DAMLA QAN BELƏ AXIDILMAYACAQ. Dünya, sanki əsri səadət dövrünə geri qayıdacaq. (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 29 və 48)
ONUN [HZ. MEHDİ (Ə.S)-IN] DÖVRÜNDƏ NƏ BİRİ YUXUSUNDAN OYANDIRILACAQ, NƏ DƏ BİRİNİN BURNU QANAYACAQ. (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 44)
Ona [hz. Mehdi (ə.s)-a] beyət edənlər, [Kəbə ətrafındakı] rukün və mövqe arasında beyət edəcəklər. YATANI OYANDIRMAZ, ƏSLA QAN TÖKMƏZLƏR. (El-Heytemî, El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 24)
MÜHARİBƏ [USTASI] DA YÜKLƏRİNİ [SİLAH VƏ VƏSAİTLƏRİNİ] YERƏ QOYACAQ. (Sünen-i İbn-i Mace, 10/334)
MÜHARİBƏ [USTASI] YÜKLƏRİNİ [YƏNİ SİLAH VƏ SAİRƏNİ] YERƏ QOYAR. (İmam Şa'rani, Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, 496)
Düşmənçilik və kini də yox edəcək... QAB SU İLƏ DOLDUĞU KİMİ YER ÜZÜ SÜLHLƏ DOLACAQ. Din birliyi də olacaq, artıq Allahdan başqasına tapınılmayacaq. MÜHARİBƏ DƏ YÜKLƏRİNİ YERƏ QOYACAQ. (Sünen-i İbn-i Mace, 10/334)
Heç bir insan arasında düşmənçilik qalmayacaq. Həmçinin bütün DÜŞMƏNÇİLİKLƏR, BOĞUŞMALAR, HƏSƏDLƏŞMƏLƏR MÜTLƏQ ARADAN QALXACAQ. (İmam Şa'rani, Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 496)
Onun (hz. Mehdi (ə.s)-ın) dövründə YAXŞI İNSANLARIN YAXŞILIĞI ARTAR, PİSLƏRƏ QARŞI BELƏ YAXŞILIQ EDİLƏR. (Kitab-ul Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 17)
Qab su ilə dolduğu kimi yer üzü sülhlə dolacaq. Heç kəs arasında DÜŞMƏNÇİLİK QALMAYACAQ VƏ BÜTÜN DÜŞMƏNÇİLİKLƏR, BOĞUŞMALAR, HƏSƏDLƏŞMƏLƏR MÜTLƏQ ARADAN QALXACAQ. (Sahih-i Müslim, 1/136)
Şüphesiz, iman edenler(le) Yahudiler, Hıristiyanlar ve Sabiiler(den kim) Allah'a ve ahiret gününe iman eder ve salih amellerde bulunursa, artık onların Allah Katında ecirleri vardır. Onlara korku yoktur ve onlar mahzun olmayacaklardır. |
...Son günlərdə... Rəbb bir çox xalqın arasındakı anlaşmazlıqları aradan qaldıracaq... Millət millətə qılınc qaldırmayacaq, döyüş təhsili verməyəcəklər artıq. (Yeşaya, 2:2-4; Mika, 4:1-3)
Döyüş arabalarını Efraimdən, atları Yerusəlimdən (Qüdsdən) uzaqlaşdıracağam. Döyüş yayları qırılacaq... (Zekeriya, 9:10)
O dövrdə [hz. Mehdi (ə.s) dövründə], aclıq və ya müharibə, həsəd və ya düşmənçilik olmayacaq... (Maimonides, Mişna Tora, Kralların Kanunları 12:5)...
...Ölkədən yayı, qılıncı, müharibəni ləğv edəcəyəm, onlara əmin-amanlıq bəxş edəcəyəm.. (Hoşea, 2:18)
...Ölkənizə sülh təmin edəcəyəm. Qorxu içində yatmayacaqsınız... Müharibə üzü görməyəcəksiniz. (Levililer, 26:5-6)
"...Topladıqları silahları yandıracaqlar. Kiçik-böyük qalxanları, yayları, oxları, çubuqları, mizraqları oda atacaqlar... Yandırmaq üçün silahlardan istifadə edəcəklər..." Hakim Rəbb belə deyir. (Hezekiel, 39:9-10)
...İnsanlar qılınclarını çəkiclə döyərək kotan dəmiri, mizraqlarını bağban bıçağı edəcəklər... (Yeşaya, 2:4; Mika, 4:3)
Dolayısilə hz. Mehdi (ə.s) və hz. İsa (ə.s) dövründə qan yoxdur. Müharibələr yoxdur. Dəccalın fitnəsi dayandırılmışdır. Millətlərə, dövlətlərə sülh gəlmişdir. O dövrdə heç kəs müharibənin arxasında olmayacaq. Çünki müharibənin təməl səbəbi olan batil etiqadlar, darvinist-materialist zehniyyət və bu yanlış zehniyyətin gətirdiyi mənfəətpərəstlik, eqoizm və ruhsuzluq aradan qalxmış olacaq. İnsanları əsil dindarlıqdan uzaqlaşdıran radikal din və ideologiyalar ortadan qalxacaq və dolayısilə zorakılığın və sevgisizliyin təməl zehniyyəti yox olacaq. Hz. Mehdi (ə.s) və hz. İsa (ə.s)-ın zühuru ilə yaşanılacaq Qızıl Əsr, dünyanın ən xoşbəxt, ən rahat, ən dinc, ən sülh dolu və ən bolluq içindəki dövrü olacaq.
Hz. Mehdi (ə.s) hazırda yaşayır. Hz. İsa (ə.s) isə nüzul etmişdir. Hər iki mübarək şəxsin də zühuru gözlənilir. Hər iki mübarək şəxs də, hazırda gizli və açıq şəkildə Dəccalın fitnəsinə qarşı elmi mübarizə aparırlar. Onların zühuru ilə birlikdə sülhə və rahatlığa doğru gedişat yaşanılacaq. Lakin bundan əvvəl, dünyanı fitnələrin və müharibələrin bürüdüyü bir dövrün olacağı bildirilib. Yaşadığımız dövr, hz. Mehdi (ə.s) və hz. İsa (ə.s)-ın zühurundan əvvəlki, yəni fitnə və qarışıqlıqların yaşanıldığı dövrdür.
Bəzi yevangelistlər isə, gələcəkdə Orta Şərqdə, xüsusilə Mesopotamiya bölgəsində armaqedon adlı müharibə yaşanılacağına inanır və bu müharibə gözləntisinə uyğun olaraq bölgə üzərində müxtəlif planlar qurulur. Ən böyük yanılmaları isə, armaqedon müharibəsinin Orta Şərqdə çoxdan başladığı və uzun müddətdir ki, davam etdiyi yanılmasıdır.
Bəzi xristianlar İncildə, hz. Məsihin çıxış vaxtında baş verəcəyi bildirilən armaqedon müharibəsi zamanı, atların cilovlarına qədər çatacaq miqdarda qan töküləcəyini iddia edirlər. Həmin bu müharibədə, yeddi il davam edəcək fəlakət dövrünün yaşanılacağını, yaşanan müharibələr zamanı isə, yəhudilərin dörddə üç hissəsinin müsəlmanlar tərəfindən yox ediləcəyini, İsrail və bəzi Orta Şərq torpaqlarının tamamilə sıradan çıxacağını, bütün bunların da hz. İsa (ə.s)-ın çıxışı üçün mühüm əlamət olacağını söyləyirlər.
Bu dəhşətli ssenariyə görə, yəhudilər müsəlmanlara qarşı “armaqedon” adlandırılan müharibəni qazanmadıqca, hz. İsa (ə.s) yer üzünə təkrar qayıtmayacaq. Bundan ötrü də, bəzi xristianlar, hz İsa (ə.s)-ın yer üzünə qayıtması üçün, bu böyük müharibənin başlamasını və yəhudilər tərəfindən qazanılmasını sanki şərt kimi görürlər. Bu müharibə bitdikdən sonra isə, hz. İsa (ə.s)-a iman gətirən 144 000 yəhudidən başqa bütün yəhudilərin qırılması gözlənilir. Bu qanlı döyüşlər nəticəsində, bütün müsəlmanların və demək olar ki, bütün yəhudilərin yox ediləcəyinə, eləcə də, təkcə hz. İsa (ə.s)-a bağlı xristianlarla, seçilmiş 144 000 yəhudinin xilas olacağına inanırlar.
Həmin bu yevangelist xristianlar İncildə Axırzamanda baş verəcəyi bildirilən və geniş şəkildə təsvir edilən armaqedon müharibəsini tamamilə yanlış şərh edirlər. Həmçinin bu yanlış inancın bir tələbi olaraq da, hazırda Orta Şərqdə davamlı qan axmasının, qardaşın qardaşla vuruşmasının və bitmək bilməyən gərginliyin hz. İsa (ə.s)-ın gəlişi üçün mütləq lazım olduğu yanılmasını müdafiə edirlər. Türkiyənin Cənub-Şərq bölgəsini, eləcə də, İraq və Suriyanı əhatə edən və Orta Şərqə qədər uzanan geniş ərazidə, öz inanclarına görə yəhudilərin çox böyük hissəsinin qətlə yetiriləcəyi, qanın sel kimi axıdılacağı vəhşilik üçün hazırlıq görürlər. Bu gözlənti yevangelist xristianların çox böyük hissəsi üçün imtina edilə bilməz bir məqsəd və gün keçdikcə daha da güclənən bir hədəfə çevrilmişdir, çünki onların yanlış inancına görə, hz. İsa (ə.s)-ın zühuru üçün armaqeddon baş verməli və bu bölgə təcili surətdə qana bulanmalıdır.
Atların boyunlarına kadar kan olacağına dair bir vahşet beklentisi, ne İncil'e ne Tevrat'a ne de Kuran'a uymayan vahim bir beklentidir. Bu senaryo, dünya üzerinde dindar insanların birlik ve beraberliğini istemeyen çeşitli odaklar tarafından ortaya atılmış ve bir kısım Avenjeliklerin özellikle Müslümanlara karşı önyargılı davranmalarına sebep olmuştur. | |
Şüphesiz iman edip salih amellerde bulunanlar ise; Biz gerçekten en güzel davranışta bulunanın ecrini kayba uğratmayız. |
Bu dəhşətli gözləntinin bir nəticəsi olaraq, bəzi xristianlar dünyada yaşanan müharibə, qarşıdurma və anlaşmazlıqları yatırtmaq əvəzinə, sanki qan tökülməsini təşviq edən siyasətləri dəstəkləyir, hətta müharibəyə təhrik edirlər. Bu vəhşiliyi öz aləmlərində bir doğum sancısı kimi xarakterizə edir, hz. İsa (ə.s)-ın müjdəli gəlişi üçün bu vəhşiliyə dəstək verməli olduqları yanılmasına inanırlar.
Halbuki həmin bu xristianlar böyük yanılmaya qapılıblar. Armaqedon müharibəsi Orta Şərqdə çoxdan başlamışdır və hələ də davam edir. 2003-cü ildəki İraq müharibəsi, İncildə armaqedon kimi göstərilən, hədislərdə və Tövratda isə, bütün əlamətləri təsvir edilən Axırzaman əlaməti büyük müharibənin başlanğıc tarixidir. O tarixdən indiyədək Orta Şərqdə qarşıdurmalar bitməmiş və həmişə müsəlman qanı axmışdır və hələ də axır. Sayları milyonlarla ifadə edilə biləcək qədər müsəlman şəhid olmuşdur, müsəlman ölkələrin böyük əksəriyyətində qarşıdurma, vətəndaş müharibəsi, qarışıqlıq və terror var. Dolayısilə yevangelistlərin gələcəkdə olmasını gözlədikləri armaqedon, əslində 2003-cü ildən bəri Orta Şərqdə davam edir. Bu müharibə, uzun müddət davam edəcək bir mnüharibədir. Dolayısilə hazırki dövrdə Orta Şərqdə yaşanılanlardan savayı gələcəkdə baş verəcək böyük bir müharibə yoxdur. Gələcəkdə daha böyük bir müharibə gözləntisi, həmin bu xristianları Orta Şərqlə əlaqədar bir çox mövzuda yanıldır.
İşin maraqlı tərəfi isə, müsəlmanları müharibə və qırğının tərəfdarı, özlərini isə sevgi və sülhün tərəfdarı kimi göstərməyə çalışan bəzi xristianların belə həvəslə müharibə gözləntisi içində olmalarıdır. Halbuki İslam inancına görə, Axırzamanda hz. İsa (ə.s)-dan dərhal əvvəl zühur edəcək və hz. İsa (ə.s) ilə birlikdə bütün dünyaya İslam əxlaqını hakim edəcək hz. Mehdi (ə.s)-ın dövründə müharibələrin olmayacağını müjdələyən insan, İslam Peyğəmbəri hz. Məhəmməd (s.ə.v)-dir. Yəni xristianların dünya səviyyəsində apardıqları təbliğatın əksinə, əslində sülh, əmin-amanlıq, ədalət, şəfqət və sevgi tərəfdarı bir Axırzaman təsəvvürü olan din İslamdır.
Bəzi xristianların hz. İsa (ə.s)-ın qayıdışı üçün milyonlarla insanın qanının tökülməsini, ölkələrin həlak olmasını imtina edilməz bir şərt kimi göstərmələri və böyük qəflət içində bütün müsəlmanların böyük həyəcanla gözlədikləri mübarək hz. Mehdi (ə.s)-ın zühurunu dəccaliyyət kimi xarakterizə etməyə çalışmaları olduqca təhlükəli bir zehniyyətdir.
Bu ssenaridə yanılan tərəf, təhrif edilmiş İncil keçidlərində işlənən bəzi ifadələri yanlış şərh edərək, atların yəhərlərinə qədər qan tökülməsini həyəcanla gözləyən bəzi yevangelist xristianlardır. Hazırda Orta Şərqdə onsuz da qan su yerinə axır və bəhs edilən dəhşətli ssenari onsuz da gerçəkləşir. Gələcəkdə, başqa bir müharibə ilə, bundan daha qorxunc bir ssenarinin gerçəkləşəcəyinə inanmaq, bunun üçün Orta Şərqi qızışdırmaq və yenidən şəkilləndirmək lazım olduğunu müdafiə etmək dəccaliyyətin tələsinə düşməkdir.
Bu, dünyada gizli təşkilat və hakimiyyət qurmaq istəyən mərkəzlərin, xristian görünüşü altında İncilin sonradan əlavə olunmuş və ya yanlış şərh olunmuş bəzi hissələrini dəlil göstərərək oynadıqları bir oyundur. Dindar kimliyi altında bu oyunu oynayırlar. Dəccal ordusu, keçmişdə də dəfələrlə istifadə etdiyi və dəfələrlə müvəffəqiyyət qazandığı bu oyunu yenidən oynamaqda problem görmür. Məqsəd; dindar müsəlman, xristian və yəhudilərin qardaş olmalarının; darvinizmə, materializmə, ateizmə qarşı birlikdə fikri mübarizə aparmalarının qarşısını ala bilməkdir.
Uzun müddət ərzində oynanılan bu oyun nəticəsində dindarlar zəiflədiyi halda, dəccaliyyətin müdafiəçiləri güclənmiş, beləliklə də, mənəvi dəyərləri heç yerinə qoyan, eqoizmi tək etibarlı dəyər qəbul edən, həyatı bitmək bilməyən bir mübarizə və təkcə güclülərin ayaqda qala biləcəyi bir meydan kimi göstərən darvinist və materialist zehniyyəti asanlıqla yaya biliblər. Armaqedon hazırda bu mərkəzlərin ən vəhşi planıdır. Bu oyundan xəbərsiz olanların, sülh və sevgi dini olan İslamiyyətə qarşı nə qədər yanlış dünyagörüşünə sahib olacaqları da aydın məsələdir.
Bəzi İncil keçidlərini dəlil göstərərək insanların böyük bir müharibə gözləməsinə səbəb olan bəzi Dəccali mərkəzlər, yazdıqları bu qanlı Axırzaman ssenarisi ilə əslində, İslama qqarşı yanlış bir dünyagörüşü yaratmağa çalışırlar. Müharibə ssenarilərini dəstəkləyən bəzi nəşriyyat orqanları, yalan xəbərlər, tək tərəfli şərhlər və təxribatlar yoluyla səmimi müsəlmanları Dəccal kimi göstərməyə çalışırlar. Hazırda dünyada bəzi yevangelist xristianların, İslama düşməncəsinə yanaşmalarının və ön mühakiməli dünyagörüşlərinin altında yatan təməl səbəb budur. Bu insanlar, özlərini dindar göstərərək, Axırzaman barəsində verdikləri məlumatları İncil əsasında verdiklərini iddia edir, bütün insanların sülh və əmin-amanlıq içində yaşayacaqları bir dünya tərifi verən İslam dinində qətiyyən olmayan müharibə və zülm tərəfdarı hökmləri öz aləmlərində İslama aid etməyə çalışırlar. Bu mərkəzlərin məqsədi, diqqəti müsəlmanların üzərinə çəkərək, müharibəyə təhrik edən tərəfdarlarını və Orta Şərqdə böyük bir müharibə başlatmağa istiqamətli siyasətlərini kamuflyaj etmək; baş tutduğu təqdirdə ateizmə, dinsizliyə və materializmə qarşı çox böyük güc meydana gətirəcək Kitab əhli ilə müsəlman ittifaqını müəyyən şəkildə mane olmaqdır.
Bu çirkin oyun nəticəsində, səmimi dindar xristianların bir hissəsi İslamı yanlış tanıyır, yanlış şərh edir, eləcə də, İslamın gözəllik, sülh və sevgi dini olduğu həqiqətindən xəbərsiz yaşayırlar. Bu oyun, eyni zamanda müsəlmanlarla xristianlar arasında süni bir ayrılığın yaranmasına da səbəb olur. Bu hiyləgər plan nəticəsində, eyni Allaha inanan səmimi dindarlar birlik ola bilmir, hətta tam əksinə aralarında süni nifaq və düşmənçilik meydana gəlir. Bu vəziyyət, bütün dünyaya dinsizliyi, darvinizmi, anarxiyanı, zülmü, müharibələri, cinayətləri, degenerasiyanı yaymaq istəyən dəccal sisteminin gizlincə fəaliyyətlərini davam etdirməsi üçün, axtardığı ən əlverişli zəmini meydana gətirir. Üç böyük dinin mənsubları, yəni müsəlmanlar, xristianlar və yəhudilər bir-birləriylə mübarizə apardığı bir vaxtda, meydan onlara qalır.
İman sahiblərinin zəifləməsi, Dəccal tərəfdarlarının güclənməsi deməkdir. Bundan ötrü də, Dəccal tərəfdarlarının ateizmi, materializmi və əxlaqi degenerasiyanı yaya bilmələri, öz ideologiyalarını gücləndirmələri üçün, iman sahibləri zəif və öz aralarında parça-parça olmalıdırlar. Dəccal tərəfdarlarının səmimi dindarlar arasındakı ittifaqı pozmaq və onları parçalamaq üçün bu qədər çalışmalarının səbəbi budur. Oynanılan bu hiyləgər oyun nəticəsində dindar xristianlar da, əslində özləri bilmədən və təbiidir ki, istəmədən bu mərkəzlərin dinsizliyi yayma siyasətinə alət olurlar.
Bu çirkli oyuna qarşı bütün əsil dindarların oyanıq olmaları və əsl fikri mübarizəni birlik ruhu içində, Allah inancına qarşı çıxan və cəmiyyətləri din əxlaqından uzaqlaşdırmağa çalışan ideologiyalara qarşı aparmaları təcili yerinə yetirilməli məsələdir. İnsanların ədalət, güvən, sülh və əmin-amanlıq mühitində yaşamalarının önündəki ən böyük təhlükənin, dinsizliyi yayma məqsədinə sahib dəccal sistem və onun nəzarəti altındakı darvinizm, materializm kimi azğın ideologiyalar olduğu heç vaxt unudulmamalıdır.
Bunu ifadə etmək lazımdır ki, İncildə qeyd olunan Dəccal tərifi, Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-dən rəvayət edilən hədislərlə tam uyğunlaşır. Dolayısilə, İslam mənbələrində təsvir edilən və müsəlman aləminin əsrlərdir ki, gözlədiyi, Dəccalla xristian aləminin gözlədiyi Dəccal eyni xüsusiyyətlərə malikdir, eyni aldatma üsullarını tətbiq edəcək və eyni azğın ideologiyaların yayılması üçün çirkli mübarizə aparacaq. Digər bir sözlə, əsas məsələ xristianların, ortaq düşmənləri olan Dəccala qarşı müsəlmanlarla birlikdə hərəkət etmələridir.
Daha əvvəl qeyd etdiyimiz kimi, gələcəkdə başlanacağı söylənilən armaqedon əslində çoxdan başlamışdır və hələ də davam edir. Armaqedon müharibəsinin, ötən illərdə baş verən İraq müharibəsi ilə başladığını və hələ də davam etdiyini həm İslami mənbələrdə, həm də xristian mənbələrində bildirilən əlamətlər tam şəkildə təsdiqləyir. "Böyük və qanlı bir müharibə olacaq" deyən Dəccal tərəfdarı mərkəzlər də, bu həqiqəti çox yaxşı bilir, lakin şüurlu şəkildə insanlardan gizlədirlər.
İraq; 2003-cü ildə ABŞ, İngiltərə, Avstraliya, İspaniya, Danimarka və Polşadan gələn əsgərlərlə işğal edilmişdir. Bu işğal vaxtı, həm müsəlmanlardan, həm də xristianlıq və ya başqa dinlərə mənsub olan vətəndaş və əsgərlərdən olmaqla çox sayda insan şəhid edilmiş və ya öldürülmüşdür.
İncildə İraqın Axırzamandakı işğalı belə təsvir edilib:
Dünya tacirləri onun [Babil*] üçün ağlayıb yas tutur. Çünki bundan belə mallarını satın alacaq heç kəs qalmayıb. Qızılı, gümüşü, qiymətli daşları, mirvariləri, nazik kətanı, ipəyi, bənövşəyi və qırmızı parçaları, hər növ qoxulu ağacı, fil dişindən hazırlanmış hər növ əşyanı, ən bahalı ağaclardan, tunc, dəmir və mərmərdən hazırlanmış hər növ malı, darçın və hil, buxur, gözəl qoxulu yağ, likvidambar... zeytunyağı, un və buğdanı, malları, qoyunları, atları, avtomobilləri... satın alacaq heç kəs qalmayıb artıq. "Ürəyinin istədiyi meyvələr əlindən getdi, bütün qiymətli və gözoxşayan malların yox oldu..." deyəcəklər. Babildə bu malları sataraq varlanan tacirlər, şəhərin çəkdiyi iztirabdan ötrü dəhşətə gələcəklər... "Nazik kətan, bənövşəyi və qırmızı parça ilə dolu olan, qızıl, qiymətli daş və incilərlə bəzənmiş böyük şəhər! O qədər böyük zənginlik bir saat içində yox oldu. Gəmi kapitanları, yolçular, tayfalar və dənizdə işləyənlərin hamısı, onu yandıran odun tüstüsünü gördükdə uzaqda dayanıb; "böyük şəhər [Babil] kimisi vardırmı?" deyə fəryad etdilər... "Dənizdə gəmiləri olanların hamısı onun sayəsində, onun qiymətli mallarıyla varlanmışdılar. Şəhər bir saat içində viran oldu" ... "Böyük şəhər Babil də məhz belə şiddətlə atılacaq... Sənin tacirlərin dünyanın böyükləri idi". (Vahiy, 18:11-21)
* Babil: Hazırki İraq dövlətinin paytaxtı olan Bağdad şəhəri yaxınlığında yerləşən qədim bir şəhər adıdır.
İraqın müxtəlif ölkələr tərəfindən işğal edilməsi, İraqda yaşanılacaq qırğın və armaqedon müharibəsi hədislərdə də ən incə nöqtəsinə qədər bildirilib:
"Axırzamanda Bağdad alovlarla yox edilər..." (Risalet-ül Huruc-ül Mehdi, III cild, səh. 177)
İraqın işğalının başladığı gündən etibarən Bağdad, ən güclü bombardmana tutulan şəhərlərdən biri olmuşdur. Ağır bombardmanlar, gecələri Bağdadın eynilə hədisdə bildirildiyi kimi alovlanıb yanmasına səbəb olmuşdur. Bağdadın qəzet və televiziya xəbərlərinə əks olunan görünüşləri, yuxarıdakı hədisdə diqqət çəkilən hadisə ilə, tam uyğunluq təşkil edir.
Rəsulullah (s.ə.v) belə buyurmuşdur: "…Elə bəla və müsibətlər olacaq ki, heç bir insan, sığına biləcəyi bir yer tapa bilməyəcək. Bu bəlalar Şamın (Dəməşq) ətrafında dolanacaq və İraqın üzərinə çökəcək. Ərəbistan yarımadasının əlini və ayağını bağlayacaq… Onlar bəlanı bir tərəfdən dəf etməyə çalışarkən, digər tərəfdən o yenə ortaya çıxacaq". (Kenzul Ummal, Kitab-ul kıyame kısm-ul efal, V cild, səh. 38-39)
1. Türkiye Gazetesi, 23 Mart 2003 2. Zaman, 22 Mart 2003 3. Habertürk, 22 Mart 2003 4. Milliyet, 4 Mayıs 2003 5. Yeni Şafak, 4 Kasım 2003 |
Hədisdə bildirilən "müsibətlərin Şamın ətrafında dolanıb, İraqın üzərinə çökəcək olması", Amerikanın son İraq işğalı vaxtı yaşanmışdır.
"...İraqa hücum edilmədikcə qiyamət qopmaz. Həmçinin İraqdakı günahsız insanlar Şama doğru sığınma yerləri axtaracaqlar. Şam yenidən qurular, İraq da yenidən qurular". (Kenzul Ummal, Kitab-ul kıyame kısm-ul efal, V cild, səh. 254)
Hədisdə İraqın və Suriyanın yenidən qurulacağına diqqət çəkilir. Həqiqətən də baş verən qarşıdurmalardan ötrü, İraqın və 2011-ci ildən etibarən də Suriyanın demək olar ki, hər bölgəsi yerlə-yeksan olmuşdur. Hər iki ölkənin də yenidən qurulması məcburi hal almışdır.
"İraq xalqı üç firqəyə ayrılar. Bəziləri soyğunçulara qoşular. Bəziləri ailələrini geridə qoyub qaçarlar. Bəziləri isə, döyüşər və öldürülərlər. Siz bunları gördüyünüz vaxt qiyamətə hazırlanın". (Yusuf el-Makdisi, Fera İdu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar)
1. Türkiye, 23 Mart 2003 2. Yeni Şafak, 30 Mart 2003 3. Tercüman, 15 Nisan 2003 4. Milli Gazete, 22 Haziran 2003 |
Hədisdə bildirildiyinə görə, İraqdakı qarışıqlıqlar və İraqın müəyyən bölgələrinin işğalından sonra xalqın bir hissəsi "talançılara" qoşulacaq. Həqiqətən də qarşıdurmalar əsnasında xalqın bir hissəsi, oğurluq, qəsbkarlıq, yağmalamaq kimi "talançılıq" olaraq xarakterizə edilə biləcək fəaliyyətlər icra edən qruplar sırasına daxil olublar. Hədisdə xalqın bir hissəsinin isə, edilən zülmdən ötrü yaşadıqları yerdən tezliklə qaçmağa cürət edəcəkləri, hətta geridə qoyduqları ailələrini belə düşünə bilməz mövqedə olacaqları bildirilib. Hədisdə xalqın bir hissəsinin isə, müharibəyə qoşulacağı və öldürüləcəyi bildirilir. İraqın əvvəlcı ABŞ və xüsusilə sonradan müxtəlif radikal təşkilatlar tərəfindən işğal edilməsi vaxtında da, bir çox qarşıdurma baş vermiş, xeyli insan həyatını itirmiş və xeyli insan da bölgədən qaçmışdır.
Əbu Nadrə (r.ə) belə söyləmişdir: “Cabir (r.ə)-in yanında idik və o belə söylədi: "Elə bir zaman yaxınlaşır ki, İraq əhalisinə bir kilə (kütlə vahidi), bir dirhəm (pul vahididir) gətirilməyəcək". Biz də belə dedik: "Kimə görə belə olacaq". O isə belə dedi: “Əcəmilər (‘ərəb olmayanlar) buna mane’ olacaqlar”. Sonra isə belə dedi: "Şam əhalisinə bir dinar, bir kilə (kütlə vahidi) belə gətirilməyəcək". Biz də: "Bu kimdən ötrü olar" dedik. O da: "Rumlardan ötrü olar" dedi. (Et-Tac, Ali Nâsıf el-Hüseyni)
İraq, müsəlman olmayan xarici dövlətlər tərəfindən işğal edilmiş və dərhal sonra hədisdə bildirildiyi kimi, yenə xarici dövlətlər tərəfindən İraqa uzun müddət embarqo tətbiq olunmuşdur.
O: "İraqa ölçəyi və dirhəmi verilməyəcək. Şama da ölçəyi və dinarı verilməyəcək. Misirə ölçəyi və dinarı verilməyəcək. Başladığınız yerə qayıdacaqsınız" deyə buyurdu və bunu üç dəfə təkrarladı. Buna Əbu Hüreyrənin əti və qanı şahid oldu". (Müslim, Fiten 33, (2896); Ebu Davud, Harac 29, (3035))
"İraqlıların əlində demək olar ki, ölçəcəkləri bir çəki aləti və alver edə biləcəkləri bir pul qalmayacaq". (Kenzul Ummal, Kitab-ul kıyame kısm-ul efal, V cild, səh. 45)
Hədislərdə üç ölkəyə diqqət çəkilməsi mənalıdır. İraq, Suriya və Misir, müxtəlif səbəblərdən ötrü, hazırki vaxtda qarışıqlıqların artdığı Orta Şərqin üç böyük ölkəsidir. Hədislərdə bildirildiyi şəkildə həmin bu qarşıdurmalardan ötrü, hər iki ölkənin də iqtisadiyyatı böyük zərər çəkmişdir. İraqın işğalından sonra İraq dinarı tədavüldən çıxarılmış, Misirdə baş verən daxili qarşıdurmalardan sonra iqtisadiyyata böyük zərbə vurulmuşdur. Suriyada isə, onsuz da iqtisadiyyat adlı bir şey qalmamışdır.
Həm İncil keçidləri, həm də Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədislərdən də açıqca aydın olduğu kimi, İraqda başlamış və Orta Şərqin böyük hissəsində yayılmış müharibə, armaqedon ilə əlaqədar bütün təriflərə uyğun gəlir. Armaqedon, həzrəti İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın çıxışından əvvəl yer üzündə baş verəcək Axırzaman əlamətlərindən bir əlamətdir. Armaqedon mövzusunda qurulmuş bütün oyunlar hz. Mehdi (ə.s)-ın gəlişi ilə pozulacaq. Dəccal mərkəzlərinin dəstəkçisi halına gətirilmiş bəzi müsəlman və xristianların qan və vəhşət gözləntiləri boşa çıxacaq. Hz. İsa (ə.s)-ın zühuru, qan və müharibə xəbərçisi deyil, tam əksinə bütün bu müharibələrin bitdiyi, Orta Şərqin və dünyanın rifaha nail olduğu sülh xəbərçisi olacaq.
Armageddon çoktan başlamıştır ve halen devam etmektedir |
ƏSİL MÜSƏLMANLAR, ƏSİL XRİSTİANLAR VƏ ƏSİL YƏHUDİLƏR SÜLH MƏSƏLƏSİNDƏ BİRLƏŞƏCƏK VƏ BİRLİKDƏ ALLAHIN ADINI UCALDACAQLAR. Hz. Mehdi (ə.s)-ın zühur etdiyi dövr, bütün bu vəhşət ssenarilərinin əksinə, SEVGİ, SÜLH, DİNCLİK VƏ ƏMİN-AMANLIQ DÖVRÜ OLACAQ.
Hz. Mehdi (ə.s) dövründə MÜHARİBƏLƏR VƏ QIRĞINLAR BİTƏCƏK. CİNAYƏT TÖRƏDİLMƏYƏCƏK, CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİ BELƏ BOŞALACAQ. Tank, top, tüfənglər əridilib yox ediləcək.
Hz. Mehdi (ə.s) dövründə nəinki müharibə və qarışıqlıq yaşanmayacaq, hətta TƏK BİR İNSANIN BURNU BELƏ QANAMAYACAQ. Hz. Mehdi (ə.s), şəfqəti, sevgisi, ədaləti, gözəl əxlaqı ilə bütün dünyanı qardaşlığa, sülh və sevgiyə yönəldəcək, dünya sülh və bolluğun hökm sürdüyü, insanların nemət və dinclik içində yaşadığı QIZIL ƏSRƏ daxil olacaq.
Allah, hər üç dində də sevgini, sülhü və qardaşlığı tərifləmiş və ucaltmışdır. Allahın bütün iman sahiblərinə bir rəhmət kimi xəbər verdiyi hz. Mehdi (ə.s) dövrünü, bir qırğın və vəhşilik dövrü kimi göstərməyə çalışan azğın düşüncənin, Dəccalın bir oyunu olduğu görməzlikdən gəlinməməlidir. Səmimi olan hər müsəlman və hər xristian ağıllı şəkildə düşünməli və oynanılan bu oyunu görməlidir.
Şüphesiz, Allah Katında sizin en üstün (kerim) olanınız, (ırk ya da soyca değil) takvaca en ileride olanınızdır. Şüphesiz Allah, bilendir, haber alandır. |