IX Fəsil: Bəzi Yevangelistlərin Antichrist (Dəccal) Düşüncəsindəki Təhlükə

Hazırki dövrdə bəzi yevangelistlər, İncildəki Dəccal tərifini yanlış şərh etdikləri üçün, müsəlmanlar və yəhudilərin bir xilaskar kimi gözlədikləri və dünyaya sülh gətirəcək olan hz. Mehdi (Kral Məsih) haqqındakı açıqlamaları öz aləmlərində dəccaliyyətlə əlaqələndirirlər. Bu olduqca təhlükəli dünyagörüşündən ötrü, Axırzamanda gələcək və bütün dünyaya sülh gətirəcək Mehdinin xüsusiyyətlərini Dəccali xüsusiyyətlər kimi göstərməyə çalışırlar (hz. Mehdi (ə.s)-ı tənzih edirik). Üstəlik, bundan ötrü də, sülh, sevgi, qardaşlıq kimi anlayışlardan bəhs edənlərə şübhə ilə baxırlar. Əvvəla bu dünyagörüşündə olduqca böyük səhvlər var və bunlar istəmədən də olsa, dünyada sevgini yox edəcək və nifrəti yaya biləcək təhlükəli düşüncələrdir.

Bir Milləti və ya Cəmiyyəti Bütöv Halda Dəccal Elan Etmək Vicdansızlıqdır

Bəzi yevangelistlərin İncilə əsaslanaraq verdikləri Dəccal tərifində, sülh gətirəcək bir xilaskarın əslində Dəccala işarə etdiyi iddiası yer alır. Bu qəribə iddianın verdiyi məna isə, budur; hər kim sülhdən, sevgidən və dostluqdan bəhs etsə potensial olaraq Dəccal və ya Dəccal tərəfdarıdır. Bu yanlış dünyagörüşü, dünyadakı heç bir insanın sülhdən bəhs etməməsinə, bir-birini sevməməsinə, xüsusilə də hz. Mehdi (ə.s)-ın çıxışını gözləyən müsəlmanların sülh və sevgidən bəhs etməməsinə səbəb ola biləcək bir dünyagörüşüdür ki, bu da, olduqca təhlükəlidir. Bu düşüncə, hazırda dünyanın ən böyük ehtiyacı olan iman sahiblərinin birləşməsini də qeyri-mümkün hala gətirən olduqca mərəzli dünyagörüşüdür.

Bu iddia ilə yola çıxan bəzi yevangelistlər, İsrail ətrafındakı ölkələr arasından bütünlüklə bir milləti və ya cəmiyyəti hədəf alır, İncildə xüsusilə belə bir cəmiyyətə işarə edildiyini iddia edir və bu insanları Dəccal kimi görməkdə və göstərməkdə bir problem görmürlər.

Bu, ilk başda həmin bu xristianların öz inandıqları müqəddəs kitabın əsasları ilə də üst-üstə düşməyən bir davranış forması və dünyagörüşüdür. İçində yaşayan imanlı, gözəl əxlaqlı, günahsız, yaxşı niyyətli insanları görməzlikdən gələrək bir milləti şübhə altında qoymaq, sonra da Dəccalın iziylə gedəcək insanlar kimi onları qəbul etmək və buna görə həmin cəmiyyətə qarşı cəbhə almaq və ya onlara qarşı nifrəti alovlandırmaq çox ciddi vicdansızlıqdır. Hər millətin içində yaxşı insanlar da var, pis insanlar da.

Dəccal və Allah tərəfdarları hər dövrdə yaxşılıqdan və ya pislikdən yana olmalarıyla bir-birlərindən seçiliblər. Dolayısilə hansı dinə mənsub olsa da, bir milləti bütünlüklə pis millət elan etmək, oradakı günahsız və gözəl insanları bir anda yox hesab etmək Allahın dinində olmaz. Belə bir Dəccal tərifi, çox mərhəmətsiz, mərhəmətdən və şəfqətdən uzaq bir tərifdir. Belə təriflər terroru, zülmü, təxribatçılığı və nifrəti təşviq edər. Belə təriflər insanları bir cəmiyyətə qarşı səbəbsiz bir qəzəbə, hətta hücuma, döyüşə istiqamətləndirər. Belə bir tərif verən həmin bu insanlar, əslində özlərinin Dəccala xidmət etdiklərindən xəbərsidirlər.

Normalda dinin əslini tanıyan və onu yaşayan bir insan, belə bir məntiqi müdafiə etməməlidir. Qardaşlığın, gözəl əxlaqın, insanlara şəfqət və mərhəmətlə baxmağın gözəlliyini yaşamalı və bundan bəhs etməlidir. Bir insan, bir cəmiyyətin bütövlükdə şeytanın yolundan getdiyini iddia edəcək məntiqə sahibdirdə, deməli, həmin insanın dindən xəbəri yoxdur. Bütün haqq dinlər insanlara sevgiylə, şəfqətlə və mərhəmətlə baxmağı nəsihət edər. Yenə bütün haqq dinlər, Dəccalı, Dəccalın sistemini və Dəccal tərəfdarlarını təsvir etmişdir. Bütün pisliklərin mənbəyi olan Dəccalı ayırd etmək və anlamaq olduqca asandır. Bu tərifə görə:

Qan tökmək istəyən, qırğınları, mərhəmətsizliyi, zülmü dəstəkləyən hər kim olursa olsun, o Dəccalın ordusundandır və Ona xidmət etməkdədir. Əlbəttə ki, bu insanlar arasında dinsiz, yəhudi, xristian və müsəlman olan da var. Lakin; "Müsəlmanlar Dəccal ordusudur" demək olduqca yanlışdır. Bütün yaxşılıqları, Dəccalın ilkin əlaməti kimi qəbul edib, sonra da bunu bir millətlə uyğunlaşdırmaq həm günah, həm vicdansızlıq, həm də ciddi şəkildə məntiqsizlikdir. Həmin millətin nümayəndəsi olan günahsız uşaqlar, günahsız qadınlar-kişilər, dindar səmimi gözəl insanlar bir anda yox hesab edilmiş olur.

Bu eyni zamanda öz müqəddəs kitablarına atılmış bir böhtandır. İncildə qətiyyən bu mənada bir ifadə işlənməmişdir. Həmin bu yevangelistlər belə azğın bir inancı müdafiə edərək, ətraflarındakı insanları da yanlış istiqamətləndirir və onları bütövlükdə nifrətə sürükləyirlər. Bu, günahı çox böyük olan bir məsuliyyətdir.

İncildəki Dəccal Tərifləri Darvinizmlə Tam Uyğunluq Təşkil Edir

1) Sonra on buynuzlu, yeddi başlı bir canavarın Romanın dənizindən çıxdığını gördüm. Buynuzlarının üzərində on tac vardı, başlarının üzərində söyüş xarakterli adlar yazılmışdı.

2) Gördüyüm canavar bəbirə bənzəyirdi. Ayaqları ayı ayağı, ağzı aslan ağızı kimiydi. Əjdaha canavara öz gücü və taxtıyla birlikdə böyük səlahiyyət verdi.

3) Canavarın başlarından biri? sanki ölümcül yara almışdı. Necə ki, bu ölümcül yara sağalmışdı. Bütün dünya çaşqınlıq içində canavarın arxasınca getdi.

4) İnsanlar canavara səlahiyyət verən əjdahaya tapındılar. "Canavar kimisi vardırmı? Onunla kim vuruşa bilər?" deyərək canavara da tapındılar. (Vahiy, 12)

5) Canavara, yalan sözlər danışan, söyüşlər söyən bir ağız və qırx iki ay müddətlə istifadə edə biləcəyi bir səlahiyyət verildi.

6) Tanrını söymək, Onun adını və iqamətgahını, yəni göydə yaşayanları söymək üçün ağzını açdı.

7) Mübarəklərlə döyüşüb onları məğlub etməsinə icazə verildi. Canavara hər el, hər xalq, hər dil, hər millət üzərində səlahiyyət verildi.

8) Yer üzündə yaşayan və dünya yaradılandan bəri boğazlanmış Quzunun həyat kitabına adı yazılmayan hər kəs ona tapınacaq.

9) Qulağı olan eşitsin! (Vahiy, 13)

"Romanın Dənizindən Çıxan 10 Başlı Canavar"

"Sonra on buynuzlu, yeddi başlı bir canavarın Romanın dənizindən çıxdığını gördüm. Buynuzlarının üzərində on tac vardı, başlarının üzərində söyüş xarakterli adlar yazılmışdı"

Xristianlara görə Romanın dənizindən çıxaraq 10 tacın təsvir etdiyi 10 krallığa yayılacaq olan dəccaliyyət, bəzi yevangelistlər tərəfindən 10 ayrı millətə sahib bir ölkə kimi qəbul edilmişdir və buna əsaslanaraq, Dəccal tərifi verilir. Lakin bu olduqca məntiqsiz və bir o qədər də təhlükəli bir iddiadır.

Həmin bu İncil keçidində bəhs edilən bir ölkə və ya bir millət deyil, 10 krallığa, yəni çox böyük bir əraziyə yayılacaq bir ideologiyadır. Belə ki, bu, bütün dünyaya bəla gətirmiş və hələ də dağıdıcı təsiri davam edən darvinizmdir. Başlanğıc nöqtəsi İngiltərə olan və bütün dünyaya yayılan saxta ideologiya olan darvinizm, insanı öz aləmində heyvan yerinə qoyaraq, həyatın təsadüfən meydana gəldiyi iddiasını yaymağa çalışır. Güclünün zəifi əzməsinin həyatın bir tələbi olduğu yalanını təlqin edərək, bütün bəlalara, müharibələrə, qırğınlara, soyqırımlara səbəb olmuşdur.

20-ci əsr və sonrasında dünyanı fəlakətlərə sürükləyən darvinizm, yaşadığımız Axırzamanda ortaya çıxacaq Dəccalın tərifinə mükəmməl şəkildə uyğun gəlir. Bəzi yevangelistlər, öz aləmlərində ölkələri və millətləri Dəccal adlandıraraq həm günah işləyir, həm də ciddi şəkildə vaxt itirirlər. Əsil Dəccal, bütün dünyada öz təsirini davam etdirdiyi və dünyanı fəlakətə sürükləməyə davam etdiyi bir vaxtda, yevangelistlər qoyduqları yanlış diaqnozla vaxt itirir və əsil mübarizə aparmalı olduqları hədəfi görə bilmirlər. Əslində Dəccal bu yolla onların da başını qatır.

Necə ki, İncil keçidindəki digər hissələr araşdırıldıqda da, darvinizmdən bəhs edildiyi görülür:

"Bütün Dünya Çaşqınlıq Içində Canavarın Arxasınca Getdi"

Vahiy 13-də verilən Dəccal tərifində, bəhs edilən canavarın bütün dünyaya yayılacağından bəhs edilir. Bu, yevangelistlərin “bir millətin dəccallığını” ləğv edən ifadədir. Həmçinin bu, bəhs edilən dəccaliyyətin, insanların arxasınca gedəcəyi bir ideologiya olacağını da təsdiqləyən xüsusiyyətdədir. Həqiqətən də darvinizm, tamamilə bir saxtakarlıq olmasına, heç bir elmi dəlilə əsaslanmamasına, elmi kəşflər və təcrübələrlə həmişə yanlış olduğunun göstərilməsinə baxmayaraq, bütün dünyanı arxasınca sürükləmişdir.

Vahiy 12-də bildirilən: "Bütün dünya çaşqınlıq içində canavarın arxasınca getdi" cümləsində "çaqınlıq" sözü olduqca diqqət çəkicidir. Bununla insanların çaşqınlıq içində, yəni nə etdiklərini bilmədən Dəccalın arxasınca getdikləri bildirilir. Necə ki, darvinizmin yayılması da belə olmuşdur. Dəlilsiz bir nəzəriyyə, müxtəlif saxtakarlıq üsullarıyla təşviq edilmiş və bütün dünya, nə etdiyini bilmədən bu ideologiyanın bilərək və ya bilməyərək müdafiəçisi olmuşdur. Hətta, belə ki, darvinist diktatorluq bütün dövlətləri, bütün universitetləri, bütün təhsil təşkilatlarını, bütün rəsmi təşkilatları və bütün mətbuatı təsiri altına almışdır.

"İnsanlar Canavara Səlahiyyət Verən Əjdahaya Tapındılar"

Həmin bu tərifdə ifadə edilən canavara səlahiyyət verən əjdaha, darvinizmin özünə saxta ilah qəbul etdiyi elmdir. İnsanlar, elmin adından darvinizmi haqlı çıxartmaq üçün istifadə etdilər və hazırda da istifadə edirlər. Elm darvinizmi təkzib etmiş olmasına baxmayaraq, elm adı altında ortaya çıxar və elmi [haşa] Allahın yerinə qoyarlar. Necə ki, bəzi darvinist nəşrlərdə; "yeni Tanrı; elm" başlığının qoyulması tam bəhs edilən kəhanətin gerçəkləşdiyini göstərir (Allahı tənzih edirik).

deccal darwin

Darwin, bilmii kendisine sahte ilah ederek ortaya çıkmış ve diktatörlüğü bütün dünyaya yayılmıştır.

Deccaliyet, sinsice insanları bu şekilde dinsizliğe ve felaketlere sürüklemiştir. Nitekim İncil'de tarifi yapılan deccal de dünyada savaşların ve dejenerasyonun tek kaynağı olan Darwinizm'dir.

"Canavar Kimisi Vardırmı? Onunla Kim Vuruşa Bilər?" Deyərək Canavara Da Tapındılar

Darvinizmin müxtəlif mərkəzlər tərəfindən yayılması, bütün dünyaya hakim edilməsi və darvinist diktatorluğun təsiriylə "rədd edilə bilməz" hala gətirilməsi nəticəsində, insanlar bu böyük Dəccal axınına təslim oldular. Necə ki, hazırda dünyada hər hansı bir professorun, bir dövlət adamının, bir müəllimin, bir şagirdin, bir yazıçının darvinizmin əleyhində söz söyləməsi qeyri-mümkündür. Bunu etsələr dərhal işlərindən atılar, ictimai ətraflarından təcrid olunar və karyeralarından məhrum olarlar. Məhz darvinist diktatorluğun bu hakimiyyəti, eləcə də, bu zorakı və zalım təzyiqindən ötrü, hazırda bütün insanlar darvinizmə boyun əymiş vəziyyətdədirlər. Bir çoxu həqiqəti bilmələrinə baxmayaraq, darvinist diktatorluğun gücünə müvaqimət göstərə bilmədiklərindən, etiraz etmək əvəzinə təslim olublar. Burada tam hazırki dövr təsvir olunur və darvinist diktatorluq qarşısında bəzi insanların boyun əydiyinə işarə olunur. Məhz bu dəccaliyyətdir.

Tanrını Söymək, Onun Adını Və Iqamətgahını, Yəni Göydə Yaşayanları Söymək Üçün Ağzını Açdı

Darvinizm, tam bu sözlərdə ifadə edildiyi kimi, Allah inancına qarşı çıxa bilmək (Allahı tənzih edirik) üçün, ortaya atılmış bir nəzəriyyədir. Həqiqətən də, ilk gündən etibarən dünya səviyyəsində ateizmə dəstək olmuş və Allaha iman gətirənlərlə, yaradılışı müdafiə edənlər həmişə təkamül müdafiəçilərinin hədəfinə çevrilmişdirlər. Bütün ateist ideologiyaların ən təməl başlanğıc nöqtəsi darvinizmdir. Dolayısilə bu xüsusiyyətindən ötrü darvinizm, həmin bu ayədə verilən Dəccal tərifinə tam uyğun gəlir.

Canavara Hər El, Hər Xalq, Hər Dil, Hər Millət Üzərində Səlahiyyət Verildi

Həqiqətən də darvinizmin hazırda dünyada çatmadığı tək bir kənd, tək bir qəsəbə belə yoxdur. Dəccal çirkli ideologiyasını hər yerdə yaymış, hər yerə çatmışdır.

Bütün bu açıqlamalardan çox dəqiq şəkildə aydın olur ki, İncildə verilən Dəccal tərifi, hazırki dövrdə bütün cəmiyyətləri zəhərləndirən darvinizmin tam tərifidir. Necə ki, Tövrat və Quranda verilən Dəccal tərifləri də, tam darvinist ideologiya ilə üst-üstə düşür. Müqəddəs Kitablarda, müxtəlif təsvirlər və təriflərlə həmişə eyni Dəccaldan xəbər verilmişdir. Dəccal, bəzi yevangelistlərin inandığı kimi bir ölkə, bir millət və ya bir cəmiyyət deyil; cəmiyyətləri, millətləri və ölkələri hakimiyyəti altına alan darvinizmdir.

Dəccal Tərifində Yanılmaya Qapılan Bəzi Yevangelistlərin Yanlış Takiyə Anlayışı

anne ve çocuğu

Burada haqqında danışdığımız bəzi yevangelistlərin təhlükə meydana gətirən tərəfləri; yaxşı və gözəl olanı, sülhü və sevgini müdafiə edənlərə Dəccal yaraşdırması etmələridir. Bu qəribə anlayışa görə, xristian olmayan bir insan və ya cəmiyyət potensial Dəccaldır və əgər sülhü, qardaşlığı, dostluğu, sevgini müdafiə edirsə, deməli, Dəccal olduğunu da elan edir. Yevangelistlər, Quran və Tövratda bildirilən "xilaskar Mehdi" tərifini də yanlış şərh edərək Dəccal hesab edirlər. İrəli sürdükləri bu yanlış Dəccal anlayışı ilə, sanki insanlara; "sülhü müdafiə etməyin", "insanları qardaşlığa, gözəlliyə, birliyə dəvət etməyin", "dostluğa və qardaşlığa dəvət edənə şübhə ilə baxın" düşüncəsini aşılayırlar. Əslində özləri bilməsələr də, hətta istəməsələr də, Dəccalın istəyini yerinə yetirir və yaxşını pis göstərərək Dəccalın məqsədinə xidmət edirlər.

Bəzi yevangelist xristianların, müsəlmanlara dair yanlış inanclarından biri də takiyə mövzusunda verdikləri açıqlamalardır. Takiyə, "qorunmaq, gizlənmək" mənalarını verən bir sözdür. Quranda Nəhl surəsinin 106-cı ayəsində: "(Qəlbi imanla sabit qaldığı halda, məcbur edilən kəslər istisna olmaqla), kim iman gətirdikdən sonra inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır" açıqlaması qeyd olunur. Bu ayədə, iman gətirmiş olmasına baxmayaraq, təzyiq altında olan bir insanın, öz canının və ya başqalarının canının təhdid altında olduğu çətin vəziyyətdən xilas ola bilmək üçün, müvəqqəti olaraq imanını inkar edə biləcəyindən bəhs edilir. Digər bir sözlə, canı, malı, ailəsi və ya ölkəsi qəti və mümkün təhlükələrlə üzləşdikdə insanın müvəqqəti olaraq takiyə etməsi, yəni diliylə inkar etdiyini söyləməsi qanunidir. Takiyənin bundan başqa hər mənası yoxdur.

Nədənsə hökmü bu qədər açıq olan bir məhfum, bəzi yevangelistlər və bəzi İslam əleyhdarlarının fərqli şərhlərinə məruz qalmışdır. Bu insanlar, Quranda olduqca açıq izah edilmiş bu mövzunu öz aləmlərində: "Sülh tərəfdarı müsəlmanların bütün həyatlarını yalan üstündə qurduqları və bütün insanları aldada bilmək üçün, bu yalanı müdafiə edərək yaşadıqları" kimi şərh edərlər. Əslində bu bir şərhdən kənar, açıqca bir böhtandır. Bunu iddia edən insanlar müsəlmanlara: "Sülhü müdafiə edirlər, lakin nə vaxtsa həqiqi üzlərini göstərib qırğın törədəcəklər" iddiasıyla böhtan atır, bəzi digər İslam əleyhdarları isə: "Sülhü, fikir və inanc azadlığını müdafiə edirmiş kimi görünürlər, halbuki bütün insanları zorla İslama qaytarmağa çalışacaqlar" deyərək mövzunu sapdırırlar. Bu açıqca bir səhvlik və böyük yanılmadır.

Əvvəla həqiqi müsəlmanlar Allahın Quranda bildirdiklərinə qeyd-şərtsiz inanarlar və onları tətbiq edərlər. Quranda bildirilən şey isə, sevgi, sülh, mərhəmət, bağışlayıcılıqdır. İslam dininin təməli olan səmimiyyət isə, qəlbin və sözün bir olmasıdır. Dolayısilə müsəlmanlar Qurandan kənar bir əxlaq göstərməkdən şiddətlə qaçarlar. Allahın əmrlərinə uyğun olaraq həmişə sülhü, sevgini, qardaşlığı və mərhəmətin müdafiə edərlər.

Takiyə, ayədən də aydın ola bildiyi kimi, təzyiq altındakı insanın içində olduğu vəziyyətdən xilas ola bilməsi üçün, diliylə inkar etdiyini söyləməsidir. Bir müsəlmanın həyatında bəlkə də heç qarşılaşmayacağı olduqca xüsusi bir vəziyyət üçün, etibarlı olan belə bir sözün, bir müsəlmanın bütün həyatına aid edilə biləcək vəziyyətə çevrilməsi təəccüb oyandıracaq hadisədir. Bu səhvliyə yol verənlər həqiqi İslam dinindən xəbərsizdirlər və Quranda bildirilən din əxlaqının səmimiyyət, dürüstlük təməlində qurulduğunu bilmirlər. Müsəlman, həyatını yalanla keçirtməz, bu haramdır. Müsəlman bütün həyatını müsəlmanlığın gətirdiyi dürüstlüklə keçirdər. Sevgini və sülhü isə, takiyə olması üçün deyil, Quranda Allahın əmri olduğu üçün müdafiə edər.

Burada çox ciddi məntiqsizlik var. Düşünün ki, bir insan, Allah rizası üçün bütün həyatını sülhə, qardaşlığa, insanları dost etməyə həsr edəcək və sonra da, min bir çətinliklə bir yerə topladığı və sevgi birliyi yaratdığı insanları birdən qətl etməyə qərar verəcək. Əvvəla bu çox məntiqsiz və azğın bir dünyagörüşüdür. Əgər bir insan şeytani fikrə sahibdirsə və insanları qətlə yetirmək istəyirsə, xüsusilə qırğınların olduqca geniş yayıldığı hazırki dövrdə bunun üçün takiyə etməsinə ehtiyac yoxdur. Onsuz da bu Dəccali və şeytani fikrini istənilən şəraitdə tətbiq edə bilər. Necə ki, öz aləmlərində dindən bir vasitə kimi istifadə edən Dəccal tərəfdarlarının hazırki dövrdə bunu çəkinmədən tətbiq etdiklərini bilirik. Bu insanlar din adından ortaya çıxır, "dinin əmrindən ötrü" qatil olduqlarını iddia edir, dinə və dindarlara böhtan atır və yalan danışırlar. Məhz əsil dəccaliyyət budur.

Əsil, Dəccala Xidmət Edənlər Sevgini, Sülhü və Şəfqəti Qadağan Edənlərdir

kilise

"Sülhü müdafiə edənlər takiyə edir" deyən bir məntiqə görə, xristian olmayan bütün sülh tərəfdarları Dəccal elan edilməlidir. Bütün sevgi tərəfdarlarına Dəccal kimi baxılmalıdır. İnsanların din, dil, irq, mədəniyyət, milliyyət ayrı-seçkiliyi edilmədən birləşmələrini istəyən hər kəs Dəccaldır. Şəfqəti müdafiə edən Dəccaldır. Dostluğu müdafiə edən Dəccaldır. Bir sözlə, Quranda, Tövratda və İncildə Allahın təriflədiyi bütün gözəl əxlaq xüsusiyyətlərini bir müsəlmanın tətbiq etməsi, müəyyən mənada qadağan edilmişdir. Çünki bir müsəlman gözəl əxlaq göstərsə, sülhü və sevgini dəstəkləsə, bu zaman o, həmin bu yevangelistlərin Dəccal tərifinə uyğun gələcək. Dolayısilə dünyada birlik, qardaşlıq və dinlər arası ittifaq meydana gətirməyə çalışan həqiqi müsəlmanlarla bir yevangelistin dost ola bilməsi qeyri-mümkün görünür. Çünki dostluq istəyənin Dəccal olduğu düşünülər, dostluq istəməyənin də düşmən. Bu qəribə məntiq, sanki gözəl əxlaqlı olmağı qadağan edir.

Bu düşüncə dünyanı fəlakətə sürükləməyə kifayətdir. Bu düşüncə hakim olduqda dünyada sülh, mərhəmət və bağışlayıcılıq qalmaz. Belə bir anlayış hakim olduqda, dünya sülhünün yaşanması, insanların sevgi ilə birləşmələri qeyri-mümkündür, çünki dünya əhalisinin 23%-ni təşkil edən nəhəng bir kütlənin, Dəccalın tərəfdarları olduğuna inanılır. Dəccalın tərəfdarları ilə, ittifaq yaratmaq mümkün olmayacağına görə, müsəlmanlardan həmişə uzaq dayanılmalı, onların sülh çağırışlarına aldanmalı, qardaşlıq, dostluq, birlik və həmrəylikdən bəhs edirlərsə, buna inanılmamalı olduğu düşünülər. Məhz bəzi yevangelistlərin ortaya qoyduğu və minlərlə insanı arxalarınca sürüklədikləri, yanlış və olduqca təhlükəli məntiq budur.

Bu mövzudakı mühüm nümunələrdən biri də, özlərini müsəlman kimi göstərən bəzi radikalların yəhudilərə dair azğın iddialarıdır. Onlar da, müsəlmanların yəhudilər barəsində, yuxarıda tərifini verdiyimiz azğın dünyagörüşünü mənimsəmələrinə çalışıblar. Onların təlqininə görə yəhudilərdən nifrət edilməli, əsla onlarla dost olunmamalıdır. Həmin bu radikallar bu mövzuda çox ciddi işlər görmələrinə baxmayaraq, biz QURANA TABE OLAN HƏQİQİ DİNDARLAR OLARAQ yəhudilərə dair belə bir dünyagörüşünün hakim olmamalı olduğunu çox yaxşı bilirik. Bizim qarşılaşdığımız Tövratın əsaslı hökmlərinə əməl edən yəhudilər, "biz dünyaya sülh gətirmək istəyirik, Tövrat bizə bunu izah edir" dedikləri vaxt, biz yalnız buna inanarıq. Çünki onlar da, eynilə bizim etdiyimiz kimi, dinin təməlini, yəni sülhü və sevgini müdafiə edirlər.

Eyni vəziyyət xristianlar üçün də hakimdir. Müsəlman olduğunu iddia edən bir insan, hz. İsa (ə.s)-ın gəlişini gözlədiyini söyləyən bir xristianın əslində takiyə etdiyinə, yaxın bir vaxtda gəlib özünü kəsib doğrayacağına inana bilər. Əslində bəzi ristianların müsəlmanlara hazırki dünyagörüşlərinə baxıldıqda, belə bir xülyaya qapılmaq da olduqca asandır. Lakin heç bir həqiqi müsəlman, həqiqi bir xristiandan bunu gözləməz. Bunu takiyə kimi qiymətləndirməz. İncilə tabe olan həqiqi bir xristianın əslində sevgi və şəfqət dolu olduğunu bilər. Dolayısilə "gözəl olanı müdafiə edir, deməli, Dəccaldır" şəklindəki dünyagörüşü, həm heyrətamiz dərəcədə məntiqsiz, həm olduqca azğın, həm də Allahın yaratdığı həqiqi din anlayışından tam uzaq bir iddiadır.

Bəzi yevangelistlər bu iddialarıyla, əslində hazırki dövrdə davam edən və bütün bəşəriyyətə fəlakət, narahatlıq və dəhşət gətirmiş müharibə və qarşıdurma mühitini müəyyən mənada dəstəkləyirlər. Böyük bir hissəsi bundan xəbərsiz ola bilərlər, lakin vurduqları ziyan böyükdür. İnsanlara, əsla sülhün haim olmayacağı təlqinini verir, kütləvi qırğınların, dəhşət ssenarilərinin davam edəcəyini söyləyirlər. Yeni qorxu cəmiyyətləri meydana gətirir və bu cəmiyyətləri İncilin əslindən tamamilə uzaq, nifrət və kin dolu cəmiyyətlərə döndərirlər. Bunun, İncilə və xristianlığa xidmət etmək olduğunu zənn edir və əslində bu üsulla (bilərək və ya bilməyərək) hazırda bütün dünyaya hakim olmuş Dəccal sisteminə xidmət edirlər. Məhz bundan ötrü də, həmin bu insanlar, bir ənənə halına gətirilən və bəzi kütlələr tərəfindən kor-koranə şəkildə inanılan bu iddianın nə qədər böyük təhlükə olduğunu tezliklə görməlidirlər.

Müsəlmanlar Qurana Görə Yəhudilər və Xristianlara Sevgi və Şəfqət Duyarlar. Bu Takiyə Deyil, Quranın Hökmüdür

"Müsəlmanların sülh istəyərək takiyə etdikləri" iddiası ilə çıxış edənlərin, əslində Quran hökmləri barəsində kifayət qədər məlumat sahibi olmadıqları da aydın məsələdir. Quranda yəhudilər və xristianlar, müsəlmanların qoruması və zəmanəti altına verilmişdir. Bir müsəlman mütləq Kitab əhlinə şəfqət və sevgi göstərməklə məsuldur. BU HÖKMLƏR TAKİYƏ EDİLMƏSİ ÜÇÜN DEYİL, SEVGİ VƏ DOSTLUĞUN TƏMƏLİ OLAN HƏQİQİ QURAN ƏXLAQI YAŞANMASI ÜÇÜN vardır. Bir müsəlman, həqiqi Quran əxlaqını yaşadığı üçün, Kitab əhlinə sevgi və şəfqət duyar.

Üstəlik, Quran hökmünə görə, bir müsəlman Kitab əhlindən olan bir qadınla evlənə bilər və onun yeməyini yeyə bilər. Bir insan, evləndiyi, uşaqlarının anası olan, "yoldaşım", "arvadım", "sevgilim" dediyi bir insanı, bir gün anidən qərar verərək kəsməyə necə təşəbbüs edə bilər? Bu necə bir iddiadır ki, illərlə yaxşı davranıb, birlikdə ailə qurub, uşaqlarını böyüdüb, sevgi və hörmət göstərdikdən sonra müsəlman kişi birdən qərar verəcək və "mən əslində takiyə etdim, indi səni qətlə yetirəcəyəm" deyib silaha sarılacaq?

Bu dəlisov bir inancdır, dəlisov bir şübhədir. Haqqında danışılan yevangelistlər, müdafiə etdikləri iddianın gətirdiyi bu cür məntiqsizlikləri anlaya bilmirlər. Həqiqi Quran hökmlərini də bilmədikləri üçün, doğru qiymətləndirmə apara bilmir və bunun nəticəsində isə, mühüm bir insan kütləsi məlumatsızlıq ucbatından İslam əleyhdarına çevrilir. Dolayısilə yer üzündə qəti sülh və dostluq əsla təmin edilə bilmir.

Hz. Mehdi (ə.s) Qan Axıtmayacaq və Əsla Bu Hökmdən Kənara Çıxa Bilməz

Hz. İsa

Bəzi yevangelistlər, bir müddət sonra hz. Mehdi (ə.s)-ın takiyə etdiyinin ortaya çıxacağını iddia edirlər. Guya hz. Mehdi (ə.s) sülhsevər siyasətindən imtina edəcək və dəhşətli qırğınlar törədəcək. Bu ağlasığmaz iddiaya ən gözəl cavab Peyğəmbərimiz (s.ə.v)-in hədislərində verilmişdir. Həmçinin hədislərə bənzər ifadələri Tövrat ayələrində də görmək mümkündür.

Müsəlmanların inandığı və Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədislərlə olduqca təfərrüatlı şəkildə təsvir edilmiş Mehdinin ən böyük xüsusiyyəti, başa keçdikdə; TƏK BİR DAMLA BELƏ QAN AXITMAYACAQ OLMASIDIR. Yeri gəlmişkən mühüm bir xüsus da vurğulanmalıdır: Mehdinin qan axıtmayacaq olması, Peyğəmbərimiz (s.ə.v)-in əmridir. Peyğəmbərimiz (s.ə.v)-də bunu, özünə bildirilən vəhylə söyləmişdir. Dolayısilə hz. Mehdi (ə.s)-ın bu hökmdən kənara çıxması qeyri-mümkündür. Əgər bir insan, bu hökmdən kənara çıxsa və qan axıtsa, bu təqdirdə həmin insanın müsəlmanlıqla əlaqəsi qalmaz. Hz. Mehdi (ə.s), Peyğəmbərimiz (s.ə.v)-in əmrini, sevərək, istəyərək, şövqlə və istəklə mütləq tətbiq edəcək. Bundan kənar hərəkət etməsi qeyri-mümkündür və onsuz da etməz də.

Bir insanın hz. Mehdi (ə.s) ola bilməsi üçün, sahib olmalı olduğu xüsusiyyətlər hədislərdə təfərrüfatlı şəkildə bildirilib. Hz. Mehdi (ə.s)-ın sevgini, sülhü, qardaşlığı, mərhəməti ön planda tutacağı, bunu yaymaq üçün elmi yolla mübarizə aparacağı, insanların iman gətirməsinə vəsilə olacağı bildirilmişdir. Mehdi (ə.s) İslam əxlaqının gözəlliklərinin yaşanmasına vəsilə olacaq.

İslami mənbələrdə bildirilən Mehdi; yəhudi mənbələrdə bildirilən Kral Moşiyah, eləcə də, İncildə Faraklit və su küpü daşıyan insan tərifləriylə ifadə edilən insanla eynidir. Hazırda mehdiyyət dövrünü yaşayırıq. Allahın icazəsi ilə hz. Mehdi (ə.s) da həyatda və fəaliyyətdədir, biz təkcə zühurunu gözləyirik. Dolayısilə yaşadığımız dövrün Mehdi dövrü olmasından ötrü, BUNDAN SONRA MÜHARİBƏ OLMAYACAQ. BÖYÜK MÜHARİBƏLƏR BİTMİŞDİR. Bir müddət daha müharibə barəsində söz-söhbətlər yayılmağa davam edəcək, lakin müharibə olmayacaq. Dolayısilə bəzi yevangelistlərin müharibə gözləntisi bir nəticə verməyəcək.

kilise çanı

Hz. Mehdi (ə.s) Silahları Ortadan Qaldıracaq və Insanlar Üçün Faydalı Hala Gətirəcək

İslama görə hz. Mehdi (ə.s)-ın ən böyük xüsusiyyətlərindən biri, başa keçən kimi, bütün silahları ortadan qaldırmasıdır. Bu Tövratda da bildirilən bir hökmdür və buna görə də, Kral Moşiyah (Mehdi) başa keçdiyi anda bütün silahları ortadan qaldıracaq. Bütün silahlar əridilərək sənayedə istifadə ediləcək və insanlara faydalı hala gətiriləcək. Kiçik bir qrupun müharibə söz-söhbətləri etməsi, Allahın bu dünya üçün müəyyənləşdirdiyi gözəl taleyi dəyişdirə bilməyəcək.

Bu dünyanın taleyi Qızıl Əsrə doğru gedir. Bəli, hazırki dövrdə Mehdinin zühurundan əvvəl, İncildə də bildirilən doğum sancıları olacaq və olmaqdadır. Dünyada yaşanılan qarışıqlıqlar bu doğum sancısına işarə edir. Lakin bunların heç biri, özü ilə, böyük bir dünya müharibəsi gətirməyəcək. Hədislərə görə müharibə söz-söhbətləri olacaq, lakin müharibə başlamayacaq. Dəccal, hz. Mehdi (ə.s) tərəfindən məğlub ediləcək. Bu da, bəzi yevangelistlərin gözlədiyi kimi qan və qırğınlarla deyil, sevgi, mərhəmət, dostluq və elmlə olacaq.

silah kaldırmak

Dünyada silahlara ve savaşlara yapılan harcamalar, bütün dünyanın kalkınmasına, açlığın tamamen ortadan kalkmasına, kanser ve alzheimer gibi hastalıkların tedavisine, yeni keşifler için bilim ve teknolojiye kullanılabilir. Dünyada aç ve yoksul ülkeler kalmaz. Dünyayı kurtarmaya yetecek bu kadar büyük miktar, her yıl insanların öldürülmesi, şehirlerin yakılıp yıkılması, milyonlarca insanın sakat bırakılması için kullanılmaktadır. Hz. Mehdi, işte bu sistemi ortadan kaldıracak, yeryüzünde silah kalmayacak, tek bir damla kan akıtılmayacaktır.

Hz. Mehdinin Qan Axıtmayacağı Ilə Əlaqədar Bəzi Hədislər

İnsanlar, bal arılarının kraliça arı ətrafında toplanması kimi, hz. Mehdi (ə.s)-ın ətrafında toplanacaqlar. O (hz. Mehdi (ə.s)) daha əvvəl zülmlə dolu olan dünyanı, ədalətlə dolduracaq. Elə ədaləti olacaq ki, yuxuda olan biri belə oyandırılmayacaq və BİR DAMLA QAN BELƏ AXIDILMAYACAQ. Dünya, sanki əsri səadət dövrünə geri qayıdacaq. (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 29 və 48)

Hz. Mehdi (ə.s), Peyğəmbər (s.ə.v)-in izindən gedəcək, yatan insanı oyandırmayacaq, QAN DA AXIDILMAYACAQ. (Muhammed B. Resul Al-Hüseyni El Berzenci, Kıyamet Alametleri, Pamuk nəşriyyatı, Kıyamet Alametleri, səh. 163)

Bu əmir də (hz. Mehdi (ə.s)) insanların yer üzünü daha əvvəl zülmlə doldurduqları kimi, YER ÜZÜNÜ ƏDALƏTLƏ DOLDURACAQ. (Sünen-i İbn-i Mace, 10/348)

children

Zülm və günahla dolu olan DÜNYA, O (HZ. MEHDİ (Ə.S)) GƏLDİKDƏN SONRA ƏDALƏTLƏ DOLUB DAŞACAQ. (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 20)

Qab su ilə dolduğu kimi YER ÜZÜ SÜLHLƏ DOLACAQ. Heç kəs arasında DÜŞMƏNÇİLİK QALMAYACAQ VƏ BÜTÜN DÜŞMƏNÇİLİKLƏR, BOĞUŞMALAR, HƏSƏDLƏŞMƏLƏR MÜTLƏQ ARADAN QALXACAQ. (Sahih-i Müslim, 1/136)

...Onun (hz. Mehdi (ə.s)-ın) dövründə yaxşı insanların yaxşılığı artar, pislərə qarşı belə yaxşılıq edilər". (Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 17)

lamb

Hz. Mehdi (ə.s) Elmi Mübarizə Ilə Insanlara Müharibəni Unutduracaq, Sülh Və Sevgi Mühitini Meydana Gətirəcək

Hz. Mehdi (ə.s) qətiyyən qan axıtmayacağına və bütün silahları ortadan qaldıracağına görə, bəzi yevangelistlərin iddialarının əsassız olduğu aydındır. Hz. Mehdi (ə.s)-ın qan axıtmamaq xüsusiyyəti, illər ərzində sülh üçün apardığı elmi mübarizə nəticəsində meydana gələcək. İnsanlar, qardaşlar kimi bir-birlərini qucaqlayacaq və əsil mənada sevgi mühiti meydana gələcək. Hz. Mehdi (ə.s), bu mühitin meydana gələ bilməsi üçün həyatı boyu bütün insanlara, bütün dindarlara dostluq və sülh mesajları verəcək. Bütün dünya sülh fikrinə sahib çıxacaq, sevginin gözəlliyi mövzusunda öyrədiləcək və nifrəti bir kənara qoyacaq. Dolayısilə dünyanın kəskin şəkildə korlandığı və qarışıqlıq içində olduğu bir dövrdə, sevgi və məhəbbət toxumları çətinliklə və heyrətamiz bir səylə atıldığı bir vaxtda, bəhs edilən yevangelistlərin iddia etdiyi kimi, hz. Mehdi (ə.s)-ın birdən-birə: "Bu təkcə takiyə idi, əslində bütün bunları qırğın törətmək üçün etdim" deməsi hədislərə, Quran və Tövrat hökmlərinə uyğun gəlmədiyi kimi, görünməmiş dərəcədə məntiqsizdir.

kaplanlar

Silahlar ortadan qalxmış, bütün insanlar sülhün zəruri olduğuna inanmış və bir-birlərini sevmişdirlər. Eləcə də, ədalət də təmin edilmişdir. Bütün bunları müxtəlif çətinliklər, böhtanlar, ittihamlar və təhdidlərə baxmayaraq, illərlə apardığı elmi mübarizə ilə bacarmış hz. Mehdi (ə.s), bir anda xristianların iddia etdiyi kimi qərara gəlib necə qırğın törədə bilər? Onsuz da hz. Mehdi (ə.s) bunu etməyəcək, lakin bununla yanaşı, artıq mühit də müharibəyə icazə verməyəcək şəkildə dəyişmişdir. Ətrafda sülh tərəfdarı insanlar vardır və tək bir silah belə yoxdur. Silahlar əridilmiş, ortadan qaldırılmışdır. Hər kəsin Qurana görə sülhün zəruri olduğuna qəlbən inandığı bir vaxtda, insanları hansı məlumatla müharibənin zəruri olduğuna razı salmaq olar? İnsanlara Qurandan dəlillər gətirilmişdir, ayələr deyilmişdir, Qurana görə yer üzündə sülhü hakim etməli olduqları öyrədilmişdir. Xristianlar və yəhudilərə sevgi və şəfqətlə yaxınlaşmalı olduqları izah edilmişdir. Hər kəs, bunların Allahın əmri olduğunu anlamışdır. Artıq bu insanları bunun əksinə necə razı salmaq olar?

bot

Əlbəttə ki, bu olduqca məntiqsizdir. Məhz insanların müharibəni unutmaları və artıq müharibə ilə razılaşa bilməyəcəkləri insanlar olmaları, hz. Mehdi (ə.s)-ın varlığı ilə mümkün olacaq. Hz. Mehdi (ə.s) dövründə insanlar arasında Qurana görə doğru hökm hakim olmuş olacaq. Heç kəs doğru hökmü qətiyyən dəyişdirə bilməz. Mehdiyyət dövrü, Quranın sevgi dolu mehribanlığının, sülh içində yaşanılan dinclik mühitinin yaşanıldığı böyük bir dövr olacaq.

kilise ve cami

Güzellik yapanlara daha güzeli ve fazlası vardır. Onların yüzlerini ne bir karartı sarar, ne bir zillet, işte onlar cennetin halkıdırlar; orada süresiz kalacaklardır.
(Yunus Suresi, 26)

Doğruyu getiren ve doğrulayanlara gelince; işte onlar muttaki (takva sahibi) olanlardır. Rableri Katında dileyecekleri herşey onlarındır. İşte bu, ihsanda bulunanların ödülüdür.
(Zümer Suresi, 33-34)

Bütün Iman Sahibləri Dünyanı Gözəllik, Sevgi, Sülh Məkanı Etməklə Məsuldurlar

Bu fəsildə qısaca toxunduğumuz iddiaları ortaya atan yevangelistlər İncili sevən insanlar olmalarına baxmayaraq, İncildə görə bilmədiyimiz ürküdücü bir fantaziyanı doğru qəbul edəcək hala düşüblər. Məhz bu insanların görməzlikdən gəldiyi əsil Dəccal, inanclı insanlar üzərində belə, bu cür dəhşətamiz bir təsir yarada bilir. Atların boğazına qədər çatacaq qan gözləntisinə sahib olan bir din müdafiəçisi, açıqca bir kabus yaşayır və öz tərəfdarlarına da eyni kabusu yaşadır. Məhz Dəccali sistem, dərhal burada özünü göstərir.

Bir insan əsil müsəlmandırsa, sülhü istəmək və müdafiə etməklə məsuldur. İnsanlar arasında sevgi və şəfqət birliyi yaratmaqla məsuldur. Bir insan əsil müsəlmandırsa, xristianlara və yəhudilərə qarşı kin bəsləyə bilməz. Bunlar ona haramdır. Hətta müsəlman, iman gətirməyən bir insanı belə canı bahasına qorumaqla, onu sağ-salamat gedəcəyi yerə çatdırmaqla məsuldur. Bu, müsəlmanın Quranda bildirilən bir xüsusiyyətidir:

Əgər müşriklərdən biri səndən ‘aman diləsə’, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün ‘əmin-amanlıq içində olacağı’ yerə çatdır. Çünki onlar bilməyən bir qövmdür. (Tövbə surəsi, 6)

Müsəlman Qurana görə, kimliyindən asılı olmayaraq, özünə sığınanı qorumaqla məsuldur. Əgər bir müsəlman bu əxlaqdan kənara çıxarsa, onsuz da müsəlmanlıq xüsusiyyətini itirmiş olar. Bu, onun həyatı boyu davam etdirməli olduğu gözəl bir əxlaq xüsusiyyətidir. Həmçinin hədislərdə müsəlmanlar və xristianların Dəccala qarşı ittifaq yaradacaqları da bildirilir. Hz. İsa (ə.s) gəldikdə hz. Mehdi (ə.s)-la birlikdə hərəkət edərək, Dəccalı elmlə yox edəcək. Dəccaliyyətin yox edilməsi və dünyaya sülhün hakim olması üçün, bu iki dinin mənsublarının ittifaq yaratması olduqca əhəmiyyətlidir.

Bütün dinlərin və peyğəmbərlərin aşiqi olan hz. Mehdi (ə.s) zühur etdikdə, Allah, o gözəlliyini də dünyaya gətirəcək. Dünya, sevgi və sülh məkanı olacaq, gözəlliklər və bolluqlar diyarı olacaq. Haqqında danışılan yevangelistlər, yanlış və olduqca təhlükəli olan bu ürküdücü ssenarilərdən xilas olaraq, həqiqi Mehdi və Məsih sevincini yaşamalı və bu gözəl sülh mühiti üçün sevgi və qardaşlığı yayaraq hazırlıq görməlidirlər. Allahın istədiyi budur.

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Ön Söz: Xristianlar Hz. İsanı Dinləsinlər
  • Giriş: Xristianlıq Əslində Bir Tövhid Dinidir
  • I Fəsil: Tarixi Mənbələrə Görə İncil Zaman Keçdikcə Təhrif Edilmişdir
  • II Fəsil: Təslis Yanılması
  • III Fəsil: Hz. İsa (ə.s)-ın Çarmıxa Çəkildiyi Yanılması
  • IV Fəsil: Xristianların Allah Qorxusu və Allah Sevgisi Mövzusundakı Yanılmaları
  • V Fəsil: Hz. İsa (ə.s)-ın Ilah Olduğuna Inananların Cənnətə Gedəcəkləri Yanılması
  • VI Fəsil: Bəzi Xristianların Armaqedon Yanılması
  • VII Fəsil: Bəzi Xristianların Müsəlmanlar Barəsindəki Yanlış Dünyagörüşləri
  • VIII Fəsil: Hz. İsa (ə.s) Nüzul Etdi
  • IX Fəsil: Bəzi Yevangelistlərin Antichrist (Dəccal) Düşüncəsindəki Təhlükə