Bütün haqq dinlərin təməli sevgidir. Zamanla Allah adından istifadə edərək, dini öz əməllərinə alət etməyə çalışan bəzi insanlar, bəzən din adı altında terroru, müharibəni, qırğınları və sevgisizliyi ortaya atıblar. Bu insanlar, hansı dini müdafiə etdiklərini iddia etsələr də, mütləq cahil və ya saxtakardırlar. Çünki Allah qullarından zülm və fitnə deyil, sevgi, dostluq və sülhü istəyər.
Burada bu mühüm məlumatı verməyimizin məqsədi, bəzi xristianların öz dinlərini sevgi dini kimi tanıdıb, yəhudilik və xüsusilə də müsəlmanlığı qorxu dini kimi görmələridir. Halbuki bu ciddi yanılmadır. Başda İslam olmaqla, bütün haqq dinlər sevgi və dostluğu nəsihət edərək, insanları sülhə və qardaşlığa dəvət edir. Çünki Allah bizdən bunu istəyir. Bundan başqa bir anlayış irəli sürənlər, haqq din adından yalan danışırlar. Dinin əsası, təməli sevgidir (İslamın sevgi dini olması ilə əlaqədar açıqlamalarımızı kitabın irəliləyən səhifələrində görə bilərsiniz).
Əlbəttə ki, xristian qardaşlarımız sevginin müqəddəsliyinə inanmaqda haqlıdırlar. Lakin bəziləri, sevgi məhfumunu olduqca yanlış şərh edirlər. Bu insanların, sevgidə qorxuya yer olmadığı fikrinə əsaslanaraq, Allah qorxusunu həyatlarından çıxartmaları çox böyük təhlükədir.
Bu mövzudakı yanlış fikirlərin necə bir təhlükəyə səbəb ola biləcəyindən bəhs etmədən əvvəl, Allah qorxusunun həqiqi mənasının bilinməsi çox əhəmiyyətlidir. İnsanların çoxu Allah qorxusu anlayışını yanlış anlayır, qorxunun zorakı iman gətirəcəyini və bunun da etibarlı olmayacağını iddia edirlər. Halbuki bu, Allah qorxusu demək deyil.
Allah qorxusu; Allaha hörmətdən qaynaqlanan qorxuyla boyun əyməkdir; Allaha olan dərin sevgidən ötrü Allahın razı qalmayacağı bir rəftar və düşüncəyə sahib olmaqdan çəkinməkdir. Allahın sevgisini itirməkdən qorxmaqdır. Allahın dostluğunu itirmək, imanlı bir insan üçün cəhənnəm əzabından daha böyük əzabdır.
Allah sevgisi və qorxusu ayrılmaz tərkib hissələridir. Allahı çox sevən bir insan, Allahı incidəcək bir rəftar göstərməkdən qorxduqda Allah sevgisi və qorxusu birləşər. Məhz sevən bir insanın yaşadığı Allah qorxusu budur. Allahı həqiqi mənada sevən bir insan, şərtlər nə olsa da, hansı çətinliklərlə qarşılaşsa da, nə cür imtahan olunsa da, Allaha yenə də ehtiras, məhəbbət və sevgi ilə bağlı olar. Allaha olan sevgisini heç bir şərt, heç bir hadisə və heç bir çətinlik azalda bilməz və sevgisinə mane ola bilməz. Allahın sevgisini itirmə qorxusu, daim Allah eşqi ilə yaşayan bu insanı həmişə motivasiya edər. Ona sevinc bəxş edər. Belə bir insanın ibadətlərinə laqeyd yanaşması, Allaha qulluq etməkdə bilə-bilə səhvliyə yol verməsi, çəkinmədən harama girməsi qeyri-mümkündür. Belə səmimi imana sahib bir insan, Allahı razı sala bilmək üçün həyatı boyu əlindən gələni edəcək.
Allahın "qəzəblənən" və "intiqam alan" sifətləri də, bəzi insanlar tərəfindən yanlış başa düşülür və ya bilərəkdən təhrif edilir. Allah təkcə, alçaq insanlara, münafiqlərə, Öz adından saxtakarlıq edənlərə və hirsli inkarçılara qəzəblənər. İman gətirənlər üçünsə, axirətdə tam güvən və rahatlıq var. Allah xristianlar da daxil olmaqla, həqiqi mənada iman gətirənlər üçün axirətdə heç bir qorxu olmayacağını bir Quran ayəsində bildirmişdir:
İman gətirənlərin, habelə yəhudi, sabii və xristianlardan Allaha və Axirət gününə iman gətirib yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. (Maidə surəsi, 69)
Bir insan; Allaha qul olduğu və Onu razı salmağa çalışdığı müddətcə, qəzəbindən uzaq olar. Allah, yalnız zalımlardan intiqam alar. Bu Allahın qanunudur. İnsan, ancaq zülm etdikdə Allahın əzabının dərin qorxusu ilə yaşayar. Lakin yaxşılıq etdikdə, Allahı razı salmağa çalışdıqda Allaha güvənər və vicdanı rahat olar.
Allahın intiqam alan xüsusiyyəti, iman gətirənlər üçün çox böyük nemətdir. Məsələn, kiçik bir uşağa zülm edən və ardınca da onu öldürən bir insanın etdiyi əməlin axirətdə qarşılığını aldığını, ədalətin təcəlli etdiyini görmək bir nemətdir. Zülm edən insanın axirətdə bu qarşılığı aldığını izləmək, zülm görən uşaq üçün də çox böyük nemətdir. Məhz bundan ötrü də, iman gətirənlər üçün cənnət necə bir nemətdirsə, zülm edənlərin cəzalandırıldığı cəhənnəm də iman gətirənlər üçün bir nemətdir. Cənnət və cəhənnəm Allahın sonsuz ədalətinin axirətdə təcəlli etdiyi yerlərdir. Peyğəmbərlərə zülm etməyə çalışanlar da, hz. İsa (ə.s)-a xəyanət edənlər və onu şəhid etməyə çalışanlar da, günahsız uşaqları, insanları, heyvanları qətlə yetirənlər də Rəbbimizin intiqam alan sifətinin tələbi olaraq, axirətdə ən ədalətli qarşılığı alıblar və alacaqlar. Əlbəttə ki, dünyada hər biri üçün tövbə qapısı sonuna qədər açıqdır. Lakin inadkarlıq edib tövbə etməyənlərin bu qarşılığı alması, bilavasitə bu insanlar tərəfindən zülmə məruz qalanlar və bunu izləyənlər üçün könül rahatlığıdır. Dolayısilə Allahın intiqam alan xüsusiyyəti, həqiqi mənada iman gətirən vicdan sahibi bir insanı sevindirməlidir.
Mərhəmət mövzusu da yaxşı qiymətləndirilməlidir. Bizə mərhəmət duyğusunu öyrədən Allahdır. Allah istəməsəydi, dünyadakı heç kəs belə bir duyğunun varlığını bilməyəcəkdi. Bütün insanlar, mərhəmət duyğusundan tamamilə məhrum yaşayacaqdı. Dolayısilə, Allahın yaratdığı və öyrətdiyi bir şeyi Allaha qarşı dəlil kimi gətirmək, [haşa] Allaha mərhəmət dərsi verməyə cürət etmək (Allahı tənzih edirik) həm olduqca cahil hərəkət, həm də böyük günahdır. Allah sonsuz mərhəmət sahibidir. Uca Allah kimin hansı fitrətdə yaradıldığını, kimin mərhəmətə və kimin isə, əzaba layiq olduğunu, şübhəsiz ki, ən yaxşı biləndir. Axirətdə heç kəsə, azacıq da olsa haqsızlıq edilməyəcək. Allah sonsuz ədalət sahibidir və axirətdə hər kəs barəsində haqq ilə hökm veriləcək. İncildə Rəbbimizin sonsuz ədalətini ifadə edən sözlərdən bəziləri belədir:
Söyüşə söyüşlə cavab vermədi, əzab çəkdikdə heç kəsi təhdid etmədi; davasını, ədalətlə mühakimə edən Tanrıya buraxdı. (1 Petrus 2: 23)
Haqsızlıq edən etdiyi haqsızlığın qarşılığını alacaq, heç bir ayrı-seçkilik edilməyəcək. (Pavlus'tan Koloselilere Mektup, 3:25)
[Allah] pislik edən hər kəsə... sıxıntı və əzab verəcək; yaxşılıq edən hər kəsə... ucalıq, möhtərəmlik və sağlamlıq verəcək. Çünki Allah insanlar arasında ayrı-seçkilik etməz. (Pavlus'tan Romalılara Mektup, 2:9-11)
Allah "hər kəsə, etdiyi əməllərinin qarşılığını verəcək". Həmişə yaxşılıq edərək ucalıq, möhtərəmlik, ölümsüzlük axtaranlara əbədi həyat bəxş edəcək. Eqoistlərin, haqqa tabe olmayıb haqsızlıq ardınca gedənlərin üzərinə isə, qəzəb yağdıracaq. (Pavlus'tan Romalılara Mektup, 2:6-8)
Allah ədalətsiz deyil [Allahı tənzih edirik]. Zəhmətinizi və mübarəklərə xidmət etmiş olaraq və etməyə davam edərək Onun üçün göstərdiyiniz sevgini unutmaz. (İbranilere Mektup, 6:10)
Allah Quran ayələrində isə belə buyurur:
Biz qiyamət günü dəqiq tərəzilərlə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı şeydə haqsızlıq edilməyəcək. Görülmüş iş bir xardal dənəsi mislində olsa belə, onu gətirib tərəziyə qoyacağıq. Biz haqq-hesab çəkməyə bəs edərik. (Ənbiya surəsi, 47)
Əgər zalım olan hər kəs yer üzündə olanların hamısına sahib olsaydı, mütləq onu əzabdan qurtarmaq üçün fidyə verərdi. Onlar əzabı gördükdə dərindən peşman olarlar. Onların arasında ədalətlə hökm verilər və onlara haqsızlıq edilməz. (Yunis surəsi, 54)
Yuxarıda saydıqlarımız, iman gətirən bir insanı motivasiya edən çox böyük həqiqətlərdir. Allahı həqiqi mənada sevən və bundan ötrü Allaha qarşı yanlış hərkət etməkdən şiddətlə qorxan bir insanın hadisələrə olan dünyagörüşü tam fərqli olar.
Belə bir insan harama girə bilməz, ibadətlərini görməzlikdən gələ bilməz və vicdanının səsinə laqeyd yanaşa bilməz. Bir sözlə, Allah üçün etməli olduğu hər şeydə görünməmiş dərəcədə həssas olar.
Belə bir insan vicdanlı olar, eqoist olmaz, həyatının sonuna qədər fədakar və şəfqətli olar.
Belə bir insan əsla başqalarına zərər verməz, Allaha hesab verə bilməyəcəyi bir şeyi etməkdən çox qorxar.
Belə bir insan, yaşadığı hər andan ötrü Allaha hesab verəcəyini, Allahın hər an özünü görüb izlədiyini bilərək yaşayar.
Bu insan həmişə əsil həyatın dünya deyil, axirət olduğunu dərk edər.
Belə bir insan, Allahı lazımınca sevməyinin bəxş etdiyi sevinci və coşğunu yaşayar. Bu coşğusu həyatı boyu qətiyyən yox olmaz. Dolayısilə Allahdan qorxan bir insan, nemət içində yaşayar.
İncildə Allah qorxusu bu sözlərlə təsvir edilmiş və xristianlar Allah qorxusuna dəvət edilmişdir:
...Qürbəti xatırladan bu dünyadakı vaxtınızı Allah qorxusu ilə keçirin. (Petrus'un 1. Mektubu, 1:17)
Rəbbdən qorxmağın nə demək olduğunu bildiyimizə görə, insanları məmnun etməyə çalışırıq. Nə olduğumuzu Allah bilir; ümid edirəm ki, siz də vicdanınızda bilirsiniz. (Pavlus'tan Korintlilere 2. Mektup, 5:11)
...Sənin qəzəbin üzərlərinə gəldi. Ölüləri mühakimə etmək, qulların olan peyğəmbərləri, mübarəkləri, kiçik və ya böyük olmağından asılı olmayaraq, Sənin adından qorxanları mükafatlandırmaq və yer üzünü məhv edənləri məhv etmək vaxtı da gəldi. (Vahiy, 11:18)
Belə ki, Allahı razı salacaq şəkildə hörmət və qorxuyla ibadət edək. (İbranilere Mektup, 12:28)
Əgər bir insan, Allaha yaxşı bir qul ola bilməməkdən qorxmursa, Allahı sevdiyini söyləyir, lakin Allah üçün çox az şey edirsə və sonsuz axirət həyatında qurtulması üçün, təkcə Allaha olan sevginin kafi olduğunu söyləyirsə, deməli, bu insan ciddi şəkildə yanılır. Belə bir düşüncə Allahın istədiyi səmimiyyətə uyğun deyil. Allah qorxusu insanı ibadətləri yerinə yetirməyə, Allah üçün daha yaxşı bir qul olmağa təşviq edən ən əsas amildir. Dolayısilə Allah qorxusunu lazımsız hesab edib (Allahı tənzih edirik) sadəcə Allah sevgisinə sahib olmağın kafi olacağını düşünən bir insan, qorxu və ümid içindəki bir ruh halına sahib olmayacaq. Bu da Allah rizasını qazanmaq və Onu məmnun etmək üçün, daimi səy göstərməsinə mane olacaq və onu həmişə tənbəlliyə sürükləyəcək.
Məhz hazırki dövrdə, Allah qorxusunu rədd edərək Allahı sevməyin kafi olduğunu müdafiə edən bəzi xristianların düşdüyü vəziyyət də budur. Dolayısilə bu insanlar, Allahdan qorxmağın nə demək olduğunu, burada bəhs edilən halıyla yenidən daha dərin düşünməli və İncildəki "Allahdan qorxun" dəvətini qəbul etməlidirlər.
Gerçek şu ki, iman edenlerle Yahudiler, |