Bu kitabın yazılma məqsədi, əsla xristian qardaşlarımızı tənqid etmək, İncili etibarsız etmək və ya xristianlıq dinini ortadan qaldırmaq deyil. Quran, İncil və Tövratı ortadan qaldırmaq üçün deyil, onları təsdiqləyici olaraq göndərilmişdir. Bu kitabda xristianlığa dair bilinən yanlış məlumatlar İncil və Quran ayələri əsasında təsvir edilir və xristianlarla ittifaq yaratmaq dəvəti edilir. Bu unudulmamalıdır ki, Quranda xristianlar və yəhudilər "Kitab əhli" kimi xüsusi mövqeyə sahibdirlər və dinsizliyə qarşı müsəlmanların müttəfiqidirlər. Hz. İsa (ə.s)-ın gəlişinin müjdələndiyi bu dövrdə, üç İbrahimi dinin ittifaqı zəruri və şərtdir. İman gətirənlərin birliyi ilə, Allah bütün dünyada dinclik və təhlükəsizlik mühiti yaradacaq, eləcə də, dünya ədalət və xoşbəxtlik məkanına çevriləcək.