Maddənin əsli ilə heç vaxt təmasda olmadığımızı və gördüyümüz hər şeyin beynimizdə əmələ gələn hisslər olduğu həqiqətini tam qavraya bilməyən bəzi insanlar müxtəlif səhv fikirlərə düşür, bu həqiqətdən səhv nəticələr çıxarırlar. Məsələn, bir qismi maddənin xəyal olduğuna dair izahları "maddə yoxdur" kimi anlayırlar. Bir qismi isə maddənin ancaq biz gördüyümüz zaman xəyal kimi mövcud olduğunu, ancaq görmədikdə yox olduğunu zənn edirlər. Bunların heç biri doğru deyil.
Əvvəla, "maddə yoxdur" və ya "insanlar, ağaclar, quşlar... bunların heç biri yoxdur" demək qətiyyən doğru deyil. Çünki bunların hamısı var və hamısını Allah yaratmışdır. Ancaq Allah bütün bu varlıqları kitabın əvvəlindən bəri izah etdiyimiz kimi bizim üçün görüntü, hiss kimi yaratmışdır. Yəni Allah bu varlıqları yaratdıqdan sonra onları öz başlarına (qaim) olan sabit varlıqlar etməmişdir. Hər birini hər an yaratmaqda davam edir.
Biz görsək də, görməsək də, bu varlıqlar Allah`ın hafizəsində sonsuzluğa qədər mövcuddur. Bizdən əvvəlkilər kimi, bizdən sonrakı varlıqları da Allah tək bir an içərisində onsuz da yaratmışdır. Zamanın hiss olması mövzusunda izah edildiyi kimi, zamanı da Allah yaratmışdır və Allah zamandan uzaqdır. Ona görə, bizim üçün gələcəkdə var olacaq varlıqlar da Allah qatında "tək bir an" içərisində yaradılmışlar və hal-hazırda mövcuddurlar. Ancaq biz zamandan asılı olduğumuza görə, onları hələ görə bilmərik.
Gələcəkdə görə biləcəyimiz və ya bizim üçün gələcəkdə mövcud olacaq varlıqlar necə Allah`ın hafizəsində hər an mövcuddurlarsa, keçmişdəkilər də eyni şəkildə, heç itmədən Allah`ın hafizəsində mövcuddurlar. Məsələn, sizin rüşeym kimi ana bətnindəki halınız, oxuma-yazmağa başladığınız bu günkü halınız, ilk dəfə qiymət vəsiqənizi əlinizə aldığınız an, ilk dəfə avtomobil istifadə etməyiniz, bir gün avtobusda yer verdiyiniz yaşlı qadının gülümsədiyi an kimi keçmişdə yaşadıqlarınızla yanaşı, gələcəyinizdəki bütün anlar da hal-hazırda Allah`ın hifzindədir və heç itmədən sonsuzluğa qədər qalacaqlar.
| Yaşadığımız hər an Allah qatında saxlanılır, itmir, canlı şəkildə qalır Şəkildə gördüyünüz kəpənəyin hələ yumurta olduğu anından barama halına, baramadan çıxıb uçmağa başladığı andan ölüb zibillərə qarışdığı halına qədər hər halı hal-hazırda Allah qatında canlı şəkildə mövcuddur. Kəpənək Allah`ın hafizəsində hal-hazırda baramadan çıxır, hal-hazırda uçmağa başlayır və hal-hazırda ölərək yerə düşür. | ||
Yolda gedərkən ayağınıza ilişən daş parçası siz hələ doğulmamış qədərinizdə müəyyən edilmişdir. O daşın böyük qayadan qopduğu, bütün girinti-çıxıntılarının əmələ gəldiyi hər mərhələ Allah qatında hələ o daş ayağınıza ilişmədən əvvəl mövcuddur. Eyni şey zibil qutusunda gördüyünüz ölü kəpənək və ya başınıza ağacdan düşən quru yarpaq üçün də əsaslıdır. Kəpənəyin tırtıl halından baramadan çıxdığı və qanadlarını qurutduğu andan yerdəki zibilə qarışdığı ana qədər hamısı qədərdə sonsuz başlanğıcdan məlumdur. Allah qatında bu kəpənəyin canlı və ölü halı heç itmədən durur və sonsuzluğa qədər durmaqda davam edəcəkdir.
Əvvəlki bölmədə də izah etdiyimiz kimi, Allah bizim üçün keçmiş və gələcək bütün hadisə və varlıqları tək bir anda yaratmışdır. Quranda bütün insanların və varlıqların qədərlərinin Allah qatında "Lövhi-məhfuz" adlandırılan əsas kitabda qorunduğu belə bildirilir:
... Dərgahımızda (hər şeyi) hifz edən bir Kitab vardır! (Zuxuruf surəsi, 4)
...Dərgahımızda (hər şeyi) hifz edən bir Kitab (lövhi-məhfuz) vardır!(Qaf surəsi, 4)
Göylərdə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Kitabda (Lövhi-məhfuzda) olmasın! (Nəml surəsi, 75)
Allah başqa ayələrində də göylərdə və yerdə olan hər şeyin bu kitabda olduğu həqiqətini belə xəbər verir:
İnkar edənlər: "Qiyamət bizə gəlməyəcəkdir!" - dedilər. De: "Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, qiyamət sizə gələcəkdir. Nə göylərdə, nə də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın!" (Səba surəsi, 3)
Ayələrdə də bildirildiyi kimi, kainat yaradıldığından bəri mövcud olan canlı-cansız hər şey, baş verən hər hadisə Allah`ın yaratmasıdır və ona görə, bunlardan Onun xəbəri vardır; yəni bütün bunlar Allah`ın hifzindədir. Lövhi-məhfuz da Allah`ın Hafiz sifətinin bir təzahürüdür.
Keçmişdə qalmış hadisələr, "hal-hazırda" Allah`ın hafizəsində çox canlı və aydın şəkildə yaşanır. Məsələn, piramidaları inşa edən işçilər materialları hal-hazırda daşıyırlar, hal-hazırda yorulurlar, hal-hazırda susayaraq su içirlər. | ||
Allah qatında zaman olmadığı üçün bütün hadisələr tək bir anda həyata keçir və o, "hal-hazırkı an"dır. "Hal-hazırda" bizim üçün keçmiş və gələcək olan bütün hadisələr Allah qatında bizim hadisələri gördüyümüzdən daha aydın və canlı şəkildə baş verir. Məsələn, hz. Yunis hal-hazırda gəmidəki tələ nəticəsində dənizə atılır, hz. Yusif hal-hazırda qardaşları tərəfindən quyuya atılır, hal-hazırda zindandakı ilk yeməyini yeyir, oradan hal-hazırda çıxaraq yeriyir. Hz. Məryəm hazırda Cəbrayıl ilə danışır, hz. İsa hazırda doğulur. Hz. Nuh gəmisinin ilk mismarını hal-hazırda vurur, özü və ailəsi gəmidən Allah`ın onları üçün seçdiyi torpaqlara enirlər. Hz. Musanın anası onun beşiyini hal-hazırda gəmidən buraxır, hz. Musa hal-hazırda sıx meşəlikdə Allah`dan ilk vəhyini alır, dəniz hal-hazırda iki yerə yarılır, inananlar hal-hazırda dənizdən keçərkən firon ordusu ilə birlikdə boğularaq ölür. Hz. Musa hal-hazırda Xızırla görüşür, Xızır da yetim uşaqların divarını hal-hazırda sökür. Hz. Zülqərneyndən onları qorumaq üçün sədd inşa etməsini istəyənlər tələblərini hal-hazırda ona çatdırırlar və hz. Zülqərneyn qiyamətə qədər deşilməz və keçilməz səddi hal-hazırda inşa edir. Hz. İbrahim atasına hal-hazırda nəsihət edir, bütpərəst tayfanın bütlərini hal-hazırda sındırır və tayfasının onu atdığı atəş hz. İbrahimə hal-hazırda sərinlik verir. Hz. Muhəmməd (s.ə.v) hal-hazırda Cəbrayıldan vəhy alır, elə indicə Məscidül-həramdan əl-Əqsa məscidinə aparılır. Lut qövmü hal-hazırda yerlə bir olur. Cənnət əhli hal-hazırda taxtlarda oturaraq qarşılıqlı söhbət edirlər. Cəhənnəm əhli isə hal-hazırda oda atılır, böyük əzab və faydası olmayan peşmançılıq içində əzab çəkirlər.
Hz. Musa və yanındakılar hal-hazırda yarılan dənizdən keçərək qurtulurlar. Fironun ordusu hal-hazırda birləşən dənizin içində boğulur. Hz. Nuhun gəmisi və hz. Süleymanın sarayı hal-hazırda inşa edilir və bütün bu hadisələr bizim bildiyimizdən daha aydın və canlı şəkildə hal-hazırda Allah`ın hafizəsində mövcuddurlar. | Bir banan ağacının toxumunun torpağa düşməsindən bananların ağacdan dərilməsinə, o bananların marketə gətirilməsinə, marketdə satılıb meyvə səbətinə qoyulmasına qədər hər anı tək bir an şəklində Allah`ın hafizəsində saxlanılır. Hər anı Allah`ın qatında canlı şəkildə yaşanır. Bananın heç bir halı Allah qatında yox olmaz, sonsuzluğa qədər saxlanılır. | ||
Allah bu görüntülərin hamısını hal-hazırkı anda bizim bilməyimiz mümkün olmayan tam aydın şəkildə görür və eşidir. Bizim şahid olduğumuz və olmadığımız bütün hadisələr və bütün səslər Allah qatında hər an hazırdır və bütün canlılığı ilə hər an yaşayır. Bunların heç biri heç vaxt itmir, hər zaman Allah`ın hafizəsində bütün incəlikləri ilə yaşanır.
Bu uçan binanın hər anı Allah`ın hafizəsində hər an hazır durur. Binanın bünövrəsinin ilk dəfə qoyulduğu andan uçub yerlə bir olduğu ana qədər hər anı sonsuzluğa qədər itmədən hazır duracaq. | ||
Bu həqiqət sizin həyatınıza da aiddir. Məsələn, babanızdan sizə qalan evin bünövrəsi, əslində, hal-hazırda qoyulur. Atanız bu evdə hal-hazırda doğulur. Sizin ilk dəfə danışmağa başladığınız an da hal-hazırkı andır. Bu gününüzdən tam 10 il sonra yediyiniz yeməyi hal-hazırda yeməkdəsiniz.
Bütün bu misalların qarşımıza bir daha çıxardığı həqiqət budur: heç bir an, heç bir kadr, heç bir hadisə, heç bir varlıq yox olmamışdır və olmayacaqdır. Necə ki, televiziyada tamaşa etdiyimiz film lentə alınmışdırsa, həmçinin müxtəlif kadrlardan ibarətdirsə və bu kadrları bizim görməməyimiz onların olmadığı mənasına gəlmirsə, bizim "keçmişdə yaşanmış" və ya "gələcəkdə yaşanacaq" dediyimiz hadisələr üçün də eyni şey əsaslıdır.
Ancaq bir cəhətin səhv başa düşülməməyi çox vacibdir: bu səhnələrin heç biri xatirə və ya xəyal kimi deyil. Bunların hamısı eynilə hal-hazırda yaşadığınız an kimi canlıdır. Hər şey canlı şəkildə qorunur. Biz yalnız Allah bizə bu hissləri vermədiyi üçün onları keçmiş, bitmiş hadisələr kimi görürük və Allah istədiyi vaxt bizə bu görüntüləri göstərə bilər, bu hadisələrə aid hissləri verərək bizə də bu hadisələri yaşada bilər.
Bu misallardan da göründüyü kimi, Allah üçün keçmiş, gələcək, indi-hamısı birdir. Elə buna görə, Allah`a heç bir şey gizli qalmır. Belə ki, ayədə də Rəbbimiz bu həqiqətə belə diqqət çəkmişdir:
Dedi: "Oğlum, bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu ortaya gətirər. Həqiqətən, Allah lətifdir, xəbərdardır! (Loğman surəsi, 16)
Cənnətdəki qul əgər istəsə, Allah ona dünya həyatından hadisələri eynilə göstərə bilər (doğrusunu Allah bilir). Məsələn, cənnətdəki insan Allah`dan ölmüş itinin canlı halını, yanmış evinin yanmadan əvvəlki halını, Titanik gəmisinin batmadan əvvəlki halını görmək istədikdə Allah ona bunların hamısını göstərəcəkdir. Həm də o ankı ən canlı hallarını. Məsələn, Titanik dənizdə səyahət edərkən, o anda ətrafda olan bütün balıqlar yenə eyni yerlərində olacaq, içində olan insanlar yenə eyni mövzuları, eyni kəlmələrlə danışacaqlar. Keçmişdə yaşamış böyük sivilizasiyalar ən ehtişamlı dövrləri ilə, quruluş və zənginlikləri ilə birlikdə görünəcəkdir. İnk mədəniyyətini görmək istəyən insan bu mədəniyyətin hər dövrünü istədiyi an görə biləcəkdir. Allah`ın hafizəsində hər hadisə sonsuzluğa qədər eyni canlılıqla yaşanmaqda davam etdiyi üçün insan istədiyi hər şeyi eyni ilə hazır tapacaqdır.
Yaşanan heç bir an Allah qatında yox olmaz | İnsan yaşadığı hər anı filmin kadrları kimi növbəsi çatdıqda izləyər | ||
Allah bir ayəsində: "...Orada sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır". (Fussilət surəsi, 31) -deyərək cənnətdə insanın istədiyi hər şeyə sahib olacağını bildirir. İnsanlara kədər verməyən, onları sevindirən dünyaya aid hər görüntü və hadisəni Allah cənnətdəki qullarına istədikləri anda göstərəcəkdir. Bu, Rəbbimizin cənnətə layiq qulları üçün hazırladığı böyük nemətdir.
Bu mövzu insanlar üçün böyük əhəmiyyət daşıyır. Çünki bizim gün ərzində yaşadığımız və hətta axşam olduqda belə unutduğumuz hər bir danışıq, davranış və baxışımız, həmçinin fikrimizdən keçirdyimiz hər düşüncə Allah qatında unudulmur və eynilə mühafizə edilir. Məsələn, dostu ilə söhbət edərkən dedi-qodu edən insan buna əhəmiyyət vermir, hətta unudur. Ancaq onun dedi-qodu etdiyi an Allah qatında sonsuza qədər qalır. İçindən müsəlmanlar əleyhinə fikir keçən insanın o düşüncəsi onu düşündüyü andakı üzünün ifadəsi, içindən keçirdiyi cümlələr, Allah qatında sonsuza qədər durur. Özü ac olmasına baxmayaraq, fədakarlıq edərək dostunu doyuran insanın fədakarlığı, o andakı vəziyyəti, baxışı, düşüncələri də Allah qatında itmədən sonsuzluğa qədər qalacaqdır. Qarşısına çıxan çətinliyə Allah rizası üçün səbir edən, ona sıxıntı verən insana gözəl söz deyən insanın gözəl əxlaqlı davranışı da heç vaxt itmədən sonsuza qədər mühafizə edilir. Allah axirət günündə hər kəsi etdiyi bu yaxşı və pis davranışlara görə sorğu-sual edəcək. İnsanların etdikləri halda unutduqları şeylər heç unudulmadan və ya dəyişikliyə uğramadan qarşılarına çıxacaqdır. Hətta bəzi şəxslər sorğu-sual zamanı ona verilən kitabın nə qədər hərtərəfli olduğuna təəccüb edəcək və belə deyəcəklər:
Əməl dəftəri qarşılarına qoyulmuşdur. Günahkarların orada olanlardan qorxduqlarını görürsən. Onlar belə deyirlər: "Vay halımıza! Bu necə bir kitab imiş! O, bizim heç bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır ki!" Onlar etdikləri bütün əməllərin hazır durduğunu görmüşlər. Rəbbin heç kəsə haqsızlıq etməz! (Kəhf surəsi, 49)
Buna görə, bu həqiqətin fərqində olan hər bir insan hər davranışının və düşüncəsinin sonsuzluqda saxlandığını, sonsuzluğa qədər Allah`ın hafizəsində mövcud olmağa davam edəcəyini heç unutmamalı və axirətdəki sorğu-sualdan qorxub çəkinməlidir.
Zamansızlığı və sonsuzluğu izah edən fizik "The end of the time" (Zamanın sonu) kitabının müəllifi məşhur fizik Culian Barbur "Discover" jurnalı tərəfindən aparılan müsahibəsində bu bölmədə toxunduğumuz mövzuların elmi həqiqətlər olduğuna diqqət çəkir. Culian Barburun "Buradan sonsuzluğa" başlığı altında dərc edilən müsahibəsində bildirdiyi mövzular və yazını hazırlayan "Discover" jurnalının jurnalisti Tim Folqerin şərhlərindən bəziləri belədir: Barburun fikrincə bu an və bu an içində olanlar – Barburun özü, amerikalı qonaq və uzaq qalaktikalara qədər olan hər şey – heç dəyişməyəcək. Nə keçmiş var, nə də gələcək. Əslində, zaman və hərəkət illüziyadan başqa bir şey deyil. Barburun kainatında hər fərdin həyatındakı hər an – doğulma, ölüm və bunların arasındakı hər şey- sonsuzluğa qədər mövcuddur. Barbur belə deyir: "Yaşadığımız hər an, əslində, sonsuzdur". Kainatın mümkün olan hər konfiqurasiyası, keçmiş zaman və gələcək ayrı-ayrı və sonsuzluğa qədər mövcuddur. Zamanda səyahət edən hər hansı kainatda yaşamırıq. Əksinə, bizlər və ya özümüzün fərqli versiyaları hər hansı bir zamanda, içində hər şeyi ehtiva edən kainatda, bir çox sabit və sonsuzluğa qədər davam edən rəsmdə eyni zamanda mövcuduq. Barbur bunların hər birinə mümkün sabit həyat konfiqurasiyaları, yəni "indi" deyir. Hər "indi" əskiksiz, öz-özünü ehtiva edən zamansız, dəyişməyən kainat. Əslində, hər biri sonsuzluğadək davam edərkən bizlər səhvən "indi"ləri tez keçib gedən kimi hiss edirik, çünki kainat kəlməsi bütün mümkün "indi"ləri əhatə etmək üçün çox kiçikdir. Barbur bunun üçün yeni bir söz törətdi: platoniya. Hisslərimizlə qavradığımız fiziki dünya sabit şəkildə davam edən kimi görünsə də, bu adı gerçəkliyin sonsuz və dəyişməyən formalardan meydana gəldiyini iddia edən qədim yunan filosofunun şərəfinə qoymuşdu. (Barbur) gerçəklik anlayışını kinofilmin kadrlarına bənzədir. Hər kadr incə uzun otları, mavi göy üzündəki buludları, Culian Barburu, təəccüb içində olan "Discover" jurnalistini, uzaqdakı qalaktikaları ehtiva edən mümkün "indi" ni ehtiva edir və hər hansı bir kadrdakı heç bir şey hərəkət etmir və dəyişmir. "Bu həyatınızın mühüm anlarını xatırlamağa bənzəyir", -deyir. "Bəzi səhnələri ani çəkilən fotoşəkil kimi çox aydın xatırlayırsınız. Bir dəfə özünü vuran insanı yıxılmaq məcburiyyətində qaldığımı xatırlayıram. Hələ qapını açdıqda onun pilləkənin aşağısında əlində silah qan içində yerdə yatarkən gördüyüm səhnəni xatırlamaqda çətinlik çəkmirəm. Bir fotoşəkil kimi yadımdadır. Bu cür xatırladığım hələ bir çox xatirəm var. İnsanların güclü görmə yaddaşları var. Əgər bu bir ani fotoşəkil deyilsə, onda xatırladığınız filmdən bir neçə səhnə də ola bilər. Bəlkə də ən mühüm xatirələrinizi düşünürsünüz. Bunları bir saniyədə düşünüb bitirə bilməzsiniz. Hamısını fikrinizdən ani fotoşəkillər kimi keçirirsiniz, elə deyilmi? Yavaş-yavaş yox olmazlar. Hər hansı bir davamlılığı varmış kimi görünmürlər. Sadəcə oradadırlar, eynilə kitabın səhifələri kimi. Bir səhifənin neçə saniyə davam etdiyini soruşa bilməzsiniz. Salisə və ya saniyə davam etməz, sadəcə orda durur". Barbur sakitcə qaçılmaz etirazları gözləyirdi. Elə isə bir növ bir kadrdan digərinə keçmirik? Xeyr. Kainatın sabit nizamından digərinə keçid yoxdur. Kainatın bəzi konfiqurasiyaları sadəcə "indi"ni əmələ gətirən keçmiş kimi təsvir edilən xatirələrlə şüur hissələrini ehtiva edir. Hərəkət illüziyası meydana gəlir, çünki bizlərin çox az fərqlənən bir çox versiyamız ki, bunların heç biri hərəkət etmir, eyni anda maddənin çox az fərqlənən nizamlamaları ilə birlikdə bu kainatlarda mövcuddurlar. Hər versiyamız bənzərsiz, hərəkətsiz, sonsuz "indi"dən ibarət olan fərqli kadr görür. "Mənim fikrimcə, hər hansı iki anda heç vaxt eyni deyilik", - Barbur deyir. "Barburun evinin yanındakı kilsədə İngiltərədə çox nadir tapılan divar rəsmlərindən bəziləri var. 1340-cı ildə tamamlanan rəsmdə XII əsrdə yaşamış və inancları Karl II Henri ilə ziddiyyət təşkil edən Tomas Beketin öldürülməsi canlandırılıb. Divar rəsmi kralın qılıncının Beketin başını bədənindən ayırdığı anı təsvir edir. Kəsilən yerdən qan fışqırır. Əgər Barburun nəzəriyyəsi doğrudursa, onda Beketin şəhid edildiyi an eynilə öz ölümümüz kimi, hələ sonsuz "indi" kimi kainatın hər hansı bir konfiqurasiyasında mövcuddur; dərk edilməyəcək qədər böyük, donmuş əsərin saysız hissəsindən bir dənəsi. Yaşadığımız bütün hadisələr sonsuzluğa qədər sabit qalacaqlar, eynilə ölümsüz zinət əşyasındakı kristallar kimi. Dostlarımız, ailəmiz, uşaqlarımız hər zaman oradadırlar. "Hər zaman tək bir ana bağlıyıq", -Barbur deyir. Zamanın içindən keçmirik. Əksinə, hər yeni an tamamilə fərqli kainatdır. Bütün bu kainatlarda heç bir şey hərəkət etmir və ya qocalmır, çünki heç birində zaman yoxdur. Kainatlardan biri sizin körpə ikən ananızın üzünə baxarkən olan halınızı saxlayır. Bu kainatdakı sabit görüntüdə heç bir yerə hərəkət etmirsiniz. Digər bir kainatda isə sonsuzluğa qədər ölümdən bir nəfəs uzaqda olacaqsınız. Bütün bu kainatlar və hələ bir çoxu yan-yana xəyal edilməyəcək ölçü və növdəki kosmosda daima mövcuddur. Beləliklə, ölümsüz sizdən sadəcə bir dənə yox, əksinə, çoxdur: iməkləməyə başlayarkən, lovğa yelbeyin, yaşlandıqda. Faciəvi olan- bəlkə də xeyirli olan- bu versiyaların heç birinin öz ölümsüzlüyünü anlamamasıdır. Sonsuzluğa qədər 14 yaşında olub vətəndaşlıq dərsinin bitməsini gözləmək istərdiniz?" (Tim Folqer, "Buradan sonsuzluğa, "Discover", dekabr, 2000-ci il, səh. 54") Culian Barburun yuxarıdakı açıqlamaları bu bölmədə izah edilənlərin elmi tərəfini çox yaxşı vurğulayır. Bu cəhətdən kitabın mövzusu ilə böyük uyğunluq təşkil edir. Ancaq bildirilməli əsas cəhət budur: Barbur keçmişdə yaşanan heç bir anın itmədiyini, ancaq bu hadisələrin kadr-kadr fotoşəkillər kimi hal-hazırkı anda mövcud olduqlarını bildirir. Həqiqətən də, keçmiş və gələcək Allah`ın hafizəsində hər an hazır şəkildə durur. Ancaq bunlar kadr-kadr fotoşəkillər kimi deyil, hal-hazırda hərəkətli şəkildə yaşanırlar. Məsələn, hal-hazırda hz. Yusifin qardaşları hz. Yusifi quyuya atırlar. Misir piramidaları hal-hazırda inşa edilir, işçilər daşları yerləşdirirlər. Necə ki, biz hal-hazırda canlı şəkildə yaşayırıq, bu an içərisində Allah qatında bütün keçmiş və gələcək canlı şəkildə yaşanır. Müasir dövrümüzdə fizika sahəsindəki irəliləyişlərlə elmi cəhətdən də sübut edilən bu həqiqətlər Quranda zamansızlıq və sonsuzluq haqqında bildirilən ayələrlə böyük uyğunluq təşkil edir. Allah`ın yaratmasındakı bu böyük möcüzə Allah`ın sonsuz qüdrətini və ucalığını göstərən qeyri-adi məlumatdır və üzərində diqqətlə düşünülməsi və qavranılması gərəkən böyük həqiqətdir. | ||||