Ön söz

Xəyalın digər adı: Maddə
Həyatımızın bir hissəsi olan bütün hadisələr, insanlar, binalar, şəhərlər, avtomobillər, qısaca desək, həyatımız boyu gördüyümüz, tutduğumuz, toxunduğumuz, qoxuladığımız, daddığımız, dinlədiyimiz hər şey, əslində, beynimizdə əmələ gələn görüntü və hisslərdir.

Bu kitabda izah edilənlər bu günə qədər bir çox insanı həddindən artıq təəccübləndirən, həyata baxışının tamamilə dəyişməsinə səbəb olan çox əhəmiyyətli və böyük həqiqətdir. Bu həqiqəti belə tərif edə bilərik: dünyada yaşadığımız həyatın bir hissəsi olan bütün hadisələr, insanlar, binalar, şəhərlər, avtomobillər, qısaca desək, həyatımız boyu gördüyümüz, tutduğumuz, toxunduğumuz, qoxuladığımız, daddığımız, dinlədiyimiz heç bir şeyin əsli ilə təmasda olmuruq. Biz sadəcə beynimizdə əmələ gələn görüntü və hisslərlə təmasda oluruq. Xarici aləmdə maddə var, ancaq bizim bu maddənin əslini bilməyimiz heç vaxt mümkün deyil. Bizə verilən təlqinlə onların beynimizdən kənardakı dünyada sabit olduqlarını və bizim bu səbəbdən onların əslini gördüyümüzü, hiss etdiyimizi düşünürük. Əslində isə, biz heç bir varlığın əslini əsla görə bilmərik və bu varlıqların əslinə əsla çata bilmərik. Qısaca desək, biz həyatımız boyunca xarici aləmdəki maddə ilə təmasda olduğumuzu hesab etsək də, əslində, hər şeyin xəyalını və surətini tanıyırıq.

Bu kitabın mövzusunu əmələ gətirən həqiqət fəlsəfə və ya hər hansı bir fikir deyil. Əksinə, bu gün müasir elmin qəti surətdə sübut etdiyi və inkarı qətiyyən mümkün olmayan texniki həqiqətdir. Bu gün tibb, biologiya, fizika, nevrologiya, beyin və bununla bağlı digər bütün sahələrdə mütəxəssis olan hər hansı elm adamına: "Biz dünyanı necə və harada görürük?" - deyə sual verilsə, verdikləri tək cavab var: "Bütün dünyanı beynimizdəki görmə mərkəzində görürük".

XXI əsrdə elmin qəti şəkildə aşkar etdiyi, insanda böyük təəccüb və heyrət yaradan bu məlumatın bizi gətirdiyi ən əhəmiyyətli nəticələrdən biri isə bu iki sualın cavabıdır:

Bütün həyatımız boyu beynimizdə meydana gələn görüntülərlə təmasda olduğumuza görə, bu görüntüləri beynimizdə əmələ gətirən kimdir? Beynimizdə əmələ gələn bu görüntülərə beynimizin içində gözü olmadan tamaşa edən və bundan həzz alan, həyəcanlanan kimdir?

Bu kitabda çox vacib bu iki sualın da cavabını tapacaqsınız.

Maddənin ardındakı sirr mövzusu vəhdəti-vücud deyil

Maddənin ardındakı sirr mövzusu bəzi şəxslərin etirazlarına səbəb olmuşdur. Sözügedən şəxslər bu mövzunun əsasını səhv anladıqları üçün bu mövzunun vəhdəti-vücud təlimi ilə eyni olduğunu iddia edirlər.

Əvvəla, qeyd etmək lazımdır ki, bu əsərlərin müəllifi əhli-sünnə inancına çox bağlıdır və vəhdəti-vücud təliminin tərəfdarı deyil. Bundan əlavə, unutmaq olmaz ki, vəhdəti-vücud təlimi Muhyiddin ibn Ərəbi kimi böyük İslam alimləri tərəfindən müdafiə edilmişdir.

Vəhdəti-vücud düşüncəsini izah edən bir çox məşhur İslam aliminin keçmişdə bu kitablarda verilən bəzi mövzuları düşünərək izah etdikləri doğrudur. Ancaq bu əsərlərdə bəhs edilənlər vəhdəti-vücud düşüncəsi ilə eyni deyildir.

Vəhdəti-vücud düşüncəsinin tərəfdarlarından bir qismi səhv fikirlərə düşərək Qurana və əhli-sünnə inancına zidd olan bəzi iddialar irəli sürmüşlər, məsələn, Allah`ın yaratdığı varlıqları tamamilə yox hesab etmişlər. Əslində isə, maddənin ardındakı sirr mövzusu izah edilərkən qətiyyən belə bir iddia irəli sürülmür. Bu mövzu Allah`ın bütün varlıqları yaratdığını, ancaq yaratdığı varlıqların əslini Allah`ın gördüyünü, insanların isə bu varlıqların beyinlərində əmələ gələn görüntülərini gördüklərini açıqlayır.

Gördüyümüz bütün varlıqlar, dağlar, düzənliklər, çiçəklər, insanlar, dənizlər, qısaca desək, gördüyümüz hər şey Allah`ın Quranda var olduğunu, yoxdan yaratdığını bildirdiyi hər varlıq yaradılmışdır və vardır. Ancaq insanlar bu varlıqların əslini duyğu orqanları yolu ilə görə, hiss edə və ya eşidə bilməzlər. Gördükləri və hiss etdikləri, bu varlıqların beyinlərindəki surətləridir. Bu, elmi həqiqətdir və bu gün başda tibb fakültələri olmaqla, bütün məktəblərdə öyrədilən elmi mövzudur. Hal-hazırda bu yazını oxuyan insan bu yazının əslini görə bilməz, bu yazının əslinə çata bilməz. Bu yazının əslindən gələn işıq insanın gözündəki bəzi hüceyrələr tərəfindən elektrik siqnalına çevrilir. Bu elektrik siqnalı beyinin arxasındakı görmə mərkəzinə ötürülərək mərkəzə xəbərdarlıq edir və insan beyninin arxasında bu yazının görüntüsü əmələ gəlir. Yəni siz bu dəqiqə gözünüzlə önünüzdəki yazını oxumursunuz. Bu yazı sizin beyninizin arxasındakı görmə mərkəzində əmələ gəlir. Sizin oxuduğunuz yazı beyninizin arxasındakı yazı surətidir. Bu yazının əslini isə Allah görür.

Beləliklə, maddənin beynimizdə əmələ gələn xəyal olması onun yox olduğu demək deyil. Ancaq bizə insanın təmasda olduğu maddənin mahiyyəti haqqında məlumat verir ki, bu da maddənin əsli ilə heç bir insanın təmasda olmadığı həqiqətidir.

Xarici aləmdə maddə var, ancaq biz maddənin əsli ilə təmasda ola bilmərik!

Maddənin xəyal olduğunu demək, maddənin yox olduğu demək deyil. Əksinə, biz görsək də, görməsək də, maddi dünya mövcuddur. Ancaq biz bu dünyanı beynimizin içində bir surət, başqa bir sözlə, hisslərimizin ifadəsi kimi görürük. Ona görə, maddə bizim üçün xəyaldır.

Xarici aləmdəki maddənin varlığını bizdən başqa görən varlıqlar da var. Allah`ın mələkləri, katib kimi təyin etdiyi elçiləri də bu dünyaya şahidlik edirlər.

Xatırla ki, sağında və solunda təsbit edən iki mələk oturmuşdur! Dediyi hər sözü onun yanında hazır durub gözləyən vardır!(Qaf surəsi, 17-18)

Hər şeydən önəmlisi budur ki, Allah hər şeyi görür. Bu dünyanı hər cür incəlikləri ilə Allah yaratmışdır və Allah hər şeyi görür. Quran ayələrində belə xəbər verilir:

... Allah`dan qorxun və bilin ki, Allah, həqiqətən, sizin nə etdiyinizi görəndir! (Bəqərə surəsi, 233)

De: "Mənimlə sizin aranızda təkcə Allah`ın şahid olması kifayət edir. Şübhəsiz ki, O, bəndələrindən xəbərdardır, görəndir!" (İsra surəsi, 96)

Bundan əlavə, unutmaq olmaz ki, Allah bütün hadisələri "Lövhi-məhfuz"adlı kitabda yazmışdır. Biz görməsək də, bunların hamısı Lövhi-məhfuzda var. Hər şeyin Allah qatında Lövhi-məhfuz adlandırılan əsas kitabda qorunduğu belə bildirilir:

Şübhəsiz ki, o, dərgahımızdakı əsl kitabda mövcuddur. O, çox ucadır, çox hikmətlidir. (Zuxruf surəsi, 4)

... Dərgahımızda hifz edən bir kitab vardır! (Qaf surəsi, 4)

Göylərdə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın bir kitabda olmasın! (Nəml surəsi, 75)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Ön söz
  • Giriş
  • Dünya həyatının beynimizdəki əksi ilə təmasda olduğumuz texniki həqiqətdir
  • Maddənin həqiqəti nə üçün vacib mövzudur?
  • Zaman da hissdir
  • Sonsuz zaman Allah'ın hafizəsində qorunur
  • Maddənin həqiqəti mövzusuna gələn etirazlara cavablar
  • Nəticə: həqiqətlərdən qaçmaq olmaz
  • Maddənin sirrini öyrənənlər böyük həyəcan yaşayır